Strateji potensialın müəyyən edilməsi prosesində bir sıra da- xili və xarici amillərin təsiri nəzərə alınmalıdır. Mürəkkəb sosial- iqtisadi sistem hesab edilən müəssisənin fəaliyyəti, onun istehsal etdiyi məhsullara tələbatın artması və ya azalması ilə əlaqədar daim dəyişikliyə məruz qalır. Müəssisənin xammal təchizatının vəziyyəti, işçilərin peşəkarlığı, enerji təchizatının fasiləsizliyi, texnoloji prosesin müasirliyi və sairə üzrə çatışmazlıq istehsalın adəngdarlığına öz təsirini göstərir. Bütünlükdə daxili dəyişiklik dedikdə, firmadaxili amillər mühiti başa düşülür. Daxili dəyişikli isə, öz növbəsində, idarəetmə qərarlarının nəticəsi hesab olunur. Strateji menecmentin tələbləri baxımından, firmada rəhbərlikdən diqqət tələb edən dəyişikliklərə adətən aşağıdakılar aid edilir:
qarşıya qoyulan məqsədlər;
formalaşdırılan təşkilati struktur;
vəzifə bölgüsü;
texnologiya;
müəssisədə çalışan müxtəlif ixtisasa və staja malik işçilər.
Həmin amillərin qısa şərhini nəzərdən keçirək.
Qarşıya qoyulan məqsədlər. Firmanın ümumi məqsədlərini, insan qruplarını özündə əks etdirir.
Formalaşdırılan təşkilati struktur özündə təşkilatın məq- sədlərinə daha effektli şəkildə nail olmağa imkan verən, idarəet- mə səviyyələrinin və funksional sahələrin məntiqi qarşılıqlı münasibətlərini əks etdirir.
Vəzifə bölgüsü. Firmalarda əmək bölgüsünün əsas istiqamət- lərindən biri vəzifələrin formalaşdırılmasıdır. Vəzifə dedikdə, əvvəlcədən müəyyən edilmiş üsullarla və müəyyən edilmiş müd- dətdə yerinə yetirilməli olan müəyyən işlər, işlər seriyası və ya işin bir hissəsi başa düşülür.
Texnologiya. O, özündə vasitələrin, proseslərin, əməliyyat- ların və metodların məcmusunu əks etdirir. Bunların köməyi ilə firmaya daxil olan elementlər öz əvvəlki şəkillərini dəyişərək firmada çıxan elementlərə çevrilir.
Dostları ilə paylaş: |