İL
M
ƏS
İ
X
ƏR
C
L
ƏR
İ
35
III FƏSİL. İNFLYASİYANIN YARANMA SƏBƏBLƏRİ VƏ
MALİYYƏ SİSTEMİNƏ TƏSİRİ
3.1. İnflyasiyanın mahiyyəti, yaranma səbəbləri və formaları
Əksər hallarda inflyasiyanı mövcud əmtəə kütləsi şəraitində həddindən
artıq çox pul kimi şərh edirlər. Lakin inflyasiya daha mürəkkəb bir proses
nəticəsində baş verir. Hər şeydən əvvəl inflyasiya qiymətlərin ümumi
səviyyəsinin davamlı artımıdır. Əmtəələrin ayrı-ayrı növlərinin qiymətləri
daha sürətlə arat bilərlər. Əgər bəzi növ əmtəələrin qiymətlərinin artımı
digər əmtəələrin qiymətlərinin aşağı enməsi ilə müşayiət olunarsa, bu,
qiymətlərin ümumi səviyyəsinin dəyişilməz qalması ilə nəticələnə bilər.
Beləliklə, inflyasiya – kifayət qədər uzun müddət ərzində mövcud olmuş
əvvəlki normal səviyyəyə nisbətən qiymətlərin səviyyəsinin yüksəlməsini
göstərir.
Başqa sözlə desək inflyasiya - pul tədavülü kanallarının alıcılıq
qabiliyyəti getdikcə aşağı düşən kağız pullarla dolması, təbii təzahür forması
isə qiymətlərin artımıdır. İnflyasiyanın ilkin əlamətləri pulların geniş
yayılması ilə təzahür etməyə başlamışdır. İnflyasion proseslər, adətən pul
kütləsinin dövriyyədə kəskin artımı müşayiət edildikdə özünü daha qabarıq
göstərir.
XVI əsrdə Qərbi Avropada qiymətlərin ümumi səviyyəsinin
yüksəlməsi ilə nəticələnən qiymətlərin artım səviyyəsinin orta illik tempi 1-
2% təşkil edirdi. O dövrdə inflyasiyanın bu səviyyəsi uzun müddət davam
etmişdir.
Bundan əlavə dövlətin əmtəə-pul münasibətləri sferasına müdaxiləsi
səviyyəsindən asılı olaraq inflyasiya açıq formada da baş verə bilər. Bu
zaman inflyasion proseslər qiymətlərin ümumi səviyyəsinin müvafiq artımı
formasında təzahür edir. Gizli formada isə qiymətlər dövlət tərəfindən
müəyyənləşdirilir və nisbətən stabil səviyyədə saxlanılır. Belə bir şəraitdə
inflyasiya özünü əmtəə qıtlığı və məhsulların keyfiyyətinin aşağı düşməsi
formasında göstərir.
Dövlətin inflyasion prosesləri idarə etməsi səviyyəsindən asılı olaraq
idarə edilən və idarə olunmayan inflyasiyanı fərqləndirmək lazımdır. Əhatə
dairəsindən asılı olaraq isə inflyasiya regional, milli və dünya inflyasiyasına
bölünür. Ölkə iqtisadiyyatının qiymətlərin artım tempinə uyğunlaşma
səviyyəsindən asılı olaraq balanslaşdırılmış və qeyri-balanslaşdırılmış
inflyasiya mövcuddur. Balanslaşdırılmış inflyasiya şəraitində qiymətlər
digər makroiqtisadi göstəricilərin dəyişikliklərinə müvafiq olaraq az və
stabil surətdə artır. Qeyri-balanslaşdırılmış inflyasiya şəraitində isə
iqtisadiyyat dəyişilən şəraitlərə uyğunlaşa bilmir.
36
Hal-hazırda beynəlxalq aləmdə inflyasiyanın təbiətini və yaranma
səbəblərini aydınlaşdırmağa cəhd edən çoxlu nəzəriyyələr mövcuddur.
Bunlardan siyasi və iqtisadi nəzəriyyələri xüsusilə qeyd etmək lazımdır.
İqtisadi nəzəriyyələr özləri də pul nəzəriyyəsinə və qeyri-pul nəzəriyyəsinə
bölünür.
Siyasi nəzəriyyələr inflyasiyanın yaranma səbəblərini
müharibələr, milliləşdirmə amillərlə əlaqələndirirlər.
İnflyasiya mürəkkəb iqtisadi prosesdir və müxtəlif formalarda özünü
büruzə verir. Hazırda inflyasiyanın aşağıdakı növlərini fərqləndirmək olar:
Tələb inflyasiyası;
Xərc inflyasiyası
Qeyri-pul nəzəriyyələri içərisində biz təklif nəzəriyyəsinə daxil olan
xərc inflyasiyası nəzəriyyəsini nəzərdən keçirək.
Sənayecə daha sürətlə inkişaf etməkdə olan ölkələrdə əmək haqqı
istehsal məsrəflərinin əhəmiyyətli hissəsini təşkil edir. Lakin buna
baxmayaraq bunu inflyasion prosesin güclənməsinə şərait yaradan assa amil
hesab etmək olmaz. Daha dəqiq desək, əmək haqqı inflyasion proseslərin
güclənməsinə dolayısı ilə təsir göstərə bilər. Belə ki, müəssisə və təşkilatlar
istehsalı genişləndirdikdə əmək haqqının səviyyəsi də artır ki, bu da öz
növbəsində qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu zaman
inflyasiyanın səviyyəsi yüksəlməyə başlayır, çünki, işçilər öz əmək
haqlarının artırılmasını tələb edirlər. Bu vəziyyəti əmək haqqı-qiymətlər
arasında zəncirvarı əlaqə də adlandırırlar. Belə bir şəraitdə, yəni əmək haqqı
sürətlə artmağa başladıqda bu prosesi nəzarətdə saxlamaq çox çətin olur və
antiinflyasion siyasət cəmiyyətdə yaxşı qarşılanmayan bir tədbirə – əmək
haqlarının dondurulmasına da gətirib çıxara bilər.
İndi isə belə bir şəraitin yaranması mexanizmini açıqlamağa çalışaq.
Dayanıqlı inflyasiyanın yaranmasının ilkin amili kimi məcmu tələbin
artması çıxış edir. Bu zaman məcmu tələb iqtisadiyyatın istehsal
imkanlarından artıq olur. Məcmu tələbin bu cür artımı ilkin dövrlərdə əmtəə
və xidmətlərin satış həcminin artması formasında özünü göstərir. Satışın
həcminin artması ilə əlaqədar olaraq müəssisə və təşkilatların ehtiyatları
məhdudlaşmağa başlayır. Müəssisə və təşkilatlar belə bir vəziyyətə
istehsalın genişləndirilməsi və istehsal proseslərinin sürətləndirilməsinə
daha çox diqqət verirlər. Qiymətlər deyil, istehsalın həcmi qısa müddətli
dövrlərdə tələbin dəyişilməsinə uyğunlaşdırılır. Bu hal ona görə baş verir
ki, əvvəla, müəssisə və təşkilatlar ilk dövrlərdə tələbin artmasının daimi ya
müvəqqəti hal olduğunu müəyyənləşdirə bilmirlər. Qiymətlərin yenidən
nəzərdən keçirilməsi isə kifayət qədər mürəkkəb bir proses olduğu üçün,
qiymətlər adətən, müqavilələr əsasında təyin edilir, üçüncüsü isə istehsalın
inhisarçılığı şəraitində qiymətlərin dəyişdirilməsi bazar münasibətləri
sisteminin pozulmasına gətirib çıxarır.
37
Əgər istehsal amillərinə olan tələb ardıcıl olaraq artmaqda davam
edərsə, nəticədə onların qiymətlərinin səviyyəsi də yüksəlməyə başlayır.
Əməyin və istehsal amillərinin qiymətləri tələbin artmasına daha həssas
olduğu üçün istehsal amillərinin qiymətlərinin yüksəlməsi məsrəflərin
artmasına səbəb olur ki, bu da öz növbəsində hazır məhsulun qiymətinin
artması ilə nəticələnir ki, bu zaman inflyasiya özünü büruzə verməyə
başlayır. Tələbin ilkin artması ilə qiymətlərin səviyyəsinin yüksəlməsi
arasında bir əlaqə mövcuddur. Bu mərhələ qiymətlərin uyğunlaşdırılması
mərhələsi adlanır və bir neçə ay ərzində davam edə bilər. İstehsal
amillərinin qiymətləri qalxmağa başlayan kimi digər iki amil də özünü
göstərir. Bu vəziyyət hazır məhsulların qiymətlərindən istehsal amillərinə
istiqamətlənən əks əlaqədir. Nəticədə isə inflyasion proseslər güclənir və
onu nəzarətdə saxlamaq qeyri-mümkün olur.
Antiinflyasiya
siyasəti
özündə
inflyasiyanın
azaldılmasına
istiqamətlənən dövlət tənzimlənməsi alətlərinin məcmusunu birləşdirir.
Hazırda antiinflyasion siyasətin keynsçilik və monetarist istiqaməti
formalaşdırılmışdır.
Keynsçilik antiinflyasiya siyasətinin mahiyyəti özəl müəssisə və
təşkilatlara iri dövlət sifarişlərinin verilməsi vasitəsilə səmərəli tələbin
yaradılmasındadır. Multiplikativ effektin təsirindən iqtisadiyyat depressiya
vəziyyətindən çıxır, işsizlik azalır. Buna paralel olaraq ucuz kredit üçün də
şərait yaranır. Bu tədbirlərin nəticəsində məcmu təklifin həcmi artır,
qiymətlərin səviyyəsi enir, inflyasiya isə aşağı düşür. Bu siyasətin
nəticəsində büdcə kəsiri artır. Lakin bu kəsiri əlavə pul emissiyası ilə aradan
qaldırmaq olmaz. Əks halda inflyasiya yenidən sürətlənə bilər. Bu
vəziyyətdə dövlət istiqrazlarından istifadə etmək daha məqsədəmüvafiqdir.
Onların ödənilməsinə isə sonralar, artıq iqtisadiyyat stabilləşdikdən sonra da
başlamaq olar.
İnflyasiya ilə mübarizə alətlərindən biri olan pul siyasətinin tətbiqi
birtərəfli və təhlükəlidir. Belə ki, inflyasiya probleminin həlli sistemli
yanaşma tələb edir. İnflyasiya yaradan amillər xarakterinə görə monetar,
yəni ənənəvi və şok yaradan qeyri-monetar amillərə bölünür. Dünya
təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına malik olan inkişaf etmiş
dövlətlərdə inflyasiya proseslərinin fəallaşmasında monetar amillərin,
inkişaf etməkdə olan dövlətlərdə isə qeyri-monetar amillərin rolu yüksək
olur. Azərbaycanın da inkişaf etməkdə olan ölkə olduğunu nəzərə alsaq,
onda yaxın və orta müddətli dövrdə antiinflyasiya nöqteyi nəzərindən
tənzimlənmə siyasətinin aparıcı xəttinin qeyri-monetar amillər üzərində
qurulması vacibdir. Lakin, bu heç də monetar sahənin antiinflyasiya
istiqamətində nəzərdə tutulan tənzimlənmə predmetindən kənarda qalmasına
gətirib çıxarmamalıdır.
38
Monetaristlərin fikrinə görə, inflyasiya sırf pul fenomenidir və
dövlətin iqtisadi sferaya düşünülməmiş müdaxiləsinin nəticəsində meydana
gəlir. Monetaristlərə görə, məcmu təklifin artırılması əlavə dövlət
investisiyaları ilə stimullaşdırılmamalıdır. Monetaristlər bu zaman
özəlləşdirmə, pul kütləsinin kəskin məhdudlaşdırılması, sosial proqramların
ixtisarı
hesabına
büdcənin
balanslaşdırılması,
sahibkarlığın
vergi
stimullaşdırılması kimi vasitələrdən istifadə etməyi məsləhət görürlər.
Bunlara paralel olaraq, monetaristlər, eyni zamanda məcmu tələbi ixtisar
etməyi, əmək haqlarını dondurmağı, ayrı-ayrı əhali təbəqələrinə təyin
edilmiş güzəştləri və transfert ödəmələri azaltmağı təklif edirlər.
Keynsçilərdən fərqli olaraq monetaristlər ucuz deyil, daha bahalı
kreditlər təklif edirlər. Buna görə də zəif müəssisələr üçün kredit almaq
əlçatmaz olur və onlar müflisləşirlər. Güclü müəssisələri isə aşağı vergi
dərəcələri ilə həvəsləndirmək təklif edilir. Aydındır ki, bu təkliflərin tətbiqi
əhalinin əsas hissəsinin maddi rifahına pis təsir göstərəcəkdir. Tələbin
azalması istehsalın kəskin tənəzzülünü stimullaşdıra bilər, işsizliyin
səviyyəsi isə yüksələr.
İngilis iqtisadçısı A.Fillips demək olar ki, müəyyən bir dövr ərzində
işsizlik səviyyəsi ilə əmək haqqı arasında qarşılıqlı əlaqəni təhlil edərək
belə bir qənaətə gəlmişdir ki, işsizliyin elə bir səviyyəsi (6-7%) mövcuddur
ki, bu zaman əmək haqqının səviyyəsi sabit qalır. İşsizliyin səviyyəsinin
həmin həddən aşağı düşməsi əmək haqqının və qiymətlərin tez bir zamanda
artması ilə nəticələnir. Yaxud əksinə, işsizlik artdığı zaman əmək haqqının
artımı zəifləyir. Yəni işsizliyin daha yüksək səviyyəsinə nisbətən aşağı
səviyyəli inflyasiya uyğun gəlir. Bunlar arasında qeyri-xətti əlaqə
mövcuddur. Belə ki, işsizliyin azaldılması və getdikcə onun səviyyəsinin
aşağı düşməsi baş verdikdə inflyasiyanın səviyyəsi daha yüksək templə
yüksəlir:
Rəa = Qat – Ə /İs – İt/
Burada,
Rəa – gələcək dövrdə real əmək haqqının artımı;
Qat- qiymətlərin səviyyəsinin artımının gözlənilən tempini;
Ə – real əmək haqqının işsizliyin konkret səviyyəsinə
reaksiyasını müəyyənləşdirən əmsalı;
İc - cari dövrdə işsizlik səviyyəsini;
İt – işsizliyin təbii səviyyəsini əks etdirir.
İşsizliyin yalnız təbii səviyyəsi uzunmüddətli iqtisadi tarazlıqla
uzlaşır. Əlbəttə ki, işsizliyin səviyyəsini real əmək haqqının inflyasion
azaldılması yolu ilə təbii səviyyədən aşağı salmaq mümkündür. Bu zaman
müəssisə və təşkilatlar az maaşla daha çox işçi işlətmək imkanına malik
olacaqlar. Belə bir şəraitdə qısamüddətli zaman intervalında işçilərin
39
qiymət gözləmələri inflyasiyanın həqiqi templərindən geri qalacaq və
inflyasiya real əmək haqqını aşağı salacaqdır. Lakin bu vəziyyət uzun
müddət davam edə bilməz, çünki, davamlı inflyasiya daimi olaraq işsizliyin
səviyyəsini azaldır. Müxtəlif dövrlərdə artıq işçilər anlamağa başlayırlar ki,
qiymətlər gözlənildiyindən daha sürətlə artır və onlar öz əmək haqlarının
artırılmasını tələb etməyə başlayacaqlar və artıq real əmək haqqının
azaldılmasını hissə-hissə məhdudlaşdıracaqlar. İnflyasiyanın gözlənilən
tempi həqiqi templə bərabərləşəcək, qiymətlər qalxacaq, nominal əmək
haqqı isə real əmək haqqını inflyasiyaya qədərki səviyyədə saxlamaq
məqsədilə sürətlə artacaqdır. Buna görə də müəssisə və təşkilatlar yeni iş
yerləri açmaqdan imtina edəcəklər və işsizlik yenə də təbii səviyyəyə
enəcəkdir. Nəticədə isə uzunmüddətli dövrdə inflyasiya ilə işsizlik
arasındakı qarşılıqlı əlaqə yox olacaqdır.
Tələb inflyasiyasını çox zaman az əmtəə təklifinə qarşı çoxlu pul
kimi müəyyənləşdirirlər, yəni, məcmu tələbin artması ilə əlaqədar olaraq
qiymətlərin davamlı yüksəlməsi baş verir. Qiymətlərin qalxması real pul
təklifinin azalmasına gətirib çıxarır. Bu isə öz növbəsində insanları faiz
gətirən aktivləri likvidləşdirməyə məcbur edir. Nəticədə faiz dərəcələri
yüksəlir, faiz dərəcələrinin yüksəlməsi investisiya aktivliyini azaldır.
İnvestisiya fəallığının azalması qiymətlərin artımı kəsilənə qədər davam
edir. Əgər iqtisadiyyat iqtisadi artımın aşağı, hətta sıfır templəri ilə
xarakterizə edilərsə, bu zaman ümumi həyat səviyyəsinin yüksəlməsi baş
verməyəcəkdir. Belə ki, qiymətlərin səviyyəsinin qalxması nominal şəxsi
gəlirlərin də ən azı bu səviyyədə artırılmasını tələb edəcəkdir.
İnflyasiyanın səbəb olduğu gəlirlərin yenidən bölgüsü bir neçə
istiqamətdə həyata keçirilir. İlk növbədə stabil aylıq gəlirlərə malik olan
insanların itkiyə məruz qalırlar. Belə ki, inflyasiya şəraitində daimi
nominal gəlirlərin saxlanıldığı şəraitdə real gəlirlər azalır. İndeksasiya
edilmiş gəlirlər alan insanlar inflyasiyadan öz gəlirlərinin ölkədə qiymətlərin
ümumi artımına uyğunluğu dərəcəsində müdafiə olunmuş olurlar. İnflyasiya
qiymətlərin ümumi artımından daha sürətlə artan əmtəələrin istehsalı və
satışı ilə məşğul olanların real gəlirlərinin artmasına səbəb olur. Adətən,
inflyasiyadan daha çox daşınmaz əmlak, zinət əşyaları mülkiyyətçiləri
müdafiə olunmuş olurlar. Bir qayda olaraq bu sərvətlərin qiymətlərinin
artımı inflyasiya tempindən geri qalmır, hətta onu qabaqlayır. İnflyasiya
vergiyə cəlbetmənin proqressiv sistemi üzrə şəxsi gəlirləri də azalda bilər.
Təcrübə göstərir ki, qeydə alınmış faiz dərəcəsi üzrə inflyasiyadan
kreditorlar itirir, borcalanlar isə qazanırlar. Eyni zamanda ölkənin tədiyyə
balansının pisləşməsinə və bir sıra sosial-iqtisadi problemlərin yaranmasına
səbəb olur. Əgər ölkə kifayət qədər yüksək inflyasiya səviyyəsi ilə
üzləşmişsə, onun ixracının rəqabətqabiliyyətliliyi də pisləşir, eyni zamanda,
40
idxal edilmiş malların qiymətləri Milli məhsullardan ucuz olur. Nəticədə isə
ixrac azalır, idxal isə artır. Daha stabil xarici valyutalara tələb yüksəlir,
kapitalın xaricə axını sürtələnir.
İnflyasiya ilə mübarizə aparmaq üçün əlavə resurslar cəlb etmək
lazımdır. Müəssisə və təşkilatlar inflyasiya ilə əlaqədar meydana çıxmış
qeyri-müəyyənlik amillərinin meydana çıxardığı özünəməxsus problemlərin
həll edilməsi üçün əlavə mütəxəssislərin cəlb edilməsi məcburiyyətində
qalırlar. İnflyasiyanın yüksəlməsi ilə bu problemlər daha da kəskinləşir.
Hiper inflyasiya baş verdikdə isə bazar sistemi əsaslı təhlükə qarşısında
qalır. Müəssisə və təşkilatlar öz xərclərini ödəmək məqsədilə ardıcıl olaraq
öz
məhsullarının
qiymətlərini
artırmaq
məcburiyyətində
olurlar.
Vətəndaşların əmanətlərə marağı olmur, bu isə normal investisiyalaşdırma
prosesinə mənfi təsir göstərir.
Təcrübə göstərir ki, ümumi inflyasiya təzyiqini təkcə monetar
metodlar vasitəsilə uzun müddət nəzarətdə saxlamaq da qeyri-mümkündür.
İnflyasiyaya nəzarət etmək üçün birinci növbədə əhəmiyyətli büdcə artıqlığı
yaratmaq lazımdır. Hökumət səmərəsiz xərcləri, xüsusən də idarəetmə
xərclərini mümkün qədər azaltmalıdır. Güclü inflyasiya təzyiqi şəraitində
vergilərin azaldılması məqsədəmüvafiq deyildir. İstehlak kreditlərini
məhdudlaşdırmaq, əmanət istiqrazlarının satışı tədbirlərini gücləndirmək
lazımdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində qiymət nəzarətindən və
rasionallaşdırmadan məhdud şəkildə istifadə edilməsi məqsədəmüvafiqdir.
İnflyasiya üzərində nəzarətdə əsas vasitələrdən biri də hökumət gəlirlərinin
onun xərclərini üstələməsidir. Hökumətin cəmiyyətdən əldə etdiyi pulun
miqdarı onun cəmiyyət üçün xərclədiyini üstələməsi fərdi xərclərin
azalmasına səbəb olur.
Adətən, əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinin demək olar
ki, əsas hissəsi zəruri tələbat mallarının alınmasına və kommunal xərclərinin
ödənilməsinə sərf edilir. Bu məhsulların qiymətləri isə müxtəlif obyektiv və
subyektiv səbəblərdən arta bilər. Belə şəraitdə hökumətin aztəminatlı
təbəqələrinə maliyyə yardımının göstərilməsi üzrə həyata keçirdiyi sosial
tədbirlər, sözsüz ki, vacibdir, lakin onlar mövcud problemi birdəfəlik həll
etmək iqtidarında deyildirlər. Bir qayda olaraq, inflyasiyadan bütün ölkə
vətəndaşları əziyyət çəkirlər. Uzun və orta müddətli kreditləri aşağı faizlərlə
verən kreditorların da belə şəraitdə risk ehtimalı xeyli artır.
