Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Strateji təyinatlı mezo və makro biznes-qrupların fəaliyyəti



Yüklə 3,22 Mb.
səhifə94/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Strateji təyinatlı mezo və makro biznes-qrupların fəaliyyəti


Keçən əsrin 30-50-ci illərində iqtisadiyyatda inhisarçılıq ha- kim mövqeyə malik olmuşdur. Lakin mülkiyyətcə onlar strateji təyinatlı biznes qurumlar statusunda çıxış etmiş və yüksək mən- fəət əldə etmişdir.


İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət gö- türməsini təmin edən məhsul buraxılışının həcmi rəqabət şəraitin- də mövcud olan prinsipə, son hədd gəlirlərinin və son hədd xərc- lərinin bərabərliyinə əsaslanır. İqtisadiyyatda inhisarçılığı əhatə- liyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İstehsal inhisarçılığı. Müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud miqdarda istehsalçının əlində cəmlənmə- sinə istehsal inhisarçılığı deyilir. İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da uyğun məhsulu istehsal edən müəssisələrdə kapitalın öz-özünə artması yolu ilə yaranır.
İstehsalda inhisarların mahiyyətini 3 başlıca cəhətlə səciyyə- ləndirmək olar:

  1. hökmran olmaq;

  2. qiymətləri dərk etmək;

  3. yüksək inhisar mənfəətini mənimsəmək.

Beynəlxalq təcrübədə istehsal inhisarçılığın aşağıdakı bir sıra formaları geniş yayılmışdır. Onlar biznes qruplar statusunda çıxış edirlər və biznes fəaliyyətinin inteqrasiyasını həyata keçirirlər.
Biznes-inteqrasiya – mənfəəti artırmaq üçün sahibkarlıq fə- aliyyəti ilə məşğul olan birləşmiş kompaniya deməkdir. Onlara: trest, konsern, konqlomerat, sindikat, kartel, konsorsium, pul, transmilli korporasiya, françayzinq və sair idarəetmə formaları aiddir. Biznes-inteqrasiya prosesinin məqsədi bazar mövqeyini möhkəmləndirmək və kordinasiya etmək, qarşılıqlı dəstək və informasiya mübadiləsi aparmaqdan ibarətdir. Onların texnoloji, maliyyə və idarəetmə iştirakçıları arasında qarşılıqlı əlaqəsi daim təmin edilir.
Biznes-inteqrasiyanın formalaşma alətlərinə xüsusi inteqrasi- ya strukturu, məsləhət mərkəzləri, maliyyə orqanları, françayzinq, səhmlərin qarşılıqlı dəyişdirilməsi və sairə daxildir (şəkil 7.5).
Strateji təyinatlı biznes qruplardan biri karteldir. O, eyni sahədə fəaliyyət göstərən ayrı-ayrı müstəqil şirkətlərin daha çox qazanc əldə etmək və başqa şirkətləri sıxışdırmaq məqsədilə bir araya gələrək inhisarçı birləşmə formasıdır. Kartel iştirakçıları istehsal vasitələri və istehsal olunmuş məhsul üzərində öz mül- kiyyətini saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İs- tehsal olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır.
Kartel – xüsusi, dövlət və beynəlxalq statusa malik ola bilər. O, qiymətləri, kvotaları və satış bazarlarını tənzimləyir. Kartelin təyina- tı, növləri və xüsusiyyətləri 7.6 saylı şəkildə əks etdirilmişdir.
Sindikat – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mül-
kiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı-ayrı müəssisələrin bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin küt- ləvi istehsal olunduğu sahələrdə yaradılır (şəkil 7.7).

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin