Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə75/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Pc(t) = Ri=1Pi(t), ( 13.2)
Burada: Pc(t) – t zamanı ərzində sistemin yanğın təhlükəsizliyi və ya sistemin etibarlılığıdır;
Pi(t) - sistemin i-elementinin yanğın təhlükəsizliyi və ya etibarlılığıdır.
Bu metod sistemi təşkil edən elementlərdə partlayışların baş vermə ehtimalı məlum olarsa sonuncu mərhələdə sistemdə partlayışın ehtimalının təyin edilməsi üçün tətbiq edilə bilər.

Yoxlama sualları:
1. Sənayedə inert qazlar hansı hallarda istifadə edilir?.
2. Yandırma sistemini ətraf atmosferdə havanın artıq təzyiqindən bloklaşdırmağın məqsədi.
3. Xüsusi təhlükəli proseslər üçün yanğın təhlükəliliyinin ümumi indeksi nəzərə alınmaqla qəzaların lokallaşdırılması planının işlənilib hazırlanmasının məqsədi.
4. Qəzaların lokallaşdırılması planında qəza vəziyyətinin aradan qaldırılmasında iştirak edən işçi heyyətin vəzifəsi.
5. Sənaye qəzaları baş vermış yanğın və partlayışların nəticəsində dəymiş maddi ziyanın ölçüsündən asılı olaraq kateqoriyalaşdırılması.
6. Qəzalar barədə məlumatların yığılması və sistemləşdirilməsinin əsas enerji növləri.
7. Sənayedə daha tez–tez təkrarlanan qəza hallarının baş verməsinin ehtimalının riyazi ifadəsi.
8. Texnoloji sistemin kipliyinin pozulması və partlayış təhlükəli buludun əmələ gəlməsi ehtimalı.


MÖVZU 14. ERQONOMİKADA İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI VƏ CƏMİYYƏTİ İNFORMASİYALAŞDIRILMASININ
ƏSAS MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ


14.1. İnformasiyaya yanaşmanın aspektləri.

Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT (İnformasiya Kommunikasiya Texnologiyaları, Information and Communication Technologies) – informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının yığımıdır. İKT-yə aiddir İnformasiya prosesləri – hər hansı nəticə əldə etmək məqsədilə informasiya üzərində aparılan əməliyyatlar ardıcıllığı yığımıdır. Əsas informasiya proseslərinə informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması aiddir.


Kodlaşma – bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə əvəz olunmasıdır və ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır. İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.
Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.
Proqnozlara əsasən XXI əsr dünyada qlobal informasiyalaşdırma və kompüterləşdirmə əsri olacaqdır. ”Elektron inqilab” dalğasında dünyada yüzlərlə, minlərlə milli, regional kompüter sistemləri, şəbəkələri yaranacaq və əksər ölkələrdə informasiya cəmiyyəti, informasiya iqtisadiyyatı, yəni idraka, məlumata, biliklərə əsaslanan iqtisadiyyat yaranmaqla planetar telekomunikasiya sistemi formalaşacaqdır. Bunlar isə dövlətin sosial idarəetmə, inkişaf, hüquq, demokratiya proseslərinə müsbət təsir göstərəcəkdir.Yüksək informasiyalaşmış ölkələrin inkişafı göstərir ki, əsas maliyyə və maddi ehtiyatları təhsilə və yüksək informasiya mədəniyyətinə malik olan kadrların hazırlanmasına yönəltmək və aşağıdakı əsas problemlərə diqqət etmək lazımdır:

  • kütləvi kompüter istifadəçiləri hazırlamaqla kompüter savadsızlığını

ləğv etmək;

  • kütləvi kompüter savadlılığı içərisindən xüsusi sahələr üzrə peşəkar

mütəxəsislər hazırlamaq.
Cəmiyyətin informasiyalaşdırılması o vaxt mümükün olar ki, cəmiyyətin özü də informasiya kimi azad olsun.
Cəmiyyətin informasiyalaşdırılmasının əsas məqsədi:

  • informasiyalaşdırma prosesinin hümanistləşdirilməsi;

  • şüurun inkişafını məişət inkişafından çox qabağa aparmaq;

  • maddi və əmək ehtiyatlarına qənaət etmək;

  • insan sivilizasiyasının yaşaması, inkişafı üçün atom və ekoloji

fəlakətlərin qarşısını almaq;

  • cəmiyyətin demilitariziyası;

  • hər bir insanın vahid informasiya fəzasına daxil olub cəmiyyətin və

özünün inkişafı üçün bu ehtiyatlardan istifadə etməsinə şərait yaratmaqdır.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət orqanları məhdud istifadəli informasiyanın qorunmasına Azərbaycan Respublikası hökümətinin müəyyən etdiyi şəkildə nəzarət etməlidir. Bu o deməkdir ki, informasiyanın qorunmasına nəzarət dövlət informasiya ehtiyatlarına daxil olan məhdud istifadəli informasiyanın hər üç növünü, yəni dövlət sirri sayılan informasiyanı, məxfi informasiyanı, vətəndaşlar haqqında şəxsi məlumatları əhatə etməlidir. Bununla belə, qeyri - dövlət strukturlarında da yuxarıda adları çəkilən informasiya növləri olarsa (təbii ki, qanuni əsasla), dövlət orqanlarının nəzarəti onlara da şamil olunmalıdır.
Hüquqi informasiya anlayışı
İnformasiya və hüquqi informasiya anlayışları milli informasiya sisteminin yaradılmasında mərkəzi yeri tutur. Keçən əsrin 70-ci illərinə qədər informasiya anlayışı nə ümumi hüquq nəzəriyyəsində, nə də fundamental hüquqi elmlərdə işlədilməmişdir. Həmin dövrə qədər hüquq elmində yalnız “verilənlər”, “materiallar”, “məlumatlar” və s. kimi anlayışlar geniş istifadə edilmişdir. 60- cı illərdən başlayaraq dünyada hüquqi kibernetika sahəsində tədqiqatlar aparılmış və qanunçuluq üzrə ilk informasiya axtarış sistemi yaradılmışdır və bu tədqiqatların fonunda informasiya, hüquqi informasiya anlayışları yaranmışdır.
Hüquqi informasiyanın iki növü vardır: normativ hüquqi aktları özündə saxlayan və hüquqi sənədlər haqqında olan informasiya (normativ və digər sənədlər haqqında olan informasiya). Bunları ümumiləşdirsək deyə bilərik ki, hüquqi informasiyanı hüquq sahəsində olan faktlar, hadisələr, əşyalar haqqında məlumat kimi qəbul etmək olar və məlumatlardan dövlət, cəmiyyət hüquqi məsələləri həll edərkən istifadə edir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin