İRADƏ BAYRAMOVA
Biblioqrafiyaşünaslıq kafedrasının
müəllimi
YENİ BİBLİOQRAFİK GÖSTƏRİCİ
Müstəqil Azərbaycan Respublikasında biblioqrafik fəaliyyətin inkişaf istiqamətləri,
biblioqrafik mənbələrin yaradılması texnologiyası ayrı-ayrı alimlərin yaradıcılığında xüsusi
tədqiqat obyekti hesab olunur (1,2,3,4,5,6).
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ölkəmizin informasiya
məkaninda mühüm yer tutur. Kitabxananın fəaliyyətinin əsas istiqamətlərindən biri də, elmin,
texnikanın, iqtisadiyyatın inkişaf etməsi ilə əlaqədar cəmiyyət üzvlərinin informasiya təlabatını
ödəməkdən ibarətdir. Bu baxımdan kitabxananın müxtəlif məqsəd və oxucu istiqamətli biblioqrafik
göstəricilər nəşr etdirməsi diqqətləlayiqdir.
Belə biblioqrafik göstəricilərdən biri də 2007-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanası
tərəfindən “Nurlar” nəşriyyatında çapdan çıxmış “Teymur Əhmədov” biblioqrafik məlumat
toplusudur (7). 224 səhifədən ibarət olan şəxsi biblioqrafik göstərici İsmət Səfərov tərəfindən tərtib
olunmuşdur. Biblioqrafik göstəricinin redaktoru filologiya elmləri namizədi Nərgiz Rüstəmlidir.
Bu biblioqrafik məlumat kitabı milli ədəbi mühitimizin görkəmli nümayəndəsi, tanınmış
ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat
İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Rusiya Təbiət Elmlər
Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Əkbər oğlu
Əhmədovun həyatı, yaradıcılığı, ədəbi-ictimai fikrin inkişafındakı rolunu hərtərəfli əhatə etdiyinə
görə qiymətli vəsait hesab olunur. Alimin geniş elmi potensialı, Respublikamızda, eləcə də ondan
kənarda böyük elmi nüfuzu, onun bir alim kimi Azərbaycanın görkəmli elm xadimləri sırasında
çox önəmli yerlərdən birini tutması biblioqrafik məlumat toplusu ilə tanışlıq zamanı daha çox
diqqəti cəlb edir.
Biblioqrafik məlumat toplusundan aydın olur ki, göstərici ilk dəfə 2005-ci ildə 184 səhifə
həcmində çap olunmuşdur. Göstəricinin ilk variantı alimin yaradıcılığını və haqqında yazılmış
məqalələrin 2005-ci ilə qədərki dövrünü əhatə edir. Daha əhatəli ən yeni materialları özündə əks
etdirən biblioqrafik göstəriciyə ehtiyac yaranmışdı. Ona görə də bu biblioqrafik göstəricinin
yenidən işlənərək çap olunması təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir.
Biblioqrafik məlumat toplusu sahə oxucuları üçün nəzərdə tutulmuşdur. Göstəricini vəsaitdə
verilmiş materialların tərtibatına görə şərti olaraq iki hissəyə bölmək olar:
1.Bioqrafik hissə; 2.Biblioqrafik hissə;
Göstərici “Tərtibçidən” adlı bölmə ilə azərbaycan və rus dillərində qısa məlumat verilməklə
başlayır.
“Həyatı, elmi-publisistik və ictimai fəaliyyətinin əsas tarixləri” adlı bölmədə alimin həyatı və
yaradıcılığının əsas tarixləri xronoloji ardıcıllıqla həm azərbaycan, həm də rus dillərində
verilmişdir.
“Teymur Əhmədov” biblioqrafik məlumat toplusunda alimin ilk qələm təcrübəsindən
başlayaraq, (1954-2007-ci illər) indiyə kimi bu bütün yaradıcılıq yolu biblioqrafik baxımdan əks
olunmuş onun əsərləri, məqalələri və haqqında yazılmış bütün materiallar xronoloji ardıcıllıqla
təqdim olunmuşdur.
Akademik Bəkir Nəbiyevin “Görkəmli ədəbiyyatşünas alim”, şair, ədəbiyyatşünas-alim Qasım
Qasımzadənin “İztirablı-bəhrəli ömür”, filologiya elmləri doktoru, professor Yaşar Qarayevin
“Zəhmətkeş alim, xeyirxah insan” adlı məqalələrində, Teymur Əhmədov, həm bir alim kimi, həm
də qəlbi Vətən məhəbbəti ilə dolu olan əsl vətəndaş kimi gözlərimiz önündə canlanır (7.S.24-54).
“Elm və Mədəniyyət Xadimləri Teymur Əhmədov haqqında” adlı bölmədə görkəmli alimlər,
yazıçılar, şairlər Teymur Əhmədov haqqında çox dəyərli fikirlər söyləmiş, onun şərəfli ömür
yolunu, ictimai-siyasi fəaliyyətini, elmi potensialını çox yüksək qiymətləndirmişlər (7.S.55-73).
Akademik Mirzə İbrahimov, akademik Firudin Köçərli, akademik Məmməd Cəfər Cəfərov,
şair Mirvarid Dilbazi, xalq yazıçısı Qılman İlkin və başqalarının söyləmiş olduqları fikirlər
göstəricidə öz əksini tapmışdır. Burada Teymur Əhmədovun yüksək intellekti, güclü məntiqi,
geniş erudisiyası haqqında yazıçı əlibala Hacızadənin təbirincə desək, bu zəhmətkeş “qələm
fəhləsi”nin yuxusuz gecələri, əzablı axtarışları haqqında ətraflı məlumat ala bilərik.
Biblioqrafik məlumat toplusunun II hissəsi 9 bölmədən ibarətdir.
I bölmə “Kitabları” adlanır. Bu bölmədən aydın olur ki, alimin ilk kitabı 1960-cı ildə işıq üzü
görmüşdür. Bu bölmədə alimin 1960-2006-cı illərdə yazdığı 44 kitabın biblioqrafik təsviri
verilmişdir. Bu kitablar xronoloji qaydada təsvir olunaraq, onların bəzilərinə qısa, yığcam
annatasiyalar yazılmışdır.
Teymur Əhmədovun yaradıcılığında görkəmli ictimai-siyasi xadim “Nəriman Nərimanov”
mövzusu xüsusi yer tutur-desək yanılmarıq. Çünki T.Əhmədov “Nəriman Nərimanovun
dramaturgiyası” mövzusunda namizədlik, “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda
isə doktorluq dissertasiyalarını uğurla müdafiə edərək alimlik dərəcəsinə yüksəlmişdir. Nəriman
Nərimanov haqqında cəmiyyətdə formalaşmış yanlış təsəvvürləri əsl ziyalı, alim təəssübkeşliyi ilə
alt-üst edən, ona layiq olduğu qiymətin verilməsinə nail olan alim, o vaxtkı Sovet hakimiyyəti
illərində çox əziyyətlər hesabına bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir, (7.S.74-83).
Görkəmli alim, akdemik Bəkir Nəbiyevin dediyi kimi Nəriman Nərimanova “möhtəşəm elmi
abidə” ucaltmışdır!
“Nəriman Nərimanov: Azərbaycanın görkəmli adamları” kitabının tərcümə olunaraq rus,
ingilis, alman, fransız, ərəb dillərində çap edilməsi də göstəricidə öz əksini tapmışdır (7.S.76).
2001-ci ildə çap olunmuş “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri” adlı
kitabının 2006-cı ildə Təbrizdə Azərbaycan dilində dərc olunması da təsvir olunmuşdur. (7.S.82).
Kitabda zəngin arxiv materiallarından, dövri mətbuat mənbələrindən istifadə edərək üzdəniraq
qonşularımızın əsl simasını, xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasətini ustalıqla açıb
göstərən alimin çoxillik axtarışlarının bəhrəsi özünü göstərmişdir. Bu kitab Türkiyədə də maraqla
qarşılanmış, türk mətbuatı kitabı hissə-hissə dərc etmişdir. Istanbulda çıxan “Kuvayi milliyə”
jurnalında nəşr olunan kitab bu günkü prizmadan baxanda çox aktual mövzunu əks etdirdiyindən
dəfələrlə müxtəlif dillərdə çap olunmuşdur. (7.S.170).
Teymur Əhmədov 2006-cı ildə Səməd Vurğunun 100 illik yubileyi münasibəti ilə “Səməd
Vurğun” adlı kitab yazmışdır. Burada “ Azərbaycan poeziyasının korifeyi” adlı material da
verilmişdir. Bunlar da göstəricidə geniş şəkildə əks olunmuşdur.
II bölmə “Elmi, ədəbi-tənqidi, publisistik əsərləri” adlanır. 1954-2007-ci illərdə müxtəlif
dövri mətbuat səhifələrində nəşr olunan 293 əsərin biblioqrafik təsviri verilməklə, onların bəziləri
haqqında qısa anatasiyalar verilməsi, onun konkret oxucu kütləsi tərəfindən istifadəsinə maraq
oyatmaqla yanaşı bu mənbələrin müəyyən qədər məzmununun açılmasına da xidmət edir.
Ədəbiyyatşünas alimin püxtələşmiş qələmindən çıxan, daha sanballı, geniş mövzuları əhatə
edən əsərlərini, öz dövrünə uyğun olaraq, zamanın nəbzini tutmaq baxımından yüksək
qiymətləndirmək lazımdır. Bu baxımdan Nəriman Nərimanov, Səməd Vurğun, Mir Cəlal Paşayev,
Mirzə İbrahimov, Xəlil Rza və başqaları haqqında yazılmış əsərləri diqqəti cəlb edir.
Biblioqrafik məlumat toplusu ilə tanışlıq göstərir ki, Teymur Əhmədovun yaradıcılığında
Cənubi Azərbaycan ədəbiyyatı mövzusu da xüsusi yer tutur. 1988-ci ildə Balaş Azər oğlu, əbülfəzl
Hüseyni (Həsrət), Fəthi Xoşginabi, Hökumə Billuri, Mədinə Gülgün, Söhrab Tahir və s. haqqında
yazmış olduğu əsərlərində bunu görə bilərik.
Alimin “Heydər əliyev və mətbuat” adlı məqaləsinin Heydər əliyevin müsahibələri,
bəyanatları, müracitələri, çıxışları və təbrikləri toplanmış 4 cildlik eyni adlı kitablardan bəhs
olunduğunu da göstərmək olar (7.S.84-123).
III bölmə “Bədii əsərləri” adlanır ki, alimin 1956-cı ildən 2005-ci ilə qədər yazmış olduğu 12
bədii əsərinin biblioqrafik təsviri öz əksini tapmışdır. Burada alimin şerləri, hekayələri, bayatıları,
oçerkləri yer almışdır.
IV bölmə “Tərtib etdiyi əsərlər” adlanır. Bu bölmədə 1973-2007-ci illəri əhatə edən 27 əsərin
biblioqrafik təsviri verilmişdir.
“Nəriman Nərimanov”, “Süleyman Rüstəm”, “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”,
“XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı”, “Mir Cəlal”, “Heydər əliyev”, “Heydər əliyev və
mətbuat” 4 cilddə “Azərbaycan Respublikası regionlarını sosial-iqtisadi inkişafı. Dövlət Proqramı
(2004-2008-ci illər)” “Prezident İlham əliyev”, “Heydər əliyev və mədəniyəyt” 2 cilddə və s.
kitablarının xronoloji ardıcıllıqla verilməsi alimin yaradıcılığının bu istiqaməti haqqında dolğun
təsəvvür yaradır (7.S.126-132).
V bölmə “Redakte etdiyi əsərlər” adlanır ki, burada Teymur Əhmədovun 1970-2007-ci illərdə
redaktə etdiyi 54 əsərin biblioqrafik təsviri verilmişdir.
VI bölmə “Elmi rəhbərliyi ilə yazılmış dissertasiyalar”. VII bölmə “Rəsmi opponentlik etdiyi
dissertasiyalar” adlanır. Burada alimin 1977-2006-cı ilə qədər rəhbərlik etdiyi 14 dissertasiyanın,
1984-2006-cı illərdə isə rəsmi opponentlik etdiyi 13 dissertasiyanın biblioqrafik təsvirinin
verilməsini görürük.
VIII bölmə “Rəy verdiyi kitablar” adlanır. Bu bölmədə alimin 2002-2006-cı illərdə 4 kitaba
rəy verməsi təsvir olunub.
Bibliorqafik məlumat toplusundan da göründüyü kimi burada görkəmli alimin cəmi 461
əsərinin biblioqrafik təsviri verilmişdir.
IX bölmə “Elmi-ictimai və publisistik fəaliyyəti haqqında ədəbiyyat” adlanır. 1957-2007-ci
illərdə alim haqqında yazılmış 314 əsərin biblioqrafik təsviri verilməklə toplanmış bütün mənbələr
burada öz əksini tapmışdır. Teymur Əhmədov haqqında Kamal Talıbzadənin “Zəngin həyat
səhifələri”, Budaq Budaqovun “Çətin yolun yolçusu”, Qulu Xəlilovun “Xalq üçün yanan ürək”,
Nihad Hacızadənin “Zəhmətlə qanadlanan ömür” və s. əsərlərdə alim haqqında geniş məlumat
verilir. (7.S.145-202).
Teymur Əhmədov” biblioqrafik məlumat toplusundan istifadəni asanlaşdırmaq üçün kitabın
sonunda verilmiş “əsərlərinin əlifba göstəricisi”, “Haqqında yazan müəlliflərin əlifba göstəricisi”
köməkçi aparatlarından istifadə olunmuşdur. Köməkçi aparatdan istifadə etməklə, xronoloji
qaydada verilmiş mənbələrin əlifba sırası ilə tez və asan tapılmasına nail olmaq mümkündür.
Ümumiyyətlə, göstərəici görkəmli alim haqqında geniş məlumat tutumu, yaradıcılığının
hərtərəfli tədqiq edilməsi və araşdırılması baxımından, onun ictimai, elmi fəaliyyətini
dəyərləndirmək üçün çox böyük əhəmiyyət daşıyır.
Yüksək poliqrafik tərtibatla, nəfis şəkildə çap olunmuş kitab alimin 53 illik elmi fəaliyyətinin
araşdırılması baxımından çox qiymətli vəsaitdir.
Teymur Əhmədov milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan elm fədaisi kimi
diqqətdən kənarda qalmamışdır. Dövlətimiz alimin fəaliyyətini yüksək qiymətləndirmiş, onu bir
çox mükafatlarla, medallarla təltif etmişdir.
Hazırda ömrünün 78-ci baharını yaşayan Teymur Əhmədov, milli mətbuatımızın inkişafı üçün,
gənc kadrların yetişməsi üçün yorulmadan çalışır. Respublikamızın hər yerində onun yüzlərlə
yetirməsi var. Alimə yaşadığı bu şərəfli ömür yolunda və yaradıcılığında can sağlığı arzulayırıq!
Ədəbiyyat
1.Əliyev Z.N. Ümumi biblioqrafiyaşünaslıq: Dərs vəsaiti.-B.:Bakı Universiteti nəşriyyatı,
2001.-145 s.
2. Əsgərli əlizadə: Görkəmli ədəbiyyatşünas alimlə bağlı yaddaş sözü://Elm.-2006.-31 yanvar.
3.Xələfov A.A. İnformasiya cəmiyyətinin formalaşmasında kitabxanaların
vəzifələri://Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və metodiki jurnal.-2005. ¹2.-s 5-17.
4.İsmayılov N.İ: Azərbaycan biblioqrafiyasının biblioqrafiyası: (biblioqrafik vəsaitlərin
göstəricisi).-Bakı: Mütərcim, 2003.-112 s.
5.İsmayılov N.İ.: Yeni biblioqrafik məlumat kitabı:// Azərbaycan.-2007.-3 fevral
6. Şükürov Ağahüseyn: Biblioqrafik məlumat toplusu//Elm.-2006.31 yanvar
7.Teymur Əhmədov: Biblioqrafik məlumat oplusu/ /Tərtibçi; İsmət Səfərov; Redaktoru:
filologiya elmləri namizədi Nərgiz Rüstəmli.-Bakı:Nurlar, 2007.-224 s.
Ирада Байрамова
Новый библиографический указатель
Р Е З Ю М Е
В статье анализирован персональный библиографический указатель посвященный
известному литературоведу Теймур Ахмедову. Значение этого указателя, его структура,
также методика составления были изучены на уровни современного библиографоведения
İrada Bayramova
New bibliographic reference.
SUMMARY
İn the paper there is given analysis of a private bibliographic reference dedicated to the
cutstamding scientist literary critic Teymur Ahmadov. İt is importance, structure and methods of
it's marking are studied on the level of modern bibliography science.
Dostları ilə paylaş: |