Fənn: İqtisadiyyatın əsasları İxtisas: Politologiya Tədris ILI



Yüklə 43,36 Kb.
səhifə1/5
tarix30.04.2023
ölçüsü43,36 Kb.
#105267
  1   2   3   4   5
maliyyə sistemi





AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
A
ZƏRBAYCAN UNİVERSİTETİ


SƏRBƏST İŞ

Fakültə: Humanitar fənlər
Kafedra: İqtisadiyyat və idarəetmə
Fənn: İqtisadiyyatın əsasları
İxtisas: Politologiya
Tədris ili: II
Qrup: 212210
Mövzu: Dövlətin maliyyə sistemi
Müəllim: dok. Kazımov Asəf Əsəd oğlu
Tələbə: İmanov Abbas Nazim oğlu

Bakı 2023

Plan
Giriş
1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri
2. Dövlətin maliyyə siyasəti
3. Azərbaycan Respublikasının maliyyə siteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası
Nəticə və təkliflər
Ədəbiyyat

Giriş
Maliyyə siyasəti - dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.
Maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və həm də beynəlxalq münasibətləri əhatə edir.
Dövlətin maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır. Dövlətin investisiya siyasəti - maliyyə siyasətinin tərkib hissəsi olub, dövlətin investisiya fəaliyyətini maliyyələşdirməyə münasibətini ifadə edir. O, birincisi, investisiyanın məqsəd və istiqamətini; ikincisi investisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formasını müəyyən edir.
Dövlətin investisiya siyasətinin əsas məqsədi investisiya fəaliyyəti üçün zəruri olan maliyyə resurslarının səfərbər edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsindən ibarətdir. İnvestisiya siyasəti həm dövlət investisiyasının maliyyələşdirilməsini və həm də öz vəsaiti hesabına əsaslı tikintini həyata keçirən xüsusi investisiyalara və müəssisələrə münbit investisiya şəraiti yaratmaqdan ibarətdir.



Yüklə 43,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin