11.2.Dövlət büdcəsinin funksiyaları
İqtisadi kateqoriya kimi dövlət büdcəsinin mahiyyəti özünü onun
funksiyalarında büruzə verir. Dövlət büdcəsinin yerinə yetirdiyi əsas
funksiyalar aşağıdakılardan ibarətdir:
Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü;
İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması;
Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;
Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və
istifadəsi üzərində nəzarət etmək.
ÜDM-un dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülməsi bir-biri ilə
qarşılıqlı əlaqədə olan iki prosesdir. Büdcə gəlirlərinin yaradılması, büdcə
vəsaitinin istifadəsi.
Büdcə gəlirləri və xərclərinin ümumi xarakteristikası dövlət
büdcəsinin iqtisadi – sosial mahiyyətini və rolunu əks etdirir. Büdcənin
bölüşdürücü funksiyası dövlət və yerli özünüidarəetmə orqanları
səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir. Büdcə
gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının
və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə
müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə
və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlərdən ibarət-
dir.
Büdcənin nəzarət funksiyası büdcə vəsaitlərinin daxil olması və
istifadəsinə dövlət nəzarətidir.
DÖVLƏT BÜDCƏSİNİN FUNKSİYALARI
Нязарят функсийасы
Бюлэц функсийасы
ДЮВЛЯТ БЦДЪЯСИНИН ФУНКСИЙАЛАРЫ
191
2000-2009-cü illər üzrə
Dövlət büdcəsinin gəlir və xərcləri
2000
2005
2006
2007
2008
2009
Gəlirlər-cəmi,
mlyn. manat
714.6 2 055.2 3 868.8
6 006.6 10 762.7 10 325.9
o cümlədən:
əlavə dəyər
vergisi
190.8 599.9
737.8
1 179.2 1 910.9 2 012.8
aksizlər
22.4 141.0
187.4
402.9
486.9
485.1
mənfəətdən vergi 125.9 355.4 1 360.5
2 457.7 2 862.3 1 329.2
mədən vergisi
(royalti)
50.4
53.5
100.2
123.2
147.7
121.9
əhalidən gəlir
vergisi
94.0 317.4
407.3
588.6
627.2
581.9
əmlak vergisi
11.8
40.4
55.8
72.3
112.9
66.2
xarici iqtisadi
fəaliyyətdən vergi
63.4 205.2
139.3
293.2
449.7
418.1
rüsumlar və qeyri
vergi ödənişləri
117.9 288.2
816.1
793.8 4 037.7 5 197.7
torpaq vergisi
6.7
15.3
18.5
27.1
30.6
26.2
sair
31.3
38.9
45.9
68.6
96.8
86.8
Xərclər-cəmi,
mlyn. manat
764.0 2 140.7 3 790.1
6 086.2 10 774.2 10 503.9
o cümlədən:
iqtisadiyyata
89.4 444.7 1 246.9
2 350.0 4 958.6 4 373.9
sosial-mədəni
tədbirlərə
382.6 843.3 1 049.7
1 670.3 2 312.5 2 763.0
onlardan:
təhsilə
181.8 372.5
479.1
723.0
979.7 1 147.9
mədəniyyət və
kütləvi
informasiya
vasitələrinə
18.1
45.5
59.9
81.9
118.3
133.6
səhiyyəyə
40.9 115.3
162.0
257.2
346.2
402.4
idmana
2.4
5.1
7.2
13.4
21.9
24.7
sosial-müdafiə
fonduna
104.9 217.7
330.3
578.4
825.3 1 038.9
sosial təminat
34.5
87.2
11.2
16.4
21.1
15.5
192
fonduna verilmiş
vəsaitlərə
elmə
9.3
28.8
32.0
43.9
62.1
83.3
hüquq mühafizə
orqanlarına
74.4 206.4
278.7
431.3
533.9
648.9
dövlət
hakimiyyəti və
idarəetmə
orqanlarının
saxlanması
xərcləri
37.0 123.9
142.8
198.8
252.4
289.7
sair
171.3 493.6 1 040.0
1 391.9 2 654.7 2 345.1
11.3. Dövlət büdcəsinin təşkili prinsipləri
Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər
əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır. Azərbaycan
Respublikasının dövlət büdcəsinin fəaliyyət prinsipləri aşağıdakılardır:
- Büdcənin vahidliyi prinsipi. Büdcənin vahidliyi prinsipi ümumi
hüquqi bazanın, pul sisteminin, büdcə sənədləşdirilməsi formalarının eyni
olmasını, büdcə qanunvericiliyinin pozulmasına görə cərimələrin vahid
sistemlə tətbiqini, dövlət büdcəsi və yerli büdcələrin vəsaitlərinin mühasibat
uçotunun vahid qaydada aparılmasını nəzərdə tutur.
- Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi prinsipinə görə icra
orqanlarına büdcə sisteminin hər bir səviyyəsində büdcə prosesinin
müstəqil həyata keçirilməsi hüququ verilməlidir.
- Büdcənin həqiqiliyi prinsipi. Büdcənin həqiqiliyi prinsipi müvafiq
bölgənin sosial-iqtisadi inkişaf göstəricilərinin və büdcənin gəlir və
xərclərinin reallığını göstərir.
- Büdcənin aşkarlığı prinsipi. Aşkarlıq prinsipi dedikdə təsdiq
edilmiş büdcənin və onun icrası haqqında hesabatın, büdcənin icrası zamanı
informasiyanın dolğun verilməsi və digər məsələlərin cəmiyyət və kütləvi
informasiya vasitələri üçün açıq aşkar olması başa düşülür.
Büdcənin
balanslaşdırılması
prinsipi.
Hər
bir
büdcə
ba-
lanslaşdırılmalıdır, yəni, büdcədə nəzərdə tutulmuş xərclərin həcmi büdcə
gəlirlərinin və büdcə kəsirinin maliyyələşdirilməsinə sərf edilən məbləğin
həcminə uyğun olmalıdır.
- Büdcə vəsaitlərinin ünvanlılığı və məqsədli xarakter daşıması
prinsipi. Bu prinsip konkret məqsədlərin maliyyələşdirilməsi üçün büdcə
193
vəsaitlərinin onun alıcılarının sərəncamına istiqamətləndirilməsini nəzərdə
tutur.
- Büdcə vəsaitlərindən istifadənin səmərəliliyi və qənaətliliyi
prinsipi.
11.3.Büdcə kəsiri, onun yaranma səbəbləri və azaldılması istiqamətləri
Büdcə kəsiri maliyyə hadisəsi olub, fövqəladə və istisna hal
deyildir. Dünyada elə dövlət yoxdur ki, nə vaxtsa onun büdcəsində kəsir
olmasın. Büdcənin gəlir və xərclərinin tarazlaşdırılması ən mühüm
məsələlərdən biridir. Büdcə kəsiri büdcə xərclərinin büdcə gəlirlərini
üstələməsidir. Büdcə kəsirinin yol verilən həddi ümumi daxili məhsulun 2-
3 %-dən artıq olmamalıdır. Büdcə kəsirinin yaranma səbəbləri: qəflətən baş
verən fövqəladə və gözlənilməz hadisələr (təbii fəlakətlər, müharibə və s.),
iqtisadi böhran, ölkə iqtisadiyyatına iri həcmli dövlət investisiya qoyuluş-
ları, əhalinin sürətli say artımı ola bilər
Büdcə kəsirinin azaldılması tədbirlərinə daha yüksək gəlir əldə
etmək məqsədi ilə büdcə vəsaitlərinin investisiya istiqamətlərinin
dəyişdirilməsini, maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə
etməklə ictimai istehsalın stimullaşdırılmasını, dövlət büdcəsi hesabına
maliyyələşdirilən sahələrin ixtisar edilməsini, hərbi xərclərin azaldılmasını,
yalnız ən mühüm sosial proqramların maliyyələşdirilməsini, müəyyən hədd
gözlənilməklə büdcə kəsirinin azaldılması məqsədilə xarici kapitalın cəlb
edilməsini aid etmək olar.
Büdcə kəsiri daxili və xarici mənbələr hesabına maliyyələşdirilir.
Daxili mənbələr: Milli Bankın vəsaitləri, dövlət qiymətli kağızları, dövlət
büdcədənkənar fondlarından və digər səviyyəli büdcələrdən alınan büdcə
ssudaları hesabına maliyyələşdirilmə və sair daxili mənbələr. Xarici mənbə-
lər: beynəlxalq maliyyə təşkilatlarının kreditləri, xarici ölkə hökumətlərinin
kreditləri, xarici kommersiya bankları və firmalarının kreditləri, sair xarici
maliyyələşdirmə.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın böhranlı
şəraitində iqtisadi siyasətin qarşısında duran əsas vəsaitlərdən biri olan
tarazlı büdcənin yaradılmasına həmişə nail olmaq mümkün olmur. Xüsusilə
də keçid iqtisadiyyatı şəraitində büdcə kəsiri qaçılmazdır, başqa sözlə
obyektiv zərurət təşkil edir.
Büdcə kəsiri maliyyə ilində dövlət büdcəsinin xərclərinin onun
gəlirlərindən artıq olan hissəsinə deyilir:
D = G - T
194
İqtisadiyyatın böhranlı vəziyyəti işgüzar fəallığın, investisiya tələbinin
yüksəldilməsi ilə aradan qaldırıla bilər. Bu da öz növbəsində dövlət
xərclərinin artırılması və gəlirlərin azaldılmasını tələb edir. Dövlət
xərclərinin artırılması və gəlirlərinin azaldılması tənəzzül şəraitində olan
iqtisadi fəaliyyətin stimullaşdırılması məqsədinin reallaşmasına xidmət edir.
Vaxtilə C.M.Keyns göstərirdi ki, iqtisadiyyatın tsiklik enmə dövründə
işgüzar
fəallığın
canlandırılmasında,
investisiya
tələbinin
stimullaşdırılmasında defisitli büdcə şəraitində maliyyələşmə həlledici və
önəmli rola malikdir. Göründüyü kimi belə stimullaşdırıcı iqtisadi siyasət
büdcə kəsirinin yaranması zərurətini ortaya çıxarır.
Təbii ki, ortaya çıxmış büdcə kəsiri müəyyən vasitələrlə aradan
qaldırılmalıdır. Bu zaman elə üsullar seçilməlidir ki, iqtisadi siyasətin
stimullaşdırıcı effektini neytrallaşdırmasın.
Büdcə kəsirinin müəyyən edilməsi məsələsinin mahiyyətini açıqlayaq.
Büdcə kəsirinin kəmiyyət qiyməti obyektiv olaraq aşağıdakı faktorlarla
şərtləndirilir.
1. Adətən dövlət xərclərinin həcmini qiymətləndirərkən iqtisadiyyatın
dövlət sektorunda amortizasiyası nəzərə alınmır, bu da obyektiv olaraq
büdcə kəsirinin həcminin artmasına gətirib çıxarır.
2. Dövlət xərclərinin mühüm maddəsi kimi borclanmaya xidmət
etmək çıxış edir. Belə ki, borclanma üzrə faizin ödənilməsi və borcun əsas
məbləğinin (borcun amortizasiyası) tədricən ödənilməsi əsas göstəricidir.
3. Makrosəviyyədə dövlət büdcəsi kəsirinin qiymətləndirilməsi
zamanı yerli büdcələrin vəziyyəti (hansılar ki, büdcə artıqlığına malik ola
bilər) nəzərə alınmır. Bəzən yerli hakimiyyət orqanları məqsədyönlü olaraq
dövlət büdcəsinə vergi ayırmalarını azaltmaq üçün, yerli büdcələrin
vəziyyəti haqqında statistik informasiyanı təhrif edirlər.
Bu qanunvericilik praktiki olaraq bütün keçid iqtisadiyyatlı ölkələr
üçün xarakterikdir. Nəticədə isə dövlət büdcəsi kəsirinin qiymətləndirilməsi
zamanı artım baş verir.
4. Keçid iqtisadiyyatında dövlət büdcəsi kəsirinin müəyyən edilməsi
ilə yanaşı, onun Mərkəzi Bankın, həmçinin dövlət müəssisələrinin və
kommersiya banklarının qeyri-həqiqi fiskal (qeyri-həqiqi büdcə) fəaliyyəti
ilə şərtləndirilmiş gizli kəsiri də mövcud olur.
Qeyri-həqiqi fiskal əməliyyatlara daxildir:
a)
Dövlət
müəssisələri
tərəfindən
tam
məşğulluğun
maliyyələşdirilməsi və əmək haqqı stavkasının ödənilməsi «bazardakından»
yüksəkdir. Bu da ilk növbədə qarşılıqlı borclanmaya yığım yolu ilə ya bank
ssudaları hesabınadır.
195
b) İqtisadi islahatların ilkin mərhələsində Mərkəzi bankdan ayrılmış
fəaliyyətsiz ssudaların böyük portfeli kommersiya banklarında toplanır. Bu
kreditləri əsasən Mərkəzi bankın güzəştli kreditləri hesabına ödəyirlər.
v) Mərkəzi Bankın hökumətə verdiyi faizsiz və güzəştli kreditlərdən,
valyuta kursunun dəyişməsinin sabitləşməsi üzrə tədbirlərdən və
kommersiya banklarına fəaliyyətsiz ssudaların xidmət üçün verilmiş
kreditlərin maliyyələşdirilməsindən dəymiş zərərin maliyyələşdirilməsi,
həmçinin mərkəzi bankın sənaye, kənd təsərrüfatı və mənzil proqramlarının
güzəştli stavkalar üzrə maliyyələşdirilməsi.
Gizli büdcə kəsiri faktiki büdcə kəsirinin və dövlət borcunun həcmini
azaldır. Bu adətən seçkilər qabağı məqsədyönlü şəkildə həyata keçirilir.
Beləliklə, büdcə kəsirinin mütləq ölçüləri etibarlı makroiqtisadi
göstərici kimi çıxış edə bilməz, ona görə də, Ümumi Milli Məhsulun artması
ilə adətən borclanma da artır.
Büdcə kəsirinin maliyyələşməyə bərabər olduğu üçün o, ümumi
borclanma və likvid maliyyə vəsaitlərinin qalığının azalmasını borcun
örtülməsinə əlavə edərək, onlar arasındakı fərq kimi müəyyən edilə bilər.
Büdcə kəsirini doğuran səbəblər aşağıdakılardır:
- müharibə, iri təbii fəlakətlər və ya digər sosial konfliktlər zamanı
dövlət xərclərinin artırılması;
- büdcə xərclərinin qeyri-rasional strukturu. Bu iqtisadiyyatın
inkişafına dövlətin iri həcmli investisiya qoyuluşlarının həyata keçirilməsi
ilə bağlıdır;
- iqtisadiyyatın stimullaşdırılması məqsədilə vergilərin azaldılması.
İqtisadiyyatın stimullaşdırılması məqsədilə «vergi dairəsi» azaldılır, vergiyə
cəlb olunma sistemində vergi güzəştləri tətbiq edilir;
- «qeyri-effektiv büdcə mexanizmi» dövlətə onu sosial sferanın və
iqtisadiyyatın inkişafında stimullaşdırıcı vasitə kimi istifadə etməyə imkan
vermir;
- seçkilər ərəfəsində dövlət xərclərinin artırılması;
- səhiyyəyə, təhsilə, sosial təminata və yeni iş yerlərinin yaradılmasına
dövlət xərclərinin artırılması.
Qeyd etdiyimiz bu səbəblər nəticə etibarilə iqtisadiyyatda dövlət
borcunun artmasına gətirib çıxarır.
Büdcə kəsiri iqtisadiyyata aktiv təsiri olan mürəkkəb bir anlayışdır.
Adətən büdcə kəsiri iqtisadiyyata mənfi təsir göstərir. Büdcə kəsirinin
iqtisadi inkişafı təsiri ilə bağlı bir sıra nəzəri konsepsiyalar mövcuddur.
Büdcə xərclərinin defisitli maliyyələşmə konsepsiyasının tərəfdarları
hesab edirlər ki:
- büdcə kəsiri dağıdıcı amil hesab edilməməlidir;
196
- büdcə gəlirlərini üstələyən büdcə xərcləri milli iqtisadiyyat üçün
təhlükə yaratmır, əksinə ölkənin sosial-rifah vəziyyətini yaxşılaşdırır;
- büdcə kəsiri büdcədən maliyyələşən əhalinin və ev təsərrüfatlarının
gəlirlərinin artırır ki, bu da alıcılıq qabiliyyətinin yüksəlməsini və milli
istehsalın genişlənməsini stimullaşdırır. Bu isə öz növbəsində vergi
daxilolmalarının artımına gətirib çıxarır.
Qeyd etdiyimiz konsepsiyanı qəbul etməyən iqtisadçılar (qeyri-
klassiklər) büdcə kəsiri ilə bağlı aşağıdakı mülahizələri irəli sürürlər:
- müntəzəm mövcud olan büdcə kəsiri gələcəkdə yüksək vergilərin
tətbiqini şərtləndirir;
- büdcə kəsirin örtülməsi üçün müxtəlif mənbələrdən gəlirlərin cəlb
edilməsi – pul emissiyası və borclanmanın artırılması pul-kredit siyasətinin
effektivliyinə mənfi təsir göstərir. Belə ki, milli valyutanın devalvasiyasına,
daxili və xarici dövlət borcunun artımını şərtləndirir;
- büdcə kəsirinin artımı zamanı dövlət qiymətli kağızları üzrə faiz
dərəcəsinin yüksəlməsi üçün investisiyanın sıxışdırılıb çıxarma effektinə
səbəb olur.
Tarazlaşdırılmış büdcə konsepsiyasının tərəfdarları isə büdcənin gəlir
və xərclərinin balansına nail olmağı zəruri hesab edirlər. Bu konsepsiyanın
mahiyyətinə görə iqtisadi artımın azalması fonunda dövlət vergiləri
azaltmalı və dövlət xərclərini artırmalı, iqtisadi artımın yüksəlməsi fonunda
isə dövlət vergiləri artırmalı və dövlət xərclərini isə azaltmalıdır. Bu zaman
birinci halda büdcə kəsirini, ikinci halda isə büdcə artığını şərtləndirir. Bu
konsepsiyanın praktiki reallaşdırılması zamanı isə problem yarana bilər.
Belə ki, iqtisadi artımın azalması və yüksəlməsi prosesləri davamlığına görə
bir-birindən fərqlənir.
Göründüyü kimi, hökumət büdcə kəsirinin maliyyələşdirilməsi zamanı
kapital bazarına daxil olmalıdır və vəsait əldə etmək üçün xüsusi sektorla
rəqabətə girməlidir. Bu zaman pula tələb artır. Mərkəzi Bank isə onun
təklifini məhdudlaşdırır. Bu da faiz stavkalarının artmasına səbəb olur.
Nəticədə isə daxili investisiyanın aşağı düşməsi baş verir. Digər tərəfdən isə
daxili bazarda faiz stavkalarının qalxması həmin ölkənin qiymətli
kağızlarına xarici tələbi artırır ki, bu da xarici kapital axınına səbəb olur və
dövlətin xarici borcunun məbləğinin artmasına gətirib çıxarır. Xarici hüquqi
və fiziki şəxslər qiymətli kağızları əldə etmək üçün, əvvəlcə həmin ölkənin
milli valyutasını əldə etməlidirlər. Bu isə milli valyutanın beynəlxalq
qiymətinin və ya onun dəyişmə kursunun qalxmasına səbəb olur.
Nəticədə, ixracatın aşağı düşməsi və idxalın artması baş verir. Bu iki
prosesi birləşdirsək, nəhayət etibarilə xalis ixracatın aşağı düşməsi müşayiət
olunur.
197
Dövlətin maliyyə siyasətinin məqsədi kimi büdcənin yox,
iqtisadiyyatın tarazlaşdırılması çıxış etməlidir.
Belə ki, ölkədə makroiqtisadi sabitliyin təmin olunması büdcəyə vergi
daxilolmalarının artımına, büdcə xərclərinin effektiv istifadə olunmasına və
büdcə kəsirinin idarəetməsinə zəmin yaradır. Dünya təcrübəsində büdcə
kəsiri ÜDM-in 3%-i təşkil edirsə bu normal hal hesab edilir və iqtisadiyyat
üçün təhlükəsi yoxdur. Azərbaycanın timsalında bu məsələni nəzərdən
keçirək:
11.5. Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri
Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri kimi
daxili və xarici maliyyələşdirmə mənbələri qeyd olunmalıdır.
Büdcə kəsirini örtmək üçün dövlət həm daxili, həm də xarici maliyyə
mənbələrindən istifadə edir. Birinci halda dövlətin daxili borcu, ikinci halda
isə xarici borcu yaranır.
Büdcə kəsirini maliyyələşdirmək üçün dövlət istiqraz vərəqələrini
buraxa bilər. İstiqraz vərəqələrini buraxmaqla o əlavə maliyyə vəsaiti cəlb
edir və büdcə xərclərini maliyyələşdirir. İstiqrazlar əhali, banklar və ölkənin
digər subyektləri tərəfindən alına bilər. Beləliklə, daxili dövlət borcu dövlət
istiqraz vərəqələrinin ölkə daxilində yerləşdirilməsi zamanı yaranır. İstiqraz
vərəqələrinə görə faizlər ödənilir. Qeyd edək ki, dövlət istiqrazları üzrə faiz
dərəcəsi maliyyə bazarının vəziyyətinə təsir göstərən mühüm amildir. Belə
ki, dövlət istiqraz vərəqələrinin buraxılması dövlətin pul resurslarına olan
tələbatını əks etdirir. Bu tələbat həddindən artıq böyük olduqda dövlət
buraxdığı istiqrazlara görə yüksək faiz dərəcəsi müəyyən etməklə onların
cazibədarlığını artırmağa çalışır. Son nəticədə dövlətin istiqrazlar üzrə faiz
dərəcəsini qaldırmaqla daha çox pul resurslarını cəlb etmək cəhdi maliyyə
bazarında faiz dərəcəsinin yüksəlməsinə səbəb olur.
Ölkə daxilində borclanma ölkənin malik olduğu resursların
iqtisadiyyatın sektorları arasında yenidən bölgüsüdür. Daxili borclanmanın
iqtisadiyyata təsiri dövlət borclanması vəsaitinin xarakteri ilə müəyyən
olunur. Əgər dövlət tərəfindən cəlb edilən kredit resursları digər məqsədlərə
yönəldilibsə, onda dövlət borclanması iqtisadiyyatın digər sektorlarının
ümumi xərclərinin həcmini azaldır və iqtisadiyyatda ümumi tələbi artırmır.
Digər halda isə əgər dövlət borclanması digər sektorların xərclərinin
həcmini azaltmırsa, onda dövlət borclanması iqtisadiyyatda məcmu tələbin
artımına səbəb olur.
Dövlət borclanması dolayı olaraq iqtisadi artımın imkanlarını
məhdudlaşdırır.
198
Respublikamızda büdcə kəsirinin daxili borclanma hesabına örtmək,
faktiki olaraq mümkün deyil. Əvvəla, ölkədə güclü maliyyə bazarı
formalaşmayıb. İkincisi, fiziki və hüquqi şəxslər dövlətin qiymətli kağızlarla
bağlı verdiyi zəmanətin ciddiliyini qəbul etmirlər və nəhayət daxildə
qiymətli kağızların alınmasına yönəldilməli olan kifayət qədər vəsait
yoxdur. Bütün bunlara baxmayaraq, daxili borclanma hesabına büdcə
kəsirinin örtülməsinə söhbət lazımdır. Sadəcə olaraq burada kəsirin hansı
hissəsinin örtülməsindən söhbət gedə bilər.
Xarici borclanma hesabına kəsirin örtülməsi ölkəyə «başucalığı»
gətirən fakt olmasa da dövlətlərin əksəriyyəti buna gedir.
Burada həmin borcların sonradan qaytarılması və ya faizlərin
ödənilməsi (borların idarə edilməsi) ən mühüm məsələ olur. Yeri gəlmişkən
bu borclar, «əbədi» və dəqiq qaytarılma müddəti müəyyən olunmuş borclara
ayrılır. Borcun çox hissəsini uzunmüddətli və yalnız komisyon haqqı
ödənilən kreditlər təşkil edir. (BVF-nin nəzarətindəki qurumların 50 il
müddətində illik faiz dərəcəsi 0,75 olan kreditlər). Deməli, hökumət bundan
istənilən vaxt bu məqsədlər üçün istifadə edə bilər. (Təbii ki, layihələr üzrə
verilən kreditlər istisna olunmaqla). Ancaq dövlətin kreditləri bu məqsəd
üçün istifadə etməsi bütün hallarda arzuolunmazdır. Çünki, bu kreditləri
investisiya qoyuluşlarına xərcləyib, daha uğurlu nəticələr əldə etmək olar.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının elə kreditləri olur ki, onlar
yalnız büdcə kəsirinin örtülməsinə istifadə edilə bilər.
Dostları ilə paylaş: |