«Maliyyə» anlayışı ilə müəyyən edilən pul münasibətlərinin
məcmusu
T
ə
k
r
ar
i
st
e
h
sal
sah
əl
ə
ri
n
in
m
a
li
y
y
ə
si
İk
in
c
i
m
a
li
y
y
ə
b
az
ar
ı
K
re
d
it
s
is
te
m
i
M
A
L
İY
Y
Ə
- dövlət büdcəsi
- vergilər
- dövlət krediti
- büdcədənkənar fondlar
- müəssisələrin maliyyəsi
- dövlət sığortası
-Milli Bankın və digər dövlət banklarının əmə-
liyyatları;
-kommersiya banklarının əməliyyatları;
- pul emissiyası;
- qeyri-dövlət sığorta sistemi;
- investisiya fondları, lombardlar
-veksellər və girov sənədləri ilə əməliyyatlar;
- səhmlərlə əməliyyatlar;
-qiymətli metallar və qiymətli daşlarla aparılan
əməliyyatlar;
- əmtəə kütləsi ilə aparılan birja əməliyyatları;
-daşınmaz əmlakla bağlı əməliyyatlar
- istehsal sahələri müəssisələrinin və təşkilat-
larının maliyyəsi;
- qeyri-istehsal sahələri müəssisələrinin və təş-
kilatlarının maliyyəsi;
- təkrar istehsal prosesinin digər subyektlərinin
maliyyəsi
B
e
yn
əl
xa
lq
m
a
li
y
y
ə
-beynəlxalq maliyyə təşkilatları;
- beynəlxalq kredit təşkilatları;
- İnvestisiya əməliyyatları;
- valyuta əməliyyatları
D
övl
ət
m
al
iyy
ə
si
12
1.3.
Maliyyənin funksiyaları
Maliyyənin funksiyalarını araşdırmazdan öncə «funksiya» anlayışını
nəzərdən keçirək. Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib,
mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.
Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət. Eyni
zamanda
bəzi
iqtisadi
ədəbiyyatlarda
maliyyənin
istehsaledici,
stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir.
Buna görə də maliyyətin funksiyalarını toplu şəkildə nəzərə almaq
lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir.
Maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi ilə,
gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni
zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli
istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri
stimullaşdırır, nizamlayır və möhkəmləndirir.
Bəzi iqtisadçılar isə hesab edirlər ki, maliyyə, əsasən, üç funksiya
yerinə yetirir: pul fondlarını (gəlirlərini) formalaşdırır, onlardan istifadəni
gerçəkləşdirir və nəzarətdə saxlayır. İlk iki funksiya maliyyənin müstəqil
funksiyaları kimi deyil, daha çox onun bölgü funksiyasını reallaşdıran
mexanizm kimi fəaliyyət göstərir.
Maliyyənin funksiyaları ilə bağlı müxtəlif mülahizələr mövcuddur.
Ona görə də bu anlayışlarla bağlı olan problemlərin nəzəri cəhətdən daha
dərin tədqiqinə ehtiyac duyulur. Maliyyənin iqtisadi təbiətinə dair zəngin
biliyin olması imkan verir ki, ondan təsərrüfat həyatında ən yaxşı vasitələrlə
istifadə olunsun. İqtisadi münasibətlər sistemində maliyyənin yerinin və
rolunun tam aydınlaşdırılması xeyli dərəcədə qoyulan problemin müsbət
həllindən asılıdır.
İqtisadiyyatda «funksiya» dedikdə «fəaliyyət», «vəzifə», hər hansı
iqtisadi kateqoriyanın mahiyyətinin təzahürü başa düşülür.
İqtisadi kateqoriya müəyyən funksiya ilə ifadə olunmursa, deməli, o,
fəaliyyət göstərmir. Onun mahiyyəti təzahür formaları ilə səciyyələnir.
Maliyyənin mahiyyətini xarakterizə edərək müəyyənləşdirilmişdir ki,
maliyyə dəyər xarakteri və imperativ xarakter daşıyır, ümumi milli
məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü, pul fondlarının
yaradılması və istifadəsi ilə əlaqədardır. Funksiya kateqoriyanın mahiyyətini
təzahür etdirirsə, deməli, maliyyənin funksiyaları da onun yuxarıda
sadalanmış əlamətləri ilə əlaqədar olmalıdır. Lakin göstərmək lazımdır ki,
maliyyənin nəzəriyyəsi ilə məşğul olan iqtisadçıların heç də hamısı bu
ardıcıllığa əməl etmir və buna görə də onun funksiyalarının müəyyən
olunması zamanı iqtisadçıların fikirləri haçalanır.
13
Maliyyəni bölgü kateqoriyası kimi səciyyələndirənlər göstərirlər ki,
maliyyə yalnız ümumi milli məhsulun bölgüsündə iştirak edir. Onlardan bir
qismi bölgü və nəzarət funksiyalarını, başqa bir qismi isə pul fondlarının və
yığımlarının yaradılması, onlardan istifadə və onlara nəzarət funksiyalarını
maliyyəyə aid edir.
İstehsal konsepsiyası müəlliflərinin fikrincə, maliyyə geniş təkrar
istehsal, bölgü və nəzarət funksiyalarını yerinə yetirir, yəni təkrar istehsalın
bütün mərhələlərinin iştirakçısı olur.
Təsərrüfat hesabı konsepsiyası maliyyənin funksiyalarını təsərrüfat
hesabı, bölgü və nəzarət kimi təsnifləşdirir.
Hər hansı kateqoriyanın funksiyaları onun mahiyyətini əməli şəkildə
əks etdirir. Maliyyə bölgü kateqoriyası olduğundan onun bölgüdə iştirakı
şəksizdir. Hamı bilir ki, bölgü qanuna müvafiq şəkildə aparılmalıdır. Yəni
biz maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərini bölüşdürərkən onu
haraya, necəgəldi paylamırıq. Dəqiq hesabatını səmərəli və zəruri sahələrə
təyinatı üzrə yönəldirik və deməli, bu prosesdə istər-istəməz nəzarət
meydana gəlir. Belə nəticə çıxır ki, maliyyənin bölgü funksiyası nəzarət
olmadan fəaliyyət göstərə bilməz. Bu iki funksiya maliyyənin mahiyyətini
daha dolğun və düzgün əks etdirir.
Göründüyü kimi, bölgü funksiyası ümumi milli məhsulun və milli
gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir. Bölgü obyekti kimi
məhz bu sadalananlar, bölgü subyekti kimi isə dövlət, müəssisələr,
təşkilatlar, əhali və s. çıxış edir. Bölgü prosesi ilkin bölgü və təkrar bölgü
mərhələlərindən ibarətdir. İlkin bölgü müəssisələr səviyyəsində həyata
keçirilir. Məhsul istehsal olunur və satılır. Satışdan daxil olan gəlir müəssisə
səviyyəsində müxtəlif istiqamətlərdə bölüşdürülür. Milli məhsul ilk bölgü
prosesində iki yerə ayrılır. Birinci növbədə, milli məhsulun dəyərindən onun
istehsalına sərf olunmuş material xərclərinin dəyəri çıxılır. Əks halda
istehsalı davam etdirmək mümkün olmaz. Milli məhsulun bir hissəsi
amortizasiyanın bərpasına xərclənir. Amortizasiya ayırmaları məhsul
istehsalına sərf olunmuş əsas fondların dəyərindən ibarətdir. Hazırda
amortizasiya ayırmaları
müəssisəsinin sərəncamında
saxlanılır
və
bütövlükdə əsas fondların bərpasına, yəni istehsala yönəldilir. Material
xərclərinin dəyəri də bütövlükdə müəssisənin sərəncamında qalır, xammal,
material, yanacaq və s. alınmasına sərf olunur. Bu yerdə maliyyə
münasibətləri dayanır.
Milli məhsulun yerdə qalan hissəsi - milli gəlir maliyyə vasitəsilə iki
hissəyə: əməkhaqqı fonduna və xalis gəlirə bölünür. Əməkhaqqı fondunun
bir hissəsi əməkhaqqı formasında fəhlə və qulluqçulara verilir və bu zaman
maliyyə münasibətləri kəsilir. Əməkhaqqından tutulan vergilərdən və sosial
sığortaya ayırmalardan ibarət digər hissə mərkəzləşdirilmiş fondlara, daha
14
doğrusu, dövlət büdcəsinə və pensiya fonduna yönəldilir və bu zaman
maliyyə münasibətləri davam edir. Xalis gəlir əsasən iki hissədən ibarətdir:
əlavə dəyər vergisi və mənfəət. Əlavə dəyər vergisi tamamilə dövlət
büdcəsinə daxil olur. Dövlət büdcəsinə vergi çıxıldıqdan sonra mənfəətin
yerdə qalan hissəsi müəssisənin sərəncamında saxlanılır.
Mərkəzləşdirilmiş fondlar vasitəsilə yenidən müxtəlif istiqamətlərdə
bölgü həyata keçirilir. Yenidən bölgü müəssisələrin maliyyəsi hesabına da
ola bilər. Bütövlükdə milli gəlirin yenidən bölgüsü istiqamətləri
aşağıdakılardan ibarətdir:
Milli gəlirin yenidən bölgüsü istiqamətləri
Sahələrarası
yenidən
bölgü
qeyri-istehsal
sahələrində
gəlir
yaradılmadığından onlar əsas etibarilə istehsal sahələrinin hesabına baş
verir. Pul gəlirləri müəssisələrin maliyyəsi və kreditlər vasitəsilə istehsal
sahələrində səfərbər olunaraq hökumətlərin mərkəzləşdirilmiş fondlarına
yönəldilir və yenidən bölgü yolu ilə qeyri-istehsal sahələrinin saxlanmasına
istifadə olunur.
Ərazilərarası yenidən bölgü forması regional maliyyə obyekti olmaqla
ayrı-ayrı ərazilərin sosial-iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi və
digər ehtiyatlarından istifadə məqsədləri üçün nəzərdə tutulur. Ərazilərarası
yenidən bölgü əsasən, dövlət büdcəsi, biznes maliyyəsi, sığorta və kredit
vasitəsilə həyata keçirilir.
Təsərrüfatlararası yenidən bölgü hər hansı bir təsərrüfatın inkişafı
üçün büdcə və ya digər maliyyə qurumları vasitəsilə maliyyə ehtiyatları
yenidən bölüşdürülə bilər.
MGYB
Sahələrarası
yenidən bölgü
Dювлятлярарасы
йенидян бюлэц
Tяsяrrüfatlararasы
yenidən bölgü
Ərazilərarası
yenidən bölgü
15
Dövlətlərarası yenidən bölgü bir dövlətin başqa dövlətə kömək
göstərməsi və ya digər məqsədlər üçün həyata keçirilir. Bu zaman
beynəlxalq maliyyə mühüm rol oynayır.
Bölgü funksiyasını maliyyənin mühüm funksiyası kimi qəbul ediriksə,
deməli, vəsaitin haraya, hansı məqsədlərlə, hansı məbləğdə təyinatı üzrə
yönəldildiyini bilmək üçün nəzarət mexanizmi də olmalıdır.
Nəzarət funksiyasını maliyyənin ikinci mühüm funksiyası sayırıq.
Maliyyənin nəzarət funksiyası milli iqtisadiyyatda maliyyə nəzarətinin
həyata keçirilməsinin elmi və nəzəri əsaslarını təşkil edir. Nəzarət funksiyası
bölgü və yenidən bölgü münasibətlərini əhatə edir. Maliyyə nəzarətinin
fəaliyyət dairəsinə isə maddi istehsal, qeyri-istehsal sahələri, dövlət
büdcəsinin formalaşması və istifadəsi daxildir.
Maliyyənin nəzarət funksiyasının əsas məqsədi maliyyə məsələləri
üzrə qanunvericilik aktlarına əməl olunmasını, vergilərin düzgün və tam
yığılmasını,
xərclərin
təyinatı
üzrə
istifadə
edilməsini
müəyyənləşdirməkdən ibarətdir.
Bu funksiya, əsasən, maliyyə orqanları tərəfindən həyata keçirilir,
milli iqtisadiyyatın bütün sahə və istiqamətlərini əhatə edir. Maliyyə
nəzarətindən kənarda heç nə qalmır.
Maliyyənin funksiyaları
Maliyyə milli məhsulun bölgüsünün ən mühüm aləti, pul vəsaitinin
iqtisadiyyatı idarəetmə subyektləri arasında paylaşdırılmasının vasitəçisidir
MF
BЮLЭЦ
ФУNKСİYAСI
NƏZARƏT
FUNKSİYASI
16
və bununla əlaqədar o, nəzarət funksiyasını yerinə yetirir. Deməli, o nə
istehsalda, nə tədavüldə, nə də istehlakda iştirak edir.
Maliyyə milli məhsulun yalnız bölgüsündə iştirak edir və geniş təkrar
istehsalın digər mərhələlərinə bölgü və nəzarət funksiyaları vasitəsilə təsir
göstərir. Bu təsiri iki cür qiymətləndirmək olar: kəmiyyət və keyfiyyət təsir.
Birinci təsir bölgü funksiyası ilə əlaqədardır və milli iqtisadiyyatın pul
vəsaitinə tələbinin maliyyə ehtiyatlarının köməyi ilə necə ödənilməsi ilə
müəyyən olunur.
Maliyyənin keyfiyyət təsiri həm bölgü, həm də nəzarət funksiyaları ilə
əlaqədardır və bölgü nisbətlərinin nə dərəcədə optimal olması, maliyyə
alətlərinin necə qurulması və nəzarətin nə səviyyədə aparılması ilə müəyyən
olunur. Maliyyənin keyfiyyət təsiri, adətən, onun kəmiyyət təsirinə
uyğunlaşdırılır.
1.4. Maliyyə ehtiyatlarının tərkibi
Dövlətin və ya müəssisənin gəlir və yığımlarının məcmusuna maliyyə
ehtiyatları deyilir. \Lakin maliyyə ehtiyatları heç də gəlirlərlə eyni deyildir.
Bu anlayışı nəinki ümumiyyətlə gəlirlərlə, həmçinin milli gəlirlə, xalis
gəlirlə, mənfəətlə və s. eyniləşdirmək olmaz. Onların hər birinin bir
kateqoriya kimi özünəməxsus xüsusiyyətləri var. Onu da xüsusi qeyd etmək
lazımdır ki, adətən, maliyyə ehtiyatları əvvəlcədən planlaşdırılmamış
xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ehtiyat fondları ilə qarşı-
qarşıya qoyulur. Dəyər formasında yaradılmış ehtiyat fondları nəzərdə
tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçündür. Ehtiyat fondlarının
maliyyə vəsaiti bütün idarəçilik səviyyələrində yəni dövlət, müəssisə və
təşkilatlarda yaradıla bilər.
Maliyyə ehtiyatları milli gəlirdən bununla fərqlənir ki, maliyyə
ehtiyatlarının tərkibinə milli gəlirin əməkhaqqı fonduna yönəldilən hissəsi
deyil, əksinə, məcmu ictimai məhsulun istehlak olunmuş əsas istehsal
fondlarının dəyəri (amortizasiya fondu) daxil edilir. Ümumiyyətlə, maliyyə
ehtiyatlarının tərkibinə aşağıdakılar daxildir: Mənfəət, əlavə dəyər vergisi,
amortizasiya ayırmaları, sosial sığorta vəsaiti, əmlak və şəxsi sığorta
vəsaitləri, xarici-iqtisadi əlaqələrdən daxil olan gəlirlər və s.
17
Maliyyə ehtiyatlarının tərkibi
Maliyyə ehtiyatlarının tərkibində mənfəət, əlavə dəyər vergisi və
amortizasiya mühüm yer tutur.
Maliyyə ehtiyatlarının əsas hissəsi dövlət büdcəsi vasitəsilə
səfərbərliyə alınır, qalan hissəsi isə müəssisələrin sərəncamında qalır.
Maliyyə ehtiyatlarının mühüm mənbəyi xalis gəlirdir. Onun daxilində
isə mənfəətin çox böyük önəmi var. Mənfəətin bir hissəsi mənfəətdən
vergilər formasında dövlət büdcəsinə köçürülür, digər hissəsi isə
müəssisələrin sərəncamında saxlanılaraq onların müxtəlif ehtiyaclarının
ödənilməsinə sərf edilir.
Maliyyə ehtiyatlarının yaradılması üçün müəssisələrin gəlir əldə
etmələrinin digər yolu əlavə dəyər vergisidir. Əlavə dəyər vergisi
qiymətlərin tələb və təklifi, ictimai-zəruri əmək məsrəflərini nəzərə almadan
müəyyən olunması ilə əlaqədardır və demək olar ki, tamamilə dövlət
büdcəsinə ödənilir.
Maliyyə ehtiyatlarının digər mənbəyi olan amortizasiya ayırmaları
məhsulların istehsalı zamanı istehlak olunan əsas istehsal fondlarının
dəyərini ifadə edir və əsas etibarilə müəssisələrin sərəncamında saxlanılır.
Yuxarıda qeyd etdiyimiz kimi, maliyyə ehtiyatlarının başqa mənbələri və
növləri də var, lakin onların xüsusi çəkisi azdır.
Maddi
istehsalın,
sosial-mədəni
tədbirlərin,
hərbi
xərclərin,
idarəetmənin,
həmçinin
əvvəlcədən
nəzərdə
tutulmamış
xərclərin
maliyyələşdirilməsi
üçün
maliyyə
ehtiyatlarının
yaradılması
ya
mərkəzləşdirilmiş maliyyə qurumlarının, ya da müəssisə, birlik və
təşkilatların maliyyəsi vasitəsi ilə həyata keçirilir.
MET
Mənfəət
Ялавя дяйяr
веrgиsи
Əmlak və şəxsi
sığorta vəsaitləri
Aмортizaсiya
ayырмaлaры
Сосиал
сыьорта
вясаити
Хариъи
игтисади
əлагəлəрдəн
gəлирлəр
18
Müasir şəraitdə yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq maliyyə
ehtiyatlarının tərkibində bəzi dəyişikliklər baş versə də, vəsaitlərin
toplanmasının ümumi mənbələri dəyişilməz qalır.
Maliyyə resurslarının mənbələri
1.5. Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi
Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqədə öyrənilir. Onun həm
humanitar, həm də iqtisadi elmlərlə qarşılıqlı əlaqəsinə nəzər salaq:
Maliyyə elmi ilə hüquq arasında əlaqə. Maliyyə elmi dövlət hüququ
və xüsusi hüquqla sıx əlaqəlidir. Dövlət hüququnun əsas sahəsi Konstitusiya
hüququdur. Belə ki, vətəndaşların vergi ödəmələri ilə bağlı hüquq və vəzifə-
ləri, büdcə hüququ, büdcənin Milli Məclisdə təsdiqi və s. məsələlər Konsti-
tusiya ilə tənzimlənir. Xüsusi hüquq sahələrinə maliyyə hüququ, əmlak
hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.
Maliyyə elmi ilə iqtisad elmi arasında əlaqə. İqtisad elmi bütün elmlər
kimi iqtisad elmi maliyyə elmi üçün də bazis rolunu oynayır.
Maliyyə ilə kənd təsərrüfatı iqtisadiyyatı arasında olan əlaqə.
İnsanların ilk əmək fəaliyyəti kənd təsərrüfatı ilə bağlı olub. İbtidai insanlar
yemək, içmək, geyinmək, isinmək kimi əsas ehtiyaclarını ovçuluqla, meyvə
yığıcılığı ilə, heyvandarlıqla, əkinçiliklə məşğul olaraq ödəmişlər. Kimya və
biologiya elmləri inkişaf etdikcə torpağın becərilməsi yeni keyfiyyət kəsb
etmiş, məhsuldarlıq artmışdır. Bu mərhələdə kənd təsərrüfatının vergiyə
cəlb olunması sürətlənmiş və bundan qeyri-aqrar təsərrüfat sahələrinin -
sənayenin və xidmət növlərinin inkişafında maliyyə mənbəyi kimi istifadə
olunmağa başlanmışdır. Aqrar təsərrüfatdakı bu inkişaf dövləti gəlirlə təmin
edir, sənaye və xidmət sahələrini maliyyə mənbələri ilə zənginləşdirir,
Dövlət büdcəsin-
də cəmləşən
vəsaitlər
Büdcədənkənar
fodların vəsaitləri
Müəssisələrin istifa-
dəsində olan maliyyə
resursları (mənfəət və
amortizasiya)
MRM
19
sənayeləşməyə güclü zəmin hazırlamış olur. Kənd təsərrüfatının inkişafında,
istehsalın stimullaşmasında maliyyə vəsaitinin əhəmiyyəti böyükdür.
Maliyyə ilə əməyin iqtisadiyyatının əlaqəsi. Məlumdur ki, əmək
vətəndaşların həm hüququ, həm də borcudur. İnsanlar əməkləri ilə əmtəə
istehsal edir, xidmətlər göstərir, istehsal amillərini gerçəkləşdirir, özlərini və
himayələrində olanları yaşadırlar. İşçilərə ödəniləcək haqların yetərli və
uyarlı olması, iş qüvvəsindən düzgün istifadə yalnız sosial risklərdən
müdafiə sayəsində mümkündür. İşçilər öz hüquqlarının sahibkarlar
tərəfindən pozulma ehtimalını aradan qaldırmaq üçün həmkarlar ittifaqlarını
yaradırlar. Bütün bunlar iqtisad elminin diqqət mərkəzindədir. Dövlət isə
fəhlə və qulluqçulardan gəlir vergisi alır, onların sosial müdafiələri üçün
sığorta fondları yaradır, qeyri-istehsal sahələrini maliyyə mənbəyi ilə təmin
edir.
Maliyyə və siyasətşünaslıq. Hər hansı hökumətin həyata keçirdiyi
proqramın mahiyyəti haqda bilik əldə etmək üçün həmin proqramı oxumaq
vacib deyil. Hökumətin parlamentdə təsdiqlətdiyi və həyata keçirməyə
başladığı büdcə bizdə onun siyasəti haqqında lazımi təsəvvür yaradır. Buna
görə deyirlər ki, büdcə iqtisadiyyatın güzgüsüdür. Təhsil, səhiyyə, milli
müdafiə nazirliklərinin büdcələrinə nəzər salmaqla hökumətin siyasəti
haqda səhih məlumatlar alırıq. Dövlət investisiyalarının dövlət büdcəsindəki
payı dövlətin iqtisadi artıma verdiyi qiymətin ən bariz göstəricidir.
Maliyyə ilə statistika elmi arasında əlaqə. Dövlət büdcəsinin gəlir və
xərclərini proqnozlaşdırarkən, biznes-plan hazırlanarkən, ixrac və idxal
əməliyyatları təhlil edilərkən, əhalinin sosial vəziyyəti öyrənilərkən və s.
proseslərdə statistik göstəricilərdən istifadə edilir.
Maliyyə ilə sosiologiya arasında əlaqə. Sosiologiya elminin məqsədi
sosial hadisələrin öyrənilməsindən ibarətdir. Sosial davranış, sosial
təbəqələşmə, sosial sinifləşmə həmin hadisələrə aiddir. Bu proseslərin
tənzimlənməsi isə bilavasitə maliyyə münasibətləri vasitəsi ilə həyata
keçirilir.
Maliyyə elminin menecmentlə qarşılıqlı əlaqəsi. Menecment
iqtisadiyyatın idarə edilməsini əhatə edir. maliyyə isə menecmentin obyekti
kimi çıxış edir, həm də ona təsir edir.
Maliyyə ilə beynəlxalq iqtisadi münasibətlər arasında əlaqə. Bazar
iqtisadiyyatının mühüm atributlarından biri biznes fəaliyyətinin inkişafıdır.
Beynəlxalq iqtisadi əlaqələr biznes əsasında inkişaf edir. Biznesin
reallaşdırılması isə xarici ticarət vasitəsilə həyata keçirilir.
Dostları ilə paylaş: |