Dərs vəsaiti Bakı 2016


 4. Fayllar üzərində əməliyyatların aparılması. Səhifələrin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

 
1. 4. Fayllar üzərində əməliyyatların aparılması. Səhifələrin
formatlaşdırılması 
Word proqramında yaradılan hər bir sənəd *. docx tipli fayl şəklində saxlanılır. (2003 və 
ondan əvvəlki versiyalarda bu genişlənmə *.doc şəklində idi). Word proqramında hazırlanmış 
faylın genişlənməsinə baxmaq üçün həmin faylın üzərində mausun sağ düyməsi ilə açılan 
siyahıdan Свойства əmrini seçin. 
Proqram yüklənən zaman ekrana pəncərə açılır. Yeni sənəd yaratmaq üçün müxtəlif 
şablonlar verilmişdir. Şablonlardan istifadə etmək üçün internet aktiv vəziyyətdə olmalıdır. 
downloaded from KitabYurdu.org


20 
Açılan pəncərədən Новый документ düyməsi sıxılır. 
Yenisini açmaq tələb olunarsa Настройка панели быстрого доступа panelindən (Файл 
menyusundan) Создать əmri və yaxud da klaviaturadan Ctrl+N seçilir. 
Kompüterin yaddaşında və ya disketdə olan əvvəlcədən hazırlanmış hər hansı bir Word 
faylını və ya digər mətn fayllarını açmaq üçün Настройка панели быстрого доступа 
panelindən (Файл menyusundan) Открыть əmri seçilir. Bu zaman ekrana Открыть pəncərəsi 
açılır. 
Açılan pəncərədən faylın yerləşdiyi disk və qovluq seçilib Открыть (Ctrl+O) düyməsi 
sıxılır. Sürətli işləmək üçün bir neçə faylı eyni anda açmaq mümkündür. Ardıcıl yerləşən faylları 
seçmək üçün Shift, müxtəlif istiqamətdə yerləşənləri seçmək üçün Ctrl düyməsindən və ya 
mausdan istifadə edilir.
İşi tamamladıqdan sonra faylı bağlamaq lazımdır. Bunun üçün pəncərənin sağ tərəfində 
yerləşmiş Закрыть əmri seçilir. Əgər faylda dəyişiklik etdikdən sonra yaddaşa verilməyibsə, 
onda dialoq pəncərə açılacaqdır. Dəyişikliklərin yaddaşa yazılması üçün Bəli, əks halda Xeyr 
və ya Ləğv et düyməsi sıxılır. 
downloaded from KitabYurdu.org


21 
Məlumatı ilk dəfə yaddaşa yazmaq üçün Настройка панели быстрого доступа 
panelindən Сохранить əmri seçilir. Bu zaman ekrana Сохранение документа pəncərəsi açılır.
Pəncərənin Имя файла sətrində faylın adı, Тип файла sətrində tipi qeyd edilıb 
Сохранить düyməsi sıxılır. 
Sənədlərə şifrə vermək üçün Файл menyusundan Сведения əmri seçilir. 
Əgər sadəcə olaraq sənədə şifrə qoymaq lazım gələrsə, Защита документа bölməsindən
Зашифровать с использованием пароля əmri seçilir. Sənəd üzərində kənar şəxslərin düzəliş 
etməsinə mane olmaq üçün Защита документа bölməsindən Ограничить редактирование 
əmrini seçin. Pəncərənin sağ tərəfində panel açılır.
Verilmiş parametrlər aktivləşdirilib Да включить защиту əmrini 
seçin.Bu zaman eyni adlı pəncərə açılır.Şifrəni daxil edib Ok 
düyməsini sıxın. 
Şifrəni ləğv etmək üçün Файл menyusundan Сведения-Ограничить редактирование-
Отключить защиту əmrlərini ardıcıl seçin. Bu zaman ekrana Снятие защиты pəncərəsi açılır. 
downloaded from KitabYurdu.org


22 
Şifrəni daxil edib Ok duyməsini sıxın. 
Windows sistemində işləyən bir çox proqramlar da, o cümlədən Word də eyni vaxtda bir 
neçə faylı açıb birindən digərinə məlumatları köçürmək, daşımaq və ayrı-ayrı faylların 
məzmununu müqayisə etmək mümkündür.
Hazırlanmış hər bir yeni sənədin və ya açılmış hər bir faylın öz işçi pəncərəsi olur. Bu 
pəncərənin başlıq hissəsində faylın və ya sənədin adı yazılır. Bir pəncərədən digərinə keçmək , 
açıq pəncərələri nizamlamaq və digər əməliyyatları yerinə yetirmək üçün Вид menyusunun 
əmrlərindən istifadə edilir. Вид menyusundan Новое əmrini seçdikdə aktiv pəncərədən biri də 
açılacaqdır. Əgər bir neçəsini ardıcıl açarıqsa onda bunlar ardıcıl 1.2.3.4.5..... nömrələnəcəkdir. 
İki və ya daha artıq fayl pəncərəsi açıldıqda onları müxtəlif formada nizamlamaq üçün Вид 
menyusundan Упорядочить все əmri seçilir. Bu zaman pəncərələr üfiqi və ya şaquli vəziyyətdə 
yan-yana yerləşəcəkdir. 
Eyni bir sənədin müxtəlif hissələrində yerləşmiş mətnləri müqayisəli şəkildə gözdən 
keçirmək üçün həmin pəncərənin işçi sahəsini iki hissəyə ayırmaq olar. Bunun üçün Разделить 
əmri seçilir. Pəncərənin işçi sahəsi ayırma çubuğu ilə iki sahəyə ayrılacaqdır. Mausun oxu 
ayırma çubuğu üzərinə gətirildikdə iki istiqamətli ox formasını alacaqdır. Bu halda mausun sol 
düyməsini sıxılı saxlayaraq uyğun istiqamətdə sürüşdürməklə sahələrin ölçüsünü dəyişmək olar. 
Bu sahələrin ətrafındakı sürüşdürmə çubuqları vasitəsilə onların ekranını sürüşdürərək müxtəlif 
yerlərdəki mətnləri müqayisəli şəkildə gözdən keçirmək olar. Əməliyyatdan imtina etmək üçün 
Вид menyusundan Снять разделение əmri seçilir.
Ekranda eyni vaxtda iki sənədlə işləmək üçün Вид menyusundan Рядом əmri seçilir. 
Word fayllarını çap etməzdən əvvəl səhifə parametrlərini təyin etmək lazımdır. Bunun 
üçün Разметка страницы menyusundan Параметры страницы əmri seçilir. Ekrana Параметры 
страницы pəncərəsi açılır.Pəncərə üç səhifədən ibarətdir. 
Поля səhifəsindən aşağıdakı parametrlər təyin edilr: 
Səhifənin kənarlarını təyin etmək üçün:

Верхнее-üst; 
downloaded from KitabYurdu.org


23 

Левое-sol; 

Нижнее-aşağı; 

Правое-sağ; 

Положение переплета-tikiş sahəsinin məsafəsini təyin etmək üçün istifadə olunur; 

Ориентация sahəsindən Альбомная və Книжная variantlarından biri seçilir. 
Размер бумаги səhifəsindən aşağıdakı parametrlər təyin edilr

Buradan çap üçün istifadə olunacaq kağızın formatı seçilir.
Əgər qeyri standart ölçülü kağızlardan istifadə olunacaqsa , onda Размер бумаги 
sahəsində ki , Ширина və Высота sətrlərinə uyğun rəqəmlər daxil edilir. 
Источник бумаги səhifəsindən aşağıdakı parametrlər təyin edilr: 
Bəzən səhifədəki mətnlər səhifəni tam doldurmaya bilər. Bu zaman mətnləri bütün 
səhifəyə görə bərabərləşdirmək üçün Вертикальное выравнивание sahəsindəki parametrlərdən 
uyğun olanı seçilir. 
downloaded from KitabYurdu.org


24 

По центру-mətn səhifənin ortasında bərabərləşəcək; 

По высоте-mətn bütün sahəyə görə bərabərləşəcək; 

По верхнему краю-mətn səhifənin üst tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir; 

По нижнему краю-mətn səhifənin aşağı tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir. 
Bəzi müqavilələr və ya hüquqi sənədlərdə sətrlərin nömrələnməsi lazım olur. Bunun üçün 
Параметры страницы pəncərəsinin Источник бумаги səhifəsindən Нумерация строк düyməsi 
sıxılır. Bu zaman ekrana eyni adlı pəncərə çıxır. 
Sətrlərin nömrələnməsi üçün Добавить нумерация строк variantı seçilir. 

Начать с-nömrələr neçədən başlayacaqsa həmin sətrə daxil edilir; 

От текста-sətr nömrələrinin sətrdən nə qədər uzaq olacağını göstərir; 

Шаг-nömrələr arasındakı artımı göstərir; 

На каждой странице-Hər səhifədə sətrlərin nömrələnməsinin
yenidən başlanmasını təmin edir; 

В каждом разделе-Hər bölmədə sətrlərin nömrələnməsinin 
yenidən başlanmasını təmin edir; 

Непрерывно-Bütün mətndəki sətrlərin ardıcıl nömrələnməsini təmin
edir. 
Sənədi çap etməzdən əvvəl ona baxmaq üçün Настройка панели быстрого доступа 
panelindən Просмотр и печать əmri seçilir. Bu zaman Word pəncərəsi Предварительный 
просмотр rejiminə keçir. 
Sənəd üzərində gəzmək üçün aşağıdakı keçid düymələrindən istifadə edilir. 
Pəncərənin sol tərəfində çapı nizamlamaq üçün parametrlər verilmişdir. 

Печать-Çapı icra etmək üçündür;
downloaded from KitabYurdu.org


25 

Копия-Sənədin neçə nüsxədə çixacağını göstərir;

Принтер-Çap maşınının seçilməsi üçündür. Aktiv olan çap maşını seçilib sənəd printerə 
göndərilir;

Напечатать все страницы-bütün sənəd çap edilir;

Напечатать текущую страницу-cari sənəd çap edilir;

Напечатать
в
ыделенный фрагмент-seçilmiş sahəni çap edir; 

Страницы-çap edilən vərəqlərin nomrələri qeyd edilir. Məsələn:1, 3, 4, 5, 6 
yazılarsa çap 
əmrindən sonra bu vərəqlər çap ediləcək.

1-10 yazıldıqda isə bu aralıqdakı vərəqlər çap ediləcək. 

1, 3, 5, 10-12 yazıldıqda isə 1, 3, 5, 10, 11, 12 vərəqləri çap ediləcək;

Односторонняя печать - bu bölmədən istifadə edərək bir üzlü və iki üzlü çapı təmin 
etmək mümkündür; 

Разобрать по копиям-seçildikdə, nüsxələrin sayi 2 olarsa, onda bütun səhifələr çıxıb 
qurtardıqdan sonra, 2-ci nüsxə çıxacaq; 

Не разбирать по копиям-
seçildikdə, ardıcıl olaraq hər səhifə iki nüsxə çıxacaq. Bu da 
qarışıqlıq yaratdığı üçün 1-ci variant daha məqsədə uyğundur.

Книжная ориентация - Kitab rejimi;

Альбомная ориентация - Albom rejimi;

1 страница на листе-bölməsi bir vərəq üzərində neçə səhifənin çap olunacağını göstərir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin