DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifə və



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
Maliyye


 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifə və 

funksiyaları 

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi 

siyasətin həyata  keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını 

təşkil  edən  dövlət  büdcəsi  gəlirlərinin  formalaşmasında  Vergi  xidməti 

orqanlarının  rolu  durmadan  artır.  Bu  xidmət  ölkə  iqtisadiyyatında  bazar 

münasibətlərinə  keçidlə  əlaqədar,  bu  münasibətlərin  tənzimlənməsində  və 

dövlət  büdcəsinin  mədaxil  hissəsinin  formalaşmasında  vergilərin  rolunun 

artması  ilə  bağlı  olaraq,  yeni  iqtisadi  münasibətlər  şəraitində  prinsipial 

cəhətcə  yeni  vergi  siyasətinin  həyata  keçirilməsi,  dövlət  büdcəsinə  çatası 

Vergilərin  və  digər  icbari  ödənişlərin  tam  və  vaxtında  səfərbər  olunması, 

hüquqi və fiziki şəxslər tərəfindən Vergi qanunvericiliyinə və dövlət qiymət 

intizamına  riayət  olunmasına  dövlət  nəzarətinin  təmin  edilməsi  məqsədilə 

1990-cı  ilin  iyul  ayında  Respublika  Maliyyə  Nazirliyinin  tərkibində 

yaradılmışdır.  

Sonradan, 1991-ci  ilin oktyabrında Vergi qanunvericiliyinə  və dövlət 

qiymət  intizamına  riayət  olunmasına  nəzarət  sisteminin  təkmilləşdirilməsi, 

bu  sahədə  dövlət  vergi  xidmətinin  rolunun  gücləndirilməsi,  onun  müstəqil 

fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə 

bu  xidmət  Maliyyə  Nazirliyinin  tərkibindən  çıxarılmış  və  müstəqil  orqan, 

Azərbaycan  Respublikası  Baş  Dövlət  Vergi  Müfəttişliyi  kimi  fəaliyyət 

göstərməyə başlamışdır. 

Azərbaycan  Respublikası  Prezidentinin  11  fevral  2000-ci  il  tarixli 

Fərmanı  ilə  Baş  Dövlət  Vergi  Müfəttişliyi  ləğv  edilmiş,  onun  bazasında 

ölkədə  dövlətin  vergi  siyasətinin  həyata  keçirilməsini,  dövlət  büdcəsinə 

vergilərin  və  digər  daxilolmaların  vaxtında  və  tam  yığılmasını  təmin  edən 

və  bu  sahədə  dövlət  nəzarətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti 

orqanı Vergilər Nazirliyi yaradılmışdır.  

Nazirlik  Azərbaycan  Respublikasında  aparılan  vahid  maliyyə  və 

büdcə  siyasəti  çərçivəsində  dövlət  vergi  siyasətinin  həyata  keçirilməsini, 


 

80

dövlət  büdcəsinə  vergilərin  və  digər  daxilolmaların  vaxtında  və  tam 



yığılmasını  təmin  edən  və  bu  sahədə  dövlət  nəzarətini  həyata  keçirən 

mərkəzi icra hakimiyyəti orqanıdır. 

Nazirliyin vəzifələri aşağıdakılardır: 

1.  öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  dövlət 

vergilərinin  və  digər  büdcə  daxilolmalarının  düzgün  hesablanmasına, 

onların  vaxtında  və  tam  məbləğdə  dövlət  büdcəsinə  köçürülməsinə,  vergi 

qanunvericiliyinə riayət olunmasına nəzarət etmək; 

2.  Vergi  qanunvericiliyi  ilə  bağlı  vergi  ödəyicilərinə  məlumatların 

verilməsini,  vergilərin  hesablanması  və  ödənilməsi  barədə  onlara  əvəzsiz 

olaraq izahatların verilməsini təmin etmək; 

3.  Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq 

və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq 

tədbirlər həyata keçirmək; 

4.  Vergi  ödəyicilərinin  hüquqlarının  və  qanuni  mənafelərinin 

qorunmasını təmin etmək; 

5.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

digər vəzifələri yerinə yetirmək. 

Nazirlik aşağıdakı funksiyaları həyata keçirir: 

  Azərbaycan  Respublikasının  vergi  siyasətinin  təkmilləşdirilməsi 

haqqında təkliflər hazırlayır; 

  Vergi  münasibətlərini  tənzimləyən  qanunvericilik  aktlarının 

layihələrinin hazırlanmasında iştirak edir; 

  Azərbaycan 

Respublikasının 

vergi 

qanunvericiliyinə 



riayət 

olunmasını,  dövlət  vergilərinin  və  ona  həvalə  edilmiş  digər  daxilolmaların 

düzgün  hesablanmasını,  vaxtında  və  tam  məbləğdə  dövlət  büdcəsinə 

köçürülməsi ilə bağlı dövlət vergi orqanlarının işini təşkil edir; 

  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  vergilər  üzrə 

daxilolma proqnozunun hazırlanmasında iştirak edir; 

  Azərbaycan 

Respublikasının 

vergi 

qanunvericiliyinə 



riayət 

olunmasını təmin edən tədbirlər hazırlayır və həyata keçirir; 

  Azərbaycan  Respublikasının  dövlət  vergi  orqanlarının  inkişaf 

proqramlarının hazırlanmasında iştirak edir və onu həyata keçirir; 

  Hesablanmış  və təyinatı üzrə daxil olmuş  vergilərin uçotunu aparır 

və  bu  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə,  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinə  və  Azərbaycan  Respublikasının 

Maliyyə Nazirliyinə məlumat verir; 

  Vergi  qanunvericiliyinin  pozulması  hallarına  dair  məlumatları 

toplayır, təhlil edir, onu qiymətləndirir və belə halların baş verməsinə gətirib 

çıxaran  səbəblərin  və  şəraitin  aradan  qaldırılması  üçün  müvafiq  dövlət 

orqanlarına təkliflər verir; 



 

81

  Vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya 



digər  bölmələrinin  (obyektlərinin),  habelə  nəzarət-kassa  aparatlarının 

uçotunu aparır. 

  Qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  vergi  ödəyiciləri 

haqqında, o cümlədən  vergi  və kommersiya  sirrinin qorunması qaydalarına 

riayət edir və onu təmin edir; 

  Vergi  ödəyicilərinə  vergi  yoxlamalarının  nəticələri  haqqında  aktın, 

habelə qanunla müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini 

təqdim edir; 

  Vergi  ödəyiciləri  tərəfindən  artıq  ödənilmiş  vergi  məbləğlərinin 

əvəzləşdirilməsi  və  ya  geri  qaytarılması,  habelə  vergi  ödəyicilərindən 

düzgün  tutulmayan  vergi  məbləğlərinin,  maliyyə  sanksiyalarının,  faizlərin 

və  inzibati  cərimələrin  geri  qaytarılması  üçün  qanunvericiliklə  müəyyən 

edilmiş tədbirləri görür; 

  Tabeliyində  olan  vergi  orqanlarının  fəaliyyətinə  nəzarəti  həyata 

keçirir; 

  Qanunvericiliyə  uyğun  olaraq  cinayət  işləri  üzrə  təhqiqat,  istintaq 

aparır və əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; 

  Vergilərin  və  digər  daxilolmaların  hesablanması  və  ödənilməsi  ilə 

bağlı  vergi  hesabatlarının,  bəyannamələrin  və  digər  sənədlərin  formalarını 

tərtib edir; 

  Qanunvericiliyə  müvafiq  olaraq  vergi  nəzarətinin  forma  və 

metodlarını müəyyən edir; 

  Şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin 

edir, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını 

doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görür; 

  Azərbaycan  Respublikası  dövlət  vergi  orqanlarının  və  onların 

vəzifəli  şəxslərinin  qərarlarından  (o  cümlədən  normativ  aktlardan), 

hərəkətindən (hərəkətsizliyindən) şikayətvermə üzrə vergi ödəyicilərinin öz 

hüquqlarını gerçəkləşdirməsinə şərait yaradır; 

  Xarici  dövlətlərin  vergi  və  digər  səlahiyyətli  orqanları  ilə 

əməkdaşlıq edir; 

  İqtisadiyyat,  o  cümlədən  maliyyə,  vergitutma  və  investisiyaların 

cəlb  edilməsi  ilə  bağlı  digər  ölkələrlə  Azərbaycan  Respublikası  arasında 

münasibətlərin tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak edir; 

  Nazirliyin  vəzifəli  şəxslərinin  və  onun  tabeliyində  olan  digər 

struktur  bölmələrinin  işçilərinin  təhlükəsizliyini,  onların  sosial  və  hüquqi 

müdafiəsini təmin edir; 

  Azərbaycan  Respublikası  dövlət  vergi  orqanlarının  vəzifəli 

şəxslərinin peşə  hazırlığı  və  ixtisasının artırılması  ilə  bağlı tədbirlər  həyata 

keçirir; 



 

82

  Azərbaycan 



Respublikası 

dövlət 


vergi 

orqanlarının 

vahid 

avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını təmin edir; 



  öz  vəzifələrinə  uyğun  olaraq  qanunvericilikdə  nəzərdə  tutulmuş 

digər funksiyaları həyata keçirir. 

Nazirlik  öz  vəzifələrini  və  funksiyalarını  mərkəzi  və  yerli  icra 

hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti 

orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirir. 

Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün 

aşağıdakı hüquqları vardır: 

  Qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda kameral və 

səyyar vergi yoxlamaları keçirmək; 

  Vergitutma bazası həcminin müəyyənləşdirilməsi, aksiz markası ilə 

markalanmalı  olan,  lakin  markalanmamış  və  ya  saxta  aksiz  markaları  ilə 

markalanmış malların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki 

şəxslərin  vergitutma  obyektlərinin  uçotu,  əhali  ilə  pul  hesablaşmalarının 

aparılması  sahəsində  qanunvericiliyə  riayət  olunmasını  yoxlamaq  məqsədi 

ilə  vergi  ödəyicilərinə  qanunla  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

operativ nəzarəti həyata keçirmək; 

  Vergi  ödəyicilərində  bütün  maliyyə  sənədlərini,  mühasibat 

kitablarını,  hesabatları,  smetaları,  nağd  vəsaitləri,  qiymətli  kağızları  və 

başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi 

ilə  bağlı  olan  digər  sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

yoxlamaq,  habelə  yoxlamaların  keçirilməsi  zamanı  yoxlamaya  aid  olan 

məsələlərlə  bağlı  vergi  ödəyicilərindən  və  ya  onların  vəzifəli  şəxslərindən 

lazımi izahatlar, arayışlar və məlumatlar almaq; 

  Vergi  ödəyicilərinin  gəlir  götürmək  üçün  istifadə  etdikləri,  yaxud 

vergi  tutulan  obyektlərin  saxlanılması  ilə  bağlı  olan  istehsal,  anbar,  ticarət 

və digər binalarda (ərazilərdə) Azərbaycan Respublikasının Vergi Məcəlləsi 

ilə müəyyən edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və 

baxış  keçirmək,  qanunla  müəyyən  edilmiş  qaydada  sənədləri  və  nümunə 

kimi  əşyaları  götürmək,  mülkiyyətində  və  ya  istifadəsində  olan  əmlakın 

(yaşayış  sahələri  istisna  olmaqla)  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsində  müəyyən  edilmiş  hallarda  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  qaydada  inventarizasiyasını 

aparmaq ; 

  Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının 

aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı 

olduğu halda auditor rəyini tələb etmək; 

  Vergi  qanunvericiliyinə  müvafiq  olaraq  bazar  qiymətləri  nəzərə 

alınmaqla  vergilərin  hesablanmasını  təmin  etmək  məqsədi  ilə  bazar 



 

83

qiymətlərinin  qeydə  alınmasını  və  bazar  qiymətləri  barədə  informasiya 



bazasının yaradılmasını təmin etmək; 

  Vergi  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  əlaqəli 

məlumatlara  əsasən,  yaxud  birbaşa  və  ya  dolayı  qiymətləndirmə 

metodlarından istifadə etməklə vergitutma bazasını və vergiləri hesablamaq; 

  Vergi Məcəlləsi  ilə  müəyyən edilmiş qaydada  vergi öhdəliklərinin 

yerinə yetirilməsi müddətini dəyişdirmək; 

  Qanunla  müəyyən  edilmiş  qaydada  vergi  qanunvericiliyinin 

pozulması  ilə  bağlı  işlərə  baxmaq,  vergi  ödəyicilərinin  vergi  borclarına 

faizlər hesablamaq, onlara  maliyyə  sanksiyaları  və  inzibati cərimələr tətbiq 

etmək; 


  Müəyyən  edilmiş  müddətlərdə  ödənilməmiş  vergilərin,  faizlərin, 

maliyyə  sanksiyalarının  və  inzibati  cərimələrin  qanunla  nəzərdə  tutulmuş 

qaydada  dövlət  büdcəsinə  və  ya  məqsədli  dövlət  fondlarına  ödənilməsini 

təmin etmək; 

  Hesablanmış  vergilərin,  faizlərin,  tətbiq  edilmiş  maliyyə 

sanksiyalarının  və  inzibati  cərimələrin  nağd  və  ya  köçürmə  qaydasında 

ödənilməsini təmin etmək; 

  Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından 

qanunvericiliyə  müvafiq  olaraq  hesablanmış  vergilər  üzrə  borcların  və 

faizlərin,  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  dövlət  büdcəsinə  alınması 

üçün  banklara  və  ya  digər  kredit  təşkilatlarına  icra  (ödəniş)  sənədi  olan 

sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; 

  Qanunla  müəyyən  edilmiş  hallarda  vergi  ödəyicisinin  hesablaşma, 

valyuta  və  digər  hesablarına  həbs  qoyulması  barədə  məhkəmədə  iddia 

qaldırmaq ; 

  Vergilər  üzrə  borcların,  hesablanmış  faizlərin  və  tətbiq  edilmiş 

maliyyə  sanksiyalarının  ödənilməsini  təmin  etmək  məqsədi  ilə  qanunla 

müəyyən edilmiş hallarda və qaydada vergi ödəyicisinin əmlakının siyahıya 

alınması üçün tədbir görmək; 

  «Əməliyyat-axtarış 

fəaliyyəti 

haqqında» 

Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  olunmuş  hallarda  və  qaydada 

əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 

  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  ilə 

müəyyən edilmiş hallarda və qaydada təhqiqat və istintaq aparmaq; 

  Vergi  nəzarətini  həyata  keçirmək  məqsədilə  mütəxəssisləri, 

ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 

  Xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyətin  belə  razılıq 

olmadan  həyata  keçirildiyi  halda  qanunvericiliyə  uyğun  olaraq  müvafiq 

tədbir görmək; 



 

84

  Nəzarət-kassa 



aparatlarının 

tətbiqinə 

və 

əhali 


ilə 

pul 


hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət etmək; 

  . Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul 

olan  şəxslərdən  lisenziyanın  geri  alınması  barədə  xüsusi  razılıq  (lisenziya) 

verən orqanın qarşısında vəsatət qaldırmaq; 

  Qanunla  müəyyən  edilmiş  hallarda  kommersiya  qurumlarının 

dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq. 

  Aksiz  markası  ilə  markalanmalı  olan  malların  markalanmadan  və 

ya  saxta  aksiz  markaları  ilə  markalanmış  malların  satışının  həyata 

keçirilməsi  faktı  aşkar  edildikdə,  həmin  malları  siyahıya  almaq  və 

qanunvericiliyə uyğun olaraq tədbir görmək; 

  Dövlət vergi orqanlarının üzərinə düşən vəzifələri  yerinə  yetirmək 

məqsədi  ilə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tabeliyində  olan 

vergi  orqanları,  tədris  müəssisələri  və  digər  qurumlar  yaratmaq  və  ləğv 

etmək; 


  Qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  hüquqları  həyata 

keçirmək. 

 

Maliyyənin idarəetmə orqanları 

 

 

 

 

 

 

 

 

 

 

PREZİDENT APARATI 

 

MİLLİ MƏCLİS 

 

NAZİRLƏR KABİNETİ 



 

MALİYYƏ NAZİRLİYİ 

 

 

 

MALİYYƏNİN İDARƏETMƏ ORQANLARI 

 

 



GÖMRÜK KOMİTƏSİ 

 

 

85

Müəssisələrdə maliyyənin  idarəetmə sistemi 

 

 

 



 

 

 



 

 

 



 

 

M



M

İS

 

 

İD

A

R

ƏE

T

M

Ə 

S

U

B

Y

E

K

T

İ 

 

M



A

L

İY

Y

Ə 

M

E

T

O

D

L

A

R



V

Ə 

A

L

ƏT

L

ƏR

İ 

 

İD

A

R

ƏE

T

M

Ə 

O

B

Y

E

K

T

İ 

 

M

A

L

İY

Y

Ə 

R

E

S

U

R

S

L

A

R

IN

IN

 

M

ƏN

B

ƏL

ƏR

İ 

 

M

A

L

İY

Y

Ə

 

 R

E

S

U

R

S

L

A

R



 

M

A

L

İY

Y

Ə 

M

Ü

N

A

S

İB

ƏT

-

L

ƏR

İ 

M

Ü

ƏS

S

İS

ƏN

İN

 

M

A

L

İY

Y

Ə 

X

İD

M

ƏT

İ 

 

M

A

L

İY

Y

Ə 

M

E

N

E

C

E

R

İ 

 


 

86

5.3. Maliyyə menecmenti 



 

  Menecment  -  sosial-iqtisadi    menecmentin  müxtəlif  prinsipləri, 

funksiya  və    metodlarının  tətbiqi  əsasında  bazar    münasibətləri  şəraitində  

fəaliyyət  göstərən  müəssisənin  yüksək    təsərrüfat  nəticələrinin  əldə 

olunmasına istiqamətlənən xüsusi fəaliyyət  növüdür. 

İqtisadiyyatın    maliyyə  sektorunun    idarəedilməsini  özündə    əks 

etdirən maliyyə menecmenti – mülkiyyət formasından asılı olmayaraq bütün 

müəssisə  və  firmalarda    maliyyə-təsərrüfat    fəaliyyətinin  idarə  edilməsini 

özündə əks etdirir. Eyni zamanda maliyyə menecmenti  bazar münasibətləri 

şəraitində  müəssisənin  maliyyə  sektoruna  nəzarəti  özündə  əks  etdirməklə  

investisiya    layihələrinin  maliyyələşdirilməsinə  nəzarəti  də  özündə 

birləşdirir.    Maliyyə  menecmenti  maliyyə  bazarında  baş  verən  situasiyaya  

uyğun  olaraq    müəssisə  və  firmaların  iqtisadiyyatın    maliyyə  sektoruna 

nəzarəti  xarkterizə  edir.  Maliyyə  menecmenti  eyni  zamanda  qiymətli 

kağızlar sektorunun idarəedilməsini də özündə əks etdirir. 

Maliyyə  menecmenti  qiymətli  kağızlar  bazarın  da  baş  verən 

dəyişikliklərə uyğun olaraq müəssisələrdə səhmlərin buraxılışına və satışına  

nəzarəti  həyata    keçirir.  Maliyyə  menecmenti  müəssisə  və  firmaların 

maliyyə  aktivlərini  qiymətləndirir,  maliyyə  fəaliyyətini  planlaşdırır  və 

proqnozlaşdırır.  Biznes  maliyyəsinin  proqnozlaşdırılmasını,  bu  sektora 

əlavə maliyyə  resurslarının cəlb edilməsi imkanlarını müəyyən edir. 

Müasir  şəraitdə  maliyyə  menecmentinin  vəzifəsi    adi  aksiyalar  üzrə 

maksimum  dərəcədə  yüksək  dividentlər  vermək  və  firmanın  gəlirinin 

artırmaqdan ibarətdir. 

Maliyyə  menecmenti  müəssisə  və  firmaların  maliyyə  aktivlərini  qiy-

mətləndirir,  maliyyə  fəaliyyətini  planlaşdırır  və  proqnozlaşdırır.  Biznes 

maliyyəsinin proqnozlaşdırılmasını, bu  sektora  əlavə  maliyyə  resurslarının 

cəlb edilməsi imkanlarını müəyyən edir. 

Müəssisənin  maliyyə axınlarının,  maliyyə resurslarının  idarə edilməsi  

müasir    sisteminin  əsas  elementlərindən  biridir.

 

Müəssisənin  maliyyə 



resursları  axınlarının  idarə  edilməsi  maliyyə  menecmentində  mərkəzi 

vəzifədir. 

Maliyyə  resursları    axınlarını  aşağıdakı  istiqamətlərdə  pul  vəsaitləri 

təşkil edir: 

•müəssisənin maliyyə  fəaliyyəti nəticəsində əldə edilmiş. 

•kreditlərin  alınması,  səhmlərin,  istiqrazların  satışı  vasitəsilə  maliyyə 

bazarlarında əldə edilmiş. 

•müəssisənin istehsal Təsərrüfat fəaliyyətinin  inkişafına investisiya və  

reinvestisiya edilmiş vəsaitlər. 


 

87

•maliyyə  bazarının  digər  subyektlərinə    dividentlər  və  faiz  şəklində  



ödəmələr. 

Müəssisə,  idarə,  firma  və  şirkətlərin  maliyyə  vəziyyətinin  təhlili 

maliyyə menecmentində mühüm yer tutur. Təhlil bir qayda olaraq aşağıdakı 

istiqamətlərdə aparılır: 

- istehsal xərclərinin strukturunun təhlili. 

- balansın və dövriyyə vəsaitləri strukturunun təhlili. 

- likvidliyin və maliyyə sabitliyinin təhlili 

- aktivlərin dövr etməsinin təhlili 

- mənfəətlilik səviyyəsinin təhlili 

- firma və şirkətin fəaliyyətinin səmərəliliyinin təhlili. 

Əlbəttə,  maliyyə  menecmentinin  qarşıya  qoyduğu  vəzifələrdən  asılı 

olaraq  təhlil  daha  da  konkretləşə  bilər.  Maliyyə  göstəricilərinin  təhlilində 

aşağıdakı  məsələlərə  diqqət  yetirilməlidir:  konkret  maliyyə  nəticələrinin 

təhlili,  aktivlərin təhlili, passivlərin təhlili, pul  vəsaitləri  hərəkətinin təhlili, 

aktivlərin rentabelliyinin təhlili, satışın rentabelliyi Azərbaycan 

şəraitində 

maliyyə 

menecmenti 

müəssisənin 

bazarda 


mövqelərinin 

müəyyənləşdirilməsində və möhkəmləndirilməsində mühüm  rol oynayır.  

 

 

 



 

 

 



 

 

 



 

88


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin