Texnoloji siyasətin aparılması mexamizmi
Sənaye müəssisələrində həyata keçirilən texnoloji siyasət sənaye struktur siyasətinin üzvü tərkib hissəsi olub, tələb və təklifin arasındakı nisbətin sürətlə dəyişməsi kontekstində mü- vafiq siyasətin formalaşdırılmasını ön plana çəkir. Bütünlükdə sənaye struktur siyasəti ümumi iqtisadi islahatlar proqramının tərkib hissəsi olmaqla bir-biri ilə sıx əlaqəli və bir-birini qarşılıqlı tamamlayan makroiqtisadi sahə, texnoloji, regional və beynəlxalq xarakterli tədbirləri əhatə edir. Adətən sənaye struktur siyasəti aşağıdakı vəzifələrin icrasına yönəldilir:
ölkənin iqtisadi inkişaf tələblərinə cavab verən sənaye strukturunun formalaşdırılması;
milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsi üçün istehsalın modernləşdirilməsi və qabacıl texnologiyaların tət- biqi əsasında sənayenin texnoloji cəhətdən yenidən qurul- ması;
ölkənin regionlarında sənaye istehsalının inkişaf etdirilməsi;
müasir dünya təsərrüfatına səmərəli inteqrasiyanın təmin edilməsi;
sənayedə institusional islahatların aparılması;
mülkiyyət islahatlarının (özəlləşdirmənin) əsasən başa çatdı- rılması;
müəssisənin fəaliyyətinin bazar münasibətlərinə uyğunlaşdı- rılması;
kapitalın sahələrarası axın mexanizminin hərəkətə gətirilməsi;
resursların mobilliyinin təmin edilməsi;
struktur dəyişikliklərinin sosial amillərinin nəzərə alınması (əmək məhsuldarlığı, əmək hüquqları, işçilərin peşə-ixtisas hazırlığı.)
Beynəlxalq təcrübədə sənaye struktur siyasətinin iki tipini fərqləndirirlər: ümumi-sistemli və seçmə. Bu tiplərin şərtini və istiqamətlərini nəzərdən keçirək.
Ümumi-sistemli sənaye siyasəti. İstehsalın inkişafı üçün əlve- rişli şəraiti təmin edən ümumi şərtlərin yaradılmasına istiqamət- ləndirilir. Belə tədbirlər hamı üçün ümumi olan iqtisadi, institu- sional, təşkilati və hüquqi mühit formalaşdıraraq bütün bazar subyektlərinə bərabər təsir göstərir.
Ümumi-sistemli sənaye siyasətinin istiqamətləri aşağıdakılar-
dır:
Sənayedə pozitiv struktur dəyişikliklərinin baş verməsi
üçün qanunverici və institusional şəraitin formalaşdırılması:
qanunun aliliyinə əsaslanan sabitliyin təmin edilməsi;
dövlətə inam və etibarın artırılması;
mülkiyyət hüquqlarının qorunması;
müstəqil və ədalətli məhkəmə sisteminin qurulması;
müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təminatı;
çevik, ədalətli müflisləşmə və iflas prosedurunun yaradılması;
əhalinin iqtisadi gözləntilərinin bədbinlikdən nikbinliyə dəyi- şilməsinin təmin edilməsi, inkişaf üçün vacib olan milli ruh yüksəlişinin formalaşdırılması və s.
Səmərəli beynəlxalq və regional inteqrasiya siyasəti:
ölkənin milli maraqlarına uyğun olan regional əlaqələrin ge- nişləndirilməsi;
regional və beynəlxalq təşkilatlarda və tədbirlərdə ölkənin milli maraqlarının və yerli şirkətlərin mənafelərinin təmin edilməsi;
tarif və qeyri-tarif tənzimləmə metodlarından səmərəli istifadə etməklə daxili bazarın qorunması;
daxili bazarın xarici məhsulların haqsız rəqabətindən və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması;
xarici bazarda milli məhsulların rəqabətliliyinin gücləndiril- məsi üçün onların beynəlxalq sertifikasiyasında dövlət dəstə- yinin tətbiqi;
xarici bazarlarda milli məhsulların satışını təşkil edən birgə müəssisələrin yaradılmasına yardım göstərilməsi;
sənaye məhsullarının ixracının artırılmasına siyasi və diplo- matik dəstəyin göstərilməsi;
Yerli məhsulların bazarının genişləndirilməsi:
əhalinin alıcılıq qabiliyyətinin artırılması və başqa vasitələrlə ümumi tələbin stimullaşdırılması;
daxili bazarda yerli və xarici istehsal malları üçün rəqabət şərtlərinin bərabərləşdirilməsi;
milli məhsulların xarici bazarlara çıxışı üçün şərait yaradılma- sı;
tələbin öyrənilməsində və marketinq tədqiqatlarında müəssi- sələrə yardım göstərilməsi;
yerli məhsulların satış kompaniyalarının təşkili və s.
Dövlət infrastruktur siyasəti:
istehsal infrastrukturunun (qiymət, rabitə, kommunikasiya xətləri, enerji təminatı) yenidən qurulması və beynəlxalq stan- dartlar səviyyəsinə çatdırılması;
bazar infrastrukturunun formalaşdırılması və inkişafının təmin edilməsi;
sığorta bazarının inkişafı;
sosial infrastrukturun təkmilləşdirilməsi;
özəl pensiya fondlarının inkişafı.
Təbii inhisarların islahatı, inhisar fəaliyyətinin, haqsız rəqa- bətin qarşısının alınması və azad rəqabətin inkişafı:
təbii ihisarların restrukturizasiyası;
dövlət büdcəsindən subsidiyalaşdırma sisteminin aradan qal- dırılması;
təbii inhisarların mal və xidmətlərinin qiymətlərinin dövlət tə- rəfindən tənzimlənməsi sistemi və metodlarının təkmilləşdi- rilməsi;
inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edil- məsi və s.
Seçmə sənaye siyasəti bazar subyektlərinin müəyyən qrup- larına (ayrı-ayrı sahələrə, istehsal növlərinə, regional və s.) məq- sədəuyğun təsiri nəzərdə tutur. Belə siyasət əsasən mikroiqtisadi xarakter daşıyır və hökumətin tənzimləyici və idarəedici fəaliyyə- ti, real sektora fəal müdaxiləsi daha qabarıq nəzərə çarpır. Bunun- la belə, istehsalın seçmə qaydasında dəstəklənməsi yalnız o halda daha səmərəli olur ki, bazar subyektlərinin normal fəaliyyəti üçün makroiqtisadi, infrastruktur və hüquqi mühitin formalaşdırılması- na olan zəruri tələblər mümkün maksimum dərəcədə yerinə yeti- rilmiş olsun. Əgər belə şərait yaradılmayıbsa, onda seçmə sənaye siyasəti bir çox hallarda gözlənilməz nəticələrə gətirib çıxar bilər. Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti nəticəsində 1995-2016-cı illər ərzində ölkə iqtisadiyyatına 220 mlrd. dollar məbləğində investisiya yönəldilmişdir. Bunun nəticə- sidir ki, təkcə son 10 il ərzində 500-dən çox yeni sənaye müəssi- səsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələrin texniki- texnoloji səviyyəsi xeyli yüksəlmişdir. Lakin hələ də emal səna- yesinin bir çox alt sahələrində əsas fondların aşınma dərəcəsi yüksəkdir (cədvəl 8.1). Odur ki, daxili və xarici investisiyalar cəlb edilməklə mövcud istehsal prosesləri əsaslı şəkildə modern- ləşdirilməlidir. Yalnız bu zaman rəqabətqabiliyyətli və idxalı
əvəz edən məhsulların istehsalına nail olmaq mümkündür.
Cədvəl 8.1.
Dostları ilə paylaş: |