Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 8 -
sistemlərinə əsaslanır. Bu sistemlər isə məktəbin bü-
tün kollektivinin - məktəblilər, idarə edənlər və müəl-
limlərin fəaliyyətini uzlaşdırır. Məktəb informati-
kasının texniki təminatı dedikdə isə məktəbdə təlim-
tərbiyə işinin optimal təşkili üçün nəzərdə tutulmuş
bütün texniki avadanlıqlar başa düşülür. Tədris
metodiki təminat məktəblərdə tədris olunan və
informatika elmi ilə müəyyən dərəcədə əlaqəsi olan
bütün fənlər üzrə istifadə edilən dərsliklər, elmi-
metodiki vəsaitlər və s.-dir. Məktəb informatikasının
təşkilati təminatı daim yenilənən və inkişaf edən
informasiya texnologiyalarının dinamikliyi səbəbin-
dən çox mürəkkəbdir. Buraya məktəb informati-
kasının texniki bazasının yaradılması, bütün səviy-
yələrdə yeni informasiya texnologiyalarından baca-
rıqla istifadə edə bilən və informatikadan şagirdlərə
digər fənlərin öyrənilməsi üçün zəruri bacarıqları
aşılaya bilən pedaqoji kadrların hazırlanması daxildir.
[18; 15]
Ibtidai siniflərdə informatika dörd əsas bölmə
üzrə öyrədilir. Bunlar aşağıdakılardır:
·