Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə78/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Disk müfəttişləri. Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb. Rezident monitorlar. Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).
İmmunizatorlar. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompyuterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.


14.3. İnformasiya təhlü­kəsiz­li­yi­nin təmin olunmasında qanun­vericilik tədbirləri və normativ aktların rolu.

Azərbaycan Respublikası Konstitusiyasına görə şəxsiyyətin icazəsi olmadan onun haqqında informasiya toplamaq, istifadə etmək, yaymaq qadağandır.



  • Xidmət və kommersiya informasiyasına – dövlət və təşkilatlar üçün ciddi

əhəmiyyət kəsb edən informasiyalar aiddir.

  • Statistik informasiyaya – kütləvi hadisələrin və təzahürlərin kəmiyyət

xarakteriskalarının sənədləşdirilmiş məlumatları aiddir.

  • Sosioloji informasiyaya (sosial-hüquqi) – sosioloji tədqiqatların təşkili

və keçirilməsindən alınan informasiyalar aiddir.

  • Bütün bu informasiyalar dövlətin fəaliyyətini optimal idarə etmək üçün mühüm rol oynayır.

Hüquqi informasiya rəsmi və sənədli xarakterə malikdir və normativ, qeyri normativ qruplara bölünür. Normativ hüquqi informasiyalar hüquqi normalar, hüquqi institutlar, qərarlar, hüquqi cavabdehlik haqqında məlumatlardır və aşağıdakı səviyyələrdə əks olunur.

  1. Beynəlxalq – hüquqi informasiya,

  2. Yerli özünü idarəetmə aktları

Qeyri – normativ informasiyalar vətəndaşların və bütün ictimai strukturların
sistematik olaraq hüquqi sahədə olan aktual məsələlər, faktlar haqqında məlumatlandırılmasından bəhs edir və aşağıdakı quruluşa malikdir:

  1. Qanunçuluğun vəziyyəti barədə informasiya,

  2. Cəmiyyətin hüquqi həyatı haqqında informasiya,

  3. Cinayətkarlıq haqqında olan informasiya,

  4. Vətəndaşların ərizə və şikayətləri haqqında olan informasiya,

  5. Güzəştlər haqqında olan informasiya və s.

Qanunvericiliklə əlaqədar, hüquqi və normativ sənədlərin hazırlanması zamanı, eləcə də informasiyanın qorunmasının təşkili zamanı müvafiq qanunvericilik bazasından düzgün istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının bu sahəyə aid qanunvericiliyinin düzgün istifadə olunması ilə bağlı problemlər informasiyanın texniki kanallarla sızdırılmasının, ondan qeyri-qanuni istifadə edilməsinin və onun texniki informasiyalaşdırma vasitələrində işlənməsinin qarşısının alınması, informasiyanın qorunması tədbirlərinin effektivliyinə nəzarət zamanı və xüsusi halda belə problemlər “xidməti sirr” və “xidməti informasiya” kateqoriyalarının məzmunu ilə əlaqədar meydana çıxır.
Xidməti informasiyaya dövlət və qeyri – dövlət resursları daxildir. Azərbaycan Respublikasının dövlət informasiya ehtiyatları respublika informasiya ehtiyatları kimi formalaşır. Dövlət informasiya resursları, qanunla məhdud istifadə kateqoriyasına aid edilən sənədləşdirilmiş informasiyadan başqa, ümumi istifadəyə açıqdır. Məhdud istifadə kateqoriyasına aid edilən sənədləşdirilmiş informasiyaya dövlət sirri və məxfi informasiya daxildir. Məxfi informasiya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılan sənədləşdirilmiş informasiyaya deyilir. Vətəndaşlar haqqında respublika informasiya resuslarına və yerli idarə orqanlarının ehtiyatlarına daxil olan, eləcə də, qeyri – dövlət təşkilatları tərəfindən əldə edilən şəxsi məlumatlar məxfi informasiya kateqoriyasına aiddir. Başqa sözlə, elmin və insan fəaliyyətinin istənilən sahəsinə aid hər hansı informasiya, əgər qanunvericilik tərəfindən ondan istifadə məhdudlaşdırılmayıbsa, prinsip etbarilə ümumi istifadəyə açıqdır və “məxfi informasiya” kateqoriyası qorunan bütün informasiya (sirr) növlərini özündə cəmləşdirir. Bu fikir həm dövlət, həm də qeyri- dövlət ehtiyatlarına aiddir. Dövlət sirri sayılan informasiya bu kontekstdə istisna təşkil edir. Belə informasiya məxfi informasiya sayılır. Hər hansı bir informasiyanın dövlət sirri kateqoriyasına aid edilməsi Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” qanununa müvafiq şəkildə həyata keçirilir. Hər hansı bir informasiyanın məxfi informasiya kateqoriyasına aid edilməsi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş yolla həyata keçirilir.
“İnformasiya haqqında qanuna” əsasən, informasiyanın qorunması rejimi aşağıdakı yollarla müəyyən olunur:

  • söhbət dövlət sirri sayılan informasiyadan gedirsə, qoruma rejimi

səlahiyyətli orqanlar tərəfindən müəyyən olunur;

  • söhbət məxfi informasiyadan gedirsə, qoruma rejimi informasiya

ehtiyatlarının SAHİBİ və ya səlahiyyətli şəxs tərəfindən “İnformasiya haqqında qanun” əsasında müəyyən olunur;

  • söhbət şəxsi məlumatlardan gedirsə, qoruma rejimi xüsusi dövlət

qanunu ilə müəyyən olunur.
Burada prinsipial olan odur ki, məxfi informasiyanın qorunması rejimini bu informasiyanın sahibi , yəni müvafiq hökümət orqnı, təşkilat, idarə və ya müəssisə müəyyən edir.
“Xidmət sir” kateqoriyası haqqında
Əvvəllər “xidmət sirr” kateqoriyası hər hansı idarə və ya müəssisəyə aid məlumatların “məxfidir” qrifi ilə nişanlanması üçün istifadə olunurdu. Bu sirr açan şəxslər cinayət məsuliyyətinə cəlb olunurdular. Hal-hazırda bu kateqiriya Cinayət məcəlləsindən çıxarılmış və 1993-cü ildə “Dövlət sirri haqqında” qanunun qəbul edilməsilə hüquq sahəsində öz əvvəlki mənasını itirmişdir. Buna iki səbəb var:

  1. Üzərində “məxfidir” qrifi olan informasiya dövlət sirri sayılır;

  2. Yuxarıda adı çəkilən qanuna əsasən, informasiyanın digər

kateqoriyalarına məxfilik qrifinin tətbiq olunması qadağandır.
İnformasiya o halda xidməti sirr və ya kommersiya sirri hesab edilir ki, o, üçüncü şəxslərə naməlum olduğundan həqiqi və ya potensial kommersiya dəyərinə malik olsun, qanuni şəkildə ondan açıq şəkildə istifadə etmək mümkün olmasın və informasiyanın sahibi onun məxfiliyinin qorunması üçün hər hansı tədbir görsün. Xidməti və ya kommersiya sirri hesab edilən informasiya hazırki Məcəllədə və digər qanunlarda öz əksini tapmış üsullarla qorunur.
“Xidmət sirr” dedikdə (qeyri- dövlət strukturlarındakı kommersiya sirrinə analoji olaraq) dövlət strukturlarında kommersiya əhəmiyyətinə malik olan xidməti informasiya başa düşülür. Kommersiya sirrindən (kommersiya strukturlarında) fərqli olaraq, dövlət tərəfindən qorunan məxfi informasiya təkcə kommersiya əhəmiyyətinə malik deyil. Buna görə də xidməti sirr məxfi informasiyanın bir növüdür. Bundan başqa, dövlət strukturlarında siyasi və digər əhəmiyyətli informasiyalar da ola bilər. Bu tip informasiyalar xidməti sirr sayıılmadığından, onlara “məxfidir” və ya hər hansı başqa qrif əlavə olunmalıdır.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin