7.5. Maliyyə hüququnun mənbələri
Maliyyə hüquq normaları hüququn mənbələrində əks olunur.
Maliyyə hüququnun mənbələri dedikdə, hüquq normalarının zahiri ifadə
üsulu başa düşülür.
Maliyyə hüququnun mənbələrini iki qrupa bölmək olar:
1) normativ aktlar; 2) normativ-hüquqi müqavilələr. Maliyyə
hüququnun mənbələri olmaqla normativ aktlara aşağıdakılar aiddir:
a) Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanun);
b)Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
c)Azərbaycan Respublikasının qanunları;
d)Azərbaycan Respublikası Prezidentinin fərmanları;
e) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
f) Qanun qüvvəli normativ hüquqi aktlar;
Azərbaycan Respublikası Konstitusiyasında bir çox normalar
bilavasitə maliyyə-hüquqi yönümlüdür.
119
Konstitusiyanın 7-ci maddəsi respublikanın dövlət quruluşunu unitar
dövlət kimi təsbit etmişdir. Unitarizm dövlətin maliyyə sisteminin, büdcə və
vergi sisteminin, maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanları
sisteminin qurulmasında əsas olan konstitusion prinsipdir. Respublikanın
büdcə və vergi sistemi iki səviyyəli quruluşa malikdir, çünki respublika
unitar dövlətdir: respublika və inzibati-ərazi vahidlikləri həmin dövlətin
ərazisini təşkil edir. Respublikada hakimiyyət iki səviyyədən ibarətdir, buna
uyğun olaraq, maliyyə fəaliyyəti həm respublika, həm də yerli (bələdiyyə)
səviyyəsində həyata keçirilir.
Konstitusiyanın 19-cu maddəsində, Azərbaycan Respublikasının pul
vahidi kimi milli valyuta - manat müəyyən edilir. Təbii ki, bu müddəa
maliyyə hüququnun mühüm institutları olan büdcə, vergi, bank, pul
dövriyyəsi, valyuta hüquq institutları üçün prinsipial əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququ haqqında 25-
ci maddəsi; mülkiyyət hüququnun qanunla qorunması haqqında 29-cu
maddəsi; hüquq və azadlıqların müdafiəsi haqqında 26-cı maddəsi; azad
sahibkarlıq hüququ haqqında 59-cu maddəsi; zərərin ödənilməsini tələb
etmək hüququ haqqında 68-ci maddəsi; məhkəməyə müraciət etmək hüququ
haqqında 65-ci maddəsi; hüquq və azadlıqların təminatı haqqında 71-ci
maddəsi maliyyə hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyət kəsb
edən normalardır. Xüsusilə Konstitusiyanın 73-cü maddəsini qeyd etmək
lazımdır. Bu maddədə göstərilir ki, qanunla müəyyən edilmiş vergilər və
başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin
borcudur.
Azərbaycan Respublikası Konstitusiyasının 94, 95, 109, 119-cu
maddələrinə əsasən, dövlətin hakimiyyət və idarəçilik orqanlarının maliyyə
sahəsində səlahiyyətləri müəyyən olunmuşdur. Konstitusiyanın 138-ci
maddəsində əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi vergilərə
dair ümumi qaydalar qəbul edə bilər. Məsələn, bu qaydalar vergiyə dair
güzəştlərə aid ola bilər və verginin başqa elementlərinə dair heç bir
dəyişiklik edilə bilməz. 139-cu maddəyə əsasən, Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi Naxçıvan MR büdcəsini təsdiq edir.
Beləliklə, Konstitusiyanın demək olar ki, bir çox maddələri maliyyə
hüququ üçün hüquqi mənbə hesab olunur. Konstitusiya dövlətin maliyyə
fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir və maliyyə qanunvericiliyi
üçün hüquqi bazadır.
Maliyyə hüququnun vahid mənbəyi yoxdur, yəni bu sahədə vahid
məcəllə yoxdur. Lakin maliyyə hüququnun mühüm institutlarından biri olan
vergi hüququnun mənbəyi kimi Vergi Məcəlləsi artıq qəbul olunmuş və
hazırda qüvvədədir. Məcəllələşdirmə prosesi bir qayda olaraq maliyyə -
vergi qanunvericiliyinə müsbət təsir göstərmişdir. Belə ki, Vergi Məcəlləsi
120
ayrı-ayrı hüquq aktlarında normaların daxili ziddiyyətlərini aradan götürmüş
və vergi qanunvericiliyi daha mükəmməl xarakter kəsb etmişdir. Son illərdə
Ümumiyyətlə, vergi qanunvericiliyinin məcəllələşdirilməsi çox mürəkkəb
və uzun bir proses olmuşdur. Respublika Vergi Məcəlləsi heç də bütün
ödəmələri deyil, yalnız ayrı-ayrı vergiləri əhatə edir.
Vergi Məcəlləsi ümumi və xüsusi hissə olmaqla, 17 fəsil, 221
maddədən ibarədir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 11 iyul
2000-ci il tarixli Qanunla qəbul olunmuş, 2001-ci il yanvarın 1-dən qüvvəyə
minmişdir.
Azərbaycan
Respublikası
Vergi
Məcəlləsi
vergiqoyulmanın
əsaslarını, vergi sistemini, vergi qanunvericiliyini, vergi orqanlarının sistemi
və onların fəaliyyətinin ümumi prinsiplərini, ayrı-ayrı vergilərin alınması
qaydalarını müəyyən edir.
Maliyyə hüquq normaları maliyyə fəaliyyətinin bu və ya digər
sahələrini tənzim edən qanunlarda da öz ifadəsini tapır. Son illər ərzində
ölkəmizdə aparılan çoxsahəli islahatlar müvafiq surətdə qanunlarla müşayiət
olunmuşdur. Mülkiyyət, torpaq, əmlak, bank, vergi, sosial-sığorta və s.
sahələrdə köklü dəyişikliklər yeni-yeni qanunların verilməsi ilə davam
etmişdir. 20 iyun 1995-ci il tarixli Azərbaycan Respublikasının «Gömrük ta-
rifi haqqında» Qanunu, 2 iyul 2002-ci il tarixli Azərbaycan Respublikasının
«Büdcə sistemi haqqında» Qanunu, 2 iyul 1999-cu il tarixli «Hesablama
Palatası haqqında» Azərbaycan Respublikasının Qanunu, 21 oktyabr 1994-
cü il tarixli Azərbaycan Respublikasının «Valyuta tənzimi haqqında»
Qanunu, 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haqqında»
Azərbaycan Respublikası Qanunu, «Banklar haqqında» 16 yanvar 2004-cü
il tarixli, Milli Bank haqqında 10 dekabr 2004-cü il tarixli və s. digər
qanunlar, habelə həmin qanunlara əlavə və dəyişikliklər haqqında qanunlar
maliyyə hüququnun mənbəyini təşkil edirlər.
Maliyyə hüququnun mənbəyini hər il Azərbaycan Respublikasının
növbəti il üçün qəbul etdiyi «Dövlət büdcəsi haqqında» Qanunlar da təşkil
edir.
Normativ-hüquqi aktlar içərisində maliyyə hüququnun mənbəyi
Azərbaycan Respublikası Prezidentinin Fərmanları təşkil edir. Məsələn,
Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli «Aqrar
sahədə islahatların gücləndirilməsi üzrə tədbirlər haqqında» Fərmanı 1 ilə
kəndli (fermer) təsərrüfatları beş il müddətinə hazırda 2001-ci il Prezident
fərmanı ilə qeyri-müəyyən müddətə (torpaq vergisi istisna olmaqla) qədər
bütün vergilərdən azad edilmişlər.
Azərbaycan Respublikası Prezidentinin» Azərbaycan Respublikası
Dövlət Neft Fondu haqqında» 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə
respublikamızın maliyyə sistemində yeni bir fondun yaradılması təsdiq
121
olundu. Bu fond - büdcədənkənar dövlət pul vəsaiti fondudur. Bu fondun
vəsaitləri neftin nəql olunması, satışından əldə olunan pul vəsaitlərindən
təşkil olunur. «Dövlət Neft Fondu haqqında» Əsasnaməyə əsasən, fondun
vəsaiti ümum mili mənafelər üçün qanunauyğun və məqsəd yönlü şəkildə
istifadə olunur.
Məzmunu
maliyyə-hüquqi
normalardan
ibarət
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları da maliyyə hüququnun
mənbələridir. Maliyyə sahəsində Nazirlər Kabinetinin qərarları say etibarilə
başqalarına nisbətən çoxluq təşkil edir. Qanun qəbul edildikdən sonra,
qanunlarda ayrı-ayrı məsələlərin daha geniş aydınlaşdırılması məqsədilə
hökumət qərarları verilir. Məsələn, «Kadastr qiymət rayonları və ora daxil
olan inzibati rayonlar üzrə kənd təsərrüfatı təyinatı, coğrafi yerləşməsi və
keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında»
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il
tarixli 230 saylı Qərarı ı torpaq vergisinin hesablanması üçün nəzərdə
tutulur
Maliyyə hüququnun mənbəyini əksər hallarda idarə daxili normativ -
hüquqi aktlar təşkil edir. Bunlar Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin, Vergilər Nazirliyinin, Milli Bankın maliyyə fəaliyyətinə dair
məktubları, əmr və sərəncamları, təlimatları, qaydaları və s. hesab olunur.
İdarə daxili normativ aktlar müvafiq hüquqi qüvvə kəsb edir və onlar, bir
qayda olaraq, qanunların tətbiqinə dair verilir.
Maliyyə hüququnun çox az-az hallarda mənbəyini əgər məzmunu
maliyyə-hüquqi normalardan ibarət olarsa lokal aktlar təşkil edir. Bunlar,
məsələn, bankların daxili strukturlarının maliyyə fəaliyyətinə dair qərarları,
nizamnamələri ola bilər.
Normativ - hüquqi müqavilələr hüquq ədəbiyyatında maliyyə
hüququnun mənbəyi hesab edilir. Məsələn, ikiqat vergiqoyulma sahəsində
Azərbaycan Respublikasının başqa xarici dövlətlərlə bağladığı beynəlxalq
müqavilələr bu qəbildəndir. Beynəlxalq vergi müqavilələrinin əsas
məqsədləri iqtisadi münasibətlərin bir-birinə uyğunlaşdırılması məqsədilə
ikiqat vergiqoyulmanın aradan qaldırılması, vergidən yayınmanın, vergi
istismarının aradan qaldırılmasıdır. Azərbaycan Respublikasının belə
müqavilələri Rusiya Federasiyası, Ukrayna və onlarca ölkələrlədir (0
cümlədən, Norveç, Böyük Britaniya, Macarıstan, Rumıniya, Türkiyə,
Pakistan, Özbəkistan, Qazaxıstan və digər ölkələrlə). Belə müqavilələr
vasitəsi ilə gəlirlərə və əmlaka qoyulan vergilərə münasibətdə ikiqat
vergiqoyulmanın aradan qaldırılmasına nail olunur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.5 maddəsində
deyilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul
122
edilmiş normativ-hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli
müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları
tətbiq edilir.
Bu maddədən irəli gələn nəticə ondan ibarətdir ki, əvvəla beynəlxalq
müqavilələr milli qanunvericilikdən üstündür. İkincisi, belə nəticəyə gəlmək
olur ki, beynəlxalq vergi müqavilələri öz hüquqi qüvvəsinə görə Azərbaycan
Respublikası Konstitusiyasından sonra ikinci yeri tuturlar. Əgər beynəlxalq
vergi müqaviləsi isə qanun normaları arasında müəyyən ziddiyyət yaranarsa,
müqavilə qanunu rədd etmir, sadəcə müvafiq hal üçün qanundan istisna
edir. Beynəlxalq müqavilələrin tələblərinin tətbiqi üçün əlavə olaraq,
dövlətdaxili hüquq aktların qəbul edilməsinə, ehtiyac yoxdur. İkiqat
vergiqoyulmanın aradan qaldırılmasına dair müqavilələrin tələbləri düzünə
olaraq və heç bir daxili qanunlardan asılı olmayaraq qüvvədədir.
Beləliklə,
beynəlxalq
vergi
müqavilələri
Azərbaycan
Res-
publikasında üstün hüquqa malikdir.
Beynəlxalq vergi müqaviləsinə üstünlük verilmədiyi ölkələrdə
müəyyən problemlər baş verir. Belə problemlər Böyük Britaniya və ABŞ-da
müşahidə olunur. ı Bu ölkələrdə vergi müqavilələri milli qanunlarla eyni
hüquqi qüvvəyə malikdir. Müqavilədən sonra qəbul olunmuş milli qanunlar
həmin müqaviləni sıxışdırmaq qabiliyyətinə malikdir, faktiki olaraq, həmin
qanunlar daha üstün hüquqi qüvvə kəsb edir.
