Şəkil 7.2. Firmada strateji dəyişikliyin üçbucağı (strategiya- struktur-korporativ mədəniyyət)
Təşkilati strukturun strategiyaya uyğunlaşdırılması prosesinə bütün idarəetmə işçiləri cəlb edilməlidir. Bu işdə idarəetmə funksiyaları üzrə hüquq və səlahiyyətə malik menecerlər daha yaxından iştirak etməlidirlər. Bu prosesdə menecerlər aşağıdakı formada çıxış edə bilər:
çox fəaliştirakvəyaxud, prosesəvəonunicrasınanəzarət;
avtoritarvəyaümumi razılıq əsasındaqərarlarınqəbulu;
səlahiyyətlərinazvəyaçoxhissəsininötürülməsi;
təşəbbüsləri qısa müddətdə reallaşdırmaq və yaxud ehtiyat-lahərəkət edərəkuzunmüddətli vəaramlıtərəqqiyəüs-tünlükvermək.
Lakin təcrübədə formalaşan strategiyanın reallaşdırılması prosesində menecerlərin iş üslubuna aşağıdakı amillər də təsir göstərir:
Strategiyanın reallaşdırılmasında uğuru təmin edən amillər- dən biri də həyatqabiliyyətli təşkilatın yaradılmasıdır. Təşkilatın qurulmasında əsas vəzifələrə aşağıdakılar aid edlilir:
əsasvəzifələrəistedadlıişçiləringətirilməsi;
şirkətin əsas üstünlüklərinin, rəqabət imkanlarının, texnikivə idarəetmə potensialının mövcud tələblərə uyğunluğu-nun müəyyənedilməsi;
qərarlarınqəbuluprosesininvə biznesintəşkili.
Yüksək səviyyəli idarəetmə komandasının yaradılması strate- giyanın reallaşdırılmasının əsas vəzifələrindəndir. Nisbətən sabit xarici mühit şəraitində mövcud komanda strategiyanın reallaşdı- rılması üçün tamamilə yararlı olur. Bəzi hallarda öz mütəxəssis- lərindən istifadə etməklə onu genişləndirmək və gücləndirmək zərurəti yaranır. Lakin dəyişən və inkişaf edən xarici mühitə uy- ğunlaşmaq üçün peşəkar mütəxəssislər olmayanda idarəetmə ko- mandasına kənardan mütəxəssislərin cəlb edilməsinə ehtiyac ya- ranır.
Şirkətin funksional və istehsal bölmələrinin müvafiq ixtisas səviyyəli peşəkar mütəxəssislərlə təmin olunması da strategiyanın reallaşdırılması üçün əhəmiyyətli məsələ hesab olunur.
Firmalar rəqabət mübarizəsində mövqeyini qorumaq üçün formalaşdırdığı strategiyaya vaxtaşırı dəyişiklik etməlidir. Rə- qiblərin təkrar edə bilməyəcəyi əsas fərqləndirici xüsusiyyətlərin və təşkilati imkanların yaradılması rəqabətdə uğur qazanmağın ən yaxşı üsullarından biridir. Təcrübədə həmin fərqləndirici xüsusiy- yət firmanın strateji əhəmiyyətli fəaliyyət istiqamətlərinə aid edilə bilər. Belə xüsusiyyətlərə adətən aşağıdakıları aid edirlər:
Ümumiyyətlə, rəqabət üstünlüyü əldə etməyə imkan verən əsas fərqləndirici xüsusiyyətlər aşağıdakılarla səciyyələnir:
şirkətin fərqləndirici xüsusiyyətləri bir əməliyyatın və yabir bölmənin fəaliyyəti ilə bağlı olmur. Bu xüsusiyyətlərşirkətin dəyərlər zəncirinin müxtəlif həlqələrində fəaliyyətnövlərivəpeşəkarbacarıqlarıözündəbirləşdirir.Buqabiliyyətlərtoplusuşirkətə nadirtəşkilatiimkanlarverir;
əsasfərqləndiricixüsusiyyətlərmüxtəlifbölmələrüzrəbirgə fəaliyyətin nəticəsi kimi yarandığı üçün bülövlükdəşirkət üzrə üstünlüyün yaradılması bir biznes-vahid və yaistehsalbölməsirəhbərininvəzifələrinədaxilolmamalıdır;
fərqləndirici xüsusiyyətlərin uzunmüddətli rəqabət üstün-lüyünə çevrilməsi üzrə səylər daha çox enerji tələb edir,nəinki buxüsusiyyətlərin gücləndirilməsi;
xaricimühitininkişafıvədəyişməsürətiartdıqcabeləşəraitdə şirkətin reaksiya vermək qabiliyyəti – çevikliyinitəmin etmək üçün onun fərqləndirici xüsusiyyətlərinin sayıkifayətqədərolmalıdır.
Bütün bu faktlar onu göstərir ki, bazarda istehsal edilən məh- sula tələb və təklifin dəyişdiyi şəraitdə əvvəlcədən formalaşan strategiya dəqiqləşdirilməli, işin (məhsulun, xidmətin) həcminin dəyişməsinə uyğun mövcud təşkilati struktur da təkmilləşdirilmə- lidir.