7.8. Maliyyə hüquq münasibətlərinin xüsusiyyətləri və növləri
Maliyyə hüquq münasibətləri, maliyyə hüquq normaları ilə nizama
salınan ictimai münasibətlərdir ki, onların iştirakçıları konkret hüquq və
vəzifələrin daşıyıcısıdırlar. Münasibət iştirakçıları dövlətin pul vəsaitlərinin
yaradılması, bölüşdürülməsi və istifadə olunması üzrə maliyyə hüquq
normalarında və göstərişlərində müəyyən olunan davranış qaydalarını
realizə edirlər.
Maliyyə hüquq münasibətləri bir hüquqi kateqoriya kimi
özünəməxsus xüsusiyyətlərə malikdirlər.
•
Əvvəla,
maliyyə
hüquq
münasibətləri
dövlətin, habelə
bələdiyyələrin pul fondlarının və gəlirlərinin planlı surətdə yaradılması
prosesində, başqa sözlə, dövlətin və bələdiyyə orqanlarının maliyyə
fəaliyyəti prosesində yaranır.
• Digər xüsusiyyət ondan ibarətdir ki, bu münasibətlər pul vəsaitləri,
yəni dövlətin maliyyə ehtiyatları ilə əlaqədar baş verir. Başqa sözlə, maliyyə
hüquq münasibətlərinin obyekti sadəcə olaraq pul olduğundan maliyyə
hüquq münasibətləri əmlak münasibətlərinin bir növüdür, yəni əmlak
xarakterlidir. Maliyyə münasibətlərinin istənilən növünü götürsək, bu
obyekt özünü mütləq büruzə verir. Məsələn, vergi hüquq münasibətləri
vergilərin ödənilməsi ilə bağlıdır, vergi və ödəmələr isə pul for-
masındadırlar.
• Maliyyə hüquq münasibətlərini xarkterizə edən xüsusiyyətlərdən
biri də onun, mahiyyət etibarı ilə, iqtisadi münasibətlər olmasıdır. Bu
xüsusda Y.A.Rovinski qeyd edirdi ki, maliyyə hüquq münasibətlərinin
128
mühüm xüsusiyyəti odur ki, onlar əslində iqtisadi münasibətlərin müəyyən
növü olan maliyyə münasibətlərinin hüquqi formasıdır.
• Maliyyə hüquq münasibətlərinin başqa bir xüsusiyyəti ondan
ibarətdir ki, bu münasibətlərin bir tərəfində həmişə dövlət, yəni onun
səlahiyyətli orqanı, ya da bələdiyyə iştirak edir. Dövlət(bələdiyyə) bu
münasibətlərdə zəruri subyektdir. Bu onunla əlaqədardır ki, maliyyə
fəaliyyəti cəmiyyətin mənafeyi naminə məhz dövlət və ya bələdiyyə
tərəfindən həyata keçirilir. Yəni, dövlət (bələdiyyə) pul vəsaitlərinin
dövlətin pul fondlarına daxil olmasını təşkil edir, həmin vəsaitləri planlı
qaydada bölüşdürür və onlardan istifadəyə nəzarət edir.
Maliyyə hüquq münasibətlərini xarakterizə edən xüsusiyyətlərə
kompleks şəkildə baxmaq lazımdır. Çünki onlar məcmu halda maliyyə
hüquq münasibətlərini dövlət-hakimiyyət xarakterli əmlak (pul) münasibəti
kimi xarakterizə edir.
Maliyyə hüquq münasibətlərini səciyyələndirən bu xüsusiyyətlər
onları hüquq münasibətlərinin digər növlərindən, məsələn, inzibati, mülki və
s.
hüquq
münasibətlərindən
fərqləndirir.
Əgər
inzibati
hüquq
münasibətlərinə nəzər salsaq, müəyyən edərik ki, məsələn, inzibati
cərimələrin tətbiqi də pul formasındadır və onların tətbiqi heç də həmişə
maliyyə fəaliyyətindən irəli gəlmir. Yəni onların tətbiqinin məqsədi dövlətin
pul fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadəsi ilə bağlı deyil,
məqsəd hüquq pozğunluğuna yol vermiş şəxsləri cəzalandırmaqdan
ibarətdir.
Beləliklə, maliyyə hüquq münasibətlərində bir qayda olaraq 2 hüquqi
ünsür vardır:
1) dövlət-hakimiyyət ünsürü;
2) əmlak ünsürü.
Bu ünsürlərin mövcudluğu maliyyə hüquq münasibətlərinin
xüsusiyyətlərində öz əksini tapır.
Maliyyə hüquq münasibətləri müxtəlif əsaslara görə qruplaşdırılır.
Hüquq ədəbiyyatında maliyyə hüquq münasibətləri, ilk növbədə,
məzmununa görə növlərə bölünür. Belə ki, məzmununa görə maliyyə hüquq
münasibətlərinin aşağıdakı növləri vardır:
1) büdcə hüquq münasibətləri;
2) büdcədənkənar pul fondlarının təşkili və bölüşdürülməsi ilə
əlaqədar münasibətlər;
3)vergi hüquq münasibətləri;
4)pul dövriyyəsi ilə əlaqədar münasibətlər;
5)müəssisələrin pul fondlarının yaradılması və bölüşdürülməsi ilə
əlaqədar münasibətlər;
6)valyuta hüquq münasibətləri;
129
7)hesablaşma hüquq münasibətləri;
8)sığorta hüquq münasibətləri;
9)kredit hüquq münasibətləri və s.
Maliyyə hüquq münasibətlərinin belə bölgüsü dövlətin maliyyə
sisteminin strukturundan irəli gələn bölgüdür. Başqa sözlə, yuxarıda adı
çəkilən münasibətlərin hər birisi maliyyə sisteminin ayrı-ayrı həlqələridir.
Maliyyə hüquq normalarının maddi və prosessual növlərinin mövcud
olması ilə əlaqədar olaraq və həmçinin də hüquqi tənzimetmə obyektindən
asılı olaraq, maliyyə hüquq münasibətlərinin də maddi və prosessual
olmaqla iki növü vardır.
Maddi maliyyə hüquq münasibətləri vasitəsilə müəyyən maliyyə
ehtiyatlarının toplanması, bölüşdürülməsi və istifadəsi üzrə subyektlərin
hüquq və vəzifələri real1aşır. Maddi münasibətləri maddi hüquq normaları
nizama salır. Məsələn, maddi hüquq norması kimi Azərbaycan
Respublikasının hər il qəbul etdiyi Dövlət Büdcəsi haqqında Qanun
normalarını göstərmək olar. Bu qanunun bütün maddələri müəyyən həcmdə
pul vəsaitlərinin hərəkətini (gəlir və xərclər qismində) təsdiq edir. Bu qa-
nunun icrası ilə bağlı münasibətlər maddi maliyyə münasibətləridir.
Prosessual maliyyə münasibətlərində dövlətin öz sərəncamına
maliyyə ehtiyatlarının daxil olması, onların bölüşdürülməsi və istifadə
olunmasının hüquqi forması əks olunur. Ona görə də prosessual subyektiv
hüquq və vəzifələr maliyyə fəaliyyətinin müəyyən hüquqi forması və
qaydasının tətbiqinə yönəlmişdir.
Maddi və prosessual maliyyə hüquq münasibətləri bir-birilə sıx
bağlıdır. Prosessual münasibətlər məhz elə maddi hüquq və vəzifələrin
reallaşması formasıdır. Maddi münasibətlərin tam və qanunauyğun həyata
keçirilməsi üçün düzgün prosessual forma seçilməlidir. Məhz buna görə də,
dövlətin maliyyə fəaliyyətinin keyfiyyəti bu fəaliyyətin prosessual tərəfinin
təkmilləşdirilməsindən çox asılıdır.
7.9. Maliyyə hüquq münasibətlərinin subyektləri
Maliyyə hüququ, onun predmetinə daxil olan ictimai münasibətləri
nizama salmaqla, bu münasibətlərin subyektlərinin dairəsini müəyyən edir,
onları hüquq və vəzifələrlə təmin edir.
Maliyyə hüquq münasibətlərinin subyekti - konkret münasibətin real
iştirakçısıdır. Maliyyə hüquq münasibətləri subyektləri aşağıdakılardır:
1) ictimai-ərazi vahidlikləri;
2) kollektiv subyektlər;
130
3) fərdi subyektlər.
Yaxud da maliyyə hüquq münasibətlərinin subyektlərini bu şəkildə
qruplaşdırmaq olar:
1) dövlət (bələdiyyələr);
2) təsərrüfatlar (hüquqi şəxslər);
3) vətəndaşlar (fiziki şəxslər).
Münasibətin zəruri subyekti hesab edilən dövlət respublika
ərazisində maliyyə fəaliyyətini təşkil edir. Dövlət maliyyə hüquq
münasibətlərinin digər iştirakçıları üçün icrası məcburi olan göstərişlər
verir. Dövlətin pul fondlarının yaradılması, bölüşdürülməsi və istifadə
olunması ilə əlaqədar verdiyi göstərişlər maliyyə-hüquq aktlarında ifadə
olunur.
Maliyyə hüquq münasibətlərində dövlət adından aşağıdakı dövlət
orqanları çıxış edir:
a) Azərbaycan Respublikası dövlət hakimiyyət və idarəçilik
orqanları;
b) Naxçıvan MR dövlət hakimiyyət və idarəçilik orqan ları;
c) inzibati-ərazi vahidliklərinin (şəhər, rayon, şəhərlərdə rayon) yerli
idarə orqanları.
Bildiyimiz kimi, maliyyə hüquq münasibətlərinin maddi məzmununu
subyektlərin hərəkətləri, hüquqi məzmununu isə maliyyə hüquq normaları
ilə müəyyən edilən subyektiv hüquq və vəzifələr təşkil edir.
Maliyyə hüquq münasibətlərinin zəruri subyekti olan dövlət nəinki
subyektiv hüquq və vəzifələrə malikdir, o, hakimiyyət səlahiyyətinə
malikdir. Ali və yerli hakimiyyət və idarəçilik orqanlarının şəxsində dövlət
bütün hüquqi vasitələri hərəkətə gətirir. Məsələn, dövlət maliyyə hüquq
münasibətlərinin bir növü olan büdcə hüquq münasibətlərində iştirak edən
yeganə subyektdir. Kollektiv və fərdi subyektlər bu münasibətlərdə iştirak
etmir. Respublika, (muxtar respublika) və həm də bələdiyyələr
Konstitusiyanın 94, 138 və 144-cü maddələrində göstərildiyi kimi, müstəqil
büdcələrə malik olmağa hüquqları vardır. Həmin ərazilərdə büdcə sahəsində
hüquq və vəzifələri reallaşdırmaq üçün müstəqil büdcələr təşkil olunur və bu
büdcələrin icrası ilə əlaqədar büdcə hüquq münasibətləri yaranmış olur.
Respublika, muxtar respublika və bələdiyyələr digər maliyyə hüquq
münasibətlərinin - vergi, bank, sığorta, dövlət xərcləri, valyuta
münasibətlərinin də əsas subyektidirlər.
Maliyyə hüquq münasibətlərində, əvvəldə deyildiyi kimi, kollektiv
subyektlər də iştirak edir. Kollektiv subyektlərin dairəsi çox genişdir. Onlara
qrup şəklində baxmaq məqsədəmüvafiqdir:
dövlət hakimiyyət və idarəçilik orqanları;
- bələdiyyələr;
131
- özəl müəssisələr;
- dövlət müəssisələri;
- birliklər;
- idarələr;
- kəndli təsərrüfatları və s.
Əgər maliyyə münasibətlərinin digər tərəfində də hər hansı dövlət
idarəçilik orqanı dayanırsa, bu orqan birinci subyekt olan dövlət orqanına
münasibətdə tabeçilik mövqeyində dayanır.
Maliyyə hüquq münasibətləri subyektlərinin geniş dairəsini müəssisə
və digər təsərrüfat, yaxud kommersiya təşkilatları təşkil edir. Qeyd edək ki,
bu təsərrüfatların maliyyə hüquq münasibətlərinin subyekti olmasına onların
müxtəlif təşkilati - hüquqi formalara malik olması və müxtəlif mülkiyyət
formalarına aid olması qətiyyən təsir etmir. Onlar dövlət büdcəsinə vergi və
digər ödəmələrin köçürülməsi ilə əlaqədar vergi hüquq münasibətlərinin,
dövlət büdcəsindən müxtəlif növ vəsaitlərin ayrılması ilə əlaqədar dövlət
xərcləri ilə əlaqədar hüquq münasibətlərinin; kredit alınması üzrə bank
krediti münasibətlərinin, habelə hesablaşma hüquq münasibətlərinin,
valyuta əməliyyatlarında iştirak etməklə valyuta hüquq münasibətlərinin
subyekti ola bilərlər.
Lakin belə münasibətlərə daxil olmaq üçün müəssisələr hüquqi
cəhətdən müstəqilliyə, müstəqil maliyyə balansına və bankda müstəqil
hesaba malik olmalıdırlar və əlbəttə ki, dövlət qeydiyyatından da
keçməlidirlər. Bu və ya digər tələblər Azərbaycan Respublikasının Mülki
məcəlləsinin 4-cü fəsil 43-134-cü maddələrin tələblərindən irəli gəlir.
Qanunvericilik maliyyə hüquq münasibətlərinin subyekti qismində
müəssisələrin filiallarını da qəbul edir.
Maliyyə hüquq münasibətlərinin kollektiv subyektləri qrupunda
dövlət müəssisələri də özünəməxsus yer tutur. Azərbaycan Respublikasında
1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair Dövlət
Proqramına uyğun olaraq, «Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə
çevrilməsi haqqında» 29 noyabr 1996-cı il tarixli Qanun? qəbul edilmişdir.
Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə səhmdar cəmiyyətlərinə çevrilən
dövlət müəssisələrinin əsas təsisçisi dövlət, yaxud onun adından müvafiq
icra hakimiyyəti orqanı çıxış edir. Müvafiq icra hakimiyyəti orqanı həmin
səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlətin payı həcmində
cəmiyyətin fəaliyyətinə görə cavabdehdir.
Bazar münasibətləri şəraitində müxtəlif təşkilati formalara malik
müəssisələr yaranır və fəaliyyət göstərir. Bunlar hüquqi şəxs statusu daşıyır
və öz müstəqilliklərini qoruyub saxlayırlar. Bu cür birliklərə - ittifaqlar,
assosiasiyalar, şirkətlər, holdinq kompaniyalar, sahələrarası birliklər,
konsernlər və s. aiddir. Həmin birliklər müqavilə əsasında yaranaraq,
132
kommersiya hesablaşması, özünü maliyyələşdirmə, özünüidarə prinsipləri
əsasında fəaliyyət göstərirlər. Əlbəttə ki, müvafiq hallarda maliyyə hüquq
münasibətlərinin - vergi, kredit, hesablaşma, valyuta və s. münasibətlərinin
subyekti olurlar.
Kommersiya təşkilatı hesab edilməyən idarələr də öz vəzifələrini
həyata keçirmək məqsədilə dövlət büdcəsindən onlara ayrılmış vəsaitlərdən
istifadə olunması ilə əlaqədar olaraq maliyyə hüquq münasibətlərinin
subyekti qismində çıxış edirlər.
Təsərrüfatlar
-
fərdi
(ailəvi)
xüsusi
müəssisələr,
kəndli
kooperativləri, kəndli (fermer) təsərrüfatları da müstəqil təsərrüfat subyekti
olmaqla kollektiv subyektlərə aid edilir. Bu təsərrüfatlar dövlətə vergilər və
digər ödəmələr ödənilməsi üzrə vergi hüquq münasibətlərində, büdcə
vəsaitlərindən istifadə üzrə maliyyə-kredit münasibətlərində, hesablaşma
hüquq münasibətlərində iştirak etmiş olurlar.
Maliyyə hüquq münasibətlərində kollektiv subyektlər qismində
Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin müvafiq təşkilatları
tərəfindən yaradılan və hətta, bütövlükdə xarici kapital hesabına, lakin
respublika qanunvericiliyinə əsasən yaradılan və fəaliyyət göstərən xarici
hüquqi şəxslər də iştirak edirlər. Onların maliyyə hüquq münasibətlərində
iştirakı rezidentlik prinsipinə əsaslanır. Rezidentlik dedikdə, xarici hüquqi
şəxsin olduğu yerin respublika ərazisi hesab olunması deməkdir.
Əlbəttə, xarici hüquqi şəxslər - xarici şirkətlər, firmalar, kiçik
müəssisələr və s. ilk növbədə vergi hüquq münasibətlərinin subyekti olurlar.
Bu onunla əlaqədardır ki, təhkilati-hüquqi formasından asılı olmayaraq,
xarici hüquqi şəxslər respublikada yaradılırsa, deməli, onlar respublikaya
məxsus mənbələrdən sənaye, tikinti, neft sənayesi, kənd təsərrüfatı,
nəqliyyat, ticarət, kimya və s. sahələrindən - gəlir əldə etmiş olurlar. Buna
görə də onlar Azərbaycan Respublikası qarşısında vergi öhdəliyi daşıyır və
vergiödəyici qismində çıxış edirlər. Xarici hüquqi şəxslər valyuta
əməliyyatlarını - xarici ticarət, konversiya əməliyyatları, depozit
əməliyyatları, kapitalın hərəkəti ilə müşayiət olunan valyuta əməliyyatlarını
həyata keçirərkən, eyni zamanda valyuta hüquq münasibətlərində də iştirak
edirlər. Xarici hüquqi şəxslər respublika bank qanunvericiliyinə əsasən,
bank intizamına riayət etməlidirlər.
Maliyyə hüquq münasibətlərində, habelə, birgə müəssisələr, yəni
həm xarici, həm də daxili kapital hesabına, respublika ərazisində və
respublika qanunvericiliyinə uyğun surətdə yaradılan müəssisələr də iştirak
edir. Xarici hüquqi şəxslər kimi, onlar da vergiödəyici kimi vergi hüquq
münasibətlərində, rezident kimi valyuta hüquq münasibətlərində, bank
əməliyyatlarında iştirak etməklə hesablaşma hüquq münasibətlərində iştirak
edərək, subyektiv hüquq və vəzifələr daşıyırlar
133
Qeyd etmək lazımdır ki, kollektiv subyektlər: 1) respublikada
qüvvədə olan Azərbaycan Respublikası qanunlarına əsasən təşkil olunmalı;
yəni nizamnaməsi, yaxud əsasnaməsi olmalı, xüsusi qaydada qeydiyyatdan
keçməlidir; 2) bunların bir qismi hüquqi şəxs kimi təşkil olunmalıdır, yəni
nizamnamə, nizamnamə kapitalı, əmlakı, qeydiyyatı, müstəqil hesablaşma
hesabı, müstəqil balansı və s. atributlara malik olmalıdır; 3) kollektiv
subyektlər rezident olmalıdırlar, yəni onların təşkil olunduq ları yer
Azərbaycan Respublikası olmalıdır; 4) nəhayət əsas, odur ki, respublika
ərazisində qanuna zidd olmayan hər hansı fəaliyyətlə məşğul ola, respublika
mənbələrindən gəlir və mənfəət götürə bilər və bunun müqabilində müvafiq
öhdəliklər daşıyırlar.
Kollektiv subyektlər maliyyə hüquq münasibətlərinin yalnız bir
növünün - büdcə hüquq münasibətlərinin subyekti ola bilməzlər. Yəni onlar
büdcə ilə bilavasitə qarşılıqlı əlaqədə ola bilməzlər, yalnız vergi hüquq
normaları vasitəsilə (vergiödəyici olmaqla) büdcə öhdəliklərini yerinə
yetirilməlidir.
Kollektiv subyektlər yarandığı (təşkil olunduğu) vaxtdan müəyyən
əsaslara görə ləğv olunduğu müddətədək maliyyə hüquq münasibətlərinin
subyekti hesab olunurlar. Maliyyə münasibətlərinin böyük əksəriyyəti
(büdcə hüquq münasibətlərindən başqa) uzunmüddətli münasibətlərdir.
Məsələn, qanun hər hansı bir vergi hüquq münasibətinin qüvvədə olduğu
müddətində kollektiv subyektləri həmin münasibətin subyekti hesab edir.
Əgər münasibətin xitamı barədə hər hansı bir qanun verilərsə, kollektiv
subyekt də o andan həmin münasibətin subyekti hesab olunmur. Yaxud da
kollektiv subyekt ləğv olunduqda, o, maliyyə hüquq münasibəti iştirakçısı
olmaqdan azad olunur.
Maliyyə hüquq münasibətlərində ictimai-ərazi vahidləri və kollektiv
subyektlərdən başqa, fərdi subyektlər də iştirak edir. Fərdi subyektlər
dedikdə, vətəndaşlar başa düşülür. Lakin bir subyekt kimi «vətəndaş» anla-
yışı məhdud anlayış hesab olunur. Buna görə də maliyyə hüquq normaları,
bir qayda olaraq «vətəndaş» deyil, «fiziki şəxs» anlayışından istifadə edir.
Beləliklə fərdi subyektlər dedikdə, aşağıdakı fiziki şəxslər başa
düşülür: a) respublika vətəndaşları; b) vətəndaşlığı olmayanlar; c) xarici
vətəndaşlar.
Fiziki şəxslər maliyyə hüquq münasibətlərində subyektiv hüquq və
vəzifələrin daşıyıcısıdırlar. Fiziki şəxslər başlıca olaraq, dövlətin
sərəncamına daxil olan vergilərin və digər məcburi ödəmələrin köçürülməsi
ilə bağlı vergi hüquq münasibətlərinin, dövlət və bank krediti
münasibətlərinin, dövlət sığortası ilə bağlı münasibətlərin, valyuta
əməliyyatları və digər maliyyə hüquq münasibətlərinin subyekti ola bilərlər.
Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinə
134
əsasən, vergi hüquq münasibətlərində fiziki şəxslər də kollektiv subyektlər
kimi, vergi ödəyici qismində çıxış edirlər. Onların bu münasibətlərdə iştirak
etməsi üçün aşağıdakı tələblər qoyulur:
a) daimi yaşayış yeri Azərbaycan Respublikası olmaqla rezident
olmalıdır.
b) respublika ərazisində olan mənbələrdən gəlir əldə etməlidirlər,
yəni hər hansı bir təsərrüfatda çalışmalı, iş görməli və ya xidmət
göstərməlidirlər. Bunun da müqabilində qanunla müəyyən olunmuş müvafiq
öhdəlikləri yerinə yetirilməlidirlər.
Maliyyə hüquq münasibətlərində iştirak edən fərdi subyektlərə
respublika vətəndaşlarından başqa, vətəndaşlığı olmayan şəxslər və xarici
şəxslər də aiddir. Ümumiyyətlə, respublika qanunvericiliyi respublika
vətəndaşlarına aid etdiyi tələbləri eynilə onlara da şamil edir.
Maliyyə hüququ sahəsində qanunvericilik müəyyən hallarda xarici
vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün rezidentlik prinsiplərinə
əsasən, rezidentlik müddəti müəyyən etmişdir. Məsələn, Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən rezidentlik
müddəti 182 gündür - yəni respublika ərazisində ən azı ildə 182 gün
yaşayan vətəndaşlar artıq rezident hesab edilir.
«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr
1994-cü tarixli Qanununun 2-ci maddəsinə əsasən, fiziki şəxslər valyuta
hüquq münasibətlərində iki qisimdə: a) rezident; b) qeyri-rezident kimi
iştirak edirlər.
Kollektiv subyektlərdə olduğu kimi, vətəndaşlar da maliyyə hüquq
münasibətlərinin heç də hamısında iştirak etmir. Büdcə hüquq
münasibətlərində qanunvericilik onların iştirakına yol vermir. Vətəndaşlar
yalnız vergiödəyici olmaqla, vergi hüquq normalarının vasitəsilə büdcə ilə
qarşılıqlı əlaqədədir, yəni büdcəyə vergilər ödəyir. Vətəndaşlar büdcə ilə
birbaşa münasibətlərə daxil ola bilməzlər.
Beləliklə, maliyyə hüququ vətəndaşı maliyyə hüquq müna-
sibətlərinin subyekti kimi tanıyır. Vətəndaşlar vergi, sığorta, kredit
münasibətlərinin subyekti olmaqla, dövlət büdcəsinin formalaşmasında
yaxından iştirak edirlər.
Vətəndaşın hüquqi vəziyyəti indi elədir ki, 0, maliyyə-hüquq
qabiliyyətini aktiv surətdə göstərə bilir. Vətəndaş bu və ya digər
problemlərin müstəqil həlli üçün, yaxud öz pozulmuş hüquqlarını bərpa
etmək üçün də demokratik metodlardan istifadə edə bilər. Vətəndaşların
maliyyə fəaliyyətinin bu və ya digər sahəsində, məsələn, vergiqoyulma
sahəsində hüquqları məhdudlaşdırıldıqda və ya pozulduqda, Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 15.2. maddəsinə əsasən, dövlət
orqanlarının - vergi orqanlarının vəzifəli şəxsləri barəsində qanunla
135
müəyyən edilmiş qaydalarda - inzibati qaydada şikayət verə və ya məhkə-
mədə iddia qaldıra bilər.
\
VIII FƏSİL. MÜƏSSİSƏLƏRİN MALİYYƏSİ
8.1. Müəssisələrin maliyyəsinin mahiyyəti
Bazar iqtisadiyyatı şəraitində mülkiyyətin müxtəlif formaları yaranır.
Ona görə də maliyyə münasibətləri yalnız dövlət səviyyəsində deyil,
müxtəlif mülkiyyət formalı müəssisələr səviyyəsində də baş verir. Maliyyə
sisteminin tərkib hissəsi olmaqla, müəssisələrin maliyyəsi ümumi daxili
məhsulun yaradılması, bölgüsü və istifadəsi proseslərinin dəyər formasında-
kı ifadəsini əks etdirir. Maliyyə münasibətləri əsasən məcmu ictimai
məhsulun və milli gəlirin yarandığı maddi istehsal sahələrində baş verir.
Müəssisələrin maliyyəsi müəssisədə gəlirlərin və yığımın yaradılması,
bölüşdürülməsi
və
istifadəsi
proseslərində
meydana
çıxan
pul
münasibətlərinin məcmusunu ifadə edir və o, geniş təkrar istehsalın
fasiləsizliyinin təmin edilməsinin mühüm şərtidir.
Müəssisələrin maliyyəsi-təsərrüfat subyektlərində pul fondlarının və
yığımlarının formalaşdırılması, bölüşdürülməsi və geniş təkrar istehsal
xərclərinin
maliyyələşdirilməsi,
maliyyə-bank
sistemi
qarşısında
öhdəliklərin yerinə yetirilməsi, işçilərin maddi stimullaşdırılması və sosial
təminatı üzrə istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.
İqtisadi məzmununa görə müəssisələrin maliyyə münasibətlərini
aşağıdakı istiqamətlər üzrə sistemləşdirmək olar:
Müəssisənin təsisçiləri arasında – nizamnamə kapitalının ya-
radılması ilə əlaqədar olan maliyyə münasibətləri.
Müəssisə və təşkilatlar arasında - məhsulun istehsalı və satışı ilə
əlaqədar yaranan maliyyə münasibətləri.
Müəssisə və onun ayrı – ayrı bölmələri – filialları, sexləri, şöbələri
arasında xərclərin maliyyələşdirilməsi, mənfəətin bölgüsü və istifadəsi
zamanı yaranan maliyyə münasibətləri.
Müəssisə və işçilər arasında – gəlirlərin bölgüsü və istifadəsi,
müəssisənin səhm və istiqrazlarının buraxılışı və yerləşdirilməsi, istiqrazlar
üzrə faizlərin və dividentlərin ödənişi, fiziki şəxslərdən gəlir vergisi tutulan
zaman yaranan maliyyə münasibətləri.
Müəssislər və yuxarı təşkilatlar, müəssisələr və onların üzv olduqları
ittifaq assosiasiyaları arasında yaranan maliyyə münasibətləri.
Maliyyə münasibətləri mərkəzləşdirilmiş məqsədli pul fondlarının
yaradılması,
bölüşdürülməsi
və
istifadəsi,
məqsədli
proqramların
136
maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin aparılması, qaytarılmaq şərti ilə
verilən maliyyə yardımları zamanı təzahür edir.
Kommersiya müəssisə və təşkilatları arasında – qiymətli kağızların
yerləşdirilməsi və emissiyası qarşılıqlı kreditləşdirmə, birgə müəssisələrin
yaradılmasındakı pay iştirakı ilə əlaqədar yaranan maliyyə münasibətləri.
Müəssisələr və dövlət maliyyə sistemi arasında vergilərin ödənilməsi
və büdcəyə digər ödənişlərin həyata keçirilməsində, büdcədənkənar
fondların yaradılmasında, vergi güzəştləri, cərimə sanksiyaları tətbiq
edilərkən yaranan maliyyə münasibətləri.
Müəssisə və bank sistemi arasında – kommersiya banklarında
pulların saxlanması, ssuda alınması və ödənilməsi zamanı bank kreditlərinə
görə faizlərin ödənilməsi, digər bank xidmətləri zamanı yaranan maliyyə
münasibətləri.
Müəssisələr və sığorta təşkilatları arasında - əmlakın sığortalanması
zamanı ayrı-ayrı işçi kateqoriyalarının, kommersiya sahibkarlıq risklərinin
sığortalanması zamanı yaranan maliyyə münasibətləri.
Müəssisələr və investisiyalar arasında – özəlləşdirmə və investisiya
fəaliyyəti həyata keçirilən zaman yaranan maliyyə münasibətləri.
Dostları ilə paylaş: |