İnflyasiyanın yaranmasının ilkin səbəblərindən əsası pul kütləsi ilə
əmtəələrin həcmi arasında bərabərliyin pozulmasıdır. Belə bir vəziyyət həm
istehsalın həcminin kəskin surətdə azalmasından, həm də dövlətin öz çap
aparatını işə salması yolu ilə borclarını ödəmək istəyinə cəhd etməsi ilə
əlaqədar olaraq yarana bilər. Adətən, qiymətlərin artımı ilə müşayiət edilən
inflyasiyanı, sıçrayışlı inflyasiyanı və hiperinflyasiyanı fərqləndirirlər.
41
İnflyasiya baş verdikdə artıq pullar öz funksiyalarını tam yerinə yetirə
bilmirlər. Müəssisələr ödəmə vasitəsi kimi kağız pulları qəbul etməkdən
imtina edirlər, çünki, onların alınması və istifadəsi ərzindəki qısa vaxt
müddətində pulların dəyərsizləşməsi prosesi baş verir. Beləliklə,
iqtisadiyyat az səmərəli barterə meyl edir. İnsanlar artıq belə pulları əmanət
şəklində istifadə etmək istəmirlər. Yaranmış çaşqınlıq investisiya
qoyuluşlarının həcminə, istehsalın bərpasına mane olur.
Nəzarətin zəif olması səbəbindən də əmələ gələn qiymət
inflyasiyasından
pul
və
maliyyə
siyasəti
vasitəsilə
istehsalı
məhdudlaşdırmadan yayınmaq olar. Lakin bu kimi maliyyə tədbirləri və ya
kredit məhdudiyyəti qiymətlər üzərində səmərəli nəzarətə nisbətən istehsal
üçün daha ağır fəsadlara səbəb ola bilən gəlirin kəskin deflyasiyasını yarada
bilər.
İnflyasiya, adətən, əhalinin həyat səviyyəsinin dəyişməsini özündə
əks etdirən istehlak qiymətləri indeksi (İQİ) ilə ölçülür. İQİ özündə qiymət
dəyişilməsinin ölçüsünü göstərir. İQİ bir qayda olaraq müəyyən müddət
ərzində orta statistik şəhərlinin əmtəə və xidmətlərin alınmasına sərf etdiyi
«istehlak səbəti» ilə ölçülür. Lakin inflyasiyanın hesablanmasına belə
yanaşmanın mənfi tərəfləri vardır. Belə ki, istehlak səbətinə daxil edilən bu
və ya digər növ əmtəə və xidmətlərə olan tələbat vaxt keçdikcə dəyişir. Bəzi
məhsullar və xidmətlərə tələb azaldığı halda, bu siyahıya yeni məhsul və
xidmətləri əlavə etmək lazım gəlir.
İQİ müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin
dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin
dəyişməsini əks etdirir. Beləliklə, İQİ-əhali tərəfindən alınan əmtəə və
xidmətlərin istehlak səbətinin dəyərinin dəyişməsini xarakterizə edən nisbi
göstəricidir. İQİ başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət
dinamikasını müəyyənləşdirməkdən ibarətdir.
Yüksək inflyasiya yalnız maliyyə sisteminə deyil, bütövlükdə
cəmiyyətin iqtisadi sisteminə neqativ təsir göstərən, ən ağrılı və təhlükəli
proseslərdən hesab olunur. Bu və ya digər formada o praktiki olaraq bütün
dünya ölkələrinin iqtisadiyyatında özünəməxsus tərzdə fəaliyyətdədir.
İnflyasiyanın yüksək olmayan və idarə edilə bilən səviyyəsi heç də təhlükəli
hesab olunmur. Son illərin dinamikası göstərir ki, ölkəmizdə inflyasiya
prosesləri təhlükəli həddə çatmamışdır. Bu isə ciddi neqativ proseslərə, yəni
istehlakçıların real xərclərinin artmasına, yığımlarının dəyərsizləşməsinə,
istehsalçıların keyfiyyətli məhsul istehsalına olan maraqlarının azalmasına
təkan verə bilər. İnflyasiyanın mənfi nəticələrindən biri də investorların
istehsal yönümlü xərclərinin artırılmasına olan maraqlarının azalmasıdır.
İnflyasiyanın qarşısını almaq üçün ilk növbədə onun mahiyyətini
dərk etmək, sərhədlərini və miqyaslarını müəyyənləşdirmək və onu
42
genişləndirən
mexanizm
və
amilləri
aşkara
çıxarmaq
zəruridir.
İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün istifadə
olunan qiymətləri indeksi (İQİ) istehlak bölməsində inflyasiyanın
səviyyəsini xarakterizə edir və milli hesablar sisteminin göstəricilərinin
müəyyənləşdirilməsində ümumi daxili məhsulun son istifadəsinin ən
mühüm komponentlərindən olan ev təsərrüfatlarının son istehlakına çəkilən
xərclərin sabit qiymətlərlə hesablanmasında, eləcə də əhlinin gəlirlərinin və
əmanətlərinin indesləşdirilməsində istifadə olunur.
İQİ-ni tətbiq etməklə bir sıra məhsul, iş və xidmətlərin qiymətlərini
qruplaşdırmaqla və bir rəqəmlə bütün qiymət dəyişikliklərini ifadə etmək
mümkündür. İQİ özündə qiymət dəyişilməsinin ölçüsünü göstərir. Bu
indeks vasitəsilə əhalinin adətən istehlak etdiyi əmtəə və xidmətlərin qiymət
dəyişikliyi ölçülür. Çünki, İQİ müəyyən dövr ərzində istehlak edilən
malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak
xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. Beləliklə, İQİ-əhali
tərəfindən alınan əmtəə və xidmətlərin istehlak səbətinin dəyərinin
dəyişməsini
xarakterizə
edən
nisbi
göstəricidir.
İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət
dinamikasını müəyyənləşdirməkdən ibarətdir. İQİ Laspeyres düsturu ilə
hesablanır. İndeksin hesablanmasında ölkənin milli xüsusiyyətlərini nəzərə
alan reprezentativ (təmsilçi) mal və xidmət qrupları üzrə toplanmış qiymət
və tariflərdən istifadə edilir. İstehlak qiymətləri indeksi tərtib edilərkən ev
təsərrüfatlarının büdcə müayinələri əsasında bazis dövründə əhalinin
müəyyənləşdirilən faktiki istehlak xərclərinin strukturu tərəzi rolunu
oynayır.
Bu indeksin formalaşmasında insanların istehlakında daha çox
üstünlük təşkil edən başlıca ərzaq məhsullarının və xidmətlərin qiymətinin
dəyişməsi mühüm rol oynayır. Azərbaycan Dövlət Statistika Komitəsinin
tətbiq etdiyi metodikaya görə, İQİ çoxlu sayda müxtəlif adda məhsul və
xidmətdən ibarət olan bazar zənbili əsasında formalaşır. Bunun vasitəsilə
orta istehlakçının hər bir məhsul istehlakına nə qədər vəsait xərclədiyi
müəyyənləşdirilir.
Bu metodikada bazar zənbilinə daxil olan məhsul və xidmətlərin
kəmiyyəti fərqli miqdarda olur. Bir çox hallarda bu səbətə daxil olan məhsul
və xidmətlərin sayını artıraraq 400-dən 585-ə çatdırmaqla uzun illər qiyməti
sabit qalan, həmçinin son zamanlar qiymətləri ucuzlaşan məhsul və
xidmətlərin bu səbətə daxil olunması yolu ilə istehlak səbətinin orta
dəyərinin dinamikasının aşağıya doğru meyllənməsinə nail olmaq
mümkündür. Belə ki, bu səbətə ildən ilə ucuzlaşan kompüter avadanlığının,
musiqi alətlərinin, mobil telefonların da daxil olması nəticəsində İQİ
səviyyəsinin artımını ən pis halda neytrallaşdırır. Halbuki, bu tip məhsullar
43
bir çox istehlakçıların zəruri istehlakına daxil deyil və fikrimizcə bu yolla
inflyasiyanın səviyyəsinin aşağı olması təsəvvürünü yaradır.
Lakin müşahidələr göstərir ki, inflyasiyanın səviyyəsi getdikcə az da
olsa artıma doğru meyllidir. Büdcədə nəzərə alınan əlavə gəlirlərin
hesabına onun xərc hissəsinin artırılması nəticəsində inflyasiya yaradan
amillərin fəallaşacağı mümkündür və bunun qarşısını almaq məqsədi ilə
hökumətin atacağı addımlar əvvəlcədən dəqiqləşdirilməlidir. Əks təqdirdə
ilin sonunda inflyasiyanın iki rəqəmli ədədlə ifadə olunacağı mümkün ola
bilər. İnflyasiya yaradan amillər xarakterinə görə ənənəvi (monetar) və şok
yaradan (qeyri-monetar) amillərə bölünür. Dünya təcrübəsi göstərir ki, bazar
iqtisadiyyatına malik olan inkişaf etmiş dövlətlərdə inflyasiya proseslərinin
fəallaşmasında monetar amillərin, inkişaf etməkdə olan dövlətlərdə isə
qeyri-monetar amillərin rolu yüksək olur. Azərbaycanın da inkişaf etməkdə
olan bazar iqtisadiyyatlı ölkə olduğunu nəzərə alsaq, onda yaxın və orta
müddətli dövrdə antiinflyasiya nöqteyi nəzərindən tənzimlənmə siyasətinin
aparıcı xəttinin qeyri-monetar amillər üzərində qurulması vacibdir. Lakin,
bu heç də monetar sahənin antiinflyasiya istiqamətində nəzərdə tutulan
tənzimlənmə predmetindən kənarda qalmasına gətirib çıxarmamalıdır.
Xərc inflyasiyasını stimullaşdıran son hökumət qərarları ilə işığın,
qazın, suyun qiymət artımının inflyasiyaya təsiri iki tərəfli olduğundan, həm
istehlak xərclərini çoxaltdığından və həm də xərc elementi kimi maya
dəyərini bahalaşdırdığından inflyasiyanın səviyyəsinin yüksəlməsi mümkün
olduğu üçün sosial vəziyyəti nəzərə almaq məqsədəmüvafiqdir.
Qeyd edək ki, gömrük rüsumlarının, vergi dərəcələrinin və məcburi
sosial ödənişlərin artımı da xərc inflyasiyasının fəallaşmasında əhəmiyyətli
rol oynayır. Ölkəmizdə bu sahədə
hökumətin apardığı siyasət
təqdirəlayiqdir. Son illərdə vergi yükünün və vergi dərəcələrinin aşağı
salınması buna əyani sübutdur.
Beynəlxalq təcrübədən məlumdur ki, istehsalda, ticarətdə və idxal-
ixrac əməliyyatlarında mövcud olan inhisarçılığın qiymət artırıcı təsiri
inflyasiya yaratmaq effektinə görə yuxarıda sadalanan amillərdən heç də
geri qalmır.
İdxal əməliyyatlarında mövcud olan inhisarçılığın inflyasiyaya təsir
gücünün qiymətləndirilməsi məqsədilə aparılan monitorinqin nəticələri
göstərdi ki, süni qiymət şişirdilmələrinin inflyasiya yaradan təsiri xeyli
güclüdür. İstehlak mallarının ölkəyə gətirilməsi ilə məşğul olan bəzi
inhisarçı şirkətlər iqtisadi normadan dəfələrlə çox mənfəət əldə edərək, bir
tərəfdən gizli iqtisadiyyatın çiçəklənməsinə xidmət, digər tərəfdən isə
qiymətlərin yüksək həddə saxlanılmasına nail olurlar.
Denominasiya
ilə
əlaqədar
olaraq
aparılan
qiymət
yuvarlaqlaşdırmasının yuxarıya doğru istiqamətlənməsi nəticəsində baş
44
verir. Ümumi inflyasiya səviyyəsində bu amilin iştirak payı ilin əvvəlində
qısa müddətli dövrdə yüksək olsa da sonradan kəskin sürətlə aşağı düşüb və
hazırda demək olar ki, mənfi təsiri yoxdur.
Bəzi obyektiv səbəblərdən son illər ərzində inflyasiyanın dinamik
xarakter alması səbəbindən istehlakçıların gəlirlərinin dəyərsizləşməsi
fonunda xərclərinin nəzərə çarpacaq dərəcədə artımı, yeni dövriyyəyə
buraxılan Azərbaycan manatının etibarlılıq dərəcəsinin kövrək səviyyədə
olması,
ötən
ilin
sentyabrında
manatın
məzənnəsində
qəflətən
revalvasiyanın fəsadları, dünya bazarında bəzi istehlak mallarının kəskin
bahalaşmanın qeydə alınması, neft gəlirlərinin ölkəyə daxil olması tempinin
sürətlənməsi nəticəsində daxili bazarda valyuta təzyiqinin yüksəlməsi
inflyasiyanın yüksələcəyi ilə bağlı rasional gözləntiləri çoxaltmışdır. Bu isə
inflyasiya yaradıcı psixoloji amillər fəallaşma riskini artırır və yuxarıda
sadalanan hər-hansı bir faktorun gözlənilmədən aktivləşəcəyi zamanında
ajiotaj effektini mümkün edir.
Dostları ilə paylaş: |