Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix12.05.2022
ölçüsü0,99 Mb.
#57697
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   153
Azf-296626 (1)

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 16 -
kurikulum təhsilin əsasını təşkil edən sənəd kimi
qəbul edilir. Kurikulum təhsilin məzmunu, təşkili və
qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə
əks etdirən konseptual sənəddir. Məhz bu konseptual
sənəd vasitəsilə təhsilin son məqsədini, məqsədlərə
çatmaq üçün yolları, bu yolların səmərəliliyini
yoxlamaq üsullarını, bir sözlə, təhsil prosesi ilə bağlı
bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilini
əldə etmək olar. Xarakterinə görə kurikulumlar iki
yerə ayrılır: [2]
· fənyönümlü kurikulum;
· şəxsiyyətyönümlü kurikulum.
Fənyönümlü kurikulumların keyfiyyətində
biliklərin həcmi və miqdarı  əsas rol oynayır. Belə
kurikulumların məzmununu elm sahələri, anlayışlar
sistemi və bu anlayışların mənimsənilməsi təşkil edir.
Fənyönümlü kurikulumlarda praktika, yəni bacarıq,
vərdiş və qabiliyyətlər arxa plana keçir, praktikada
lazım olmayan biliklər də şagirdlərə mənimsədilir. [2]
Şəxsiyyətyönümlü kurikulumlar fənyönümlü
kurikulumlardan həyati bacarıq və vərdişlərə üstünlük
verilməsi ilə fərqlənir. Belə kurikulumlarda
məlumatlıq səviyyəsi aşağı olur, şəxsiyyətə daha çox
həyat fəaliyyətində lazım olan bacarıq və vərdişlər



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin