köhnəlmə əmsalı müəyyən edilir. Əsas vəsaitlərin qalıq dəyərinin
onların ilkin dəyərinə olan nisbəti ilə yararlılıq əmsalı hesablanır.
Əmək üzrə planın yerinə yetirilməsi haqqında hesabatın əsas
göstəricilərinin ümumi xarakteristikası. Əmək üzrə planın yerinə
yetirilməsi və onların dinamikası göstəriciləri respublika dövlət
statistika hesabatlarının aşağıdakı formalarında öz əksini tapır: I-ƏÇ
(əmək və işçilərin çıxması, azad olması) «Əmək üzrə hesabat və
işçilərin azad olunması haqqında proqnoz»; 1-Ə (istehsal sahələri, illik)
«200 _____________ ildə əmək üzrə hesabat».
Hesabatların bütün formaları əsasən müəssisənin əmək haqqı
şöbəsində iş vaxtının uçotu və məhsulların istehsalının uçotunun
(tabellər, raportlar, naı^adlar və i.a.) məlumatları əsasında tərtib olunur.
Onları tərtib edən zaman əmək və əmək haqqı şöbəsinin işçisi əmək
üzrə planın yerinə yetirilməsi haqqında hesabatların tərtib olunması
üzrə təlimatı və Azərbaycan Respublikasının DSK-nin növbəti
məktublarını rəhbər tutur.
1-ƏÇ saylı formada aylıq hesabatda aşağıdakılar əks olunur:
işçilərin orta siyahı sayı, o cümlədən əsas fəaliyyətin işçiləri (rüblər üzrə
doldurulur), ondan fəhlələr; istehlaka yönəldilən vəsaitlər; əməyin
ödənilməsi fondu (ilin yekununa görə təltifatı və bir dəfəlik yardımı
daxil etməklə); orta aylıq əmək haqqı; işlənmiş adam-
221
saatların sayı. Burada həmçinin işçi qüvvəsinin hərəkəti (qəbul edilib,
işdən çıxıb, o cümlədən ştatların ixtisarı haqqında), onların işdən
çıxması və boş işçi yerlərinin yaranması, daha doğrusu, ay (rüb) ərzində
tələb olunan işçilər haqqında məlumatlar verilir. Bu zaman müəssisə
üzrə bütövlükdə işçilərin orta aylıq əmək haqqı, əvəz edənlərin
əməyinin ödənilməsini, il ərzində işlərin yekununa görə təltifaiı və
incilərin orta siyahı sayına birdəfəlik yardımı daxil etməklə, əmək
haqqı fondunu işçilərin siyahı tərkibinə bölmək yolu ilə müəyyən edilir.
1-1) .saylı illik hesabat foiTnasında həmin göstəricilər əks olunur.
Lakin onlar dah.ı cə\ ılelallaşdırılır. Məsələn, işçilərin sayı haqqında
məlumallaı əııi.nm K.ıieqoriyaları üzrə - onları əsas və qeyri-əsas
fəaliyyəiə bölməklə fəhlələr, qulluqçular (onlardan: rəhbərlər,
mütəxəssislər) üzrə əks olunur; istehlaka yönəldilən vəsaitlər, əməyin
ödənilməsi fonduna və maddi yardımı daxil etməklə verilmiş əmək və
sosial güzəştlərin məbləğlərinə bölməklə işləyənlərin kateqoriyaları
üzrə açıqlanır.
İşləyənlərin ödəmə fondunun tərkibi çox dəqiq açıqlanır (məsələn,
əməyin ödənilməsi xərcləri onların tərkibi üzrə verilir: işəmuzd
rassenkalar, maaşlar, əlavə ödəmələr, mükafatın növləri və i.a. üzrə
ödəmə).
Tabel uçotunun məlumatları üzrə həmçinin işlənmiş adam-
günlərin, adam-saatların ümumi sayı, növbədaxili və bütövgünlük
boşdayanmalar, səbəbləri üzrə işə çıxmamaq üzrə hesablanır.
İllik hesabatda ayrıca bölmələrlə hesabat ilinin dekabr ayında
işçilər faktiki hesablanmış əmək haqqının dərəcələri üzrə onların sayını
bölməklə işçilərin sayı əməyin ödənilməsi haqqında məlumatlara
ayrılmışdır.
Əmək üzrə hesabat istehlak fondunun, o cümlədən əmək və sosial
ödəmələr üzrə; əsas və qeyri-əsas fəaliyyətdə işləyənlərin sayı və
onların dinamikası; müxtəlif növ ödəmələrin əməyin ödənilməsinə
xərclərdə xüsusi çəkisini müəyyən etmək üçün; əsas fəaliyyətin işçi
heyətinin vaxtının təqvim fondunun istifadə edilməsini; işləyənlərin
ayrı-ayrı kateqoriyalarının əməyin ödənilməsinin artım tempinin
müəyyən edilməsi və əməyin və onun
222
ödənilməsinin statistikası üzrə digər göstəricilərin hesablanmasının
təhlili üçün tətbiq edilir.
Dostları ilə paylaş: |