11
Durğu işarələrini daxil etmək üçün Shift düymələrindən istifadə edilir.
Bir sətir dolduqda növbəti söz və kursor avtomatik olaraq yeni sətrə keçir.
Kursoru abzas məsafəsinə gətirmək üçün Tab düyməsindən istifadə edilir.
Yeni abzasdan başlamaq üçün Enter düyməsi sıxılır. Lazım olmayan simvolları silmək
üçün Delete və Backspace düymələrindən istifadə olunur.
Mətn sahəsində dolaşmaq yəni səhfənin müxtəlif yerlərinə gəlmək Word də əsas
mövzularından biridir. Yeni bir sənəd açdığımız zaman kursor mətn sahəsinin yuxarı sol
küncündə yerləşir. Mətnləri daxil etdikdən sonra redaktə işlərini görmək üçün kursoru mətnin
müxtəlif yerlərinə gətirmək lazım gəlir.
Home-kursoru sətrin başlanğıcına gətirir;
End-kursoru sətrin sonuna gətirir;
Page Up-kursoru bir ekran səhifəsi yuxarıya gətirir;
Page Down-kursoru bir ekran səhifəsi aşağıya gətirir;
Ctrl+Home-kursoru mətnin başlanğıcına gətirir;
Ctrl + End-kursoru mətnin sonuna gətirir.
Sənəddəki hər hansı bir səhifəyə,bölməyə,sətrə,şərhə,xüsusi sahəyə cəld keçmək
üçün Главная menyusunun Редактирование bölməsindən Найти əmri və yaxud
da klaviaturadan Ctrl+G seçilir. Bu zaman ekrana Найти и заменить pəncərəsi
açılır.
Hər hansı səhifəyə keçmək üçün pəncərənin Обьект перехода siyahısından страница əmri
seçilir. Onun qarşısındakı Введите номер страница qutusuna səhifənin nömrəsi yazılıb,
Перейти düyməsi sıxılır. Обьект перехода siyahısında aşağıdaki parametrlərdən istifadə edilir.
Страница-bir səhifəyə keçmək;
Dostları ilə paylaş: