d
övl
ət
sı
ğor
ta
m
al
iy
y
əs
i
Mülki
Məsuliyyət sığortası
Sahibkarlıq
riski sığortası
İctimai maliyyə (dövlət
və bələdiyyə maliyyəsi)
Xüsusi
sektorun və
digər hüquqi
şəxslərin –
ictimai
təşkilat
qeyri-
kommersiya
təşkilatı və –
in maliyyəsi
Maliyyə
institutları
Banklar, sığorta
təşkilatları, fond
bazarı və s.
Mərkəzi
Bank
Xarici maliyyə
institutları –
beynəlxalq
maliyyə
qrumları,
beynəlxalq
maliyyə
yardımı,
banklar, fond
bazarı və s.
Ev təsərrüfatlarının
maliyyəsi
62
Müəssisələrin maliyyəsi
İc
ti
m
ai
b
ir
li
k
lə
ri
n
m
al
iyy
əs
i
63
Dövlət maliyyəsi
V
er
gi
yoxl
amal
ar
ı
Dövlət büdcəsi
D
övl
64
Sığorta maliyyəsi
SIĞORTA MALİYYƏSİ
Dövlət sığortasının
maliyyəsi
Qeyri – dövlət
sığortasının maliyyəsi
S
os
ial
s
ığ
or
ta
əxs
i
sı
ğor
ta
Əm
lak
s
ığor
tas
ı
ə
su
li
yy
ə
t
sı
ğo
r
tas
ı
S
ah
ib
k
ar
lı
q
r
is
k
i
sı
ğor
tas
ı
65
V FƏSİL. MALİYYƏNİN İDARƏ EDİLMƏSİ
5.1. Maliyyənin idarə edilməsinin mahiyyəti
İdarəetmə - müəyyən nəticələr əldə etmək üçün hər hansı bir
obyektə şüurlu surətdə təsir etmə vasitəsi olmaqla çoxcəhətli bir prosesdir.
Bu proses siyasi, iqtisadi və sosial idarəetmə sistemindən ibarətdir. İqtisadi
idarəetmənin tərkib hissəsi olmaqla maliyyənin idarə edilməsi maliyyə
metodları tətbiq etməklə müəyyən nəticələr əldə edilməsi prosesidir.
Maliyyənin idarəetmə obyektinə müxtəlif növ maliyyə münasibətləri,
subyektlərinə isə idarəetməni həyata keçirən təşkilatların strukturları aiddir.
Maliyyə münasibətləri sferası 3 qrup obyektə bölünür: müəssisələrin
maliyyəsi (təşkilatlar və idarələr), sığorta münasibətləri, dövlət maliyyəsi.
İdarəetmənin subyektlərinə müəssisələrin (təşkilat idarələrin) maliyyə
şöbəsi (xidməti), sığorta təşkilatları, maliyyə və vergi orqanları aiddir.
Bütün təşkilatların strukturlarının məcmusu maliyyənin idarə edilməsini
həyata keçirir ki, buna da maliyyə aparatı deyilir.
İdarəetmə subyekti üçün bütün sferalardan istifadə edirlər və hər bir
maliyyə həlqəsinin müəyyən xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər
özünü maliyyədə əks etdirir.
Maliyyənin idarə edilməsi bir-biri ilə qaşlılıqlı əlaqədə olan iki
mərhələdən – hazırlıq və birbaşa fəaliyyət mərhələsindən ibarətdir.
Hazırlıq mərhələsi özü də maliyyə informasiyalarının əldə
edilməsindən və planlaşdırmadan ibarətdir. Maliyyə informasiyalarının
dəqiqliyi və vaxtında alınması hər hansı bir prosesin gedişini araşdırmağa və
son nəticəni təhlil etməyə imkan yaradır. Maliyyə planlaşdırması dəyər
formasında tərtib olunur. Pul gəlirlərinin səfərbərliyə alınması və bölgüsü,
milli gəlirin bölgüsü və yenidən bölgüsü, pul fondlarının yaradılması və
istifadə edilməsi maliyyə planlaşdırılmasının obyekti kimi çıxış edir.
Maliyyə planlaşdırılması vasitəsilə aşağıdakı vəzifələr həyata
keçirilir:
Pul fondlarının yaradılması mənbələrinin müəyyənləşdirilməsi;
Maliyyə ehtiyatlarının istifadə olunma istiqamətləri;
Maliyyə nəzarətinin həyata keçirilməsi;
Gəlir və xərclərin balanslaşdırılması.
İdarəetmənin birbaşa fəaliyyət mərhələsi operativ idarəetmə,
tənzimləmə və nəzarətdən ibarətdir.
Operativ idarəetmə maliyyə məsələlərinin birbaşa idarə olunması
deməkdir və maliyyə vəzifələrinin yerinə yetirilməsi sahəsindəki tədbirlərin
məcmusundan ibarətdir. Bunu da nəzərə almaq lazımdır ki, bu tədbirlər
müxtəlif olur və digər iqtisadi tədbirlərlə bağlıdır.
66
Bu mərhələdə hadisə və proseslər geniş təhlil edilir, konkret iqtisadi,
siyasi, inzibati tədbirlər görülür, lakin nəzərdə tutulmuş planlar heç də
maneəsiz yerinə yetirilmir, daha doğrusu, bu, mümkün olmur. Əvvəlcədən
duyulmayan
hadisələr,
proseslər
meydana
çıxır,
qeyri-tarazlıq,
disproporsiyalar meydana gəlir.
Məhz bu və digər disproporsiyaların ləğv olunması üçün tənzimləmə
prosesindən istifadə edilir. Bu minvalla, yarana biləcək təsadüfi və ya mənfi
hadisələrin, proseslərin başvermə ehtimalı azaldılır. Maliyyə ehtiyatlarının
yenidən daha səmərəli bölüşdürülməsi, vəsaitin bir sahədən digərinə
yönəldilməsi (transfer edilməsi), maliyyə ehtiyatlarının işə salınması yolu
ilə maliyyə münasibətlərində yaranmış disproporsiyalar imkan dairəsində
ləğv olunur.
Maliyyənin idarə edilməsi və təşkili şüurlu və qanunauyğun şəkildə
həyata keçirilir. Bu isə bütün proseslərdə maliyyə nəzarətini zəruriləşdirir.
İdarəedici subyekt nəzarətdən kənarda qala bilməz.
Nəzarət, ümumiyyətlə, maliyyənin ən mühüm funksiyalarından biri
olduğu üçün maliyyənin idarə edilməsinin birbaşa fəaliyyət mərhələsində də
əsas funksiyalardan birini yerinə yetirir.
Bütün bu mərhələlərin həyata keçirilməsi hər bir ölkədə müəyyən
orqanlara həvalə olunur. Maliyyəni idarəçiliyi orqanları bazar iqtisadiyyatı
şəraitində çox böyük bir missiya yerinə yetirirlər.
5.2. Maliyyənin idarə edən orqanlar, onların funksiya və
vəzifələri
Azərbaycan Respublikasında maliyyənin idarə edilməsini ali
qanunverici hakimiyyət orqanı olan Milli Məclis, Azərbaycan Respublikası
Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Milli
Bankı və müvafiq orqanların yerli təşkilatları həyata keçirir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəzifə və
funksiyaları
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan
Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən,
dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin
layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən,
sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun
təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi
vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı
və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən
mərkəzi icra hakimiyyəti orqanıdır.
67
Nazirlik
öz
fəaliyyətində
Azərbaycan
Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni
rəhbər tutur.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları
və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət
siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət
orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir;
2. dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə
uyğun olaraq hazırlanmasını təmin edir;
3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin
icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət
zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət
maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir;
4. Azərbaycan Respublikasında sığorta fəaliyyəti sahəsində dövlət
siyasətinin və sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinə dövlət
nəzarətinin həyata keçirilməsini təmin edir;
5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda ölkədə
dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata
keçirilməsini təmin edir;
6. dövlət borcunun idarə edilməsini və dövlət zəmanətinin verilməsini
təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata
keçirilməsini təmin edir;
7. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi
şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o
cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində
dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz
səlahiyyətləri daxilində tədbirlər görür;
8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət
siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir;
9. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət
investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və
strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə
müəyyən edilmiş qaydada iştirak edir;
68
10. ölkədə maliyyə bazarının inkişafı, iqtisadiyyata xarici və daxili
kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini
təmin edir;
11. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti,
sığorta fəaliyyətinə nəzarət, dövlət borcunun idarə edilməsi, qiymətli
metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və
aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin
fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi
tənzimlənməni həyata keçirir;
12.
Azərbaycan
Respublikasında
makroiqtisadi
göstəricilərin
proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf
istiqamətləri barədə təkliflər hazırlayır;
13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;
14. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərir.
Nazirlik müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq
aşağıdakı vəzifələri həyata keçirir:
aidiyyəti dövlət orqanları ilə birlikdə ölkə iqtisadiyyatının mövcud
vəziyyətini təhlil etmək və sosial-iqtisadi problemlərin həllinə dair təkliflər
vermək;
maliyyə, büdcə, vergi, mühasibat uçotu, dövlət borcunun idarə
edilməsi və audit fəaliyyəti sahəsində dövlət siyasətinin hazırlanmasına və
təkmilləşdirilməsinə dair təkliflər vermək;
dövlətin pul-kredit və gömrük siyasətinin əsas istiqamətlərinin
müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin
proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında
aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin
layihələrini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini hazırlayıb
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək, dövlət
büdcəsinin tərtibi və icrası prosesinin təkmilləşdirilməsi barədə təkliflər
vermək;
müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri
əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq
mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla gəlirlərinin və
xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən etmək və
aidiyyəti təşkilatlara göndərmək;
dövlət satınalmalarının dövlət vəsaitindən səmərəli və qənaətlə
istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək
məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin,
69
normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında,
həmçinin dövlət satınalmaları haqqında qanunvericiliklə müəyyən edilmiş
hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən
malların (iş və xidmətlərin) satınalınması üzrə yaradılan tender
komissiyalarının işində iştirak etmək;
Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə müəyyən
olunmuş qaydada, lakin büdcə proqnozlarından, dövlət büdcəsinin təsdiq
olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin
adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər
çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və
kassa xərcləri aparmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatların
sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə
tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirmək və həmin
maliyyə əməliyyatlarının uçotunu təşkil etmək;
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə
tutulan dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrası ilə əlaqədar
maliyyə təminatını həyata keçirmək;
zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun
olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq;
büdcə xərcləri üzrə müəyyən olunmuş limitdən artıq borc yaradan
təşkilatlar barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər
görmək;
dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli
büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına,
habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin
əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq
edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri daxilində nəzarəti
həyata keçirmək;
dövlət büdcəsinin icrası haqqında aylıq, rüblük və illik hesabatları
tərtib etmək və onları müvafiq dövlət orqanlarına təqdim etmək;
dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin
nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirmək, o cümlədən
müvafiq ilin dövlət büdcəsi haqqında qanunla təsdiq olunan ümumi məbləğə
və istiqamətlərə riayət olunmaqla dövlət büdcəsindən ssuda (borc) vermək;
dövlət
büdcəsinin
icrası
prosesində,
zərurət
yarandıqda,
qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində təsdiq olunmuş büdcə
ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində, iqtisadi
təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri
arasında dəyişikliklər etmək;
dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq
bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə
70
tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaətin dövlət
büdcəsinin
ehtiyat
fonduna
yönəldilərək,
digər
tədbirlərin
maliyyələşdirilməsinə sərf edilməsi barədə təkliflərin hazırlanmasında
iştirak etmək;
büdcə gəlirlərinin proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi,
habelə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün
zəruri tədbirlər həyata keçirmək;
dövlət rüsumlarının, vergilərin və digər məcburi ödənişlərin
məbləğləri və dərəcələri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti dövlət
orqanlarına təqdim etmək;
vergi hesab-fakturalarının və qanunvericilikdə müəyyən edilmiş
hallarda digər ciddi hesabat blanklarının, habelə ciddi hesabat sənədi kimi
tətbiq edilən blankların mərkəzləşdirilmiş qaydada sifarişini, təqdim
edilməsini və uçotunun aparılmasını təmin etmək;
aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların
satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz
markaları ilə təchiz olunmasını təmin etmək;
Azərbaycan Respublikasında təşkilati-hüquqi formasından asılı
olmayaraq,
təşkilatların
və
fərdi
sahibkarların
maliyyə-təsərrüfat
fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən xüsusi seriya və nömrəyə
malik ilkin uçot sənədi olan ciddi hesabat blanklarının forma və
rekvizitlərinin işlənib hazırlanmasını və müəyyən olunmuş qaydada təsdiq
edilməsini təmin etmək;
Azərbaycan Respublikasının toplu maliyyə balansını tərtib etmək və
tədiyyə balansının tərtibində iştirak etmək;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq
ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən
qaytarılmasını həyata keçirmək;
dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı xərclər smetasının
tərtibi, təsdiqi və icrasının ümumi qaydalarını müəyyən etmək;
büdcə təşkilatlarında, onların tabeliyində fəaliyyət göstərən qeyri-
büdcə qurumlarında, büdcədənkənar dövlət fondlarında, habelə həmin
təşkilatların tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı müəssisələrdə,
Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik xidmət orqanlarında dövlət büdcəsindən
ayrılan vəsaitlərin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə
təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi
və xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini
təmin etmək;
yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank
xidməti göstərilməsi üçün Agent-bankların seçilməsini təmin etmək;
71
Nazirliyin
Dövlət
Maliyyə
Nəzarəti
Xidməti
vasitəsilə
qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq
mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda,
məqsədli büdcə və büdcədənkənar dövlət fondlarında təftiş və yoxlamalar
aparmaq;
dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində tərkibində cinayət
əlamətləri olan maliyyə pozuntuları aşkarlandığı hallarda mövcud
qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama materiallarını hüquq-
mühafizə orqanlarına göndərmək;
Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq
sığorta fəaliyyətinə nəzarəti təşkil etmək, sığorta işinin inkişafı və
təkmilləşdirilməsi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər həyata
keçirmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta broker
təşkilatlarının və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətinə,
təkrar sığorta işinə, sığorta, ehtiyat və digər fondların yaradılmasına,
sığortaçıların sığorta haqları və tariflərinin əsaslandırılmasına, maliyyə
sabitliyinin və ödəmə qabiliyyətinin təmin olunmasına Nazirliyin
strukturuna daxil olan Dövlət Sığorta Nəzarəti Xidməti vasitəsilə nəzarət
etmək;
qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata
keçirilməsini, dövlət borcunun idarə edilməsini və dövlət zəmanətlərinin
verilməsini təmin etmək, habelə dövlət borclarının ödənilməsi sahəsində
müvafiq tədbirlər həyata keçirmək;
dövlətin
daxili
və
xarici
borclarının
yuxarı
həddini
müəyyənləşdirmək üçün təkliflər vermək;
beynəlxalq maliyyə bazarlarında ölkənin imicinin daha da
möhkəmləndirilməsi istiqamətində beynəlxalq reytinq agentlikləri ilə sıx
əməkdaşlıq etməklə zəruri tədbirlər həyata keçirmək;
qanunvericiliyə uyğun olaraq dövlət borcunun və dövlət
zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan
borcunun reyestrinin aparılmasını, vahid xəzinə hesabında olan vəsaitin
qalığının (sərbəst qalığın) idarə etməyə verilməsini və ya idarə edilməsini,
dövlət qiymətli kağızlarının emissiyasını Nazirliyin Dövlət Borcunun İdarə
Edilməsi Agentliyi vasitəsilə həyata keçirmək;
dövlət investisiya proqramlarının layihələrinin növbəti il üzrə dövlət
büdcəsinin və icmal büdcənin layihələrinə, habelə sonrakı üç il üzrə icmal
büdcənin göstəricilərinə uyğunluğuna və həmin proqram layihələrinin
maliyyə təminatına dair rəy vermək;
Azərbaycan Respublikasında investisiya fəaliyyəti, investisiyaların
qoyulması və təşviqi sahəsində, o cümlədən kreditlərin, maliyyə və texniki
72
yardımların (qrantların) və sair formada maliyyə vəsaitlərinin cəlb
edilməsində, dövlət investisiya proqramlarının hazırlanması və həyata
keçirilməsində, habelə həmin proqramların icrası üçün nəzərdə tutulan
vəsaitlərin konkret layihələr üzrə bölgüsündə öz səlahiyyətləri daxilində
iştirak etmək;
Azərbaycan
Respublikasının
beynəlxalq
maliyyə
bazarına
inteqrasiya etməsi, ölkəyə xarici kapitalın cəlb edilməsi, iqtisadiyyatın
müvafiq sahələrində dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi
üçün dövlət istiqrazlarının buraxılması istiqamətində təkliflər vermək;
qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında
iştirak etmək və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının
emissiyası ilə bağlı funksiyaları həyata keçirmək;
dövlət idarəetməsi, qiymətli kağızlar bazarı, gömrük-tarif, qiymət-
tarif siyasəti və digər sahələr üzrə dövlət siyasətinin və normativ hüquqi
aktların hazırlanmasında və ekspertizasının aparılmasında həmin sahələrdə
dövlət idarəçiliyini həyata keçirən orqanlarla birlikdə iştirak etmək;
dövlət proqramlarının layihələrinin, həmçinin dövlət büdcəsinin
vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına həyata keçirilən digər
layihələrin maliyyə ekspertizasını həyata keçirmək, təşkilati-hüquqi
formasından asılı olmayaraq dövlət vəsaitləri hesabına maliyyələşdirilməsi
nəzərdə tutulan qurumların yaradılmasına, dövlət büdcəsindən maliyyələşən
qurumların
strukturunun,
əməyinin
ödənilməsi
sisteminin
təkmilləşdirilməsinə və ştat vahidlərinin müəyyən edilməsinə rəy və
təkliflər vermək;
iqtisadiyyata investisiyaların cəlb edilməsi, kreditlərin (o cümlədən,
dövlət zəmanəti ilə alınmış kreditlərin), qrantların, maliyyə (texniki)
yardımlarının alınması ilə bağlı, habelə investisiya layihələri üzrə
danışıqlarda öz səlahiyyətləri daxilində iştirak etmək;
aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşməsi nəzərdə tutulan investisiya və innovasiya
proqramlarının hazırlanmasında iştirak etmək, ayrılan vəsaitdən səmərəli
istifadə olunmasına nəzarət etmək;
öz səlahiyyətləri daxilində dövlət zəmanəti ilə kredit alınan hallarda
beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatları, xarici
dövlətlər və kredit təşkilatları tərəfindən verilən kreditlərdən istifadə
məqsədilə investisiya layihələrinin (təkliflərinin), habelə, qanunvericilikdə
nəzərdə tutulmuş hallarda kreditlərin, qrantların, maliyyə (texniki)
yardımlarının layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya
təkliflərin iqtisadi ekspertizasında iştirak etmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda beynəlxalq
maliyyə-kredit təşkilatları ilə əməkdaşlıq etmək, bu təşkilatlarda
73
Azərbaycan Respublikasını təmsil etmək, maliyyə-kredit məsələləri ilə bağlı
həmin təşkilatların nümayəndələri ilə danışıqlar və məsləhətləşmələr
aparmaq, onlar tərəfindən Azərbaycan Respublikasına kreditlərin ayrılması
üzrə danışıqlarda iştirak etmək, beynəlxalq təşkilatlara üzvlüklə əlaqədar
tələb olunan xərclərin ödənilməsi üçün təkliflər vermək;
beynəlxalq
iqtisadi
əməkdaşlıqla
bağlı
maliyyə-valyuta
problemlərini təhlil etmək, xarici dövlətlərlə maliyyə-valyuta və kredit
münasibətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, dövlət
büdcəsinin xarici valyutada olan vəsaitlərinin səmərəli idarə olunmasını
təmin etmək;
dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda vəzifə (tarif)
maaşlarının düzgün tətbiqinə öz səlahiyyətləri daxilində nəzarət etmək,
dövlət orqanlarının strukturunun təkmilləşdirilməsi və ştat vahidlərinin
müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin
ödənilməsi sisteminin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsi üzrə
tədbirlərin həyata keçirilməsində iştirak etmək;
dövlət idarə, müəssisə və təşkilatlarının, o cümlədən məqsədli büdcə
və büdcədənkənar dövlət fondlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil
etmək;
təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, habelə
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu
tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə
Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli
Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə
metodiki köməklik göstərmək və qanunvericiliklə nəzərdə tutulmuş digər
zəruri tədbirləri həyata keçirmək;
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət
mülkiyyətinə keçməklə müsadirə edilmiş, qanunvericiliyə uyğun olaraq
sahibsiz hesab edilən, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən
əmlakın və dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrin operativ
uçotunun aparılmasını təşkil etmək;
qanunvericiliklə
müəyyən
edilmiş
qaydada
Azərbaycan
Respublikasının Milli Bankı və digər kredit təşkilatları ilə Azərbaycan
Respublikası adından kredit müqavilələri bağlamaq, alınmış kreditlərin
vaxtında qaytarılmasını təmin etmək, onlardan məqsədli istifadə olunmasına
nəzarət etmək;
74
qanunvericiliyə uyğun olaraq ölkənin qiymət-tarif siyasətinin həyata
keçirilməsi üçün qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların (iş və
xidmətlərin) qiymətlərinin və tariflərinin tənzimləmə qaydalarının
hazırlanmasında iştirak etmək;
dövlət büdcəsinin layihəsinin tərtibi, təsdiq edilmiş göstəricilərə
uyğun olaraq büdcə xərclərinin bölgüsü, dövlət büdcəsinin kassa icrası,
dövlət maliyyə nəzarəti, dövlət borcunun idarə edilməsi, ölkədə əyar
nəzarəti, sığorta fəaliyyətinə nəzarət, mühasibat uçotunun beynəlxalq
standartlar əsasında inkişaf etdirilməsi və maliyyə hesabatlarının tərtibi
sahələrində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata
keçirmək;
qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq
fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə vermək;
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada öz
səlahiyyətləri çərçivəsində səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan
banklarda dövləti təmsil etmək, onlardan rüblük hesabatlar almaq və
fəaliyyətləri barədə təkliflər hazırlamaq;
Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə
satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan
hazırlanmış bütün zərgərlik və digər məişət məmulatları üzərində əyar
nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və
dövriyyəsi sahələrində dövlət nəzarətini Nazirliyin strukturuna daxil olan
Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti vasitəsilə həyata
keçirilməsini təmin etmək;
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq
inzibati xətalar haqqında işlərə baxmaq;
maliyyə orqanları işçilərinin peşə hazırlığı, yenidən hazırlanması və
ixtisaslarının artırılması, habelə maliyyə orqanları üçün mütəxəssislərin
hazırlanması ilə bağlı tədbirlər həyata keçirmək;
Azərbaycan
Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının
qarşısını almaq;
Nazirliyin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə
və şikayətlərə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş
müraciətlərə vaxtında, o cümlədən yaradılmış İnternet saytı vasitəsilə cavab
vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər
görmək;
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
75
Nazirliyin
fəaliyyətinin
təkmilləşdirilməsi
istiqamətində
öz
səlahiyyətləri daxilində tədbirlər görmək, onun strukturuna daxil olan
qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata
keçirmək;
Nazirliyin tabeliyində olan qurumlar tərəfindən onların səlahiyyətləri
daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün istifadə edilən
məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər
smetalarını təsdiq etmək, həmin vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində
nəzarətin həyata keçirilməsini təmin etmək;
tabeliyində olan qurumlarda dövlət qulluğu keçmə və əmək
münasibətləri məsələlərini tənzimləyən tədbirlər görmək;
qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun
təhlükəsizlik tədbirləri görmək;
digər icra hakimiyyəti orqanlarının dövlət büdcəsi, dövlət borcunun
idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması, qiymətli metallar
və qiymətli daşlar üzrə dövlət tənzimlənməsi, dövlət maliyyə nəzarəti və
dövlət sığorta nəzarəti sahələri ilə bağlı fəaliyyətini əlaqələndirmək;
Nazirliyin fəaliyyət sahələrinə ayrılan büdcə vəsaitləri, kreditlər,
qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə
olunması üçün tədbirlər görmək və ona nəzarət etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara
malikdir:
mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində və
qaydada növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin
layihələrinin, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin
tərtibi üçün lazım olan əsaslandırıcı materialları və hesablamaları
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların
struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşən büdcə
təşkilatlarından, zərurət yarandıqda mülkiyyət və təşkilati-hüquqi
formasından
asılı
olmayaraq
digər
hüquqi
şəxslərdən,
bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından almaq;
büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya,
subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin
vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük
və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati
təsnifat üzrə hesabatlar almaq;
ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi halları aşkar
olunduqda, kredit resursundan artıq xərcə yol verildikdə, əvvəl
76
ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatların vaxtında və
düzgün təqdim edilmədiyi hallarda müvafiq icra hakimiyyəti
orqanlarının rəhbərlərini xəbərdar etməklə müəssisələrin, idarələrin
və təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsini (müdafiə
olunan xərclər istisna olmaqla) məhdudlaşdırmaq və artıq ödənilmiş
vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə
bərpa etdirmək;
dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından
ayrılmış
və
təyinatı
üzrə
istifadə
olunmayan
vəsaitləri
qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisələrdən,
idarələrdən, təşkilatlardan və bələdiyyələrdən geri almaq üçün
tədbirlər görmək;
dövlət büdcəsinin mədaxil hissəsini təmin edən müvafiq icra
hakimiyyəti orqanlarından mütəmadi olaraq rəsmi məlumatlar,
hesablanmış vergilər və qeyri-vergi daxilolmaları barədə hesabatlar,
gəlirlər üzrə proqnozların yerinə yetirilməsi barədə arayışlar almaq,
dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən aşağı
olduqda səbəbini araşdırmaq, müvafiq arayışlar hazırlamaq və
aidiyyəti üzrə təqdim etmək;
dövlət orqanlarından, təşkilati-hüquqi formasından asılı olmayaraq
hüquqi şəxslərdən dövlət büdcəsinin və məqsədli büdcə fondlarının
icrası, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərindən və dövlət
zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına
verilmiş kreditlərdən istifadə haqqında statistik və digər hesabat
göstəriciləri almaq;
tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə mülkiyyət
formasından asılı olmayaraq, qiymətli metalları və qiymətli daşları
istehsal, emal və istifadə edən hüquqi şəxslərdə qanunla müəyyən
edilmiş yoxlama aparmaq, habelə onlarla əməliyyatlar aparan fərdi
sahibkarların qiymətli metallar və qiymətli daşlardan istifadə üzrə
fəaliyyətini qanunla müəyyən edilmiş hallarda və qaydada
yoxlamaq, aşkar olunmuş hüquqpozmalar barədə materialları
aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək;
sığortaçılar və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə
pozulduqda onların ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə
tutulmuş
qaydada
müvafiq
məhkəmədə
iddia
qaldırmaq,
sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların
müflis elan edilməsi barədə məsələlərə baxılmaq üçün məhkəməyə
müraciət etmək;
tabeliyində olan müvafiq dövlət orqanı vasitəsilə sığortaçılardan,
brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından
77
onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə
hesabatlar almaq, qanunvericiliklə müəyyən olunmuş qaydada
onların fəaliyyətini yoxlamaq, təqdimatlar vermək;
aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsi gəlirlərinin
artırılması
imkanlarının
araşdırılması
məqsədilə
dövlət
mülkiyyətində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini
təhlil etmək və bu təhlil üçün tələb olunan məlumat və sənədləri
həmin müəssisələrdən sorğu etmək və almaq;
müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət
büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə
xərclənməsinin yoxlanılmasını təmin etmək;
tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə maliyyə nəzarəti
tədbirlərinin həyata keçirildiyi dövlət təşkilatlarında, büdcə və
büdcədənkənar dövlət fondlarında malların (iş və xidmətlərin) satın
alınmasının qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu
məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-
hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti
obyektinin vəsaitlərinin xərclənməsi üzrə sənədlərin qarşılıqlı
yoxlanılmasını aparmaq;
aparılan nəzarət yoxlamalarının nəticələri üzrə müvafiq tədbir
görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;
maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı dövlət
vəsaitlərinin xərclənməsində cinayət əlamətləri olan qanun
pozuntusu aşkar olunduğu halda nəzarət obyektlərindən ilkin
sənədləri götürmək üçün hüquq-mühafizə, prokurorluq və məhkəmə
orqanlarına təqdimatlar vermək;
dövlət borcu və dövlət zəmanətləri ilə bağlı müqavilələrin
hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikası adından
borcun alınması və zəmanət verilməsi, dövlət borcunun vaxtında
ödənilməsi və ölkə daxilində dövlət qiymətli kağızları bazarının
inkişafı barədə təkliflər vermək;
dövlət borcalmasının ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş
müvafiq
proqramların,
dövlət
investisiyalarının
maliyyələşdirilməsinə və dövlət büdcəsinin kəsirinin örtülməsinə
yönəldilməsi barədə təkliflər vermək;
iqtisadiyyatın prioritet sahələrinin inkişafı üçün müvafiq investisiya
layihələrinin daxili maliyyə mənbələri hesabına həyata keçirilməsi
məqsədilə ölkənin iqtisadi artım dinamikasına uyğun olaraq dövlət
istiqrazlarının emissiyasına dair təkliflər vermək;
78
beynəlxalq maliyyə-kredit təşkilatları və xarici dövlətlər tərəfindən
verilən kreditlər hesabına aparılan investisiya layihələrinin
müsabiqələrinin təşkil edilməsində və keçirilməsində iştirak etmək;
\öz səlahiyyətləri daxilində icra hakimiyyəti orqanları və
büdcədənkənar dövlət fondları tərəfindən işlənib hazırlanmış
mühasibat uçotu sahəsində normativ hüquqi aktların və tövsiyə
xarakteri daşıyan sənədlərin təsdiq və tətbiq edilməsinə razılıq
vermək;
öz səlahiyyətləri çərçivəsində ciddi hesabat blanklarının istifadəsinə
nəzarəti həyata keçirmək;
iri dövlət vergi ödəyicilərinin gəlir və xərclər smetalarının
layihələrini aidiyyəti orqanlarla birlikdə razılaşdırmaq və onların
gəlir və xərclər smetalarının icrasına nəzarətin təmin edilməsi üçün
öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş
tədbirlər görmək;
qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ayrı-ayrı
fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək, onun
fəaliyyətini dayandırmaq və ya ləğv etmək;
Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə
iddiaçı və cavabdeh qismində çıxış etmək;
maliyyə siyasətinin həyata keçirilməsi zamanı Azərbaycan
Respublikasının müvafiq beynəlxalq müqavilələrə tərəfdar çıxması
barədə təşəbbüslə çıxış etmək;
müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki
və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri) almaq;
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq
təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları)
ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
müəyyən olunmuş qaydada Nazirliyin səlahiyyətlərinə aid olan
qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların
hazırlanmasında iştirak etmək;
fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə
sahəsi üzrə elmi tədqiqatlar aparmaq, təkliflər vermək;
müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən
edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı
təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, İnternet
saytı yaratmaq və ondan istifadə etmək;
79
üzərinə qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə müəyyən
edilmiş qaydada özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət
göstərən mətbəə orqanı yaratmaq;
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək
Nazirliyin aparatı və Nazirliyin strukturuna daxil olan Dövlət
Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət
Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti, Qiymətli
Metallara və Daşlara Nəzarət Dövlət Xidməti, Nazirliyin yerli bölmələri və
tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir.
Dostları ilə paylaş: |