Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə102/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

işçilər üçün yaşayış binaları.

Sənaye Məhəllələrinin yaradılması və inkişafı ayrı-ayrı ölkə- lərdə fərqlidir. Məsələn, Böyük Britaniyada Sənaye Məhəllələri kifayət qədər inkişaf etmiş mexanizmdir. Mançester şəhərində yerləşən «Trafford Park» sənaye məhəlləsi dünyanın birinci planlaşdırılmış sənaye ərazisi hesab edilir. Avropanın ən iri səna- ye məhəlləsi olan «Trafford Park» sənaye məhəlləsi bir-birindən coğrafi olaraq ayrı-ayrı yerləşən 10 sənaye məhəlləsi və anbarlardan ibarətdir.
Məhəllənin ümumi sahəsi 5.260.913 m2 (526 ha) təşkil edir və burada fəaliyyət göstərən 1400-ə yaxın müəssisədə 35 min işçi çalışır. Məhəllədə kirayəyə verilən istehsal sahələri 200 m2-dən başlayaraq 30 min m2-ə (anbar sahələri) kimi artır.
Ümumiyyətlə, Böyük Britaniyanın bir çox regionlarında, xüsusən də kiçik şəhərlərdə çoxlu sayda özəl sənaye məhəllələri fəaliyyət göstərir. Bu məhəllələrin təqribən 10-50 hektar arası əraziləri və 50-100 m2 arası kirayə sahələri olur. Belə ki, Londonun 100 km şimalında yerləşən Somersham kəndində
«Somersham Road» sənaye məhəlləsi fəaliyyət göstərir ki, onun ərazisi 32 ha, kirayəyə verilən sahələrin ölçüləri 93-577 m2 təşkil edir. Sənaye məhəlləsi əsas yol magistrallarından 3 və 13 km,
Kembric şəhərlərindən 20 km, ən yaxın dəniz limanından isə (Kings Lynn) 75 km uzaqlıqda yerləşir.
Türkiyə Respublikasında 500 minə yaxın insanın işlədiyi 456 sənaye məhəlləsi fəaliyyət göstərir. Bunlar 1965-ci ildən başlaya- raq Elm, Sənaye və Texnologiyalar Nazirliyinin dəstəyilə sənaye müəssisələri kooperativləri tərəfindən qurulmuşlar.
Sənaye məhəllələrinin qurulmasında əsas məqsədlər aşağıda- kılardır:

  • sanitar qaydalarına uyğun yerlərinin təmin edilməsi əmək məhsuldarlığının artırılması;

  • texnoloji inkişafın əldə olunması kiçik müəssisələrin orta müəssisələrə çevrilməsi;

  • planlaşdırılmış şəhərləşmənin təşkili bununla da ətraf mühitin çirklənməsinin qarşısının alınması;

  • Təhsil Nazirliyi Elm, Sənaye Texnologiyalar Nazir- liyinin birgə təşəbbüsü ilə peşə təhsilinin genişləndirilməsi (təqribən 100 sənaye məhəlləsində özəl peşə məktəbləri 140 sənaye məhəlləsində təhsil mərkəzləri fəaliyyət göstərir).

Elm, Sənaye və Texnologiyalar Nazirliyi tərəfindən sənaye məhəlləsinin qurulması xərclərinin 50%-dən 70%-ə kimi hissəsi azı 11 illik müddətə kredit şəklində təqdim edilir. Kredit təqdim edildikdən sonra ilk ildə kreditin qaytarılması üzrə heç bir ödəniş- lər həyata keçirilmir.
Malaziyada 600-ə yaxın sənaye zonaları (azad zonalar, texno- parklar, elm parkları, sənaye məhəllələri və s.) fəaliyyət göstərir və bunlardan təqribən 200-ü sənaye məhəlləsidir. Sənaye zonala- rının çoxu Dövlət İqtisadi İnkişaf Korporasiyaları, Regional İnki- şaf Agentlikləri, dəniz limanları və yerli icra hakimiyyətləri tərə- findən qurulmuşdur. Bundan əlavə, ölkənin bəzi vilayətlərində sənaye məhəllələri özəl şirkətlər tərəfindən qurulur.
Malaziyanın 9-cu planının (2006-2010-cu illər) icrası nəticə- sində sənaye zonalarının saxlanılmasına və infrastrukturun yaxşı- laşdırılmasına 500 milyon ABŞ dolları vəsait yatırılmışdır. Eyni zamanda, ölkədə sənaye məhəllələrinin qurulması inkişaf etmək- dədir. Son layihələrdən birisi hazırda Johor vilayətində qurulan
sənaye parkı (i-City) və sənaye parkına bitişən KOM (kiçik və orta müəssisələr) şəhəridir (SME City). Johor vilayəti Sinqapura coğrafi olaraq yaxın olduğuna görə buraya Sinqapur şirkətinin cəlb edilməsi gözlənilir.
Sənaye parkı ilə sənaye məhəlləsinin ümumi ərazisi 92,9 ha təşkil edir ki, bundan 17,12 hektarı sənaye məhəlləsinə ayrılmış- dır. Layihənin ümumi dəyəri 186 milyon ABŞ dolları təşkil edə- cəkdir və 2014-cü ilin sonuna kimi layihənin başa çatması gözlə- nilir. Layihə dövlət-özəl əməkdaşlıq çərçivəsində həyata keçirilir və bütün sərmayə özəl sektor tərəfindən yatırılır (özəl sektor
«Axis» və «AME» şirkətlər qrupları tərəfindən təmsil olunur).
Onu da qeyd etmək lazımdır ki, həm sənaye məhəlləsində (SME City), həm də sənaye parkında (i-City) hazır anqarların icarəyə verilməsi və ya satılması imkanları vardır. Belə ki, sənaye parkında 42 hektarda tikilmiş anqar və binalar artıq müxtəlif şir- kətlərə satılmışdır.
Ümumilikdə, KLM şəhərində (SME City) icarəyə veriləcək 85 binanın (anqarın) tikilməsi planlaşdırılıb. Bunlardan 36 bina hərəsi 4 istehsal sahəli, 34 bina 2 istehsal sahəli və 15 bina ayrıca istehsal sahəli binalar olacaqdır. Qeyd edilən istehsal sahələrinin ən kiçiyi 125 m2, ən böyüyü isə 1350 m2 təşkil edəcəkdir.
Şri-Lankada 18 kiçik və orta sənaye məhəlləsi vardır və bun- ların hamısı Sənaye İnkişafı Şurası tərəfindən idarə edilir. «Gələ- cəyə baxış» («The Mahinda Chinatana») konsepsiyasında sənaye məhəllələrinin qurulması vasitəsilə sənayenin coğrafi strukturu- nun təkmilləşdirilməsi bununla da şəhər və rayon arasında səna- yenin inkişafında qeyri-bərabərliyin aradan qaldırılması nəzərdə tutulur.
Şri-Lankada növbəti illərdə 5 yeni sənaye məhəlləsinin qurul- ması planlaşdırılır. Bəzi sənaye məhəllələrinin xarici ölkələrin maliyyə dəstəyi ilə qurulması planlaşdırılmışdır. Məsələn, Jaffna vilayətində «Atchchuveli» sənaye məhəlləsinin qurulması Hindis- tan hökumətinin dəstəyi ilə həyata keçirilir. Rusiya Federasiyası- nın İqtisadi İnkişaf Nazirliyi tərəfindən sənaye məhəllələrinin ya- radılmasına dair metodoloji tövsiyələrin layihəsi hazırlanmışdır.
Sənəd layihəsinə görə, sənaye məhəlləsi kiçik və orta sahibkarlı- ğın inkişafı məqsədilə Rusiya Federasiyasının subyektlərində yer- li icra hakimiyyəti, bələdiyyə və ya özəl sektorun təşəbbüsü ilə yaradılır.
Sənaye məhəlləsi yaradılarkən Rusiya subyektləri səviyyəsin- də irəli sürülən «sənaye məhəlləsi» layihələrinin qurulmasının dəstəklənməsi üçün federal icra hakimiyyəti səviyyəsində müsa- biqələr keçirilir və bu müsabiqələrin nəticəsində məhəllənin yara- dılması üzrə müvafiq subsidiyalar və büdcə vəsaitləri ayrılır. Müsabiqədə iştirak üçün «sənaye məhəlləsi» layihələri üzrə kiçik və orta müəssisələri ilə müvafiq ilkin icarə razılaşmalarının surət- ləri təqdim edilməlidir (məhəllənin yaradılması təşəbbüskarı özəl sektor olduqda məhəllənin bina və anqarlarının 60%-nin icarəyə verilməsi müqavillərinin surəti, təşəbbüskar yerli icra hakimiyyət olduqda isə 20%-nin icarəyə verilməsi müqavilələrinin surəti təq- dim edilir).
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış «Sənaye parkının standartı» sənədinə əsasən, sənaye məhəlləsinin yaradılması zamanı məhəllə üçün ayrılan torpaq sahəsinin ən azı 8 ha, regional yollara məsafənin 1-2 km, federal magistrallara məsafənin 1-5 km, dəmir yolu xəttinə məsafənin 1- 2 km və hava limanına məsafənin 5-15 km olması tövsiyə edilir. Bundan əlavə, 2 MVt gücünə malik elektrik şəbəkəyə qoşulma və ya hər bir hektar ərazi üzrə ən azı 0,2 MVt-lıq gücün təchiz edilməsi tövsiyə olunur.
Qazaxstan Respublikasında 2006-2010-cu illərdə bir sıra sənədlər qəbul edilmişdir ki, bunlar ölkədə sənaye zonaların (məhəllələrinin) inkişafına imkan yaratmışdır.
Belə ki, 2006-cı ildə «Sənaye zonalarının yaradılması kon- sepsiyası», 2007-ci ildə isə «Sənaye-innovasiya infrastruktunun (xüsusi iqtisadi və sənaye zonaları, texnoparklar və biznes-inku- batorlar) formalaşdırılması və inkişafı Konsepsiyası» qəbul edil- mişdir.
2010-cu ildə «Biznesin yol xəritəsi – 2020» Proqramı qəbul edilmişdir ki, bu sənədin qəbulu ilə bu iki sənəd qüvvədən
düşmüşdür. Bu proqramda sənaye zonalarının (məhəllələrin) əsa- sən kiçik və orta sənaye müəssisələrinin inkişafı üçün və 3 növ üzrə yaradılması nəzərdə tutulmuşdur.

  1. Sənaye istehsalı üçün nəzərdə tutulmuş bina və qurğuların tikilməsi üçün torpaq sahələri olan sənaye məhəlləsi;

  2. Kirayə və ya satış üçün hazır istehsal binaları, o cümlədən hazırda aşağı istehsal gücü ilə çalışan, konservə edilmiş və ya çalışmayan istehsal sahələri olan sənaye məhəlləsi;

  3. Həm torpaq sahələri, həm də hazır istehsal binaları olan kompleks sənaye məhəlləsi.

Hazırda Belarus Respublikasında sənaye məhəlləsinə dair vahid sənəd layihəsinin hazırlanması və razılaşdırılması üzrə işlər aparılır. Sənaye məhəlləsi kiçik və orta sahibkarlığın istehsal və ya elmi-tədqiqat fəaliyyətinin aparılmasına dəstək kimi nəzərdə tutulmuşdur. Məhəllənin yaradılmasında aparıcı fəaliyyət yerli ic- ra hakimiyyəti orqanlarına ayrılır və məhəllə yaradılarkən yerli icra hakimiyyəti sahibkarlar assosiasiyalarını və ittifaqlarını işə yaxından cəlb etməlidir.
Seçilmiş ərazi idarəedici təşkilata icarəyə verilir, onun sahəsi ən azı 10 hektar, magistral kommunikasiyalardan ən uzağı 20 km məsafədə olmalıdır. Ərazi müvafiq infrastrukturla (istilik və elektrik enerjisi, su təminatı, məişət və sənaye tullantıların utili- zasiyası, yanğınsöndürmə xidməti, nəqliyyat kommunikasiyası, rabitə xidməti və s.) təmin edilməlidir.
Sənaye məhəlləsinin yaradılması üzrə maliyyə vəsaitlərinin ayrılması mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və ida- rəedici şirkətin hesabına aparıla bilər. Həmçinin, özəl-dövlət sxemi üzrə özəl sektorun maliyyə vəsaitləri cəlb edilə bilər.
Azərbaycanda sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrtik və istilik enerjisi, qaz, su, kanali- zasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzi- bati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllə- lərində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hə-
yata keçirir. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzim- lənməsi «Azərbaycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiy- yətinə həvalə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 02 fevral tarixli Sərəncamı ilə «Neftçala Sənaye Məhəlləsi» yaradılmış və bu məqsəd üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin Sənaye Məhəlləsində neft-qazma avadanlığı, avtoqoşqu, avtomo- bil, balıq və heyvan yemi və digər texniki təyinatlı məhsullar is- tehsal ediləcəkdir. Artıq Masallı və Füzuli rayonlarının ərazisində də sənaye məhəllələrin yaradılmasına başlanılmışdır.
Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən sənaye si- yasətinin üzvü tərkib hissəsidir. Onun uğurla həyata keçirilməsi isə nəticə etibarı ilə, ölkənin iqtisadi təhlükəsizliyini təmin etmə- yə, idxalı azaltmağa, yeni məhsulların rəqabətə davamlılığını ar- tırmağa zəmin yaratmış olacaqdır.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin