18
mürəkkəb, çoxşaxəli və çətin idarə olunan bir sahədir. Hər şey-
dən
əvvəl onu qeyd edək ki, informasiya sistemi bir-biri ilə
qarşılıqlı asılılıqda konstruktiv, texnoloji və iqtisadi informa-
siya olmaqla üç altsistemə ayrılır. Yeri gəlmişkən qeyd edək ki,
idarəetmə qərarlarının qəbul edilməsində iqtisadi informasiya
öz həcminə və mahiyyətinə görə bütün bu altsistemlərin arasın-
da yüksək xüsusi çəkiyə malikdir. Onu
da qeyd edək ki, iqti-
sadi informasiya özü də - plan, normativ (normalar, normativ-
lər, tarif dərəcələri, qiymət kataloqları və s.), uçot (mühasibat
uçotu, statistik və operativ uçot) və sair informasiyalara (audit
yoxlamalarının materialları, digər təşkilatlarla işgüzar ya-
zışmalar) ayrılır. İqtisadi informasiyanın ümumi məcmusunda
mühasibat uçotu informasiyanın 60 faizini təşkil edir.
Bütövlükdə mühasibat
uçotu mühasibat uçotunun
nəzəriyyəsi, maliyyə uçotu və idarəetmə (istehsalat) uçotu
olmaqla üç yerə ayrılır. Lakin bazar münasibətlərinin istehsal
müəssisələrinin qarşısında qoymuş olduğu vəzifə və tələblər
mühasibat uçotu elminin daha da dərinləşməsinə,
onun şaquli
və üfüqi istiqamətdə inkişafının irəliləməsini tələb edir. Başqa
sözlə desək sadaladığımız üç növ mühasibat uçotu idarəedicilə-
ri yenə də istənilən səviyyədə lazımi informasiya ilə təmin edə
bilmir. Fikrimizcə elə bu səbəbdən də mühasibat uçotunun yeni
bir şaxəsi olmaqla “Məhsulun maya dəyərinin kalkulyasiyası”
kursu meydana gəlmişdir. Yuxarıda adı çəkilən üç növ mü-
hasibat uçotunun hər birində ayrı-ayrılıqda özlərinin predmetlə-
ri (yəni öyrəndiyi sahələr) və öz predmetlərini öyrənmək üçün
tətbiq etdikləri metodları vardır. Lakin “Məhsulun maya
dəyərinin kalkulyasiyası” kursuna dair nəzərdən keçirdiyimiz
ədəbiyyatlarda kursun predmetinin adı çəkilmir. Ədəbiyyatlar-
da kursun obyektləri və həmin obyektləri öyrənmək üçün tətbiq
edilmiş olan metod və sistemlər haqqında olduqca geniş fikir-
lər, arqumentlər və şərhlər vardır. Amma ayrıca
heç olmasa
yığcam formada olsa da kursun predmetinə toxunulmur.
19
İdarəetmə uçotu bütövlükdə istehsalatın uçotundan (məs-
rəflərin, məhsul çıxımının maya dəyərinin və s.) bəhs etməklə
idarəetmə qərarlarının qəbulu üçün lazım olan informasiyaların
toplanması, işlənilib hazırlanması və idarədaxili rəhbərliyə
çatdırılması ilə məşğul olur.
Məhsulun maya dəyərinin kalkulyasiyası idarəetmə
uçotunun daha xüsusiləşmiş, ixtisaslaşmış
bir sahəsidir ki, bu
da müəssisənin istehsal təsərrüfat fəaliyyətindəki rolu nəzərə
alınmaqla xüsusi bir elm sahəsi kimi formalaşmışdır.
Mövcud ədəbiyyatlarda kalkulyasiya və yaxud kalkulya-
siyalaşdırma anlayışları və onlara verilən tələblərdə də müxtə-
liflik nəzərə çarpır.
Bəzi müəlliflər “Məhsul vahidinin
maya dəyərinin hesab-
lanması”na kalkulyasiya deyilir kimi tərif verir. Bu kalkulyasi-
yanın tərifi deyil, elə məhsul vahidinin maya dəyərinin hesab-
lanmasıdır.
Məhsul (iş, xidmət) vahidinin maya dəyərinin xərc mad-
dələri üzrə hesablanmasına kalkulyasiya deyilir. Kalkulyasiya-
laşdırma dedikdə məsrəflərin onların daşıyıcıları (sex, axın,
briqada, məsuliyyət mərkəzi, mərhələlər, sifarişlər, proseslər)
üzrə qruplaşdırılması başa düşülür.
Kalkulyasiyalaşdırmanın öyrəndiyi obyektlərə məsrəf da-
şıyıcılarının (məhsul, iş, xidmət), istehsal edilən məhsulların və
yarımfabrikatların, köməkçi və xidmətedici istehsalatların xid-
mətlərinin tərkib hissələrinin, məsrəflərin uçotu və məhsul va-
hidinin maya dəyərinin kalkulyasiyası metodlarının və model-
lərinin
seçilməsi, kalkulyasiya obyektlərinin fərdi və qrup ob-
yektlərinə ayrılması, birbaşa və dolayı bölüşdürülmə üsulları-
nın müəyyən edilməsi, smeta, plan, faktiki, normativ, aylıq,
rüblük kalkulyasiyaların tərtibi, marjinal kalkulyasiyanın he-
sablanması və s. daxildir. Bütün bu sadalanan obyektlərin məc-
musu “Məhsulun maya dəyərinin kalkulyasiyası”nın predmeti-
ni təşkil edir.
20
Məhsulun maya dəyərinin kalkulyasiyası kursunun
predmetinin həyata
keçirilməsi üçün normativ, mərhələ,
proseslər, sifariş kimi metodlardan, ABC, SİT, Target –
Kosting və Kayzen – Kosting kimi modellərdən, Standart –
Kosting və Direkt – Kosting kimi sistemlərdən istifadə edilir.
Məhsulun (iş və xidmətlərin) maya dəyərinin kalkulyasi-
yası kursu öz işini “Müəssisənin iqtisadiyyatı”, “Planlaşdırma”,
“Qiymətin əmələ gəlməsi”, “Statistika”, “İqtisadi təhlil”, “Mü-
hasibat uçotunun nəzəriyyəsi”, “Maliyyə uçotu” və xüsusilə
“İdarəetmə uçotu” fənləri ilə qarşılıqlı əlaqədə qurur.
Dostları ilə paylaş: