Birinci mərhələ – müəssisənin ümumi vəziyyətinin yaxşılaş- dırılmasına yönəldilən təcili tədbirlər. Adətən bu mərhələ böyük məbləğdə investisiya tələb etmir;
İkinci mərhələ birinci mərhələnin nəticələrinə əsaslanır. Lakin bu mərhələdə böyük kapital qoyuluşu tələb edən iri layihələrin həyata keçirilməsi tələb olunur.
Bütünlükdə müəssisənin restrukturizasiyasını müxtəlif faza- lara bölmək olar. Həmin fazaların tərkib hissəsini özündə əks etdirən elementlər 7.3 saylı şəkildə verilmişdir.
Şəkildən göründüyü kimi, müəssisələrdə restrukturizasiyanın aparılması ilk növbədə mövcud idarə strukturunun təkmilləş- məsindən başlamalıdır. Belə ki, bazar iqtisadiyyatı şəraitində mü- əssisələrin idarəetmə aparatında müasir tələblərə cavab verən çevik idarə orqanları yaradılmalı, onların hüquq və vəzifələri müəyyən edilməlidir. Belə idarə orqanlarına, ilk növbədə, marke- tinq, satış, maliyyə, xarici iqtisadi fəaliyyət, keyfiyyətin idarə edilməsi və s. daxil olmalıdır.
Beynəlxalq təcrübədə sistemli şəkildə aparılan struktur dəyi- şikliyi ayrı-ayrı sahələrdə təşkil edilən transmilli şirkətlərdə, holdinqlərdə strateji mərkəzlərin – mənzil qərargahlarının yara- dılmasına üstünlük verilir. Bu proses daha çox filialları şaxələnən
firmalar üçün xarakterikdir. Belə strateji mərkəzlərin yerinə yetirdiyi funksiyalar da fərqlənir (şəkil 7.4).
Şəkil 7.3.Müəssisənin restrukturizasiyasının müxtəlif fazaları və onların tərkib hissələri
Şəkil 7.4. Korporasiyanın mənzil-qərargahında strateji mərkəzin başlıca funksiyaları
Həmin funksiyaları aşağıdakı kimi təsnifləşdirmək olar:
firmanın dayanıqlı inkişafı və bazardakı mövqeyini uzun- müddətli dövr üçün qoruyub saxlayan siyasətin və strategiyanın işlənilməsi;