20
Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi
M
A
L
İY
Y
Ə
F
ƏN
N
İN
İN
D
İG
ƏR
E
L
M
L
ƏR
L
Ə
Q
A
R
Ş
IL
IQ
L
I
Ə
L
A
Q
ƏS
İ
İQTİSAD ELMİ
HÜQUQ ELMİ
STATİSTİKA ELMİ
SOSİOLOGİYA ELMİ
MENECMENT ELMİ
BEYNƏLXALQ
İQTİSADİ MÜNASİ-
BƏTLƏR ELMİ
21
1.6. Maliyyə münasibətlərinin əsas istiqamətləri
Bütövlükdə götürəndə cəmiyyət iki idarəçilik sistemini təcrübədən
keçirmişdir. Birinci sistem iqtisadiyyatın, özəl iqtisadi fəaliyyətin
azadlığına, məhsulun müstəqil istehsalı və satışı hüququna əsaslanan bazar
iqtisadiyyatıdır. Burada bütün məsələlər uzun illər boyu formalaşmış
obyektiv qanunlarla həll olunur və tənzimlənir. Burada cəmiyyətin bütün
üzvləri, eləcə də dövlət iqtisadiyyatın bərabər hüquqlu subyektlərinə
çevrilir. İqtisadiyyatın idarə edilməsinin ikinci üsulu planlı sistemidir.
Qeyd etmək lazımdır ki, xarici iqtisadçılar qruplarından bəziləri
iqtisadiyyatın idarə olunması metodlarını üç növə bölürlər: diktaturaya
əsaslanan planlı iqtisadiyyat (sosialist ölkələri - keçmiş SSRİ, Çin, Vyetnam
və s.), bazar iqtisadiyyatı (bütün inkişaf etmiş ölkələr - ABŞ, Böyük
Britaniya, Yaponiya, Fransa, Türkiyə və s.), sosial bazar iqtisadiyyatı (bu,
ABŞ, Almaniya, İsveç və s. ölkələrin tədricən inkişaf edərək gələcəkdə
keçəcəyi sistem kimi nəzərdə tutulur).
Xatırladaq ki, çağdaş cəmiyyət, əsasən (xüsusilə müasir inkişaf
şəraitində), demokratik bazar iqtisadiyyatı üsulları ilə idarə olunur.
Diktatura rejiminin ömrü müstəsna hallarda uzun sürür. Bu vecimin keçmiş
SSRİ-də nisbətən çox yaşamasının mühüm səbəbi onun hədsiz amansızlığı
və zəngin təbii ehtiyatlara malik olması ilə bağlı idi. Bu ehtiyatlar get-gedə
tükəndiyinə və yuxarıda deyilmiş bir sıra başqa səbəblərə görə iqtisadiyyatı
uzun müddət köhnə üsullarla idarə etmək mümkün deyil. Bunu həyat sübut
etmişdir.
Demokratik bazar iqtisadiyyatı, hər şeydən öncə, azadlıq deməkdir.
Cəmiyyətdə elə bir canlı yoxdur ki, azadlığa can atmasın. Şəxsiyyət
azadlığı, yaradıcı təfəkkür və işgüzar təşəbbüskarlıq azadlığı olan yerdə
tərəqqi də var.
Bazar iqtisadiyyatını səciyyələndirən bir sıra xüsusiyyətlər, daha
doğrusu, onun təşkilinin bir sıra mühüm şərtləri var:
Bunlardan ən mühüm hesab ediləni istehsal azadlığının, yəni
təşəbbüskar sahibkarlıq azadlığının, hər kəsin istədiyi yerdə və istədiyi vaxt
istehsal təşkil etmək hüququnun olmasıdır. Totalitar vecim şəraitində azad
sahibkarlıq
hüquq
qanunvericiliyinə
görə
cinayət
əməli
kimi
qiymətləndirilirdi. Buna görə də bir çox yenilikçi mütəxəssislər
həbsxanalarda çürüyürdü. Təkcə mütəxəssislər yox, elə material və əmək
ehtiyatları da çürüyürdü, tullantılar istifadəsiz qalır, milyardlarla manatlıq
məhsul, sərvət məhv olurdu. Bazar iqtisadiyyatı şəraitində isə yaradılacaq
(inşa olunacaq) müəssisənin nizamnaməsini hazırlamaq və qeydiyyatdan
keçirmək kifayətdir.
22
Qiymətqoyma azadlığı. İstehsalçının öz məhsuluna müstəqil qiymət
qoymaq hüququ yoxdursa, onun istehsalın səmərəsini artırmağa, material
və əmək ehtiyatlarından səmərəli istifadə etməyə marağı da olmayacaq.
Yaxın keçmişə qədər məhsullara qiymət qoyulması, demək olar, tamamilə
mərkəzləşdirilmişdi, ictimai-faydalı əmək məsrəflərini, tələb və təklifi
nəzərə almadan həyata keçirilirdi ki, bu da maddi stimullaşdırma amilini
kəskin surətdə azaldaraq ona gətirib çıxarırdı ki, ayrı-ayrı şəxslərin,
kollektivlərin və regionların əldə etdikləri nəticələri başqa bir tərəf əsassız
olaraq mənimsəyirdi. Bazar iqtisadiyyatı qiymətlərin tələb və təklifləri,
məhsulun istehlak dəyərini, keyfiyyətini nəzərə almaqla müstəqil olaraq
müəyyən edilməsini nəzərdə tutur. Ancaq dünya təcrübəsinə uyğun olaraq,
bəzən bir para məhsulların qiymətlərini tənzimləmək lazım gəlir.
Mülkiyyət formalarının çoxukladlılığı. Məşhur ABŞ psixoloqu
F.Karnegi insan həyatında üç ən vacib amilin olduğunu bildirir: seks,
mülkiyyət və din. O deyirdi: birinci amillə biz insanı yaradır, ikinci amillə
onun mövcudluğunu təmin edir, üçüncü amillə yaşamaqda davam etmək
üçün onlara ümid veririk. Bu üç amildən birinin olmaması insan həyatını
mənasızlaşdırır.
Azad rəqabət. Bu istehsalçıların iqtisadi yarışıdır. Başlıca prinsipi
budur: kim bazara daha keyfiyyətli və ucuz məhsul çıxarsa, o udur. Sovet
sistemində tamamilə bunun əksi baş verirdi. Mərkəzləşmə bayrağı altında,
demək olar, bütün iqtisadiyyat dövlətin əlində cəmləşdirilmiş, iri inhisar
müəssisələri yaradılmışdı. 1500 qrup üzrə məhsulları yalnız bir müəssisə
buraxırdı. Qərb iqtisadiyyatının təcrübəsinə görə, hər hansı məhsul
istehsalçılarının sayı 4-5-dən çox olmamalıdır. Bir məhsulu 4 iri firma
istehsal edirsə, həmin məhsul inhisarçılar qrupuna daxil edilir. Bunun
qarşısının almaq və həmin prosesi tənzimləmək üçün antiinhisar qanunu
qəbul olunur.
Alqı-satqı münasibətlərinin sərbəstləşməsi, yəni ticarət azadlığı.
İstehsalın hər bir subyekti alqı-satqı prosesində azaddır, kimdən istəsə alar,
kimə istəsə satar. Bazar iqtisadiyyatı şəraitində alqı-satqı münasibətlərinin
müstəqilliyi məkanca məhdudlaşdırılmamalıdır.
Bu şərtlər bir-biri ilə sıx əlaqədardır və birinin olmaması o birinin
imkanlarını məhdudlaşdırır, hətta heçə endirir. Məsələn, qiymət müstəqilliyi
olmayanda rəqabətə və azad sahibkarlığa maraq da olmur. Buna görə də
bazar iqtisadiyyatına keçərkən bütün bu şərtləri eyni vaxtda təmin etmək
gərəkdir.
Yuxarıda qeyd etmişdik ki, bazar iqtisadiyyatı, əsasən, maliyyə
sistemi və bank fəaliyyəti üzərində qurulur. Buna görə də maliyyə
münasibətləri də köklü surətdə dəyişdirilməli və yeni əsaslarla qurulmalıdır.
23
Bazar iqtisadiyyatı şəraitində maliyyə münasibətlərinin əsas istiqamətləri
aşağıdakılardır:
Maliyyə münasibətlərinin diktator istibdadından azad olması,
ərazilər üzrə inzibati orqanların, müəssisə və təşkilatlarının maliyyə
münasibətlərinin
formalaşmasındakı
rolunun
mümkün
qədər
genişləndirilməsi, strateji və səmərəli istiqamət seçimində onların tam
müstəqilliyinin təmin edilməsi.
Maliyyə, pul və sərmayə bazarlarının təşkili və azadlığı, onların
infrastrukturunun yaradılması. «Maliyyə bazarı» dedikdə, səhmlərin,
qiymətli kağızların, istiqrazların müstəqil alqı-satqısı, «kredit bazarı»
dedikdə, kredit ehtiyatlarının alqı-satqısı nəzərdə tutulur. Bunun üçün
müvafiq maliyyə vasitəçiliyi təşkilatları, fond birjaları, banklar, maliyyə və
sığorta şirkətləri yaradılmalıdır.
Maliyyə münasibətləri vasitəsilə mülkiyyətin müxtəlif formalarının
tətbiqinin təmin olunması, dövlət maliyyə orqanları və şirkətləri ilə yanaşı,
özəl maliyyə şirkətlərinin təşkili, bütün mülkiyyət formaları üçün bərabər
şərait yaradılması, maliyyənin idarə edilməsi üzrə dövlət qurumlarının bazar
iqtisadiyyatına uyğunlaşdırılması, köklü struktur dəyişikliklərinin həyata
keçirilməsi, operativ vergi müfəttişliklərinin açılması, sığorta bazarının və
borcları tənzimləmə sisteminin formalaşdırılması.
Bazar iqtisadiyyatına uyğun mütərəqqi vergi sisteminin, xüsusən də
iqtisadiyyatın
idarə
edilməsinə
dövlət
müdaxiləsinin
maliyyə
tənzimləyicilərinin yaradılması, gəlirlərin tənzimlənməsində mütərəqqi
vergilərdən geniş istifadə, onun istehsalın stimullaşdırılmasına yönəldilməsi.
Yeni büdcə sisteminin yaradılması, ayrı-ayrı büdcə həlqələrinin
bir-birindən asılılığının ləğv olunması və onların müstəqilliyinin təmin
olunması.
Sadalanan istiqamətlər üzrə Azərbaycanda artıq bir sıra tədbirlər
həyata keçirilmişdir ki, bunlar haqqında ayrı-ayrılıqda danışmağa ehtiyac
var.
Hazırda ölkədə özəlləşdirmənin aparılması, qiymətli kağızlar, kapital
və kredit bazarının yaradılması start vəziyyətindədir, regional icra
orqanlarının idarəçilik hüquqlarının təmin olunduğunu, normal bank
sisteminin yaradılması zəruridir. Vaşinqtondakı Heritic Fondeyşn təşkilatı
ölkələri iqtisadi göstəricilərinə görə 4 qrupa bölür: iqtisadiyyatı azad olan
ölkələr, iqtisadiyyatı əsasən azad olan ölkələr, iqtisadiyyatı əsasən azad
olmayan ölkələr və iqtisadiyyatı repressiyaya uğramış ölkələr.
Bazar iqtisadiyyatının əsas xüsusiyyətləri
24
BİƏX
İstehsal
azadlığı
Alqı-сaтqının
сəрbəстliyi
Azad rəqabət
Qiymət qoyma
azadlığı
Mülkiyyət forma-
larının müxtəlifliyi
25
II FƏSİL. MALİYYƏ SİYASƏTİ
2.1. Maliyyə siyasətinin mahiyyəti və zəruriliyi.
İqtisadi siyasət, iqtisadi taktika, iqtisadi strategiya kimi anlayışlara
tez-tez rast gəlmək olur. İqtisadi siyasət iqtisadi sahədə elmi ideyaların,
məqsəd və vəzifələrin, siyasi vasitə və praktik təcrübələrin məcmusuna
deyilir. İqtisadi strategiya uzun müddət üçün nəzərdə tutulmuş məqsəd və
vəzifələrin fundamental əsaslarından, taktika isə daha yaxın dövr üçün
məqsəd və vəzifələrdən, onların həyata keçirilməsi mexanizmindən
ibarətdir.
Məlumdur ki, hər bir dövlət çoxsaylı digər funksiyalarla yanaşı,
iqtisadi funksiya da yerinə yetirir. Bunların səmərəli surətdə həyata
keçirilməsi üçün dəqiq, elmi cəhətdən əsaslandırılmış iqtisadi siyasət,
strategiya və taktika hazırlanmalıdır. Bu vaxt, hər şeydən əvvəl, müəyyən
zaman və məkan daxilində spesifik xüsusiyyətlər nəzərə alınmalı,
iqtisadiyyatla siyasətin qarşılıqlı əlaqəsi təmin edilməli, atılan hər bir
addımın
daxili
xüsusiyyətlərlə
əlaqələndirilməsi
elmi
cəhətdən
əsaslandırılmalıdır.
Əmtəə-pul münasibətlərinin fəaliyyət göstərdiyi heç bir ölkənin
iqtisadiyyatı maliyyə mexanizmi olmadan keçinə bilməz. Deməli, iqtisadi
siyasətin maliyyə tərəfi də olmalıdır.
Maliyyə siyasəti maliyyə münasibətlərindən fərqli olaraq üstqurumun
tərkibinə daxildir. İqtisadi siyasətin həyata keçirilməsi, cəmiyyətin ümumi
inkişaf istiqamətləri maliyyə siyasətinin formalaşması və təşkili
səviyyəsindən çox asılıdır. Bu amil bazar iqtisadiyyatı şəraitində xüsusilə
böyük əhəmiyyət kəsb edir. Çünki bazar iqtisadiyyatı, hər şeydən əvvəl,
maliyyə-kredit mexanizmi əsasında qurulur. Dövlət iqtisadiyyatı əsas
etibarilə maliyyə vasitəsilə tənzimləyir.
Adətən, maliyyə siyasəti maliyyə sistemi vasitəsilə həyata keçirilən
tədbirlərin məcmusu kimi qiymətləndirilir. Lakin bu tədbirlər maliyyə
siyasəti kimi yox, maliyyə siyasətini gerçəkləşdirən aktlar kimi çıxış edə
bilər. Maliyyə siyasəti həmin tədbirlərin həyata keçirilməsindən qabaq
formalaşır. Buna görə də maliyyə siyasətini iqtisadi strategiyanı həyata
keçirən tədbirlərin elmi əsaslarının məcmusu kimi qiymətləndirmək olar.
Maliyyə siyasətini maliyyə strategiyası və maliyyə taktikası
müəyyənləşdirir. Maliyyə strategiyası maliyyədən istifadənin əsas
istiqamətlərini, maliyyə münasibətlərinin təşkilinin forma və metodlarının
dəyişdirilməsini əhatə edir. Maliyyə taktikası isə maliyyə münasibətlərinin
və əlaqələrinin forma və metodlarını dəyişdirmək yolu ilə cari vəzifələrin
yerinə yetirilməsinə yönəldilir.
26
Maliyyə siyasəti, hər şeydən əvvəl, müəyyən iqtisadi məqsədlərə
çatmaq üçün
maliyyədən
istifadə
olunmasıdır. Dövlət, xüsusilə
makroiqtisadi məqsədlərinə (iqtisadi tarazlığın təmin edilməsi, iqtisadi
artım, inkişafın reallaşdırılması) çatmaq üçün maliyyə vasitələrindən
bəhrələnir. Dövlət gəlirlərinin artırılması, büdcə tarazlığı iqtisadi artıma
aparan əsas vasitələrdir, bu vasitələrin təmin olunması isə maliyyə
siyasətinin başlıca vəzifələrindəndir.
Maliyyə siyasəti insan fəaliyyətinin özünəməxsus bir sahəsi kimi
üstqurum kateqoriyasına daxildir. Bu siyasətlə cəmiyyətin iqtisadi bazisi
arasında çox sıx əlaqələr mövcuddur. Bir tərəfdən maliyyə siyasəti iqtisadi
münasibətlərdən əmələ gəlir və formalaşır. Digər tərəfdən isə, maliyyə
siyasətinin iqtisadi bazisə uyğun olaraq meydana gələn və inkişaf edən
müəyyən özünəməxsus xüsusiyyətləri - səciyyəvi qanunauyğunluqları və
inkişaf məntiqi vardır. Buna görə də maliyyə siyasəti ölkənin maliyyə
vəziyyətinə və iqtisadiyyata əks təsir də göstərə bilir. Bəzi hallarda maliyyə
siyasəti iqtisadiyyatın inkişafını ləngidə də bilər.
