Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə115/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 9.1. Firmanın xarici iqtisadi fəaliyyətinin formaları

«Xarici ticarət» dedikdə, ölkənin hər hansı bir digər ölkə ilə ödənilən idxal və ixrac əməliyyatlarından ibarət ticarəti başa düşülür. Çoxtərəfli xarici ticarət fəaliyyəti əmtəə ixtisaslaşmasına görə, hazır məhsul, maşın və avadanlıqlar, xammal, xidmət və texnologiya ticarətinə bölünür. Son onilliklərdə maliyyə resursları ilə ticarət (istiqraz və səhmdər) sürətlə artır.


Hər bir ölkə üçün xarici ticarətin rolu əvəzedilməzdir. C.Sak- sın fikrincə, «dünyanın istənilən ölkəsinin iqtisadi uğuru xarici ticarətdən asılıdır. Heç bir ölkə dünya iqtisadi sistemindən təcrid olunmuş şəkildə sağlam iqtisadiyyat yarada bilməz».
Beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları ara- sında beynəlxalq əmək bölgüsü əsasında yaranan əlaqə forması- dır. Müasir beynəlxalq münasibətlər dünya ticarətinin fəal inkişaf tempi ilə xarakterizə olunur, milli iqtisadiyyatın inkişafında isə yeni, spesifik əlamətlər baş verir.
Elmi-texniki tərəqqinin təsiri altında müxtəlif ölkələrin iqtisa- diyyatında struktur dəyişiklikləri baş verir, istehsalın ixtisaslaş- ması və kooperasiyası milli iqtisadiyyatların qarşılıqlı asılılığını gücləndirir. Bununla da, beynəlxalq ticarət əlaqələri fəallaşır. Hər il dünyada istehsal olunan məhsulların 25%-i beynəlxalq ticarət sisteminə daxil olur. Beynəlxalq ticarət istehsala nisbətən daha sürətlə artır. Ümumdünya ticarət təşkilatının tədqiqatına görə, dünyada hər il istehsalın 10% artımına qarşı, dünya ticarəti 16% artır. Ona görə də, onun inkişafı üçün daha əlverişli şərait yaranır. Xarici ticarət iqtisadi artım üçün güclü amilə çevrilir. Eyni zamanda ölkələrin beynəlxalq ticarət mübadiləsindən asılılığını əhəmiyyətli dərəcədə artırır.
Beynəlxalq ticarət bütün dünya ölkələri ticarətinin məcmusunu əhatə edir. Lakin «beynəlxalq ticarət» anlayışı daha dar mənada da başa düşülə bilər. Belə ki, o, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, hər hansı qitənin, bölgənin (məs., Şərqi Avropa, Şimali Amerika və s.) xarici ticarətinin məcmusunu da əhatə edir.
Beynəlxalq ticarət üç əsas göstərici ilə xarakterizə olunur: əmtəə dövriyyəsi, əmtəə strukturu və coğrafi struktur.
Xarici ticarət dövriyyəsi beynəlxalq əmtəə mübadiləsində iştirak edən ölkələrin idxal və ixracının dəyərinin məbləğini bir- ləşdirir. Xarici ticarətin dəyər və fiziki həcmini fərqləndirirlər. Də- yər həcmi müəyyən zaman kəsiyində cari (dəyişən) qiymətlərlə istifadə edilən valyuta məzənnələri ilə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərlə hesablanır. Onun əsasında müqa- yisəli qiymətlərlə xarici ticarətin real dinamikası müəyyən olunur.
İstehsal amillərinin tez-tez dəyişməsilə bağlı, xarici ticarətin inkişaf nəticələrinə xüsusi diqqət vermək lazımdır. Uzun müddət istehsal amilləri daimi qalmırlar, belə ki, kapital yığımı çoxalır, istehsal dövriyyəsinə isə yeni faydalı qazıntılar, yeni ərazilər cəlb olunur.
Keçən əsrin 90-cı illərinin ortalarında dünya ticarətinin sürətli artımı ABŞ, İtaliya, Kanada və İspaniyada idxalın artım sürəti, qrup ölkələr arasında isə ticarətn genişlənməsi, həmçinin inkişaf
etmiş ölkələrində və Uzaq Şərq regionu, Yaponiya və Latın Ame- rikasında təsərrüfat konyukturasının sürətli artımı ilə əlaqədardır.
Təxmini hesablamalara görə, əgər dünya miqyasında ticarət qadağaları ləğv edilərsə, on il ərzində əmtəə bazarlarının həcmi hər il orta hesabla 6% artacaqdır. Bu isə 60cı ildən başlayaraq indiyə qədər olan dövr üçün ən yüksək göstərici olacaqdır.
XX əsrin ikinci yarısından etibarən dünyada ticarət olduqca qeyri-bərabər inkişaf etməyə başlamışdır. Bu isə öz növbəsində dünya bazarında qüvvələr nisbətinə təsir etmişdir. Ayrı-ayrı ölkə- lərin həlledici mövqeyi (xüsusən ABŞ-ın) azalmışdır. Məsələn, əgər dünya üzrə ixracın 20%-i bu ölkənin payına düşdüyü halda, 1990-cı ildə onun payı 10% olmuşdur. Öz növbəsində Almaniya- nın ixracı ABŞ-a yaxınlaşmış, bəzi illərdə isə hətta onu ötmüşdür. Lakin heç də həmişə ixracın artımı əlverişli nəticələrə gətirib çıxarmır. Amerikalı iqtisadçı Y.Bxaqvatinin göstərdiyi kimi, xammal ixracının genişlənməsi, bununla da, iqtisadi artımın əmə- lə gələməsi ticarət şərtlərinin pisləşməsinə və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Xammal ixracının sürətli artması ilə məhz bu məhsulun dünya miqyasında qiyməti elə düşə bilər ki, bu da iqtisadi artımdan alının səmərəni heçə endirə bilər. Buna baxmayaraq, inkişaf etməkdə olan ölkələr dün- ya bazarına əsasən xammal və ərzaq məhsulları, həmçinin sadə hazır məhsullar göndərirlər. 90-cı illərin əvvəllərində dünya ba- zarında xammal və ərzaq məhsullarına tələbatın nisbətən azalma- sı inkişaf etməkdə olan ölkələrin ixrac imkanlarını da azaltdı. Öz növbəsində xammal və ərzaq məhsulları ixracında inkişaf etmiş ölkələr xüsusi çəkilərini artırdılar. İnkişaf etməkdə olan ölkələrin isə bu məhsulların ixracında xüsusi çəkiləri 40%-dən (1960) 28%-ə (1990) endi. İnkişaf etməkdə olan ölkələr ixracda sənaye məhsullarının xüsusi çəkilərini artırmağa çalışsalar da, inkişaf etmiş ölkələr tərəfindən müxtəlif formalarda təzyiqə məruz qalır- lar. Məsələ ondadır ki, inkişaf etməkdə olan ölkə kimi, Azərbay- canda da ixrac məhsullarının mütləq kütləsini xammallar təşkil edir. Belə ki, AR DSK-nın məlumatlarına görə 2015-ci ildə ixra- cın tərkibində xammal kimi çıxış edən mineral yanacaq, neft, qaz
və kimya məhsullarının xüsusi çəkisi 86%-dən çox olmuşdur. Ölkədə qeyri-neft sektorunun sürətli inkişafı tədricən xammalın ixracını azaltmağa, idxalı əvəz edən məhsulların həcminin və çe- şidinin artırılmasına təminat yaratmaqdadır.
Qloballaşmanın geniş vüsət aldığı hazırki şəraitdə dünya ölkələri arasında elmi-texniki, kredit, satış, firmadaxili, firma- lararası, üfüqi, şaquli, qarışıq, ölkələrarası, regionlararası və s. bu kimi sahələrdə baş verən əlaqələr ildən ilə genişlənməkdədir.
Müasir Elmi Texniki İnqilab İstehsal Kooperasiyasının ən zə- ruri elementi olan elmin də fəaliyyətinə geniş yol açmışdır.
İstehsalın Beynəlxalq Kooperasiyası əməkdaşlığın müxtəlif formalarını əhatə edir:

  1. İstehsal-texnoloji əməkdaşlıq. Burada lisenziyaların veril- məsi və mülkiyyətçilik hüququndan istifadə edilməsi; layihə- konstruktor, texnoloji proseslər, məhsulun texnoloji səviyyəsi və keyfiyyəti, inşaat və quraşdırma işləri, kooperasiyaya daxil olan müəssisələrin modernləşməsi və s. barədə sənədlərin hazırlan- ması nəzərdə tutulur.

İstehsalda, standartlaşmada, vahid şəkilə salmaqda, şəhadət- namə verilməsi, istehsal proqramlarının bölüşdürülməsi və s. üzrə idarəçiliyin təkmilləşdirilməsi;

  1. Kooperasiya əsasında istehsal olunan məhsulların satışı ilə bağlı iqtisadi proseslər üzrə əməkdaşlıq;

  2. Satışdan sonrakı xidmətin göstərilməsi.

Kooperasiya əlaqələrinin tənzimlənməsində aşağıdakı 3 me- toddan istifadə edilir:

  1. birgə proqramın həyata keçirilməsi;

  2. müqavilə əsasında ixtisaslaşdırma;

  3. müştərək öirgə müəssisələrin yaradılması.

Azərbaycan öz müstəqilliyini yenidən bərqərar etdikdən sonra və 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanan
«Neft strategiyası» XİF-in və müştərək müəssisələrin yaradılması intensivliyini əsaslı şəkildə artırmışdır.
Statistik məlumatlara görə, 2016-cı ilin əvvəlində Azərbaycan ərazisində 1235 vahid xarici və müştərək müəssisə fəaliyyət gös-
tərir. Hazırda Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə xarici ticarət əlaqəsi yaratmış və artıq uzun illərdir ki, xarici ticarət döv- riyyəsində müsbət saldo təmin edilmişdir. Azərbaycanın dünya ölkələri ilə elm və təhsil sahəsindəki əməkdaşlığı və birgə proq- ramların həyata keçirilməsi artıq ənənə halına çevrilmişdir. Azərbaycan neft, qaz, neft məhsulları, kənd təsərrüfatı məhsulları və investisiya ixrac edən ölkədir və bu sahədəki beynəlxalq əməkdaşlıq özünün dinamik inkişaf mərhələsinə çatmışdır. Təkcə 2015-2016-cı tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət təhsil müəssisələrində dünyanın 28 ölkəsindən 3425 nəfər xarici vətəndaş müxtəlif ixtisaslara yiyələnirlər. Həmin tədris ilində dünyanın 30-dan çox xarici ölkəsində dövlət xətti ilə 2998 tələbə nüfuzlu ali məktəblərdə müasir ixtisaslar üzrə təhsil alırlar.
XİF-in geniş yayılmış formalarından biri də ölkəyə xarici investisiyaların və beynəlxalq kreditlərin cəlb edilməsidir. Bu sa- hədə əldə edilən uğurlar danılmazdır. Belə ki, 1995-2015-ci il- lərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 220 mlrd. ABŞ dolları həcmində investisiyaların 106,2 mlrd. dollarını və yaxud 48,2%-ni xarici investisiyalar, 26,2 mlrd. dollarını (12%-ni) xa- rici ölkələrin maliyyə kreditləri təşkil etmişdir. Hər il Azərbay- canda təşkil edilən beynəlxalq sərgilər ölkəyə mütərəqqi texnolo- giyaların gətirilməsini sürətləndirir. Ölkə ərazisində yaradılan sənaye və digər təyinatlı texnoparklarda xarici firmalar yaxından iştirak edirlər. Xarici ölkələrdə SOCAR-ın iştirakı ilə müştərək müəssisələrin, yanacaqdoldurma məntəqələrinin yaradılması da istehsal-texnoloji, texniki-iqtisadi və elmi-texniki əməkdaşlığın genişləndirilməsinə imkan yaratmışdır.
Azərbaycan ərazisində fəaliyyətdə olan birjalarda və valyuta- dəyişmə məntəqələrində xarici valyutların alqı-satqısı mütəmadi olaraq təşkil edilmişdir.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə təşkil edilən hər- raclarda xarici vətəndaşların iştirakı da XİF-in formalarından biri kimi çıxış edir.

    1. Yüklə 3,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin