Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə89/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 6.5. Strateji marketinqdə planlaşdırma texnologiyası
Strateji marketinq firmaların məqsədli bazarlara hədəflənən fəaliyyətidir. Bu fəaliyyət özündə aşağıdakıları cəmləşdirir:

      • bazarda məhsullara olan potensial tələbatın və ehtiyacların həcminin, eləcə də onun dinamikasının, şəraitinin, hadisələrin re- al gedişinin və onun inkişaf perspektivlərinin dəqiq nəzərə alın- masını;

      • firmaların istehsal həcminin (təklifinin) bazarın mövcud potensial tələblərinə uyğunlaşdırma imkanlarının araşdırıl- masını;

      • firmanın istehsal etdiyi məhsula tələbatın, başqa sözlə, məh- sul bazarının yaradılmasına formalaşdırılmasına fəal təsir göstərilməsini;

      • firmada məhsulların reallaşdırılması şəraitinə, tələbatın də- yişməsinə s. bu kimi məsələlərə çevik reaksiyalara nəzarət edilməsini s.



VII.
DƏYİŞİKLİKLƏRİN APARILMASI İNTEQRASİYALAŞMIŞ
KORPORASİYALARIN
FƏALİYYƏT STRATEGİYASI
    1. Təşkilati strukturun strategiyaya uyğunlaşdırılması


Mülkiyyət formasından asılı olmayaraq, hər bir firma (müəs- sisə, təşkilat) mürəkkəb sosial-iqtisadi sistemdir. Bu sistemə əmək alətləri, əmək cismləri və işçi qüvvəsi cəlb edilməklə me- necmentin müvafiq qanunauyğunluqları, prinsipləri və metodları əsasında dəyişən tələb və təklifə uyğun çoxçeşidli məhsullar is- tehsal edilir, işlər və xidmətlər yerinə yetirilir.


Hər bir firmanın təşkilati strukturu, onun istehsal-satış proq- ramının həcminə, işçilərin sayına, bağlanmış müqavilələrin şərtlə- rinə, icra edilən layihələrin müddətinə və s. görə formalaşdırılır. İdarə strukturunu müəssisənin miqyası (iri, orta, kiçik), istehsal prosesinin tipi, istehsal edilən məhsulun təyinatı, ixtisaslaşma və mexanikləşdirmə səviyyələri formalaşdırır. Həmin istiqamətlərə uyğun firmanın (müəssisənin) təsnifatı 7.1 saylı şəkildə verilmiş- dir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan inteqrasiya olunan korporativ struktur isə mahiyyətcə inteqrasiya üslubu üzrə (baş təşkilat, filial, nümayəndəlik, hüquqi şəxs statuslu inteqrasiya olunan biznes-qrup); birləşmə tipi üzrə (holdinq, maliyyə-səna- ye qrupu və assosiasiya) və mərkəzləşdirmə və koordinasiya üslubundan asılı olaraq (iştirakçılar öz suverenliyni saxlamaqla müqavilə əsasında fəaliyyət göstərir, onlar fəaliyyətin müxtəlif aspektlərini kordinasiya edir və öz funksiyalarının bir hissəsini mərkəzi aparata ötürürlər).
Müasir şəraitdə inteqrasiya olunan biznes sisteminə üstünlük verilir. Burada birləşən kompaniyalar daha az idarəetmə xərcləri əsasında yüsək mənfəət əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə strukturların məqsədi bazarda mövqeyi möhkəmləndirmək, istehsal prosesini kordinasiya etmək, qarşı- lıqlı dəstək və informasiya mübadiləsi aparmaqdan ibarətdir. Hə- min birliklərdə texnologiya, maliyyə, idarəetmə üzrə qarşılıqlı əlaqə formalaşdırılır.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin