Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 89 -
İlkin informasiya – Emal edilən informasiya–
Son informasiya
Emal edilən informasiya müəyyən
alqoritmə
tabe olur. İnformasiyanın emalının aşağıdakı növləri
var:
- Yeni biliyin və ya informasiyanın alınması
məqsədilə emal – məsələn, riyaziyyatdan
məsələ həlli,
ana dilindən cümlənin sintaksis təhlili və s.
- İnformasiyanın formasını dəyişdirən emal –
məsələn, mətnin bir xarici dildən başqa dilə tərcüməsi.
İnformasiyanın strukturlaşdırılması – məsələn,
əlifba sırası ilə siyahıların hazırlanması.
İnformasiya axtarışı – məsələn,
mətndə hər
hansı sözün axtarışı, bəstəkarın musiqisinin, rəssamın
əsərini axtarışı.
İnformasiyanın emalından alınan nəticələr tələb
olunan formada istifadəçilərə çatdırılır.
Avtomatlaş-
dırılmış üsulla (kompüterlə)
emal olunan informasiya
istifadəçilərə adətən kompüterin xaricetmə qurğuları
ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl,
qrafik
və s. şəklində çatdırılır.
İnformasiya proseslərinin öyrədilməsi nəticə-
sində şagirdlər əsasən aşağıdakıları bilməlidirlər:
Informasiyanın
məzmun və kibernetik