Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Azərbaycanın xarici ticarət dövriyyəsinə cəlb edilən ölkələrin sayı *



Yüklə 3,22 Mb.
səhifə117/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Azərbaycanın xarici ticarət dövriyyəsinə cəlb edilən ölkələrin sayı *







İllər

Xarici ticarət döv-
riyyəsi həyata ke- çirən ölkələrin sayı

o cümlədən

idxal tərəf-
daşlarının sayı

İ\ixrac tərəf-
daşların sayı

1997

84

80

58

2000

122

118

84

2005

135

132

97

2006

138

135

95

2007

139

132

91

2008

140

134

89

2009

137

130

95

2010

148

132

111

2011

151

139

106

2012

156

144

110

2013

149

141

105

2014

150

137

110

2015

165

147

111

*) Cədvəl müəllif tərəfindən AR DSK-nın 1998-2015-ci illər üzrə
«Azərbaycanın xarici ticarəti», İllik statistik məcmuələrinin məlumat- ları əsasında tərtib edilmişdir

Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqti- sadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün böyük üs- tünlüklər verir. Məhz buna görə Azərbaycanın milli iqtisadiyya- tının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.


Azərbaycan dövləti son illər ayrı-ayrı ölkələrlə ikitərəfli əla- qələrin inkişafına xüsusi əhəmiyyət verir. Təkcə 2005-2015-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsi 3 dəfə, o cümlədən idxalın həcmi 2,2 dəfə, ixracın həcmi isə 3,8 dəfə artmışdır. Hə- min dövrdə müsbət saldo təmin olunmuş, lakin dünyada baş ve- rən iqtisadi və maliyyə böhranı xarici ticarət dövriyyəsinin, o
cümlədən ixracın azalmasına səbəb olmuşdur. Belə ki, təkcə 2014-2015-ci ildə ölkədə xarici ticarət dövriyyəsi 34,6%, ixracın həcmi isə 45,3% azalmışdır (cədvəl 9.2).
Cədvəl 9.2.

Xarici ticarət əlaqələrinin dinamikası







illər

Milyon ABŞ dolları ilə

Əvvəlki ilə nisbətən faktiki qiymətlərlə, faizlə

ticarət
dövriyyəsi

idxal

ixrac

saldo

ticarət
dövriyyəsi

idxal

ixrac

2005

8558,4

4211,2

4347,2

136,0

120,0

119,8

120,2

2006

11638,9

5266,7

6372,2

1105,5

136,0

125,1

146,6

2007

11771,7

5713,5

6058,2

344,7

101,1

108,5

95,1

2008

54926,0

7170,0

47756,0

40586,0

466,6

125,5

788,3

2009

20824,5

6123,1

14701,4

8578,3

37,9

85,4

30,8

20101

33160,7

6600,6

26560,1

19959,5

106,5

105,0

106,9

20102

27960,8

660,6

21360,2

14759,6

120,0

105,0

125,3

20111

44161,7

9756,0

34405,7

24649,7

104,0

145,3

92,6

20112

36326,9

9756,0

26570,9

16814,9

103,9

145,3

88,7

20121

43813,5

9652,9

34160,6

24507,7

95,5

96,9

95,1

20122

33560,9

9652,9

23908,0

14255,1

89,3

96,9

86,2

20131

43554,1

10712,5

32841,6

22129,1

102,7

109,1

100,7

20132

34687,9

10712,5

23975,4

13262,9

106,3

109,1

105,1

20141

39407,5

9187,7

30219,8

21032,1

95,7

85,4

99,0

20142

31016,3

9187,7

21828,6

12640,9

94,1

85,4

98,0

20151

25781,0

9221,4

16559,6

7338,2

99,8

99,5

99,9

20152

20645,9

9221,4

11424,5

2203,1

96,6

99,5

95,4

  1. Statistika məlumatı – hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla məlumatlar daxil edilmişdir;

  2. Gömrük məlumatı – hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi tam başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.

Mənbə: Azərbaycanın xarici ticarəti. Bakı, «DSK», 2016, s. 12.

Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Respublikanın ikitərəfli əməkdaşlıqda qonşu dövlət- lərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Azərbaycan dövlət müs- təqilliyini bərpa edəndən bu məqama xüsusi diqqət yetirilmişdir.


Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş və dost dövlətlə əlaqələr daim yüksələn xətlə inkişaf edir. Həm
regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olun- masına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsilə gerçəkləşmişdir. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir layihəyə başlanılmışdır. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP və TAP layihəsinə start verilmişdir. Həmçinin bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layi- həsinin reallaşdırılması da uğurla davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regional inkişafın sürətlən- məsinə gətirib çıxaracaqdır.
İkitərəfli əməkdaşlıqda qonşu Rusiya ilə olan münasibətlərə də mühüm önəm verilir. Azərbaycanın bu ölkə ilə müxtəlif sahə- lərdə əlaqələri ildən-ilə genişlənir. Hazırda Rusiya respublikamı- zın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət Statistika Komitə- sinin məlumatına əsasən 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,9 milyard ABŞ dollarından çox olmuşdur. Onu da xatırladaq ki, Azərbaycan Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əməkdaşlıq əlaqələri yaratmış, onların bə- ziləri ilə hökumətlərarası sazişlər bağlanılmışdır. Bu gün qonşu ölkənin 90-dan artıq regionu Azərbaycanla əməkdaşlıq edir və qarşılıqlı ticarət dövriyyəsinin 80 faizindən çoxu həmin region- ların payına düşür.
AR DSK-nın məlumatalına görə, 2015-ci ildə idxalın struktu- runda Avropa ölkələrinin xüsusi çəkisi 54,4%, Asiya ölkələri 33,6%, Amerika 11,6% təşkil etmiş; ixracın tərkibində isə, onla- rın payı uyğun olaraq 64,6%, 27,9% və 4,9% olmuşdur (cədvəl 9.3 və 9.4).
Cədəvəl 9.3.

İdxalın coğrafi quruluşu


Coğrafi regionlar

2011

2012

2013

2014

2015

CƏMİ

100,0

100,0

100,0

100,0

100,0

o cümlədən
















Avropa

57,9

49,7

57,0

55,0

54,4

Asiya

32,6

39,3

34,3

35,0

33,6

Amerika

9,1

10,4

7,7

9,6

11,6

Afrika

0,2

0,4

0,8

0,1

0,1

Okeaniya

0,2

0,2

0,2

0,3

0,3



Cədəvəl 9.4.

İxacın coğrafi quruluşu





Coğrafi regionlar

2011

2012

2013

2014

2015

CƏMİ

100,0

100,0

100,0

100,0

100,0

o cümlədən
















Avropa

71,5

52,9

54,0

57,2

64,6

Asiya

18,9

38,5

39,9

35,7

27,9

Amerika

8,6

6,7

4,1

4,6

4,9

Afrika

1,0

1,8

2,0

2,5

2,6

Okeaniya

0,0

0,1

0,0

0,0

0,0

Mənbə: Azərbaycanın xarici ticarəti. Bakı, «DSK», 2016, s. 33, 34.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivə- sində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zə- min yaradır. Xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqa- mətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Azərbaycanın dövlət səviyyəsində reallaşdırdığı xarici iqtisa- di siyasət strategiyasına, strateji məhsulların idxalına və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olun- ması və inhicarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün qurulması, gömrük prosedurlarının sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılma-
sı, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsə- lələr və o cümlədən, xarici iqtisadi əlaqələrin həcminin və coğ- rafiyasının bir qədər də genişləndirilməsi daxildir. Bundan başqa, 2020-ci ilə qədər Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında qeyri-neft sektorunun həcminin adambaşına 1000 ABŞ dollarına və yaxud ümumilikdə 10 milyard dollara qədər artacağı hədəf olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda, 2020-ci ildə ölkə- mizin qeyri-neft ixracının ümumi idxala bərabər olacağı da proq- nozlaşdırılır. Bu isə Azərbaycanın xarici iqtisadi əlaqələrinin ge- nişlənməsində, neft hasilatının tükəndiyi dövrdə ticarət saldosun- dakı üstünlüyün qorunub saxlanmasında müsbət rol oynayacaq- dır.
Ölkəmizin iqtisadi uğurlarının xaricdə geniş təbliğ edilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindəndir. Bu məqsədlə sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, ya- radılmış əlverişli biznes və investisiya imkanları daha geniş təbliğ olunacaqdır. Bununla yanaşı, Azərbaycanın tranzit və turizm im- kanlarının geniş təşviq edilməsi istiqamətində də işlər aparılır.
TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Şi- mal-Cənub, Şərq-Qərb magistral avtomobil yolları, yeni hava li- manları, geniş turizm infrastrukturu ilə bağlı təbliğatın aparılması Azərbaycanın artan tranzit və turizm imkanlarından xarici tərəf- daşların faydalanması işinə öz müsbət töhfəsini verəcəkdir.
«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında və Azərbaycan Respublikasının Milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsində, eləcə də son illər qəbul edilmiş dövlət proqramlarında xarici iqtisadi fəaliyyətin başlıca istiqa- mətləri müəyyən edilmişdir. Onların differensial təsnifatı 9.2 say- lı şəkildə əks etdirilmişdir.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin