Müştəriyə istiqamətlənmə: müştəriləri kifayət qədər yaxşı anlamaq onlara daima ən yüksək dəyərlərin təqdim edilmə- sinə şərait yaradır;
Rəqibəistiqamətlənmə: rəqiblərin qısa və uzunmüddətli imkanlarının dərk edilməsi;
Korporativmədəniyyət: müştəri məmuniyyətinin təmin edilməsi üçün işçilərin və menecerlərin davranış modelləri- nin uyğunlaşdırılması;
Uzunmüddətliperspektivəyönəltmək: təşkilatın vacib məqsədi;
Bazaraistiqamətlənmə: 1) bir və ya bir neçə bölmədə müştərilərin cari və gələcək tələbatlarını, onlara təsir göstə- rən amilləri aşkara çıxarmaq istiqamətində işlərin aparıl- ması; 2) digər bölmələrə bu mövqeyin çatdırılması; 3) seçil- miş müşətrilərin tələbatlarını ödəmək üçün müxtəlif bölmə- lərin məşğul olması nəzərdə tutulur.
Belə yanaşmada bazara istiqamətlənmə bütövlükdə təşkilat üzrə bazarın öyrənilməsi kimi çıxış edir və menecerlər qarşısında bazarın tədqiqi üsullarının tapılması kimi ciddi tələblər qoyur.
Strateji marketinqin formalaşdırılması prosesləri
Fəaliyyətdə olan firmalarda məqsəd müəyyən edildikdən son- ra ona çatmaq üçün marketinq strategiyası hazırlanır. Həmin stra- tegiyanın hazırlanmasına üç səviyyədə baxmaq olar:
bazarstrategiyasınınformalaşdırılması;
firmanınrəqabətmövqeyininmüəyyənedilməsi;
formalaşanstrategiyalarınhəyatakeçirilməsi.
Səmərəli marketinq strategiyasının yaradılması firmanın potensial imkanları ilə yanaşı rəqiblərə nisbətən onun zəif və güclü tərəfləri, xarici mühitin yaratdığı imkan və təhlükələrin hərtərəfli qiymətləndirilməsi ilə başlayır. Belə təhlil əsasında marketinq məqsədini və onun əldə edilməsinin əsas istiqa- mətlərini müəyyənləşdirən firmanın baza strategiyası seçilir.
Növbəti mərhələdə isə bazar məqsədli seçilir (müştərilər və rəqiblər üçün). Bu vaxt firma rəqiblərə nisbətən məqsədli müştə- rilərə fərqli üstün və ya rəqabətli üstün xidmət göstərməyi müəy- yənləşdirir. Fərqli üstünlüyün müəyyənləşdirilməsi və məq- sədlərin təyin edilməsi firmanın rəqabətli mövqelərini və onun təklifini ehtiva edir.
Strategiyanın müəyyənləşdirilməsi mərhələsində strategiyanı reallaşdıracaq marketinq idarəetmə orqanı yaradılmalıdır. Strate- giyanın uğurlu olmasında marketinq şöbəsinin strukturu həlledici rol oynaya bilər. Strategiyanın tətbiqi, məqsədli bazarda həm məhsulu, həm də xidməti mövqeləşdirə bilən məhsulların, qiy- mətlərin, reklam-təbliğat fəaliyyətlərinin düzgün uyğunlaşdırıl- masından asılıdır. Eyni zamanda strategiyanın tətbiqinin səmərə- liliyini yoxlamaq üçün nəzarət mexanizmi çox vacibdir. Nəzarət həm strategiyanın uğurlu tətbiqi və son nəticəsi ilə bağlıdır.
Bütünlükdə, marketinq prosesi istehlakçının və bazar tələba- tının aşkar edilməsi, həmin tələbata uyğun gələn məhsulun tərtib edilməsi, hazırlanması, bölüşdürülməsi və satışı üzrə mərhələlə- rin, əməliyyatların ardıcıl sıralanmış məcmusu kimi izah edilir. Marketinqin təşkili prosesinin mərhələlərini aşağıdakı kimi təsvir etmək olar (şəkil 6.3).