Dövlətin gücünün artması və inkişafı çox böyük miqdarda maliyyə
ehtiyatlarının bir əldə mərkəzləşdirilməsinə imkan verir ki, bu da ölkənin
iqtisadi vəziyyətə lazımi təsir göstərməyə şərait yaradır.
Maliyyə siyasətinin iqtisadi inkişafa fəal təsir etmək imkanı elmi
cəhətdən əsaslandırılmalıdır. Yalnız elmi yanaşma, yəni bütün amilləri
öyrənib bilmək iqtisadi münasibətlərin xarakterindən asılı olmayaraq
maliyyə siyasətinin uğurlu alınmasına təminat verə bilər. Ona görə də
maliyyə siyasəti sahəsindəki qərarlar iqtisadi məntiq qanunları əsasında
qəbul edilməlidir. Bunlarla əlaqədar qeyd etmək lazımdır ki, iqtisadi və
sosial proseslərdə hökm sürən vəziyyət haqqında inanılmış və həqiqi
informasiyanın olması, bu və ya digər maliyyə siyasəti tədbirlərinin
gerçəkləşdirilməsinə çox böyük təsir edir. Səmərəli və mükəmməl maliyyə
siyasətinin hazırlanmasında informasiya baza rolu oynamalıdır. Bu
siyasətinin məqsədi maliyyə ehtiyatlarının həcmini artırmaqdan və onlardan
istifadənin səmərəsini yüksəltməkdən ibarət olmalıdır. Maliyyə siyasəti
hazırlanarkən konkret tarixi şəraitdən, yəni cəmiyyətin konkret inkişaf
mərhələsinin,
daxili
və
beynəlxalq
vəziyyətin
özünəməxsus
xüsusiyyətlərindən, dövlətin real iqtisadi və maliyyə imkanlarından çıxış
etmək lazımdır.
Maliyyə siyasəti iqtisadi siyasətin bir hissəsi kimi, iqtisadi layihələrin
yerinə yetirilməsinə və müvafiq məqsədlərə nail olunmasına xidmət edir.
Maliyyə siyasətinin işlənib-hazırlanması ilə, əsasən, Maliyyə Nazirliyi və
müvafiq icra orqanları məşğul olur.
Maliyyə siyasətinin həyata keçirilməsində dövlətin məqsədi, ictimai
inkişafın başlıca tələbatını təmin etmək üçün zəruri olan maliyyə
27
ehtiyatlarının tam səfərbərliyə alınmasıdır. Buna uyğun olaraq, maliyyə
siyasətinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətinin fəallaşdırılmasına
lazımi şərait yaradılması ilə nəticələnməlidir. Bundan başqa, dövlətin
gəlirlərini artırmağa və maliyyə ehtiyatlarının formalaşdırılmasında əhalinin
iştirakının genişləndirilməsinə də böyük diqqət yetirilməlidir.
Maliyyə siyasətinin vacib istiqamətlərdən biri də maliyyə ehtiyatlarını
istehsal sahələri arasında bölüşdürmək yolu ilə onlardan səmərəli istifadə
olunmasıdır. Bölüşdürmə elə aparılmalıdır ki, iqtisadi və sosial inkişafın
əsas istiqamətlərinə müsbət təsir göstərə bilsin.
Dünya miqyasında maliyyə siyasəti ilk dəfə XX əsrin 30-cu illərindəki
böhran zamanı, C.M.Keynsin «Məşğulluğun, faizin və pulun ümumi
nəzəriyyəsi» adlı məşhur əsəri çap olunandan sonra diqqət mərkəzinə
çevrildi. Keynsə görə, böhrandan çıxmağın əsas yolu birgə tələbin yüksək
səviyyəsini təmin etməkdən ibarətdir ki, buna da səmərəli maliyyə siyasəti
aparmaqla nail olmaq mümkündür. Maliyyə siyasətinin məqsədləri tam
məşğulluq, sabit qiymətlər və iqtisadi inkişafdır. Birgə tələb və inflyasiya
yüksək səviyyəyə çatanda, adətən, məhdud maliyyə siyasəti həyata keçirilir.
Belə siyasətin elementləri bunlardır: büdcə kəsirinin azaldılması (büdcə
profisitinin əldə edilməsi), mərkəzi bankların uçot normasının, bununla da
faizlərin artırılması,
milli
valyutanın
möhkəmləndirilməsi, ehtiyat
normaların çoxaldılması, emissiyanın (qiymətli kağızlar) ixtisar edilməsi və
s. Əgər tələb çatışmazlığı, iqtisadiyyatın durğunluğu və işsizliyin yüksək
səviyyəyə çatması hiss olunanda genişləndirici maliyyə siyasəti aparılır. Bu
zaman büdcə kəsirinin, pul təklifinin artmasına, dünyanın aparıcı
valyutalarına nisbətdə yerli valyutanın dəyərinin azacıq azaldılmasına yol
verilir, uçot normaları və ehtiyat normalar azaldılır, investisiya fəallığı
yüksəlir.
Ümumiyyətlə, maliyyə siyasətinin hazırlanması prosesi qarşıya
qoyulmuş məqsədləri uğurla yerinə yetirə biləcək maliyyə mexanizminin
təşkili prinsiplərini nəzərə alır və müəyyən edir. Maliyyə siyasətinin elmi
cəhətdən əsaslandırılması və düzgün, səmərəli reallaşdırılması çox böyük
müsbət nəticələrə gətirir və xalqın güzəranının yaxşılaşdırılmasını təmin
edir. Həyat səviyyəsinin yüksəlməsi, dövlətin güclənməsi və iqtisadi artım
makroiqtisadi siyasətin əsas məqsədidir. İstər köhnə iqtisadi sistemdə,
istərsə də indiki bazar iqtisadiyyatı şəraitində adı çəkilən məqsədlər maliyyə
siyasətinin başlıca meyarları olmuş və olmaqdadır.
2.2. Maliyyə siyasətinin məqsəd və vəzifələri
Maliyyə siyasətinin məqsədi-cəmiyyətin inkişafı üçün zəruri olan
maliyyə ehtiyatlarının tam səfərbərliyə alınmasıdır. Buna uyğun olaraq
28
maliyyə
siyasətinin
həyata
keçirilməsi
sahibkarlıq
fəaliyyətinin
stimullaşdırılması üçün lazımi şəraitin təşkil edilməsini təmin etməlidir.
Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından
asılı olaraq maliyyə siyasəti iki hissəyə ayrılır: maliyyə strategiyası və
maliyyə taktikası.
Maliyyə strategiyasının hazırlanması gedişində maliyyənin inkişafının
əsas meylləri proqnozlaşdırılır, onlardan istifadə konsepsiyaları yaradılır,
maliyyə münasibətlərinin təşkili prinsipləri müəyyən edilir. Maliyyə
strategiyası və taktikası qarşılıqlı əlaqəlidir. Strategiya taktiki vəzifələrin
yerinə yetirilməsi üçün əlverişli şərait yaradır. Düzgün maliyyə taktikası
maliyyə əlaqələrinin təşkili formalarının vaxtında və qısa müddətə
dəyişməklə ən az məsrəflə maliyyə strategiyasının qarşıya qoyduğu
məqsədlərə nail olunmasına imkan yaradır.
Maliyyə siyasətinin əsas vəzifələri dövlət gəlirlərinin artırılması,
büdcə tarazlığının və iqtisadi sabitliyin təmin edilməsidir.
Maliyyə siyasətinin vəzifələrinin yerinə yetirilməsi zamanı
aşağıdakılar nəzərə alınmalıdır:
Maliyyə siyasətinin təşkili zamanı müəyyən məkan və zaman
daxilində hər bir ölkənin spesifik xüsusiyyətləri: mövcud tarixi şərait,
ölkənin yerüstü və yeraltı sərvətləri, regional, demoqrafik, milli-psixoloji
xüsusiyyətləri nəzərə alınmalıdır. Bu baxımdan respublikamızın bazar iqti-
sadiyyatına keçdiyi bir dövrdə maliyyə siyasəti elə qurulmalıdır ki, bu,
xalqın həyat səviyyəsinin yüksəldilməsinə xidmət etsin.
Maliyyə ehtiyatlarının səmərəli istifadə istiqamətləri müəyyən
edilməlidir.
Maliyyə münasibətlərinin təşkilinin metod və üsulları mü-
əyyənləşdirilməlidir.
Bu
vəzifəyə
vergilərin
və
digər
maliyyə
tənzimləyicilərinin təşkili qaydaları, dövlət maliyyə orqanlarının işinin
təşkili metodları və s. aiddir.
Dostları ilə paylaş: |