IX.
İŞGÜZAR TƏŞKİLATIN BEYNƏLXALQ
İNKİŞAF STRATEGİYALARI
İşgüzar təşkilat yerli şəraitdə fəaliyyət göstərikdə əsasən tex- noloji və rəqabət parametrlərinə fikir verir. Xarici bazara çıxdıq- da firma xarici bazardakı iqtisadi, milli mədəni, həyat tərzi il bağ- lı və siyasi amilləri də nəzərə almalıdır. Deməli şirkət xarici baza- ra çıxdıqda daha çox informasiya əldə etməli, onun dolğun şəkil- də təhlilini aparmalı və optimal qərar çıxarmağı qadir olmalıdır.
Şirkət beynəlmilləşmə ilə məşğul olduqda üç məqsəd güdür:
Şirkətin miqyasının artması:
ənənəvi STZ-in dolması ucbatından xarici bazara çıxış;
hələ davam edən artımın vaxtının uzadılması;
analoji perspektivlərə malik olan STZ-ə fəaliyyətin yayılması.
Mənfəətin artırılması:
uzunmüddətli dövrdə mənfəət gətirəcək bazarlara çıxış;
qısamüddətli mənfəətliliyi saxlamaq.
Strateji dəstlərin tazarlaşdırılması
Beynəlxalq stratgeyaların növlərini bu cür vermək olar:
Xarici şirkətlərə TMK texnologiyalarından istifadə hüqu- qunun verilməsi və onun əsasında məhsul istehsalı və satılması;
Bir ölkədə milli istehsalı möhkəmləndirmək və digər ölkə- lərə məhsulu ixrac etmək;
Hər bir ölkəyə müvafiq strategiya işləmək;
4 Qlobal strategiyanı həyata keçirmək, yəni ucuz başa gələn məhsulu bütün ölkələrə təklif etmək;
5. Qlobal strategiyanı ölkələr üzrə differensiallaşdırmaq;
Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakı onlara ixtisas- laşmanı dərinləşdirməyə, iqtisadi resurslardan istifadə səmərəlili- yini yüksəltməyə, ümumdaxili məhsulun həcmini artırmağa im- kan verir. Xarici iqtisadi əlaqələrin (XİƏ) inkişafı nəticəsində ayrı-ayrı ölkələr əlavə gəlir əldə edə bilər, çünki onlar nisbətən az xərclə istehsal olunan məhsullar üzrə ixtisaslaşmaqla həmin məh- sulları nisbətən böyük xərclə istehsal etdikləri məhsullara dəyişə bilərlər.
Ölkələr arasında XİƏ-in yaranması zəruriliyi, əsasən iki amillə izah olunur. Bunlardan biri, ölkələrin iqtisadi resurslara (torpaq, xammal, əmək, kapital) qeyri-bərabər həcmdə malik olmaları, ikincisi isə müxtəlif məhsulların səmərəli istehsalı, fərqli texnologiyalar və ya resursların müxtəlif kəmiyyət kombi- nasiyasını tələb etməsidir. Ölkələrin malik olduqları belə nisbi üstünlüklər XİƏ-in, xüsusilə də xarici ticarətin inkişafına əsasla- nır. Məhdud iqtisadi resurslardan daha çox məhsul əldə olunması məqsədilə təsərrüfatçılığın səmərəli aparılması zəruriliyi, hər bir konkret məhsulun istehsalı iqtisadi resurslara görə nisbi üstün- lüklərə malik ölkədə həyata keçirilməsini tələb edir.
Ölkələr arasında bu və ya digər məhsulun istehsalına görə baş verən ixtisaslaşmalar beynəlxalq əmək bölgüsü adlanır. Ümumiy- yətlə, XİƏ beynəlxalq əhəmiyyət daşıdığından ölkələrin (həm də firma və müəssisələrin) dünya bazarına çıxmalarını şərtləndirərək qarşılıqlı iqtisadi faydanı təmin edir, ticarət əlaqələrini genişlən- dirir, dünya xalqlarının yaxınlaşmasına və sülhə xidmət edir.
Müqayisəli üstünlüklərə əsaslanan ölkələrarası XİƏ inkişafı ayrı-ayrı məhsul istehsalının ölkələr arasında daha səmərəli yer- ləşdirilməsinə və bu ölkələrin əhalisinin maddi rifah halının yük- səldilməsinə səbəb olur.
Məlumdur ki, hər bir ölkənin malik olduğu resursların struk- turu və texnoloji istehsal üsulları üzrə biliklərinin səviyyəsi müx- təlifdir. İstehsalın texniki-iqtisadi səviyyəsindən asılı olaraq hər bir ölkə hazırlanma texnologiyası və iqtisadi təyinatları eyni olan məhsulları, bir qayda olaraq, müxtəlif məsrəflərlə istehsal edirlər. Buna görə də ölkələrdən hər biri istehsal etmək üçün elə məh- sulları seçməlidir ki, onun istehsal xərcələri digər ölkəyə nisbətən az olsun və bu məhsulları – özünə nisbətən – digər ölkədə ucuz başa gələn məhsullarla mübadilə edə bilsin. Lakin, onu da qeyd etmək lazımdır ki, bu, həmin ölkənin iqtisadi imkanlarının tam istifadə edildiyi şəraitdə mümkündür. Yəni əgər ölkədə işsizliyin səviyyəsi yüksək və təsərrüfat dövriyyəsinə cəlb olunmamış re- surslar mövcuddursa, onda, bir sıra istehsalların nisbətən səmərə-
siz olmasına baxmayaraq onların inkişaf etdirilməsi iqtisadi və sosial-siyasi baxımdan məqsədəuyğundur.
Qeyd etmək lazımdır ki, ölkələr arasındakı XİƏ, o cümlədən firmanın xarici iqtisadi fəaliyyətinə bir sıra amillər təsir edir. Bu amillərə çoğrafi, tarixi, siyasi, hüquqi, iqtisadi və mədəni amillər aiddirlər. Sadalanan amillərin məcmusu xarici mühiti formalaş- dırdığı üçün müəssisə və ya firma fəaliyyət göstərəcəyi mühiti düzgün müəyyənləşdirmək məqsədilə qeyd edilən amillər üzrə dolgun informasiyaya sahib olmalıdır.
Xarici mühiti təşkil edən elementlərdən biri də rəqabətin səviyyəsidir. Rəqabət mühitini məhsulun keyfiyyət parametrlə- rinin dəyişmə sürəti, istehsalın optimal həcmi, alıcıların sayı və onların alıcılıq qabiliyyətləri, yerli və xarici rəqiblərin nisbəti, nəqliyyat və logistik xərclər və s. formalaşdırır.
Firmanın XİF-nin başlıca şərti onun mənsub olduğu ölkənin iqtisadiyyatının digər ölkələrə açıqlığıdır. Əks halda firmanın da fəaliyyəti öz ölkəsi kimi «bağlı qapılar» araxasında aparılacaqdır. Ölkə iqtisadiyyartının açıq olması müxtəlif səviyyələrdə – mikro və makroiqtisadiyyat, dövlət – müəyyən xüsusiyyət və əla- mətlərə malik olur. Mikro səviyyədə milli iqtisadiyyatın açıqlığı
aşağıdakı üstünlükləri təmin edir:
|