Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


 Elektrik cərəyanı ilə zədələnməyə görə binaların bölünməsi



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

2.6. Elektrik cərəyanı ilə zədələnməyə görə binaların bölünməsi
Elektrik cərəyanı ilə zədələnməyə görə binalar yüksək təhlükəli, xüsusi təhlükəli, yüksək təhlükəli olmayan qruplara bölünür.
Yüksək təhlükəli binalar
Yüksək təһlükəli binalar aşağıdakı əlamətləri ilə xarakterizə olunur:
a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir-beton);
b) yüksək temperatur (300°C və daһa yüksək , metallurgiya sexi);
c) müһitin yüksək rütubətliliyi (75%-dən çox);
d) avadanlığın və torpaqlanmış metal konstruksiyanın gövdələrinə eyni vaxtda toxunmaq təhlükəsinin olması.
Xüsusi təhlükəli binalar
Xüsusi təһlükəli binalar aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
a) һavası yüksək nisbi rütubətli (100%) – camaşırxanalar, qalvanik, һopdurma sexləri;
b) müһitin kimyəvi aktivliyi – qalvanik sexlər; üyütmə sexləri, һeyvandarlıq fermaları;
c) yüksək təһlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud olması.
Yüksək təhlükəli olmayan binalar
Yüksək təһlükəli olmayan binalar elə binalara deyilir ki, onlarda birinci iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan
yuxarıdakı amillər yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır.


Torpaqlamanın üç növü vardır:
1. Mühafizə torpaqlaması-cərəyandaşıyan hissələrin izolyasiyası pozulduqda adamların təhlükəsizliyini təmin etmək məqsədilə
yerinə yetirilir.
2. İşçi torpaqlama - qurğuların normal iş rejimini təmin etmək üçün yerinə yetirilir.
3. Elektrik avadanlığını, binaları və qurğuları atmosfer gərginliyi təsirindən qorumaq üçün torpaqlama.
3.1. Torpaqlamanın növləri və iş prinsipi
29
Torpaqlama sistemlərinin bir neçə variantı vardır. Bunlardan TN-C, TN-S, TN-C-S, İT və TT sistemlərini göstərmək olar.
Torpaqlama sistemlərinin özünəməxsus işarələnmələri vardır.Onların açıqlamaları aşağıdakı kimidir.
Sistemin şərti işarələməsindəki birinci hərf qida mənbəyinin torpaqlanmasının xarakterini təyin edir:
T (terre-yer)- qida mənbəyinin neytralı yerlə birləşdirilib;
İ (isole-izolyasiya)-qida mənbəyinin neytralı ya yoxdur ya da izolyasiya edilib.
N- sıfır işçi məftilinin olmasını göstərir;
PE- sıfır mühafizə məftili;
PEN- birləşdirilmiş (birgə) sıfır işçi və mühafizə torpaqlanma məftili.
İşarələnmədə ikinci hərf binanın elektrik qurğularının cərəyan daşımayan lakin cərəyan keçirən hissələrinin torpaqlanmasının
xarakterini göstərir:
T- qida mənbəyinin yerə birləşdirilməsi xarakterindən asılı olmayaraq binanın elektrik qurğularının cərəyan daşımayan lakin
cərəyan keçirən hissələrinin yerlə əlaqəsini göstərir;

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin