Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 12 -
inkişafı üçün necə istifadə edilməsini şagirdlərə
aydınlaşdırmaq, onlarda informasiya mədəniyyəti
formalaşdırmaqdır. [10, s.10-11]
İnformatika kursunun məzmununa ümumi didaktik yanaşma. İnformatika fənninə didaktik
yanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanın
məzmunu bir-birilə dialektik cəhətdən əks vəhdət
təşkil edən iki əsas faktorlar qrupundan ibarətdir. [15,
s.61-65; 10, s.12-13]
1.
Elmilik və praktiklik. Bu o deməkdir ki,
kursun məzmunu informatika elminə əsaslanaraq
onun müasir inkişafına, praktikaya uyğun şəkildə
qurulmalıdır.
2.
Əlyetənlik və ümumilik. Bu o deməkdir
ki, kurs şagirdlərin hamısı üçün aydın və anlaşıqlı
olmalı, həmçinin onların bilik, bacarıq və vərdiş-
lərinin ümumi inkişafını nəzərdə tutmalıdır.
Başqa sözlə, məktəb informatikası bir tərəfdən
müasir olmalıdır, digər tərəfdən isə elementar, aydın
və sadə dilə malik olmalıdır.