Fənn: İqtisadiyyatın əsasları İxtisas: Politologiya Tədris ILI


Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri



Yüklə 43,36 Kb.
səhifə2/5
tarix30.04.2023
ölçüsü43,36 Kb.
#105267
1   2   3   4   5
maliyyə sistemi

1. Maliyyə siyasətinin mahiyyəti və istiqamətləri
Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyə inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.
Dövlətin maliyyə siyasətinin formalaşmasının ümumi prinsipləri aşağıdakılardan ibarətdir:
1. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması. O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının məqsədi cəmiyyətin inkişafı tələbatının ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından ibarətdir. O, sənaye və kənd təsərrüfatı istehsalının, qeyri - istehsal sferasının və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını nəzərdə tutur.
2. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir.
3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.
4. Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir.



Yüklə 43,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin