8
Əsas formatların ölçü və işarələri aşağıda göstərilən cədvəldə verilmişdir.
DST 9.324-60-a görə
formatın uyğun işarəsi
A0 A1 A2 A3 A4 Formatıntərəflərinin
ölçüləri, mm-lə
1189 x 841 594 x 841 594 x 420 297 x 420 297 x 210 Çertyoju yerinə yetirərkən vərəqin uzun tərəfini, adətən, üfüqi vəziyyətdə
yerləşdirib, onu xarici çərçivə ilə əhatə edirlər. Bunun üçün formatın
sərhədlərinin daxilində yuxarıdan, sağdan və aşağıdan 5
mm məsafədə, soldan isə
20
mm məsafədə xətlər çəkirlər (şəkil 6). Bu xətlərin qalınlığı 0,7
mm -dən az
olmamalıdır. Alınan çərçivə daxilində aşağı sağ küncdə əsas yazı (şəkil 7)
yerləşdirilir. Əsas yazının forması, məzmunu və qrafalarının ölçüləri DST 2.104-
68-ə uyğun olmalıdır.
Şəkil 6 Tədris çertyojlarında əsas yazıların bəzi sütunları ya doldurulmur, ya da
dəyişdirilir. Əsas yazıların sütunları aşağıda göstərilən kimi doldurulur.
9
Şəkil 7 1.3 Miqyaslar Çertyojda təsvir olunan əşyanın xətti ölçülərinin onun həqiqi ölçülərinə
nisbətinə miqyas deyilir. Çertyojun miqyası DST 2.302-68-ə görə seçilir.