Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə104/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 8.1. Sənaye siyasətinin işlənib hazırlanmasına əsaslanan prinsiplərin təsnifatı

Bu prinsipləri aşağıdakı kimi xarakterizə etmək olar.



  1. Sənayedə hər bir sahənin müasir vəziyyəti və sahənin ümu- mi iqtisadi inkişafda tutduğu yeri nəzərə alınmalıdır. Sənaye müxtəlif sahələrin vəhdətidir. Bu sahələrin oxşar cəhətlərinin ol- masına baxmayaraq hər bir sahənin özünəməxsus xarakterik cə- hətləri var. Çox vaxt bu cəhətlər hər biri ilə ziddiyyət təşkil edir. Ona görə də sənaye siyasəti hazırlanarkən hər bir sahənin xarak- terik xüsusiyyətləri nəzərə alınmalıdır.

  2. Sənaye siyasəti hazırlanarkən hər bir sahənin texniki-texno- loji inkişafı üçün ayrıca siyasət işlənib hazırlanmalıdır. Müxtəlif sahələrin inkişafı üçün nəzərdə tutulmuş tədbirlər bir-birini ta- mamlamalıdır. Sənaye siyasəti ayrı-ayrı sahələrin inkişaf siya- sətinin sintezi kimi təsəvvür olunmalıdır. Bundan əlavə inkişaf üçün hazırlanmış tədbirlər sistemi bir-birini tamamlamalıdır. Belə sənaye siyasəti hazırlanarkən həm sahə, həm də sahələrarası

«gəlir-xərc» prinsipi üzrə təhlil aparılmalıdır.

  1. Sənaye siyasəti hazırlanarkən onun yerinə yetirilməsi üçün iqtisadi ağırlığın səmərəli bölgüsü aparılmalıdır. Dövlət tərəfin- dən işlənən sənaye siyasətində hər bir sənaye sahəsinin inkişaf istiqamətləri dəqiq göstərməlidir. Sənaye siyasətində qarşıya qo- yulan məqsədlərə nail olmaq üçün müxtəlif nazirlik, dövlət or- qanları və digər təsərrüfat subyektləri qarşısına konkret vəzifələr qoyulmalıdır. Bu vəzifələri səmərəli yerinə yetirmək məqsədilə əlaqələndirici orqan olmalıdır. Bu orqan sənaye siyasətinin yerinə yetirilməsilə bağlı tam məsuliyyət daşıyaraq, siyasətin həyata ke- çirilməsində məsuliyyəti olan digər orqanların işinə nəzarət hü- ququnu əldə edir. Bundan əlavə, bu orqan sənaye siyasətinin ye- rinə yetirilməsi üçün iqtisadi ağırlığın digər orqanlar arasında mə- suliyyət çərçivəsində bölgüsü də həyata keçirilməlidir.

  2. Qloballaşmanın səmərəliliyinin nəzərə alınması zəruriliyi. Məlumdur ki, müasir dövrdə beynəlxalq səviyyədə qloballaşma məsələləri ön plana çəkilir. Bununla əlaqədar Respublikamızda istehsal olunan sənaye məhsullarınn beynəlxalq bazarda rəqabət qabiliyyətliliyini təmin etmək üçün qloballaşma məsələlərinə nə- zər yetirmək lazımdır. İlk növbədə beynəlxalq miqyasda ölkələrin ixtisaslaşma səviyyəsi və konkret regionda satılacaq sənaye məh- sulunun xammal bazasının səviyyəsi araşdırılmalıdır. Bu baxım- dan sənaye siyasəti işlənib hazırlanarkən beynəlxalq bazarlara ç- ıxarılacaq sənaye məhsulunun prespektivini qiymətləndirmək üçün bu məsələlərə mütləq fikir verilməlidir.

  3. Sənaye siyasəti inkişafın strateji məqsədlərinə nail olmaq istiqamətində olmalıdır. Bu prinsipin məqsədi ondan ibarətdir ki, sənaye siyasəti ümumi iqtisadi inkişaf strategiyasına uyğun olma- lıdır. Yəni inkişafın strateji məqsədlərinə nail olmaq üçün sənaye siyasəti dövlətin əlində alət olmalıdır.

Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015- 2020-ci illər üçün Dövlət Proqramında sənaye siyasətinin priori- tet istiqamətlərinə aşağıdakılar daxil edilmişdir ki, onların da içə- risində texnoloji siyasət mühüm yer tutur. Həmin istiqamətlər aşağıdakılardır:

  • sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi;

  • müəssisələrin fəaliyyətinin dəstəklənməsi;

  • sənaye zonaları və klasetlərin qurulması;

  • kadr potensialının və elmi təminatın gücləndirilməsi;

  • qanunvericiliyin təkmilləşdirilməsi.

Onların üzvü tərkib hissəsinin əks etdirən alt istiqamətlər 8.2 saylı şəkildə verilmişdir. Həmin prioritet istiqamətlərin uğurla həyata keçirilməsi üçün texnoloji xarakterli hərəkətverici qüvvə olmalıdır. Adətən sənaye sahəsinin hərəkətverici qüvvələrinə aşa- ğıdakılar aid edilir (şəkil 8.3).






Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin