Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə1/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   91
document hrclubaz 226




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI BİZNES UNİVERSİTETİ 
 
X.C.ƏZİZOVA 
 
 
 
 
 
 
 
“Məhsulun maya dəyərinin kalkulyasiyasi” 
fənninin tədrisinə dair 
 
 
 
DƏRS VƏSAİTİ 
 
 
 
 
Dərs vəsaiti Bakı
Biznes Universitetinin
__.__.2016-cı il tarixli
 __ saylı əmri ilə
təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı – 2016 



Dərs vəsaiti Bakı Biznes Universitetinin Elmi şurasının 
22 sentyabr 2016-cı il tarixli 01 saylı qərarı ilə təsdiq edilmiş-
dir. 
 
Elmi redaktor: prof. İ.A.Məmmədov 
 
Rəyçilər: i.e.d., prof. İ.M.Abbasov 
i.f.d. A.S.Cabbarov 
ADİU-nun “Mühasibat uçotu
və audit” kafedrasının müdiri: 
i.e.d., prof. S.M.Səbzəliyev 
ADİU-nun “Mühasibat uçotu
və audit” kafedrasının müəllimi: 
i.e.d., prof. F.Ş.Hacıyev 
Əzizova X.C. 
“Məhsulun maya dəyərinin kalkulyasiyası” dərs vəsaiti. 
Bakı – 2016. 
Dərs vəsaitinin qarşısında duran əsas vəzifə məhsulun 
maya dəyəri kalkulyasiyası ilə bağlı olan bütün işlərdə ənənəvi 
metodlardan fərqli olaraq bazar iqtisadiyyatının tələblərinə uy-
ğun olan yeni metod və modellərin tətbiqindən ibarətdir. Fən-
nin mühasibat uçotunun digər növlərindən əsas fərqi məhsulun 
maya dəyərinin kalkulyasiyasını “Maya dəyəri – Mənfəət – Sa-
tış qiyməti” prinsipindən “Satış qiyməti – Maya dəyəri – Mən-
fəət” prinsipinə çevirməkdən və məhsulun maya dəyəri kalkul-
yasiyasına istehsalın həcminin planlaşdırılması zamanı deyil 
məhsul layihələndirilən (proqnozlaşdırılan) zaman başlanılma-
sından ibarətdir.
Dərs vəsaitində məhsulun maya dəyəri kalkulyasiyasının 
nəzəri əsasları, prinsipləri, vəzifələri təşkilati-praktik məsələlə-
ri və metod və modelləri şərh edilmişdir.
Dərs vəsaiti təhsilin bakalavr səviyyəsində “Mühasibat 
uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələr üçün yazılmış-
dır. Dərs vəsaitindən digər iqtisad yönümlü ixtisaslar üzrə təh-
sil alan tələbələr, magistrlər, mühasibat uçotunun nəzəri və təc-
rübi işləri ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər. 
Müəllifin oxuculara müraciəti: Dərs vəsaiti Azərbaycan 
dilində ilk dəfə qələmə alındığı üçün səhvlərdən çox ehtimal ki, 
xali deyil. Nəzərinizə çarpan çatışmazlıqları və təkliflərinizi 
göstərilən ünvana göndərməyinizi xahiş edirəm. 
Əzizova.X.C., 2016 
Bakı Biznes Universiteti, 2016 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin