Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 73 -
olunması, saxlanılması və ötürülməsi, “Alqoritm” t.v.-
də hərəkətlər və hadisələr ardıcıllığı, alqoritm və onun
icrası, doğru və yalan mülahizələr, qeyri-müəyyən
mülahizələr, ən sadə və qısa yol, “İnformasiya
texnologiyaları” t.v.-də kompüter və onun hissələri,
kompüter sinfində davranış qaydaları, mətn və qrafik
redaktorlar, kalkulyator proqramı ilə iş mövzuları
öyrədilir.
III sinifdə aşağıdakı t.v. və mövzular öyrədilir:
[7]
I.
İnformasiya;
II.
Alqoritm;
III.
Kompüter.
“İnformasiya” t.v.-də informasiyanın
kodlaşdırılması, informasiya prosesləri, rebusların
həlli, informasiyanın işlənməsi, “Alqoritm” t.v.-də
obyektlər qrupu, hamısı, heç biri, bəzi sözləri, fərqli
əlamətlər, qanunauyğunluqlar, “Kompüter” t.v.–də
kompüterin iş masası, Paint proqramı ilə iş, Word Pad
proqramı, kompüterdə hesablamaların aparılması kimi
mövzular öyrədilir.
IV sinifdə informasiya prosesləri, alqoritm və
|