Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə80/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 5.4. Strateji təyinatlı işgüzar-qrupların əhatə dairəsinin və cavabdehliyinin təsnifatı
İşgüzar münasibətlərin qurulması üçün aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

  • tədqiqatçı əməkdaşların inamını qazanmaq üçün həddən artıq səy göstərməməli, eyni zamanda əməkdaşların kömək təkliflərinə diqqətlə yanaşılmalıdır;

  • müəssisənin əməkdaşlarını təhlilin nəticələrinin əldə edilmə- sinə maraqlandırmaq lazımdır;

  • başlanğıc mərhələlərdə əməkdaşlarla münasibətlər yaradar- kən tədqiqat mövzusuda az danışmaq, onlar üçün maraqlı olan kənar mövzulardan danışmaq lazımdır. Konkret şəxslərlə ünsiy- yət qurmaq lazımdır;

  • qarşıda heç bir tədqiqat məqsədi qoymadan müəssisənin əməkdaşları ilə işdən kənar vaxtlarda ünsiyyət qurmaq.

Həyata keçirilən təşkilati tədbirlərin məzmunundan asılı olmayaraq, aparılan təhlil bir sıra mənbələrdən toplanmış infor- masiyalara əsaslanmalıdır. Onlara: ilkin uçot və hesabat sənədlə- rinin məlumatları, işçilər arasında aparılan sosioloji sorğunun nəticələri, eləcə də ayrı-ayrı əməliyyatlar üzrə aparılan müşahi- dələrin məlumatlarını aid etmək olar. İlkin uçot və hesabat sənəd- ləri içərisində aşağıdakıları qeyd etmək olar:

  • Ştat cədvəli – bu sənəddə struktur bölmələrinin tərkibi (ara- larındakı inzibati əlaqələri göstərmədən) cədvəl şəklində göstərilir. Bu cədvəldə həmçinin vəzifə maaşları da göstərilir;

  • Təşkilati struktur bu sənəd müəssisənin təşkilati vahid- lərinin şaquli əlaqələrini qrafik şəkildə izah edir;

  • Struktur bölmələri haqqında təlimat işçilərin vəzifə borcları – bu sənəd müəssisənin struktur bölmələri arasında funksiya, vəzifə və öhdəliklərin bölüşdürülməsini (zəruri hü- quq və səlahiyyətlərin və başqa şöbələrlə qarşılıqlı əlaqələri göstərməklə) əks etdirilir. Bu sənəddə olan informasiya bə- zən idarəetmə sisteminin cari vəziyyətinə uyğun olmasa da, təhlil üçün çox faydalıdır;

  • Təşkilati vahidlərin yaradılması və ləğv edilməsi, rəhbərlər arasında məsuliyyətin öhdəliklərin bölüşdürülməsi haqqında əmr sərəncamlar;

  • Daxili fəaliyyət reqlamenti təşkilatda həm şaquli, həm də üfüqi münasibətlər haqqında informasiyanı əks etdirir;

  • İdarəetmə proseslərini reqlamentləşdirən sənədlər;

  • İdarəetmənin təşkilati strukturunun təkmilləşməsi, yeni in- formasiya sistemlərinin işlənməsi və tətbiqi, keyfiyyət me- necmenti sistemi və digər təşkilati-idarəetmə innovasiyaları üzrə əvvəllər aparılmış tədqiqatların nəticələri;

  • Müəssisənin telefon sorğu kitabı. Bu kitabın təhlili müəssisə- nin təşkilati strukturu barədə geniş məlumatlar əldə etməyə imkan verir.

Həmin sənədlərin məlumatlarının, sosioloji sorğunun və müşahidənin məlumatları ilə təhlil prosesində istifadə edilməsi daha çox ehtiyat imkanlarının aşkara çıxarılması ilə yanaşı, strateji inkişaf üzrə əsaslandırılmış tövsiyələrin işlənilməsinə tə- minat yaradır.

    1. Yüklə 3,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin