Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Şəkil 6.1. Marketinqin mahiyyəti və müxtəlif seqmentlərin növləri Diferensiasiya edilmiş marketinq



Yüklə 3,22 Mb.
səhifə86/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 6.1. Marketinqin mahiyyəti və müxtəlif seqmentlərin növləri


Diferensiasiya edilmiş marketinq firmalar seçdikləri bazar seqmentlərinin hər biri üzrə ayrı məhsul və ya xidmət təklif et- məyə cəhd göstərirlərsə, onlar, diferensiasiya edilmiş marketinqi seçirlər. Bu tip marketinqin təşkilində əsas çatışmazlıq oxşar mə- mulatların geniş assortimentinin həm istehsalına, həm də marketinqinə yüksək xərclərin çəkilməsindən ibarətdir.
Diferensiasiya edilməmiş marketinq metodu bazara bölün- müş hissələrin məcmusu kimi deyil, vahid tam kimi baxır və bütün müştəriləri razı salmaq üçün standart məhsul və ya xidmət təklifini nəzərdə tutur. Bu metod maya dəyərində üstünlüyün reallaşdırılmasıdır.
Təmərküzləşmiş marketinq strategiyasında mövcud firma diqqəti bir və ya bir neçə bazar seqmentinə yönəldir, bazarı isə rəqiblərinin öhdəsinə buraxır. Beləliklə, o, istisnasız olaraq bütün seqmentlər üzrə rəqabətə cəhd etməyərək bir neçə seçilmiş bazar- da möhkəm mövqe qurur. Bu strategiyanın əsas təhlükəsi ondan ibarətdir ki, müəyyən müddətdən sonra firmanın yönədiyi seqment öz cazibədarlığını qismən itirə və firmanın fəaliyyəti məhdudlaşdıran amilə çevrilə bilər. Bütünlükdə, firmanın strateji məqsədi bazarın cəlbediciliyini qiymətləndirib, rəqiblərin vəziy- yətini öyrənərək yarana bilən təhlükə haqqında məlumat topla- maq və gələcək inkişafa hədəflənməkdir (şəkil 6.2).


Rəqiblər arasında vəziyyət


Şəkil 6.2. Firmanın strateji məqsədinin formalaşdırılması sxemi Strateji marketinqə aşağıdakılar xasdır:

  • Təşkilati mədəniyyət. Marketinqi, təşkilatın dayanıqlı ren-

tabelliyinə istiqamətlənmiş dəyərlərin, inancların məcmusu şəklində «marketinq konsepsiyası» kimi də nəzərdən keçir- mək olar;

  • Strategiya. Marketinq, strategiya kimi, bazar seqmentlərinin müəyyənləşdirilməsi və bu məqsədli bazarlar üçün məhsul

təklifinin hazırlanması və mövqeləşdirilməsi yolu ilə bazar şəraitinin dəyişməsinə cavab olaraq səmərəli tədbirlər hazır- lamağa yönəlir;

  • Taktika gündəlik olaraq məhsulun idarə edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, elan, fərdi satış, reklam və satışın stimullaşdırılması kimi bölgü və marketinq kommu- nikasiyası ilə məşğul olur.

Qeyd edilənlərlə yanaşı, təşkilati mədəniyyət istehlakçılar üçün yüksək dəyər yaratmaq məqsədilə daha səmərəli və qənaətli davranış modelini formalaşdırır. Onun məzmununda aşağıdakı elementlər üstünlük təşkil edir:
1   ...   82   83   84   85   86   87   88   89   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin