Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 3 -
Ön söz
Pedaqoji fakültələrin ibtidai sinif müəllimliyi
ixtisası üzrə təhsil alan tələbələri
üçün nəzərdə
tutulmuş bu dərs vəsaitinin əsasını informatikanın
tədrisi metodikası fənni üzrə oxunan mühazirələr
kursu təşkil edir.
Təqdim olunan vəsait BSU-nun
Riyaziyyat və informatika kafedrasının «İnformatika
və onun tədrisi metodikası» proqramına uyğun olaraq,
ümumtəhsil məktəblərinin
ibtidai sinifləri üçün Milli
Kurikulum əsasında hazırlanmış informatika
dərslikləri və elmi-metodik ədəbiyyat əsasında tərtib
edilmişdir. [9]
Sürətlə inkişaf edən müstəqil
Azərbaycan Res-
publikasında informasiya texnologiyalarının infişafı
bir zərurətə çevrilmişdir. Bu gün təhsil sistemində
yeni forma və metodlardan istifadə edilməsi xüsusilə
zəruridir. Hazırda
hər bir şagird və tələbə adi
kompüter savadlılığından daha irəli gedərək, yeni
texnologiyalardan
düzgün istifadə etməyi, ətraf
aləmdə gedən dəyişikliklərə və cəmiyyətdəki sosial
proseslərə öz münasibətini ifadə etməyi bacarmalıdır.
Azərbaycan Respublikasının 2009-cu ildə qəbul
etdiyi Təhsil Qanununda
Azərbaycanda təhsil siste-
minin yenidən qurulması, bütün mərhələlər üzrə təd-