Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Qəzaların nəticələrinin agırlıqlarının məhdudlaş­dırılması və lokallaşdırılması



Yüklə 1,67 Mb.
səhifə70/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

13.2. Qəzaların nəticələrinin agırlıqlarının məhdudlaş­dırılması və lokallaşdırılması.
Sənayedə baş vermiş qəzaların təhlili göstərir ki, qəzaların ləğvində iştirak edən işçi heyyətin, qaz xilasedicilərinin və digər xüsusi xidmətlərin dəqiq və düzgün hərəkəti zamanı belə bir çox hallarda qəzaların ləğvinin nəticələri əhəmiyyətli dərəcədə aşağı olur. Xüsusi təhlükəli istehsalatlar və ayrı ayrı proseslər üçün onların potensialı və partlayış yanğın təhlükəliliyinin ümumi indeksi nəzərə alınmaqla çox ciddi şəkildə qəzaların lokallaşdırılması planı işlənilib hazırlanmalıdır.Bu planın işlənilib hazırlanmasında qurğunun istismarı zamanı baş verə bilən real mümkün qəza vəziyyətinin olması nəzərə alınmalıdır. Bu məqsədlə sənaye prosesləri üçün xarakterik olan baş vermiş qəzaları öyrənmək lazımdır.
Qəzaların lokallaşdırılması planlarını enerji təminatının və xammal materiallarının verilməsinin kəsilməsi və s. hallarla əlaqədar olan istehsalat nasazlıqları zamanı işçi heyyətin hərəkətləri üçün lazım olan işçi instruksiyalar və texnoloji reqlamentdən çıxarışlarla mürəlkkəbləşdirmək olmaz. Planlar birinci növbədə aşağıdakılara imkan verməlidir:
- atmosferə qəza texnoloji tullantıların mənbəyinin lokallaşdırılmasına,
- adamların zədələnmələrdən müdafiəsi üçün mümkün alovlanma mənbələrinin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlərlə məhdudlaşdırılmalıdır.
Texnoloji qurğuda proseslərin baş verdiyi zaman aparatlarda partlayışların mümkünlüyü zamanı partlayış təhlükəli mühitin ləğv edilməsi və alovlanmanın daxili və xarici mənbələrinin aradan qaldırılması üzrə tədbirlər lokallaşdırma planı ilə müəyyən edilməlidir.Atmosferə yanar və partlayış təhlükəli tullantıların mümkün mənbələrinin lokallaşdırılması üçün texnoloji xətt (sex, istehsalat ) yanar və partlayış təhlükəli mühitin maddi axınların qarşılıqlı əlaqələri üzrə dəqiq sərhədin müəyyən edilməsi ilə ayrı ayrı proseslərə ayrılmalıdır.
Ümumi plana daxil olan texnoloji sxemdə avadanlıqların və boru kəmərlərinin kipliyinin pozulması zamanı bir birilərindən izolyasiya olunmaq üçün texnoloji xətt armaturlarla (əllə məsafədən idarə edilməklə, avtomatlaşdırılmış) texnoloji mərhələlərə (bloklara) ayrılmalıdır. Texnoloji sxemdə və qəzanın lokallaşdırılması planının operativ hissəsində eyni, yaxşı yadda qalan istehsalat və texnoloji mərhələlərin (blokların) texnoloji aparatlarının qəzaların lokallaşdırılması və yanğından müdafiə vasitələrinin nömrələnmələrindən istifadə olunur.Mürəkkəb komplekslərdə texnoloji blokların nömrələrini üçrəqəmli yuvarlaq göstərici ilə işarə etmək məsləhət görülür ( misal üçün, 100, 200, 500 və s.) texnoloji aparatların adlandırılması uyğun hərflərlə göstərilməlidir. Misal olaraq işarə edilməsi məsləhət görülür:
KA- kalonlar, İS- istidəyişdiricilər;
RK- reaktorlar, NA- nasoslar;
KR- kompressor, QA- qarışdırıcılı aparatlar;
SO- sobalar Q – qablar və s.
Plana işçi binaların, texnoloji kompleks avadanlıqlarının yerləşdirildiyi açıq texnoloji meydançaların (korpuslar) yerləşdirməsi daxil edilir. Texnoloji sxemdə yanar məhsulların qəza sızmaları zamanı istənilən texnoloji mərhələnin onunla
əlaqəli olan texnoloji blokdan bloklaşdırılması üçün lazım olan uyğun armaturlar işarələnir. Planın operativ hissəsində işçi personalın ümumi sxemə daxil olunmuş istənilən texnoloji mərhələlərin söndürülməsi üzrə hazırlığı və görəcəyi işlər müəyyən edilməlidir.
Qısa diapazonlu qəza sahələrinin lokallaşdırılması üçün planın operativ hissəsində sxemə əsas aparatlar və uyğun armaturlar daxil edilməklə hər bir texnoloji mərhələnin qısa izahı verilməlidir.
Qəzaların lokallaşdırılması planında qəza vəziyyətinin aradan qaldırılmasında iştirak edən işçi personalın vəzifəli şəxsləri müəyyən edilməlidir. Bu zaman onların istənilən hərəkəti qəza şəraitinin hər bir variantı üçün dəqiq müəyyən olunmalıdır. Həyəcan siqnalı üzrə qəzaların lokallaşdırılması planında iştirak etməyən adamlar dərhal təhlükəsiz yerə çıxarılmalıdırlar. Bu məqsədlə planda qəza zamanı çıxışlar və adamların evakuasiyası marşrutu göstərilməlidir. Planda qəzaların lokallaşdırılmasında iştirak edən personal üçün müdafiə vasitələrinin, rezerv alətlərinin və materialların, həmçinin qəza əleyhinə, yanğın əleyhinə inventarların və partlayış təhlükəsi olmayan işiqlandırmanın fərdi ( individual) vasitələrinin saxlanıldığı yer göstərilməlidir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin