36
Mühasibat uçotunda bitməmiş istehsalda məsrəflərin
faktiki qalığı 202 N-li hesabın debet qalığı kimi xarakterizə
olunur. Bitməmiş istehsal qalığının hərəkətinin operativ miqdar
uçotu sexin dispeçer xidməti tərəfindən aparılır. Vergiqoymada
cari ayın sonuna bitməmiş istehsal qalığı xammal və materialın
hazır məhsulun sexlər üzrə qalıqları və hərəkəti haqqındakı ilk
sənədlərin məlumatlarına əsasən təyin edilir. Müəssisə
tərəfindən müstəqim məsrəflərin bitməmiş istehsalla, cari ayın
hazır məhsulu arasında bölüşdürülməsi müstəqil aparılır.
Bitməmiş
istehsal qalığı haqqında informasiyanı
inventarizasiya yolu ilə daha dəqiq əldə etmək olar.
Bitməmiş istehsal qalıqları aşağıdakı kimi qiymətləndiri-
lə bilər:
1. Fərdi istehsalda – faktiki məsrəflər üzrə;
2. Kütləvi və seriyalı istehsalatlarda – normativ və faktiki
istehsalat maya dəyəri ilə: məsrəflərin müstəqim maddələri
üzrə, faktiki sərf edilmiş xammal, material, yarımfabrikatların
faktiki dəyəri üzrə.
Dostları ilə paylaş: