Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 11 -
sədilməsi;
-
Kompüterdən istifadə etməklə müxtəlif
növ informasiya ilə (mətn, səs, qrafik və s.) iş
vərdişlərinin yaradılması;
-
İKT vasitələri ilə şagirdlərin idraki
marağının, yaradıcı və intellektual
qabiliyyətlərinin inkişaf etdirilməsi;
-
Şagirdlərdə informasiya anlayışına
hüquqi və etik cəhətdən ciddi yanaşma
tərbiyə etmək, informasiyadan
istifadəyə seçici yanaşmaq;
-
Gündəlik həyatdan alınan informasiyanı
tətbiq etmək, fərdi və kollektiv
proyektlər hazırlamaq.
Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris;
2) praktik; 3) tərbiyəvi məqsəd daşıyır. Bu fənnin
tədrisində qarşıya qoyulan vəzifələr həmin
məqsədlərin yerinə yetirilməsinə yönəldilməlidir.
Tədris məqsədinə informatikanın öyrədilməsində bu
elmin fundamental anlayışlarının mənimsədilməsi, o
cümlədən informasiyanın təsviri, ötürülməsi, istifadəsi
daxildir.
Praktik məqsədlərə şagirdlərə texnoloji
bacarıqları aşılamaq, onları gələcək praktik
fəaliyyətlərində lazımi bilik və bacarıqlarla təmin
etməkdir. Tərbiyəvi məqsəd hesablama texnikası və
texnologiyalarından cəmiyyətin və sivilizasiyanın