Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


II Fəsil. Hidrosferi mühafizə vasitələri və onların hesabatı



Yüklə 1,74 Mb.
səhifə27/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   59
Mühəndis ekologiyası kitabı

II Fəsil. Hidrosferi mühafizə vasitələri və onların hesabatı
2.1. Dövriyyəli su təchizatı sistemlərinin hesabatı
Əksər texnoloji proseslər böyük miqdarda su sərfiyatı tələb edir ki, bu da çirkab sularının təmizlənməsi üçün əlavə xərclər tələb edir, ekoloji durumun pisləşməsinə səbəb olur. Ona görə də, su sərfiyatının və uyğun olaraq da çirkab sularının miqdarının azaldılması imkanlarından istifadə olduqca aktualdır.

Sənaye su təchizatında dövriyyəli su təchizatı sistemləri əsas rol oynayır. Dövriyyəli su təchizatı müəssisənin, istehsalat komplekslərinin sənaye qovşağının su təsərrüfatına daxil olub bütün maye tullantıların uyğun emaldan sonra təkrar istifadəyə qaytaran sistemdir. Dövriyyəli su təchizatı sisteminin mövcudluğu sənaye müəssisəsinin texniki inkişaf səviyyəsinin əsas göstəricilərindən biridir. Belə sistemlərin tətbiqi çirkab sularının miqdarının və təmiz suya təlabatın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır ki, bu da iqtisadi və ekoloji səmərə verir.

İstilik mübadilə aparatlarında qızmış dövriyyəli su çiləyici hovuzlarda, su anbarlarında (göllərdə), soyuducularda və s. qurğularda soyudulduqdan sonra nasoslar vasitəsilə yenidən dövrəyə qaytarılır. Bu zaman su dəfələrlə və ardıcıl olaraq müxtəlif fiziki-kimyəvi təsirlərə (temperatur dəyişməsi, aerasiya, bəzi hallarda çirklənmə və s.) məruz qalır və buxarlanma nəticəsində qismən itirilir. Suyun bir hissəsinin buxarlanması sistemdə olan suyun tədricən minerallığının artmasına səbəb olur. Bu isə suyun korroziyaya uğratma fəallığını artırır, mineral duzların ərp əmələ gətirməsinə səbəb olur, tədricən suda toz və korroziya məhsulları yığılır. Ona görə də, dövriyyə suyunun itkisinin yerini doldurmaq və suyun keyfiyyətini bərpa etmək üçün sistemə əlavə su verilir.

Dövriyyəli su təchizatını bütün sənaye müəssisəsi üçün vahid sistem şəklində, yaxud ayrıca sex və ya sexlər qrupu üçün həyata keçirmək olar.

Dövr edən su texnoloji məhsullarla cirklənməyən adi dövriyyəli su təchizatı sistemlərində minerallaşmanın yüksəlməsinin qarşısı dövriyyə suyunun bir qisminin sistemdən boşaldılması (“üfürülmə”) və boşaldılmış suyun yerinə təbii mənbələrdən tələb olunan təmizləmədən keçmiş və tərkibi korrektirovka olunmuş təzə su doldurulması ilə alınır.

Suyun soyuduculu və sututardan təzə su ilə doldurulan dövriyyəli su təchizatı sisteminin sxemi Şəkil 2.1-də verilmişdir.





Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin