5.2. Vibrasiyalı intellektual sıxlıq vericiləri
Avtomatik sıxlıqölçənlərdən boru kəmərləri ilə nəql etdirilən neftin sıxlığının ölçülməsi üçün istifadə olunması daha məqsədəuyğun sayılır edilir.
Bu baxımdan yüksək ölçmə dəqiqliyini təmin edən vibrasiyalı-tezlik sıxlıqölçənlərinin imkanları daha genişdir. Vibrasiyalı sıxlıqölçənlərin iş prinsipi elastik elementlərdən ibarət olan rəqs konturunun tezliyini ölçmə mühitinin (neftin) sıxlığından asılı olaraq dəyişməsinə əsaslanır [23].
Vibrasiyalı sıxlıqölçənlərin digər prinsiplər əsasında yaradılmış sıxlıqölçənlərdən fərqi ondan ibarətdir ki, bu sıxlıqölçənlərdə ölçülən parametrin tezlik-modulyasiyası siqnallarına çevrilməsi prosesində digər aralıq çevirmələrdən istifadə olunmur və nəticədə ölçmə dəqiqliyi yüksək olur.
Konstrusiyasina görə vibrasiyalı sıxlıqölçənlər içərisindən maye axıdılan və axının içərisində yerləşdirilən sıxlıqölçənlərə ayrılır.
Bu sıxlıqölçənlərin həssas elementi bilavasitə maddənin sıxlığının dəyişmə diapazonundan asılı olaraq seçilən rəqs konturudur. Rəqs konturu kimi həm mexaniki, həm də elektromaqnit rezonatorlar istifadə edilir.
Yüksək ölçmə dəqiqliyini təmin etmək məqsədi ilə mexaniki rezonatorlar daha əlverişli sayılır. Buna səbəb onların keyfiyyət əmsalının yüksək olmasıdır.
Rəqslərin enerjisinin mexaniki rezonatorlara ötürülməsi müxtəlif həyəcanlandırıcı sistemlərində istifadə edilir. Bu məqsədlə mövcud sıxlıq vericilərində elektromaqnit, maqnitelektrik və pyezoelektrik həyəcanlandırma sistemləri geniş tətbiq edilir.
İlk yaradılan sənaye sıxlıqölçənlərindən İngiltərədəki solartron şirkətinin istehsal etdiyi NT1762 tipli sıxlıqölçənləri göstərmək olar. Konstruktiv olaraq axın sıxlıqölçəni kimi hazırlanan bu vericinin rezonatoru xüsusi xəlitədən düzəldilmiş və ucları dayaqda kip bərkidilmiş iki paralel borudan ibarətdir. Rezonatorlar gövdəyə yaylı silfonlar vasitəsilə birləşdirilmişdir. Mexaniki rezonatorlardan ibarət olan rəqs konturunun həyəcanlandırılması məqsədi ilə paralel rezonatorlar arasında elektromaqnit həyəcanlandırma sistemi yerləşir.
Sıxlığı ölçülən maye giriş və çıxışında olan iki cüt silfondan rezonator borularına daxil olur. Temperaturun mayenin sıxlığına təsirini nəzərə alaraq, ölçmə nəticəsini normal şəraitə (200С) gətirmək məqsədi ilə rezonatorların giriş və çıxışında metal termomüqavimətlər yeləşdirilmişdir.
NT1762 tipli vibrasiyalı-tezlik sıxlıqölçənin metroloji xarakteristikaları cədvəl 5.3-də göstərilmişdir.
İkiborulu rezonatorlu sıxlıq vericiləri ilə yanaşı SOLARTRON şirkəti birborulu rezonatorlu (model 7830, 7840) sıxlıqölçənlər istehsal edir. Bu sıxlıqölçənlərdə rezonatorlar xüsusi dayaqla gövdəyə kip birləşdirilmiş, elektromaqnit həyəcanlandırma sistemi isə borunun orta hissəsində yerləşdirilmişdir.
Birborulu rezonatorun əsas mənfi cəhəti rəqs konturunun keyfiyyət əmsalının kiçik olmasıdır. Solartron 7830 və 7840 tipli birrezonatorlu sıxlıqölçənlərin metroloji xarakteristikaları cədvəl 5.3-də göstərilmişdir.
Yaponiyadakı YAKOGAWA şirkətinin istehsalı olan vibrasiyalı tezlik sıxlıqölçənlərdə paralel rezonatorlu borulardan istifadə edilmişdir. Bu sıxlıqölçənin metroloji xarakteristikaları cədvəl 5.3-də göstərilmişdir. Həmin cədvəldə eyni iş prinsipli “DENSİTİON” (Macarıstan) markalı vibrasiyalı tezlik sıxlıqölçənlərin də metroloji göstəriciləri təqdim edilmişdir
Vibrasiyalı sıxlıqölçənlərin metroloji xarakteristikaları
Cədvəl 5.3
Firma/model
|
Ölçmə diapozonu,
kq/m3
|
Mayenin temperatur diapozonu,
0C
|
Mayenin maksimal təzyiqi,
MPa
|
Çıxış siqnalı
Hz, mV, mA
|
Ölçmə
xətası, kq/m3,
%
|
Solartron NT1762
|
0 ÷ 1000
|
-30 ÷ +100
|
7
|
1350 ÷ 1050 Hz
|
0.1
0.001
|
Solartron 7830
|
0 ÷ 3000
|
-50 ÷ +110
|
15
|
1630 ÷ 1240 Hz
|
0.2
0.007
|
Solartron 7840
|
0 ÷ 3000
|
-50 ÷ +160
|
5
|
1630 ÷ 1240 Hz
|
0.5
0.17
|
YAKOGAWA
|
500÷ 1500
|
-10 ÷ +100
|
7
|
1150 ÷ 1350 Hz
|
1
0.1
|
Densition
|
790 ÷ 930
|
-5 ÷ +60
|
6.4
|
7.5 ÷ 9.5 Hz
|
0.28
0.2
|
AİP - 2
|
690÷ 1050
|
10 ÷ 100
|
1.6
|
1250 ÷ 1050 Hz,
0 ÷ 100mV
|
1.5
0.42
|
Solartron 7835
|
0 ÷ 3000
|
-30 ÷ 100
|
7
|
4 ÷ 20 mA
|
0.15 0.005
|
Solartron 7828
|
0 ÷ 3000
|
-30 ÷ 100
|
7
|
4 ÷ 20 mA
|
1
0.033
|
Solartron 7845
|
0 ÷ 3000
|
-30 ÷ 100
|
7
|
4 ÷ 20 mA
|
0.5 0.017
|
MP-li sıxlıqölçən
|
0 ÷ 3000
|
10 ÷ 100
|
1.6
|
1250 ÷ 1050 Hz,
0 ÷ 100mV
|
1
0.033
|
NEFTQAZAVTOMAT (Sumqayıt) elm istehsalat birliyində yaradılmış AİP-2 tipli vibrasiyalı-tezlik sıxlıqölçənləri neft sənayesində geniş istifadə olunur (şək. 5.4).
Paralel borulu rezonatorların (1) ucları dayaqlara (2) şərt birləşdirilmişdir.
Bu borular arasında elastik arakəsmələrlə (3, 4) yaradılmış əlaqə onlarda yaranan mexaniki gərginliyin boruların səthi boyu və onlar arasında bərabər paylanmasını təmin edir.
Rezonatorların rezonans tezliyini bu elastik arakəsmələrin yerini dəyişməklə tənzimləmək olur.
Rezonatorun rəqs konturunun həyəcanlandırılması elektromaqnit sistemi (5) və gücləndirici (6) vasitəsilə yerinə yetirilir. Rezonatorlar gövdədə (7) silfonlar (8) vasitəsilə birləşdirilmişdir. Maye axın istiqamətləndiricisinə (9) oradan isə silfonlar vasitəsilə rezonator borularına daxil olur. Temperatur xətasını təshih etmək məqsədilə axın istiqamətləndiricilərində (9) metal termomüqavimətlər (10) yerləşdirilmişdir.
AİP-2 sıxlıqölçənlərində yüksək ölçmə dəqiqliyi təmin olunur. Buna səbəb mexaniki tezlik rezonatorlarının aşağıda göstərilən üstün cəhətləri və tezlik çeviricilərinin yüksək dəqiqliyi, bu sıxlıqölçənlərdə ölçülən kəmiyyətin heç bir aralıq çevrilməyə məruz qalmadan birbaşa tezlik-modulyasiyası siqnalına çevrilməsidir:
- tezlik siqnalının rəqəmə çevrilməsi minimum informasiya itkisi ilə yüksək dəqiqliklə mümkündür;
- tezlik siqnallarının yüksək maneəyədayanıqlığı onları uzaq məsafəyə ötürməyə imkan verir;
- tezlik siqnallarının yüksək dəqiqliklə inteqrallanması böyük həcmli sayğacların istifadə olunması və beləliklə diskretləmə xətasının kiçildilməsinə imkan verir.
Vibrasiyalı sıxlıqölçənlərin göstərilən müsbət cəhətləri ilə bərabər onların çevirmə funksiyasının (xarakteristikasının) qeyri-xətti olduğunu qeyd etmək lazımdır:
(5.1)
Burada:
– rezonatorun vakuumdakı rəqs tezliyi (başlanğıc tezlik);
– rezonatorun sabiti;
– mayenin sıxlığı;
– sıxlıqölçənin çıxış tezliyidir.
Qeyd etmək lazımdır ki, və – qiymətlərini təyin etmək məqsədi ilə hazırlanmış sıxlıqölçənlər üçün eksperimental olaraq sıxlığı məlum olan iki mayedən istifadə edilir.
Dostları ilə paylaş: |