Reinjinirinq və restrukturizasiya strategiyaları
Strateji idarəetmədə son illərin ən səmərəli innovasiyaların- dan biri reinjinirinqdir. O, menecmentin mühüm alətləri sırasında olub, dünyanın bir çox ölkələrində geniş istifadə edilməkdədir. Reinjinirinq işgüzarlıq vahidi çərçivəsində proseslərin – giriş və çıxışların müəyyən edilməsi və addımların ardıcıllığının daima yaxşılaşdırılması və təkmilləşdirilməsini nəzərdə tutur. Reinjini- rinq nəzəriyyəsinin banisi M.Xammer hesab olunur. Onun C.Çampi ilə birlikdə nəşr etdirdiyi «Korporasiyanın reinjinirinqi: biznesdə inqilabın manifesti» adlı kitabında qeyd edilir ki, reinji-
nirinq – işgüzar proseslərdə xərclər, keyfiyyət, xidmət və sürət kimi fəaliyyətin kritik vacib göstəricilərində dramatik təkmilləş- dirmələr əldə etmək məqsədilə qərarların fundamental olaraq yenidən düşünülməsi və radikal dəyişilməsidir. Başqa sözlə, reinjinirinq firmanın dəyər, xidmətin səviyyəsi, fəaliyyətin sürəti, maliyyə, marketinq, informasiya sistemlərinin qurulması kimi va- cib göstəricilərdə irəliləyişlərin əldə edilməsi məqsədilə biznesin fundamental yenidən düşünülməsi və yenidən təşkili kimi başa düşülür.
Reinjinirinq firmanın fəaliyyətində radikal, sıçrayışa bənzər irəliləyişlərin əldə edilməsi məqsədilə işgüzar proseslərin yenidən təşkilidir.
Reinjinirinqin məqsədi müəssisənin mövcud fəaliyyət istiqa- mətinin dəyişdirilməsi və əsaslı şəkildə yaxşılaşdırılmasıdır. Bu- nun üçün aşağıdakı prinsiplərə üstünlük verilir: maksimum sayda işçilərin səfərbər edilməsi; istehlakçıların layihələrdə iştirakı; tə- darükçülərin cəlb edilməsi; prosesə müdaxilə elementlərinin sayı- nın azaldılması.
Reinjinirinqin ilkin şərti isə müəssisəni böhran vəziyyətindən çıxarmaq və öz sferasında liderliyə cəht etməkdir (şəkil 8.4).
Reinjinirinq əsasən aşağıdakı şəraitdə istifadə olunur:
firma dərin böhran vəziyətində olduğu halda;
firmanın cari vəziyyətinin qənaətbəxş olduğu halda fəaliyyət proqnozlarına dair mənfi nəticələrin mümkünlüyü şəraitində.
Reinjinirinq aşağıdakı xüsusiyyətlərə malikdir:
köhnəlmiş qayda və yanaşmalardan imtina və işgüzar prose- sin yenidən qurulması. Bu, mövcud təsərrüfat ehkamlarının neqa- tiv təsirindən azad olmağa imkan verir;
kompaniyaların mövcud sistemlərinə, strukturlarına qarşı etinasızlıq və təsərrüfat fəaliyyətinin üsullarının radikal dəyişdi- rilməsi. Əgər işgüzar fəaliyyət sferasını dəyişdirmək mümkün de- yilsə, onda biznesin özünü dəyişdirmək olar;
istehsal-təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər- də pozitiv dəyişikliklər baş verir.
Reinjinirinqin təşkili aşağıdakı mərhələlər üzrə formalaşdırılır (şəkil 8.5).
Dostları ilə paylaş: |