Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 9 -
·
kompüter, informasiya-kommuni-
kasiya texnologiyaları və sistemləri;
·
cəmiyyətin informasiyalaşdırılması
.
Yarım əsrdən çoxdur ki, məktəblərdə
hesablama riyaziyyatı, alqoritm və proqramlaşdırma,
məntiq elmi, diskret riyaziyyatın elementləri tədris
edilir. Fundamental elm sahəsi kimi informatikanın
tədrisi metodikası informatika, fəlsəfə,
pedaqogika,
psixologiya və s. elmləri ilə sıx bağlıdır. Kibernetika
elminin banisi sayılan amerikalı alim Norbert Viner
1948-ci ildə çap edilən “Kibernetika” kitabında bu
elmin əsaslarını şərh etmişdir. İnformatika və
kibernetika elmlərinin ümumi cəhətləri çoxdur.
Kibernetika (yun. Επιστήμη συστημάτων) — yunan
sözü olub, hərfi mənası "idarə etmək bacarığı"
deməkdir. Kibernetika əks əlaqəyə malik
olan texniki
sistemlərin idarə olunması haqqında elmdir.
İnformatika isə sosial sistemlərdə və təbiətdə
informasiyanın
hərəkətinin ümumi qanunauy-
ğunluqlarını öyrənir. Hər iki elm informasiya
anlayışından istifadə edir. [18; s.11-15]
İTM-in
obyekti təbiətdə və cəmiyyətdə
informasiya
prosesləri və informasiya
texnologiyalarıdır.
İTM-in
predmeti təbiətdə və cəmiyyətdə
informasiya proseslərinin ümumi xüsusiyyətləri və