Dərs vəsaiti Bakı 2016


 5. Microsoft Word mətn redaktorunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

 
1. 5. Microsoft Word mətn redaktorunda 
mətni redaktə edərək, 
əlavələr etmək 
Mətni redaktə etməmişdən əvvəl onu seçmək lazımdır. 
Hər hansı mətn hissəsini silmək üçün onu seçib Delete düyməsi sıxılır.
Əməliyytların nəticəsini ləğv etmək üçün Настройка панели быстрого доступа 
panelindən Отменить, əməliyyatların yenidən icra olunması üçün Вернуть əmrini seçmək 
lazımdır. Eyni əməliyyatları uyğun olaraq klaviaturadan Ctrl+Z və Ctrl+Y düyməsini sıxmaqlada 
yerinə yetirmək olar. 
Word də mətnin təkrarlanan hissələrini yazmağın müxtəlif yolları vardır. Bunlardan biri 
Главная menyusundan Копировать və Вставить, digər yolu isə klaviaturadan Ctrl+C və Ctrl+V 
düymələrindən istifadə etməkdir.
Əvvəlcə mətndən bir hissə seçilir. Sonra Главная menyusundan Копировать əmri ilə 
bufer yaddaşına köçürülür. Kursoru lazım olan yerə qoyub Главная menyusundan Вставить 
əmri seçilır. Bundan başqa Ctrl düyməsindən də istifadə edərək mətin hissəsini istənilən yerə 
köçürmək olar. Bu zaman mausun oxunun aşağısında + işarəsi görsənəcək. Bu işarə 
məlumatların köçürüləcəyini bildirir. 
Daşıma (yerdəyişmə) əməliyyatını Главная menyusundan Вырезать və Вставить 
əmirləri ilə ya da klaviaturadan Ctrl+X və Ctrl+V düymələrini sıxmaqla da yerinə yetirmək olar. 
Bunun üçün lazım olan mətn hissəsini seçin.Sonra kursoru lazım olan yerə qoyub Главная 
menyusundan Вставить əmrini seçin. 
Kursorun yerləşdiyi yerdən etibarən mətnin yeni səhifədən və ya sütundan başlaması 
üçün Вставка menyusunun Страницы bölməsindən Разрыв страницы əmri seçilir. 
Sənədləri hazırlayarkən mətnə cari saatı və tarixi əlavə etmək üçün Вставка menyusunun 
Текст bölməsindən Дата и время əmrini seçilir. Ekrana eyni adlı dialoq pəncərə çıxır. 
Pəncərədəki format siyahısından mövcud formatlardan biri seçilib Ok düyməsi sıxılır. 
Müxtəlif formalı mətnlər hazırlayarkən klaviatura düymələri üzərində olmayan işarə və 
simvolları mətnə əlavə etmək üçün kursoru lazım olan yerdə yerləşdirib, Вставка menyusundan 
Символ əmri seçilir. Ekrana Символ pəncərəsi açılır. 
downloaded from KitabYurdu.org


26 
Açılan pəncərədən lazım olan simvollar seçilib Вставить və Закрыть düymələri sıxılır. 
Sənədlərdə mətn ardıcıllığını pozmamaq üçün lazım olan əlavə izahatlar çox zaman bir 
nömrə və ya xüsusi işarə verilərək səhifənin altında və ya sənədin sonunda göstərilir. Bunlara 
haşiyə deyilir. Word bu cür əməliyyatları avtomatik yerinə yetirir. Bunun üçün Ссылки 
menyusunun Сноски bölməsindəki əmrlərdən istifadə edilir.
Mətndəki bütün başlıqlardan ibarət mündəricat hazırlamaq üçün Ссылки menyusunun 
Оглавление bğlməsindəki əmrlərdən istifadə edilir. 
Mətndəki hər hansı bir sətri başlıq kimi təyin etmək üçün kursoru sətrdə yerləşdirib 
Главная menyusunun Стили bölməsindəki əmrlərdən istifadə edilir. 
Səhifələrə səhifə başlığı/altlığı vermək üçün Вставка menyusunun Колонтитулы 
bölməsindəki Верхний / Нижний колонтитуль əmri seçilir. 
Açılan pəncərədən lazım olan sütuna mətn daxil edilir.Əgər mətndə dəyişiklik etmək 
lazım gələrsə, Изменить Верхний / Нижний колонтитуль əmri seçilir. 
downloaded from KitabYurdu.org


27 
İşçi sahənin görünüşünü böyüdüb və ya kiçiltmək üçün Вид menyusunun Масштаб 
bölməsindəki əmrlərdən istifadə edilir. Ekrana Масштаб dialoq pəncərəsi açılır. 
Pəncərənin Масштаб qutusuna 100% qiyməti daxil edilsə səhifənin görnüşü normal 
ölçüdə olacaq. Ekranda eyni vaxtda bir neçə səhifənin görünməsini təmin etmək üçün 
Несколько страниц parametri aktivləşdirilir. Digər miqyaslar Произвольный qutusuna daxil 
etməklə təyin edilir.
Вид menyusu proqram pəncərəsinin ümumi görnüşünü tənzimləyir və aşağıdakı 
əmrlərdən ibarətdir. 
Разметка страницы parametri Word sənədini kağız üzərində olduğu kimi göstərir. 
Səhifənin kənar boşluqlarını , başladığı və bitdiyi yerləri ekranda tam olaraq görmək 
mümkündür. Səhifələrin sayı çox olduğu zaman normal rejimdə işləmək məqsədə uyğundur.
Структура - əmri çox sərlövhəli böyük həcimli sənədin ierarxiq strukturunu əks 
etdirməklə sənədin ayrı-ayrı sərlövhələrinə, uyğun hissələrə avtomatik keçidi təmin edir. Sənədin 
strukturu sərlövhəyə görə yaradılır. Структура alətlər paneli üzərindəki düymələrdən istifadə 
edərək sənədi asanlıqla nizamlamaq mümkündür. 
Режим чтения - uzun sənədi kompüter ekranından oxumağın ən asan yolu bu rejimdən 
istifadə etməkdir. Sənəddəki başlıqlar sol pəncərədə, bu başlıqlar altındakı məlumatlar isə sağ 
tərəfdəki pəncərədə uyğun formada göstəriləcəkdir.
Səhifələri nömrələmək üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Номера 
страниц əmrini seçilir. Bu zaman ekrana Номера страниц dialoq pəncərəsi açılır. Pəncərədən 
aşağıdakı parametrlər təyin edilir.
downloaded from KitabYurdu.org


28 
Səhifə nömrəsi səhifənin yuxarısında olarsa Вверху страницы, aşağısında olarsa Внизу 
страницу parametri seçilir. 
Формат номеров страниц əmrini aktivləşdirdikdə ekrana eyni adlı pəncərə açılır. 
Формат номера siyahısında rəqəm və ya hərflərlə ifadə olunmuş nömrə formatlarından 
biri seçilir. Növbəti bölməni əvvəlki səhifələrin davamı kimi nömrələmək lazım gələrsə 
Продолжить parametri aktivləşdirilir. İlk səhifənin nömrəsinin birdən fərqli olması üçün Начать 
с qutusuna lazım olan nömrə daxil edilib OK düyməsi sıxılır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin