DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
Maliyye


İL

M

ƏS

İ 

X

ƏR

C

L

ƏR

İ 

 

 

35

III FƏSİL. İNFLYASİYANIN YARANMA SƏBƏBLƏRİ VƏ 



MALİYYƏ SİSTEMİNƏ TƏSİRİ 

3.1. İnflyasiyanın mahiyyəti, yaranma səbəbləri və formaları 

 

Əksər hallarda inflyasiyanı mövcud əmtəə kütləsi şəraitində həddindən 



artıq  çox  pul  kimi  şərh  edirlər.  Lakin  inflyasiya  daha  mürəkkəb  bir  proses 

nəticəsində  baş  verir.  Hər  şeydən  əvvəl  inflyasiya  qiymətlərin  ümumi 

səviyyəsinin  davamlı  artımıdır.  Əmtəələrin  ayrı-ayrı  növlərinin  qiymətləri 

daha  sürətlə  arat  bilərlər.  Əgər  bəzi  növ  əmtəələrin  qiymətlərinin  artımı 

digər    əmtəələrin  qiymətlərinin  aşağı  enməsi  ilə  müşayiət  olunarsa,  bu, 

qiymətlərin  ümumi  səviyyəsinin  dəyişilməz  qalması  ilə  nəticələnə  bilər. 

Beləliklə,  inflyasiya  –  kifayət  qədər  uzun  müddət  ərzində  mövcud  olmuş 

əvvəlki  normal  səviyyəyə  nisbətən  qiymətlərin  səviyyəsinin  yüksəlməsini 

göstərir. 

Başqa  sözlə  desək  inflyasiya  -    pul  tədavülü  kanallarının  alıcılıq 

qabiliyyəti getdikcə aşağı düşən kağız pullarla dolması, təbii təzahür forması  

isə  qiymətlərin  artımıdır.  İnflyasiyanın  ilkin  əlamətləri  pulların  geniş 

yayılması  ilə  təzahür  etməyə  başlamışdır.  İnflyasion  proseslər,  adətən  pul 

kütləsinin dövriyyədə kəskin artımı  müşayiət edildikdə özünü daha qabarıq 

göstərir. 

 

XVI  əsrdə  Qərbi  Avropada  qiymətlərin  ümumi  səviyyəsinin 



yüksəlməsi ilə nəticələnən qiymətlərin artım səviyyəsinin orta illik tempi 1-

2%  təşkil edirdi. O dövrdə inflyasiyanın bu səviyyəsi uzun müddət davam 

etmişdir. 

Bundan  əlavə  dövlətin  əmtəə-pul  münasibətləri  sferasına  müdaxiləsi 

səviyyəsindən  asılı  olaraq    inflyasiya  açıq  formada  da  baş  verə  bilər.  Bu 

zaman  inflyasion proseslər qiymətlərin ümumi  səviyyəsinin  müvafiq artımı 

formasında  təzahür  edir.  Gizli  formada  isə  qiymətlər  dövlət  tərəfindən 

müəyyənləşdirilir  və  nisbətən  stabil  səviyyədə  saxlanılır.  Belə  bir  şəraitdə  

inflyasiya  özünü  əmtəə  qıtlığı  və  məhsulların  keyfiyyətinin  aşağı  düşməsi 

formasında göstərir.  

Dövlətin inflyasion prosesləri idarə etməsi səviyyəsindən asılı olaraq 

idarə edilən və idarə olunmayan inflyasiyanı fərqləndirmək lazımdır. Əhatə 

dairəsindən asılı olaraq isə  inflyasiya regional, milli və dünya inflyasiyasına 

bölünür.  Ölkə  iqtisadiyyatının  qiymətlərin  artım  tempinə  uyğunlaşma 

səviyyəsindən  asılı  olaraq  balanslaşdırılmış  və  qeyri-balanslaşdırılmış 

inflyasiya  mövcuddur.  Balanslaşdırılmış  inflyasiya  şəraitində  qiymətlər 

digər  makroiqtisadi  göstəricilərin  dəyişikliklərinə  müvafiq  olaraq    az  və 

stabil  surətdə    artır.  Qeyri-balanslaşdırılmış  inflyasiya  şəraitində  isə 

iqtisadiyyat dəyişilən şəraitlərə uyğunlaşa bilmir. 


 

36

Hal-hazırda  beynəlxalq  aləmdə  inflyasiyanın  təbiətini  və  yaranma 



səbəblərini  aydınlaşdırmağa  cəhd  edən  çoxlu  nəzəriyyələr  mövcuddur. 

Bunlardan  siyasi  və  iqtisadi  nəzəriyyələri    xüsusilə    qeyd  etmək  lazımdır. 

İqtisadi  nəzəriyyələr özləri də pul  nəzəriyyəsinə  və qeyri-pul  nəzəriyyəsinə 

bölünür.  

Siyasi    nəzəriyyələr  inflyasiyanın  yaranma  səbəblərini 

müharibələr, milliləşdirmə amillərlə əlaqələndirirlər. 

    İnflyasiya  mürəkkəb  iqtisadi prosesdir  və  müxtəlif  formalarda özünü 

büruzə verir. Hazırda inflyasiyanın aşağıdakı növlərini fərqləndirmək olar: 

  Tələb inflyasiyası; 

  Xərc inflyasiyası 

    Qeyri-pul  nəzəriyyələri  içərisində  biz  təklif  nəzəriyyəsinə  daxil  olan 

xərc inflyasiyası nəzəriyyəsini  nəzərdən keçirək. 

Sənayecə  daha  sürətlə  inkişaf  etməkdə  olan  ölkələrdə  əmək  haqqı 

istehsal  məsrəflərinin  əhəmiyyətli  hissəsini  təşkil  edir.  Lakin  buna 

baxmayaraq bunu inflyasion prosesin güclənməsinə şərait yaradan assa amil  

hesab  etmək  olmaz.  Daha  dəqiq  desək,  əmək  haqqı  inflyasion  proseslərin 

güclənməsinə dolayısı ilə təsir göstərə bilər. Belə ki, müəssisə və təşkilatlar 

istehsalı  genişləndirdikdə  əmək  haqqının  səviyyəsi  də  artır  ki,  bu  da  öz 

növbəsində    qiymətlərin  yüksəlməsinə  gətirib  çıxarır.  Bu  zaman 

inflyasiyanın  səviyyəsi  yüksəlməyə  başlayır,  çünki,  işçilər  öz  əmək 

haqlarının  artırılmasını  tələb  edirlər.    Bu  vəziyyəti  əmək  haqqı-qiymətlər 

arasında zəncirvarı əlaqə də adlandırırlar. Belə bir şəraitdə, yəni əmək haqqı 

sürətlə artmağa başladıqda bu prosesi nəzarətdə saxlamaq çox çətin olur və 

antiinflyasion  siyasət  cəmiyyətdə  yaxşı  qarşılanmayan  bir  tədbirə  –  əmək 

haqlarının dondurulmasına da gətirib çıxara bilər.  

İndi isə belə bir şəraitin yaranması mexanizmini açıqlamağa çalışaq. 

Dayanıqlı  inflyasiyanın  yaranmasının  ilkin  amili  kimi  məcmu  tələbin 

artması  çıxış  edir.    Bu  zaman  məcmu  tələb  iqtisadiyyatın  istehsal 

imkanlarından artıq olur. Məcmu tələbin bu cür artımı ilkin dövrlərdə əmtəə 

və  xidmətlərin  satış  həcminin  artması  formasında  özünü  göstərir.  Satışın 

həcminin  artması  ilə  əlaqədar  olaraq  müəssisə  və  təşkilatların  ehtiyatları 

məhdudlaşmağa  başlayır.  Müəssisə  və  təşkilatlar  belə  bir  vəziyyətə 

istehsalın  genişləndirilməsi  və  istehsal  proseslərinin  sürətləndirilməsinə 

daha    çox  diqqət  verirlər.  Qiymətlər  deyil,  istehsalın  həcmi  qısa  müddətli 

dövrlərdə  tələbin  dəyişilməsinə  uyğunlaşdırılır.    Bu  hal  ona  görə  baş  verir 

ki, əvvəla, müəssisə və təşkilatlar ilk dövrlərdə tələbin artmasının daimi ya 

müvəqqəti  hal  olduğunu  müəyyənləşdirə  bilmirlər.  Qiymətlərin  yenidən 

nəzərdən  keçirilməsi  isə  kifayət  qədər  mürəkkəb  bir  proses  olduğu  üçün, 

qiymətlər  adətən,  müqavilələr  əsasında  təyin  edilir,  üçüncüsü  isə  istehsalın 

inhisarçılığı  şəraitində  qiymətlərin  dəyişdirilməsi  bazar  münasibətləri 

sisteminin pozulmasına gətirib çıxarır. 


 

37

Əgər  istehsal  amillərinə  olan  tələb  ardıcıl  olaraq  artmaqda  davam 



edərsə,  nəticədə  onların  qiymətlərinin  səviyyəsi  də  yüksəlməyə  başlayır. 

Əməyin  və  istehsal  amillərinin  qiymətləri  tələbin  artmasına  daha  həssas 

olduğu  üçün  istehsal  amillərinin  qiymətlərinin  yüksəlməsi  məsrəflərin 

artmasına  səbəb  olur  ki,  bu  da  öz  növbəsində    hazır  məhsulun  qiymətinin 

artması  ilə  nəticələnir  ki,  bu  zaman  inflyasiya  özünü  büruzə  verməyə 

başlayır.  Tələbin  ilkin  artması  ilə  qiymətlərin  səviyyəsinin  yüksəlməsi 

arasında  bir  əlaqə  mövcuddur.  Bu  mərhələ  qiymətlərin  uyğunlaşdırılması 

mərhələsi  adlanır  və  bir  neçə  ay  ərzində  davam  edə  bilər.  İstehsal 

amillərinin  qiymətləri  qalxmağa  başlayan  kimi  digər  iki  amil  də  özünü 

göstərir.  Bu vəziyyət hazır  məhsulların qiymətlərindən   istehsal  amillərinə 

istiqamətlənən əks əlaqədir.  Nəticədə isə inflyasion proseslər  güclənir  və 

onu nəzarətdə saxlamaq qeyri-mümkün olur. 

Antiinflyasiya 

siyasəti 

özündə 

inflyasiyanın 



azaldılmasına 

istiqamətlənən  dövlət  tənzimlənməsi  alətlərinin  məcmusunu  birləşdirir. 

Hazırda  antiinflyasion  siyasətin  keynsçilik  və  monetarist  istiqaməti 

formalaşdırılmışdır. 

 Keynsçilik  antiinflyasiya  siyasətinin  mahiyyəti  özəl  müəssisə  və 

təşkilatlara  iri  dövlət  sifarişlərinin  verilməsi  vasitəsilə  səmərəli  tələbin 

yaradılmasındadır.  Multiplikativ effektin təsirindən  iqtisadiyyat depressiya 

vəziyyətindən çıxır, işsizlik azalır. Buna paralel olaraq  ucuz kredit üçün də 

şərait  yaranır.  Bu  tədbirlərin  nəticəsində  məcmu  təklifin  həcmi  artır, 

qiymətlərin  səviyyəsi  enir,  inflyasiya  isə  aşağı  düşür.  Bu  siyasətin 

nəticəsində büdcə kəsiri artır. Lakin bu kəsiri əlavə pul emissiyası ilə aradan 

qaldırmaq  olmaz.  Əks  halda  inflyasiya  yenidən  sürətlənə  bilər.  Bu 

vəziyyətdə  dövlət  istiqrazlarından  istifadə  etmək  daha  məqsədəmüvafiqdir. 

Onların ödənilməsinə isə sonralar, artıq iqtisadiyyat stabilləşdikdən sonra da 

başlamaq olar.  

İnflyasiya  ilə  mübarizə  alətlərindən  biri  olan  pul  siyasətinin  tətbiqi 

birtərəfli  və  təhlükəlidir.  Belə  ki,  inflyasiya  probleminin  həlli  sistemli 

yanaşma  tələb  edir.  İnflyasiya  yaradan  amillər  xarakterinə  görə  monetar, 

yəni  ənənəvi  və  şok  yaradan  qeyri-monetar  amillərə  bölünür.  Dünya 

təcrübəsi  göstərir  ki,  bazar  iqtisadiyyatına  malik  olan  inkişaf  etmiş 

dövlətlərdə  inflyasiya  proseslərinin  fəallaşmasında  monetar  amillərin, 

inkişaf  etməkdə  olan  dövlətlərdə  isə  qeyri-monetar  amillərin  rolu  yüksək 

olur.  Azərbaycanın  da  inkişaf  etməkdə  olan  ölkə  olduğunu  nəzərə  alsaq, 

onda  yaxın  və  orta  müddətli  dövrdə  antiinflyasiya  nöqteyi  nəzərindən 

tənzimlənmə  siyasətinin  aparıcı  xəttinin  qeyri-monetar  amillər  üzərində 

qurulması  vacibdir.  Lakin,  bu  heç  də  monetar  sahənin  antiinflyasiya 

istiqamətində nəzərdə tutulan tənzimlənmə predmetindən kənarda qalmasına 

gətirib çıxarmamalıdır.  



 

38

Monetaristlərin  fikrinə  görə,  inflyasiya  sırf  pul  fenomenidir  və 



dövlətin  iqtisadi  sferaya düşünülməmiş  müdaxiləsinin  nəticəsində  meydana 

gəlir.    Monetaristlərə  görə,  məcmu  təklifin  artırılması  əlavə  dövlət 

investisiyaları  ilə  stimullaşdırılmamalıdır.    Monetaristlər  bu  zaman 

özəlləşdirmə, pul kütləsinin kəskin məhdudlaşdırılması, sosial proqramların 

ixtisarı 

hesabına 

büdcənin 

balanslaşdırılması, 

sahibkarlığın 

vergi 


stimullaşdırılması  kimi  vasitələrdən  istifadə  etməyi  məsləhət  görürlər.  

Bunlara  paralel  olaraq,  monetaristlər,  eyni  zamanda  məcmu  tələbi  ixtisar 

etməyi,  əmək  haqlarını  dondurmağı,  ayrı-ayrı  əhali  təbəqələrinə  təyin 

edilmiş güzəştləri və transfert ödəmələri azaltmağı təklif edirlər. 

Keynsçilərdən  fərqli  olaraq  monetaristlər  ucuz  deyil,  daha  bahalı 

kreditlər  təklif  edirlər.  Buna  görə  də  zəif  müəssisələr  üçün  kredit  almaq 

əlçatmaz  olur  və  onlar  müflisləşirlər.  Güclü  müəssisələri  isə  aşağı  vergi 

dərəcələri ilə həvəsləndirmək təklif edilir. Aydındır ki, bu təkliflərin tətbiqi 

əhalinin  əsas  hissəsinin  maddi  rifahına  pis  təsir  göstərəcəkdir.  Tələbin 

azalması  istehsalın  kəskin  tənəzzülünü  stimullaşdıra  bilər,  işsizliyin 

səviyyəsi isə yüksələr. 

İngilis  iqtisadçısı A.Fillips demək olar ki, müəyyən bir dövr ərzində 

işsizlik  səviyyəsi  ilə  əmək  haqqı  arasında  qarşılıqlı  əlaqəni  təhlil  edərək  

belə bir qənaətə gəlmişdir ki,  işsizliyin elə bir səviyyəsi (6-7%) mövcuddur 

ki,  bu  zaman  əmək  haqqının  səviyyəsi  sabit  qalır.  İşsizliyin  səviyyəsinin 

həmin həddən aşağı düşməsi əmək haqqının və qiymətlərin tez bir zamanda  

artması  ilə  nəticələnir. Yaxud əksinə,  işsizlik  artdığı zaman  əmək  haqqının 

artımı  zəifləyir.  Yəni  işsizliyin  daha  yüksək  səviyyəsinə  nisbətən  aşağı 

səviyyəli  inflyasiya  uyğun  gəlir.    Bunlar  arasında  qeyri-xətti  əlaqə 

mövcuddur.    Belə  ki,  işsizliyin  azaldılması  və  getdikcə  onun  səviyyəsinin 

aşağı  düşməsi  baş  verdikdə  inflyasiyanın  səviyyəsi  daha  yüksək  templə 

yüksəlir: 

Rəa = Qat – Ə /İs – İt/ 

Burada, 


Rəa – gələcək dövrdə real əmək haqqının artımı; 

Qat- qiymətlərin səviyyəsinin artımının gözlənilən tempini; 

Ə  –  real  əmək  haqqının  işsizliyin  konkret  səviyyəsinə 

reaksiyasını müəyyənləşdirən əmsalı; 

İc - cari dövrdə işsizlik səviyyəsini; 

İt – işsizliyin təbii səviyyəsini əks etdirir. 

İşsizliyin  yalnız  təbii  səviyyəsi  uzunmüddətli  iqtisadi  tarazlıqla 

uzlaşır.  Əlbəttə  ki,  işsizliyin  səviyyəsini      real  əmək  haqqının  inflyasion 

azaldılması  yolu  ilə  təbii  səviyyədən  aşağı  salmaq  mümkündür.  Bu  zaman 

müəssisə  və  təşkilatlar  az  maaşla  daha  çox  işçi  işlətmək  imkanına  malik 

olacaqlar.    Belə  bir  şəraitdə  qısamüddətli  zaman  intervalında  işçilərin 


 

39

qiymət  gözləmələri  inflyasiyanın  həqiqi  templərindən  geri  qalacaq  və 



inflyasiya  real  əmək  haqqını  aşağı  salacaqdır.  Lakin  bu  vəziyyət  uzun 

müddət davam edə bilməz, çünki,  davamlı inflyasiya daimi olaraq işsizliyin 

səviyyəsini azaldır. Müxtəlif  dövrlərdə artıq işçilər anlamağa başlayırlar ki, 

qiymətlər  gözlənildiyindən  daha  sürətlə  artır  və  onlar  öz  əmək  haqlarının 

artırılmasını  tələb  etməyə  başlayacaqlar  və  artıq  real  əmək  haqqının 

azaldılmasını  hissə-hissə  məhdudlaşdıracaqlar.  İnflyasiyanın  gözlənilən 

tempi  həqiqi  templə  bərabərləşəcək,  qiymətlər  qalxacaq,  nominal  əmək 

haqqı  isə  real  əmək  haqqını  inflyasiyaya  qədərki  səviyyədə  saxlamaq 

məqsədilə  sürətlə  artacaqdır.    Buna  görə  də  müəssisə  və  təşkilatlar  yeni  iş 

yerləri  açmaqdan  imtina  edəcəklər  və  işsizlik  yenə  də  təbii  səviyyəyə 

enəcəkdir.  Nəticədə  isə  uzunmüddətli  dövrdə  inflyasiya  ilə  işsizlik 

arasındakı qarşılıqlı əlaqə yox olacaqdır. 

Tələb  inflyasiyasını  çox  zaman  az  əmtəə  təklifinə  qarşı  çoxlu  pul 

kimi  müəyyənləşdirirlər,  yəni,    məcmu  tələbin  artması  ilə  əlaqədar  olaraq 

qiymətlərin  davamlı  yüksəlməsi  baş  verir.  Qiymətlərin  qalxması  real  pul 

təklifinin  azalmasına  gətirib  çıxarır.    Bu  isə  öz  növbəsində  insanları  faiz 

gətirən  aktivləri  likvidləşdirməyə  məcbur  edir.  Nəticədə  faiz  dərəcələri 

yüksəlir,  faiz  dərəcələrinin  yüksəlməsi  investisiya  aktivliyini  azaldır. 

İnvestisiya  fəallığının  azalması  qiymətlərin  artımı  kəsilənə  qədər  davam 

edir.  Əgər  iqtisadiyyat  iqtisadi  artımın  aşağı,  hətta  sıfır  templəri  ilə 

xarakterizə  edilərsə,  bu  zaman  ümumi  həyat  səviyyəsinin  yüksəlməsi  baş 

verməyəcəkdir.  Belə  ki,  qiymətlərin  səviyyəsinin    qalxması  nominal  şəxsi 

gəlirlərin də ən azı  bu səviyyədə artırılmasını tələb edəcəkdir.  

İnflyasiyanın  səbəb  olduğu  gəlirlərin  yenidən  bölgüsü  bir  neçə 

istiqamətdə  həyata  keçirilir.  İlk  növbədə  stabil  aylıq  gəlirlərə  malik  olan 

insanların  itkiyə  məruz  qalırlar.    Belə  ki,    inflyasiya  şəraitində  daimi 

nominal  gəlirlərin  saxlanıldığı  şəraitdə  real  gəlirlər  azalır.  İndeksasiya 

edilmiş gəlirlər alan insanlar inflyasiyadan öz gəlirlərinin ölkədə qiymətlərin 

ümumi artımına uyğunluğu dərəcəsində müdafiə olunmuş olurlar. İnflyasiya 

qiymətlərin  ümumi  artımından  daha  sürətlə  artan  əmtəələrin  istehsalı  və 

satışı  ilə  məşğul  olanların  real  gəlirlərinin  artmasına  səbəb  olur.  Adətən, 

inflyasiyadan  daha  çox  daşınmaz  əmlak,  zinət  əşyaları    mülkiyyətçiləri 

müdafiə  olunmuş  olurlar.  Bir  qayda  olaraq    bu  sərvətlərin  qiymətlərinin 

artımı  inflyasiya  tempindən  geri  qalmır,  hətta  onu  qabaqlayır.  İnflyasiya  

vergiyə  cəlbetmənin  proqressiv  sistemi  üzrə  şəxsi  gəlirləri  də  azalda  bilər. 

Təcrübə  göstərir  ki,  qeydə  alınmış  faiz  dərəcəsi  üzrə  inflyasiyadan 

kreditorlar  itirir,  borcalanlar  isə  qazanırlar.  Eyni  zamanda  ölkənin  tədiyyə 

balansının pisləşməsinə  və bir sıra sosial-iqtisadi problemlərin yaranmasına 

səbəb  olur.  Əgər  ölkə  kifayət  qədər  yüksək  inflyasiya  səviyyəsi  ilə 

üzləşmişsə, onun ixracının rəqabətqabiliyyətliliyi də pisləşir, eyni zamanda, 



 

40

idxal edilmiş malların qiymətləri Milli məhsullardan ucuz olur. Nəticədə isə 



ixrac  azalır,  idxal  isə  artır.  Daha  stabil  xarici  valyutalara  tələb  yüksəlir, 

kapitalın xaricə axını sürtələnir. 

İnflyasiya  ilə  mübarizə  aparmaq  üçün  əlavə  resurslar  cəlb  etmək 

lazımdır.  Müəssisə  və  təşkilatlar  inflyasiya  ilə  əlaqədar  meydana  çıxmış 

qeyri-müəyyənlik amillərinin meydana çıxardığı özünəməxsus problemlərin 

həll  edilməsi  üçün  əlavə  mütəxəssislərin  cəlb  edilməsi  məcburiyyətində 

qalırlar.    İnflyasiyanın  yüksəlməsi  ilə  bu  problemlər  daha  da  kəskinləşir. 

Hiper  inflyasiya  baş  verdikdə  isə  bazar  sistemi  əsaslı  təhlükə  qarşısında 

qalır. Müəssisə və təşkilatlar öz xərclərini ödəmək məqsədilə ardıcıl olaraq 

öz 


məhsullarının 

qiymətlərini 

artırmaq 

məcburiyyətində 

olurlar. 

Vətəndaşların  əmanətlərə  marağı  olmur,  bu  isə  normal  investisiyalaşdırma 

prosesinə mənfi təsir göstərir.  

Təcrübə  göstərir  ki,  ümumi  inflyasiya  təzyiqini  təkcə  monetar 

metodlar  vasitəsilə  uzun  müddət nəzarətdə saxlamaq da qeyri-mümkündür. 

İnflyasiyaya nəzarət etmək üçün birinci növbədə əhəmiyyətli büdcə artıqlığı 

yaratmaq  lazımdır.  Hökumət  səmərəsiz  xərcləri,  xüsusən  də  idarəetmə 

xərclərini    mümkün  qədər  azaltmalıdır.  Güclü  inflyasiya  təzyiqi  şəraitində 

vergilərin  azaldılması  məqsədəmüvafiq  deyildir.  İstehlak  kreditlərini 

məhdudlaşdırmaq,  əmanət  istiqrazlarının  satışı  tədbirlərini  gücləndirmək 

lazımdır.  İqtisadiyyatın  ayrı-ayrı  sahələrində  qiymət  nəzarətindən  və 

rasionallaşdırmadan  məhdud  şəkildə    istifadə edilməsi  məqsədəmüvafiqdir.  

İnflyasiya üzərində nəzarətdə əsas vasitələrdən  biri də hökumət gəlirlərinin 

onun  xərclərini  üstələməsidir.  Hökumətin  cəmiyyətdən  əldə  etdiyi  pulun 

miqdarı  onun  cəmiyyət  üçün  xərclədiyini  üstələməsi  fərdi  xərclərin 

azalmasına səbəb olur.   

Adətən, əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinin demək olar 

ki, əsas hissəsi zəruri tələbat mallarının alınmasına və kommunal xərclərinin 

ödənilməsinə sərf edilir. Bu məhsulların qiymətləri isə müxtəlif obyektiv və 

subyektiv  səbəblərdən  arta  bilər.  Belə  şəraitdə  hökumətin    aztəminatlı 

təbəqələrinə  maliyyə  yardımının  göstərilməsi  üzrə  həyata  keçirdiyi  sosial 

tədbirlər,  sözsüz  ki,  vacibdir,  lakin  onlar  mövcud  problemi  birdəfəlik  həll 

etmək  iqtidarında  deyildirlər.  Bir  qayda  olaraq,  inflyasiyadan  bütün  ölkə 

vətəndaşları əziyyət çəkirlər. Uzun və orta müddətli kreditləri aşağı faizlərlə 

verən  kreditorların da belə şəraitdə risk ehtimalı xeyli artır. 

İnflyasiyanın  yaranmasının  ilkin  səbəblərindən  əsası  pul  kütləsi  ilə 

əmtəələrin həcmi arasında bərabərliyin pozulmasıdır. Belə bir vəziyyət həm 

istehsalın  həcminin  kəskin  surətdə  azalmasından,  həm  də  dövlətin  öz  çap 

aparatını  işə  salması  yolu  ilə    borclarını  ödəmək  istəyinə  cəhd  etməsi  ilə 

əlaqədar olaraq yarana bilər.  Adətən, qiymətlərin artımı ilə müşayiət edilən 

inflyasiyanı,  sıçrayışlı  inflyasiyanı  və  hiperinflyasiyanı  fərqləndirirlər. 


 

41

İnflyasiya  baş  verdikdə  artıq  pullar  öz  funksiyalarını    tam  yerinə  yetirə 



bilmirlər.  Müəssisələr  ödəmə  vasitəsi  kimi  kağız  pulları  qəbul  etməkdən 

imtina  edirlər,  çünki,  onların  alınması  və  istifadəsi  ərzindəki  qısa  vaxt 

müddətində  pulların  dəyərsizləşməsi  prosesi  baş  verir.  Beləliklə, 

iqtisadiyyat az  səmərəli barterə meyl edir. İnsanlar artıq belə pulları əmanət 

şəklində  istifadə  etmək  istəmirlər.  Yaranmış  çaşqınlıq  investisiya 

qoyuluşlarının həcminə, istehsalın bərpasına mane olur.  

Nəzarətin  zəif  olması  səbəbindən  də  əmələ  gələn  qiymət 

inflyasiyasından 

pul 

və 


maliyyə 

siyasəti 

vasitəsilə 

istehsalı 

məhdudlaşdırmadan yayınmaq olar.  Lakin bu kimi maliyyə tədbirləri və ya 

kredit  məhdudiyyəti  qiymətlər  üzərində  səmərəli  nəzarətə  nisbətən  istehsal 

üçün daha ağır fəsadlara səbəb ola bilən gəlirin kəskin deflyasiyasını yarada 

bilər.  


İnflyasiya,  adətən,  əhalinin  həyat  səviyyəsinin    dəyişməsini  özündə 

əks etdirən  istehlak qiymətləri  indeksi (İQİ)  ilə ölçülür.  İQİ özündə qiymət 

dəyişilməsinin  ölçüsünü  göstərir.    İQİ  bir  qayda  olaraq  müəyyən  müddət 

ərzində orta statistik  şəhərlinin  əmtəə  və  xidmətlərin alınmasına sərf etdiyi 

«istehlak  səbəti»  ilə  ölçülür.    Lakin  inflyasiyanın  hesablanmasına  belə 

yanaşmanın mənfi tərəfləri vardır. Belə ki,  istehlak səbətinə daxil edilən bu 

və ya digər növ əmtəə və xidmətlərə olan tələbat vaxt keçdikcə dəyişir. Bəzi 

məhsullar  və  xidmətlərə  tələb  azaldığı  halda,  bu  siyahıya  yeni  məhsul  və 

xidmətləri əlavə etmək lazım gəlir. 

İQİ  müəyyən  dövr  ərzində  istehlak  edilən  malların  və  xidmətlərin 

dəyişməz  qaldığı  şəraitdə  əhalinin  istehlak  xərclərinin  ümumi  məbləğinin 

dəyişməsini  əks  etdirir.  Beləliklə,  İQİ-əhali  tərəfindən  alınan  əmtəə  və 

xidmətlərin  istehlak  səbətinin  dəyərinin  dəyişməsini  xarakterizə  edən  nisbi 

göstəricidir. İQİ başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət 

dinamikasını müəyyənləşdirməkdən ibarətdir. 

Yüksək  inflyasiya  yalnız  maliyyə  sisteminə  deyil,  bütövlükdə 

cəmiyyətin  iqtisadi  sisteminə  neqativ  təsir  göstərən,  ən  ağrılı  və  təhlükəli 

proseslərdən hesab olunur. Bu və  ya digər  formada o  praktiki olaraq  bütün 

dünya  ölkələrinin  iqtisadiyyatında  özünəməxsus  tərzdə  fəaliyyətdədir. 

İnflyasiyanın yüksək olmayan və idarə edilə bilən səviyyəsi heç də təhlükəli 

hesab  olunmur.  Son  illərin  dinamikası  göstərir  ki,  ölkəmizdə  inflyasiya 

prosesləri təhlükəli həddə çatmamışdır. Bu isə ciddi neqativ proseslərə, yəni 

istehlakçıların  real  xərclərinin  artmasına,  yığımlarının  dəyərsizləşməsinə, 

istehsalçıların  keyfiyyətli  məhsul  istehsalına  olan  maraqlarının  azalmasına 

təkan  verə  bilər.  İnflyasiyanın  mənfi  nəticələrindən  biri  də  investorların 

istehsal yönümlü xərclərinin artırılmasına olan maraqlarının azalmasıdır.  

İnflyasiyanın  qarşısını  almaq  üçün  ilk    növbədə  onun  mahiyyətini 

dərk  etmək,  sərhədlərini  və  miqyaslarını  müəyyənləşdirmək  və  onu 



 

42

genişləndirən 



mexanizm 

və 


amilləri 

aşkara 


çıxarmaq 

zəruridir. 

İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün istifadə 

olunan  qiymətləri  indeksi  (İQİ)  istehlak  bölməsində  inflyasiyanın 

səviyyəsini  xarakterizə  edir  və  milli  hesablar  sisteminin  göstəricilərinin 

müəyyənləşdirilməsində  ümumi  daxili  məhsulun  son  istifadəsinin  ən 

mühüm komponentlərindən olan ev təsərrüfatlarının son istehlakına çəkilən 

xərclərin sabit qiymətlərlə hesablanmasında, eləcə də əhlinin gəlirlərinin və 

əmanətlərinin indesləşdirilməsində istifadə olunur.  

İQİ-ni tətbiq etməklə  bir sıra  məhsul,  iş  və xidmətlərin qiymətlərini 

qruplaşdırmaqla  və  bir  rəqəmlə  bütün  qiymət  dəyişikliklərini  ifadə  etmək 

mümkündür.  İQİ  özündə  qiymət  dəyişilməsinin  ölçüsünü  göstərir.  Bu 

indeks vasitəsilə əhalinin adətən istehlak etdiyi əmtəə və xidmətlərin qiymət 

dəyişikliyi  ölçülür.  Çünki,  İQİ  müəyyən  dövr  ərzində  istehlak  edilən 

malların  və  xidmətlərin  dəyişməz  qaldığı  şəraitdə  əhalinin  istehlak 

xərclərinin  ümumi  məbləğinin  dəyişməsini  əks  etdirir.  Beləliklə,  İQİ-əhali 

tərəfindən  alınan  əmtəə  və  xidmətlərin  istehlak  səbətinin  dəyərinin 

dəyişməsini 

xarakterizə 

edən 


nisbi 

göstəricidir.  

İQİ-nin  başlıca  təyinatı  istehlak  mallarının  və  xidmətlərinin  qiymət 

dinamikasını  müəyyənləşdirməkdən  ibarətdir.  İQİ  Laspeyres  düsturu  ilə 

hesablanır.  İndeksin  hesablanmasında  ölkənin  milli  xüsusiyyətlərini  nəzərə 

alan  reprezentativ  (təmsilçi)  mal  və  xidmət  qrupları  üzrə  toplanmış  qiymət 

və  tariflərdən  istifadə  edilir.  İstehlak  qiymətləri  indeksi  tərtib  edilərkən  ev 

təsərrüfatlarının  büdcə  müayinələri  əsasında  bazis  dövründə  əhalinin 

müəyyənləşdirilən  faktiki  istehlak  xərclərinin  strukturu  tərəzi  rolunu 

oynayır.  

Bu  indeksin  formalaşmasında  insanların  istehlakında  daha  çox 

üstünlük  təşkil  edən  başlıca  ərzaq  məhsullarının  və  xidmətlərin  qiymətinin 

dəyişməsi  mühüm  rol  oynayır.  Azərbaycan  Dövlət  Statistika  Komitəsinin 

tətbiq  etdiyi  metodikaya  görə,  İQİ  çoxlu  sayda  müxtəlif  adda  məhsul  və 

xidmətdən  ibarət  olan  bazar  zənbili  əsasında  formalaşır.  Bunun  vasitəsilə 

orta  istehlakçının  hər  bir  məhsul  istehlakına  nə  qədər  vəsait  xərclədiyi 

müəyyənləşdirilir.  

Bu  metodikada  bazar  zənbilinə  daxil  olan  məhsul  və  xidmətlərin 

kəmiyyəti fərqli miqdarda olur. Bir çox hallarda bu səbətə daxil olan məhsul 

və xidmətlərin sayını artıraraq 400-dən 585-ə çatdırmaqla uzun illər qiyməti 

sabit  qalan,  həmçinin  son  zamanlar  qiymətləri  ucuzlaşan  məhsul  və 

xidmətlərin  bu  səbətə  daxil  olunması  yolu  ilə  istehlak  səbətinin  orta 

dəyərinin  dinamikasının  aşağıya  doğru  meyllənməsinə  nail  olmaq 

mümkündür. Belə ki, bu səbətə ildən ilə ucuzlaşan kompüter avadanlığının, 

musiqi  alətlərinin,  mobil  telefonların  da  daxil  olması  nəticəsində  İQİ 

səviyyəsinin artımını ən pis halda neytrallaşdırır. Halbuki, bu tip məhsullar 



 

43

bir  çox  istehlakçıların  zəruri  istehlakına  daxil  deyil  və  fikrimizcə  bu  yolla 



inflyasiyanın səviyyəsinin aşağı olması təsəvvürünü yaradır.  

Lakin müşahidələr göstərir ki, inflyasiyanın səviyyəsi getdikcə az da 

olsa    artıma  doğru  meyllidir.  Büdcədə  nəzərə  alınan  əlavə  gəlirlərin 

hesabına  onun  xərc  hissəsinin  artırılması  nəticəsində  inflyasiya  yaradan 

amillərin  fəallaşacağı  mümkündür  və  bunun  qarşısını  almaq  məqsədi  ilə 

hökumətin  atacağı  addımlar  əvvəlcədən  dəqiqləşdirilməlidir.  Əks  təqdirdə 

ilin  sonunda  inflyasiyanın  iki  rəqəmli  ədədlə  ifadə  olunacağı  mümkün  ola 

bilər.  İnflyasiya  yaradan amillər xarakterinə görə ənənəvi (monetar) və  şok 

yaradan (qeyri-monetar) amillərə bölünür. Dünya təcrübəsi göstərir ki, bazar 

iqtisadiyyatına  malik olan  inkişaf etmiş dövlətlərdə  inflyasiya proseslərinin 

fəallaşmasında  monetar  amillərin,  inkişaf  etməkdə  olan  dövlətlərdə  isə 

qeyri-monetar amillərin rolu yüksək olur. Azərbaycanın da inkişaf etməkdə 

olan  bazar  iqtisadiyyatlı  ölkə  olduğunu  nəzərə  alsaq,  onda  yaxın  və  orta 

müddətli  dövrdə  antiinflyasiya  nöqteyi  nəzərindən  tənzimlənmə  siyasətinin 

aparıcı  xəttinin  qeyri-monetar  amillər  üzərində  qurulması  vacibdir.  Lakin, 

bu  heç  də  monetar  sahənin  antiinflyasiya  istiqamətində  nəzərdə  tutulan 

tənzimlənmə predmetindən kənarda qalmasına gətirib çıxarmamalıdır.  

Xərc  inflyasiyasını  stimullaşdıran  son  hökumət  qərarları  ilə  işığın,  

qazın, suyun qiymət artımının inflyasiyaya təsiri iki tərəfli olduğundan, həm 

istehlak  xərclərini  çoxaltdığından  və  həm  də  xərc  elementi  kimi  maya 

dəyərini bahalaşdırdığından inflyasiyanın səviyyəsinin yüksəlməsi mümkün 

olduğu üçün sosial vəziyyəti nəzərə almaq məqsədəmüvafiqdir.  

Qeyd edək ki, gömrük rüsumlarının,  vergi dərəcələrinin  və  məcburi 

sosial ödənişlərin artımı da  xərc  inflyasiyasının  fəallaşmasında  əhəmiyyətli 

rol  oynayır.  Ölkəmizdə  bu  sahədə 

hökumətin  apardığı  siyasət 

təqdirəlayiqdir.  Son  illərdə    vergi  yükünün  və  vergi  dərəcələrinin  aşağı 

salınması buna əyani sübutdur. 

 Beynəlxalq  təcrübədən  məlumdur  ki,  istehsalda,  ticarətdə  və  idxal-

ixrac  əməliyyatlarında  mövcud  olan  inhisarçılığın  qiymət  artırıcı  təsiri 

inflyasiya  yaratmaq  effektinə  görə  yuxarıda  sadalanan  amillərdən  heç  də 

geri qalmır.  

İdxal  əməliyyatlarında  mövcud  olan  inhisarçılığın  inflyasiyaya  təsir 

gücünün  qiymətləndirilməsi  məqsədilə  aparılan  monitorinqin  nəticələri 

göstərdi  ki,  süni  qiymət  şişirdilmələrinin  inflyasiya  yaradan  təsiri  xeyli 

güclüdür.  İstehlak  mallarının  ölkəyə  gətirilməsi  ilə  məşğul  olan  bəzi 

inhisarçı  şirkətlər  iqtisadi  normadan  dəfələrlə  çox  mənfəət  əldə  edərək,  bir 

tərəfdən  gizli  iqtisadiyyatın  çiçəklənməsinə  xidmət,  digər  tərəfdən  isə 

qiymətlərin yüksək həddə saxlanılmasına nail olurlar. 

Denominasiya 

ilə 

əlaqədar 



olaraq 

aparılan 

qiymət 

yuvarlaqlaşdırmasının  yuxarıya  doğru  istiqamətlənməsi  nəticəsində  baş 



 

44

verir.  Ümumi  inflyasiya  səviyyəsində  bu  amilin  iştirak  payı  ilin  əvvəlində 



qısa müddətli dövrdə yüksək olsa da sonradan kəskin sürətlə aşağı düşüb və 

hazırda demək olar ki, mənfi təsiri yoxdur. 

Bəzi  obyektiv  səbəblərdən  son  illər  ərzində  inflyasiyanın  dinamik 

xarakter  alması  səbəbindən  istehlakçıların  gəlirlərinin  dəyərsizləşməsi 

fonunda  xərclərinin  nəzərə  çarpacaq  dərəcədə  artımı,  yeni  dövriyyəyə 

buraxılan  Azərbaycan  manatının  etibarlılıq  dərəcəsinin  kövrək  səviyyədə 

olması, 

ötən 


ilin 

sentyabrında 

manatın 

məzənnəsində 

qəflətən 

revalvasiyanın  fəsadları,  dünya  bazarında  bəzi  istehlak  mallarının  kəskin 

bahalaşmanın qeydə alınması, neft gəlirlərinin ölkəyə daxil olması tempinin 

sürətlənməsi  nəticəsində  daxili  bazarda  valyuta  təzyiqinin  yüksəlməsi 

inflyasiyanın yüksələcəyi ilə bağlı rasional gözləntiləri çoxaltmışdır. Bu isə 

inflyasiya  yaradıcı  psixoloji  amillər  fəallaşma  riskini  artırır  və  yuxarıda 

sadalanan  hər-hansı  bir  faktorun  gözlənilmədən  aktivləşəcəyi  zamanında 

ajiotaj effektini mümkün edir. 

 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin