Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 13 -
kursu üçün hazırlanmışdı. Kurs əasən yuxarı sinif
şagirdləri üçün nəzərdə tutulmuşdu. Həmin kurs
şagirdlərin kompüter siniflərində işini nəzərdə
tuturdu. Bu zaman informatika dərsi
üç formada təşkil
edilirdi – kompüterdə nümayiş, laborator iş və
praktikum. Lakin bu halda
da kompüterdə alqoritm və
proqramlaşdırma məsələlərinə, yəni maşınsız varianta
müəyyən yer verilirdi. Informatikanın maşın
variantında təxminən aşağıdakı mövzular nəzərdə
tutulurdu: [18, s.37-40]
EHM-lə tanışlıq;
Alqoritmləşmənin əsasları;
Hesablama texnikasının əsasları;
Proqramlaşdırmanın əsasları;
EHM-də məsələ həlli;
Cəmiyyətdə EHM.
90-cı illərdə bir çox məktəblərin maddi-texniki
bazalarının genişləndirilməsi, kompüterlə təchiz
edilməsi nəticəsində informatika dərsləri maşınlı
variantda keçilməyə başladı. Qeyd etmək lazımdır ki,
ibtidai siniflərdə informatikanın tədrisində maşınsız
varianta daha çox üstünlik verilir. Lakin
son illərdə
məktəblərin kompüterlə təmin olunması, kompüter
siniflərinin yaradılması nəticəsində informatika daha
çox maşınlı variantda tədris edilir.
Pedaqoq və
psixoloqların fikrincə, ibtidai
siniflərdə şagirdlərin