Beynəlxalq müqavilənin bağlanılması tərəflərin qanunvericilik
hakimiyyətinin konstitusion hüquqlarını məhdudlaşdırmır. Dövlət öz
suverenliyinə əsasən həmin hüquqlardan, xüsusilə də öz səlahiyyətləri
çərçivəsində vergi qanunları qəbul etmək və tətbiq etmək hüququndan
istifadə edir. Lakin dövlətlər elə qanunlar qəbul edir və tətbiq edir ki, onlar
əvvəl bağlanmış müqaviləyə zidd olmasın. Ümumiyyətlə isə, razılaşan
tərəflər vergiqoyulma sahəsində müqavilələri bağlayarkən beynəlxalq
hüququn əsas prinsiplərinə uyğun hərəkət edirlər. Bağlanılan müqavilənin
tələbləri dövlətlər tərəfindən tam yerinə yetirilməlidir.
İkiqat vergiqoyulmanın aradan qaldırılmasına dair əksər müqavilələr
dövlətlər arasında münaqişəli halların aradan qaldırılmasına yönələn
müddəaları da özündə əks etdirir.
Beynəlxalq müqavilələrlə milli vergi qanunvericiliyi arasında
bağlılıq əsas etibarilə vergi yükü məsələsilə əlaqədardır. Bir qisim
dövlətlərdə vergi müqavilələri vergi ödəyicilərin vergi yükünü milli
qanunvericilikdən fərqli olaraq daha da ağırlaşdırır. Digərlərində isə, əksinə,
vergi ödəyicilərin vergi yükünü əlverişli olaraq azaldır.
Son illər maliyyə hüququnun inkişaf etməsi ilə əlaqədar artıq
ümumməcburi əhəmiyyət kəsb edən
Azərbaycan
Respublikasının
Konstitusiya Məhkəməsinin dövlətin maliyyə fəaliyyəti sahəsində
123
münasibətlərə dair qərarları da maliyyə hüququnun mənbəyi hesab edilir.
7.6. Maliyyə hüququnun başqa hüquq sahələri ilə qarşılıqlı
əlaqəsi
Maliyyə hüququ hüquq sistemində müstəqil hüquq sahəsi olmaqla
başqa hüquq sahələrindən, hətta özünün qarşılıqlı əlaqədə olduğu müəyyən
sahələrdən hüquqi tənzimetmə predmetinə və metoduna görə fərqlənir.
Bildiyimiz kimi, maliyyə hüququ ümumi hüquqdur, yəni onun
tənzim etdiyi münasibətlərdə ictimai maraq önə çəkilir. Maliyyə
hüququndan başqa, Konstitusiya hüququ və inzibati hüquq da ümumi hüquq
sahələridir. Konstitusiya hüququndan və inzibati hüquqdan fərqli olaraq,
maliyyə hüququ bir qədər sonra yaranmış, onun əsasını maliyyə haqqında
elm təşkil etmişdir.
Prof.Xalfina R.O. qeyd edir ki, maliyyə hüququnun yaranması
«hüquqi tənzimetmə obyektinin spesifikliyi və onun ictimai əhəmiyyətilə
bağlı olmuşdur». Başqa ölkələrdə də (qitə və dünya hüquq sistemində)
bizdən xeyli əvvəl belə bir proses olmuşdur.
Maliyyə hüququnun Konstitusiya hüququ və İnzibati hüquqla yaxın
əlaqəsi daha möhkəmdir. Ona görə də bu hüquq sahələrindən maliyyə
hüququnun fərqini müəyyən edərkən, təkcə hüquqi tənzimetmə predmetini
və yaxud da yalnız metodunu əsas götürmək kifayət deyildir.
Konstitusiya hüququ hüquq sistemində həlledici sahədir.
Bu deməkdir ki, onun normaları bütün hüquq sahələri üçün, o
cümlədən maliyyə hüququ üçün də həlledicidir.
Lakin qeyd etmək lazımdır ki, konstitusion normalar, maliyyə
hüququ üçün baza olmaqla, konstitusiya hüququ çərçivəsində də qalırlar və
bu əsasda yaranan münasibətlər konstitusiya hüquq münasibətləridir. Hüquq
ədəbiyyatında, maliyyə hüququ ilə konstitusiya hüququnu qarışıq hüquq
sahələri adlandırırlar, lakin onlar əsla kəsişən hüquq sahələri deyillər. Bu
fikir onu deməyə əsas verir ki, maliyyə hüququ tamamilə müstəqil hüquq
sahəsidir, o yalnız maliyyə hüquq normalarından ibarətdir.
İnzibati hüquqla maliyyə hüququnun əlaqəsi həmin sahələrin hüquqi
tənzimetmə predmetlərinin bəzi halda kəsişməsinə görədir. Bununla belə
inzibati hüququn predmetini idarəçilik hakimiyyətinin həyata keçirilməsi
prosesində yaranan ictimai münasibətlər təşkil edir. Maliyyə hüququnun
predmeti isə dövlətin və bələdiyyələrin həyata keçirdikləri maliyyə
fəaliyyəti prosesində yaranan münasibətlərdir. Lakin maliyyə fəaliyyəti
dövlət idarəçilik orqanlarının fəaliyyəti gedişində realizə olunur.
Tənzimlənmə metoduna gəldikdə, hakimiyyət göstərişləri metodu
hər iki hüquq sahəsini bir-birindən ayıra bilmir. Deməli, hər halda bu iki
124
hüquq sahəsini bir-birindən ayırmaq üçün yenə də hüquqi tənzimetmə
predmetini əsas tutmalı olacağıq.
Maliyyə hüququnun inzibati hüquqla müqayisədə spesifikliyi
ondadır
ki,
maliyyə-hüquqi
tənzimetmənin
predmetinə
idarəçilik
hakimiyyəti orqanlarının iştirakı ilə yalnız o münasibətlər daxildir ki,
onların vasitəsilə bilavasitə dövlətin maliyyə fəaliyyəti funksiyası realizə
olunur.
İnzibati hüququn predmetini dövlətin müəyyən funksiyalarının
realizə olunduğu münasibətlər: milli təhlükəsizlik, təbiəti mühafizə, sosial
müdafiə və s. ilə əlaqədar münasibətlər təşkil edir. İnzibati hüququn
predmetinə maliyyə-kredit orqanlarının iştirakı ilə, məsələn, Vergilər
Nazirliyi, Milli Bank kimi orqanların iştirakı ilə münasibətlər, lakin
idarəçilik hakimiyyəti orqanları kimi iştirakı ilə münasibətlər daxildir. Bu
münasibətlər təşkilatdaxili - sistemdaxili münasibətlərdir. Bunlara aiddir: a)
həmin maliyyə-kredit orqanlarının sistemində idarəçilik strukturlarının
təşkili ilə əlaqədar; b) strukturlar arası qarşılıqlı əlaqələrin əsaslarının
müəyyən edilməsi ilə əlaqədar; c) həmin orqanların vəzifəli şəxslərinin
arasında hüquq, vəzifə və məsuliyyət dərəcələrinin bölüşdürülməsi ilə
əlaqədar və s. münasibətlər aiddir. Bu sadalananlar inzibati hüquq
münasibətləridir.
Lakin
dövlətin
pul
fondlarının
yaradılması,
bölüşdürülməsi və istifadəsi ilə əlaqədar fəaliyyətdən irəli gələn
münasibətlərdirsə, deməli, onlar maliyyə hüquq münasibətləridir.
Maliyyə hüququ mülki hüquqla çox sıx bağlıdır. Maliyyə hüquq
münasibətləri əslində elə əmlak münasibətləridir, yəni pul vəsaitləri əmlak
qismində maliyyə hüquq münasibətinin obyektidir. Məlumdur ki, mülki
hüququn predmetini əmlak və şəxsi-qeyri əmlak münasibətləri təşkil edir.
Beləliklə, maliyyə fəaliyyəti həyata keçirilərkən tənzimetmə predmetinin
kəsişməsi baş verir. Buna görə də mülki hüquqla maliyyə hüququnu tənzi-
metmə predmetinə görə deyil, tənzimetmə metoduna görə fərqləndirmək
daha
məqsədəuyğundur.
Maliyyə
hüququnun
metodu
hakimiyyət
göstərişləri metodudursa, mülki hüququn tənzimetmə metodu mülki hüquq
münasibətlərində tərəflərin bərabərliyi metodudur.
7.7. Maliyyə hüquq normaları anlayışı və növləri
Dövlətin maliyyə fəaliyyəti prosesində yaranan münasibətlər
maliyyə hüquq normaları ilə nizama salınır. Maliyyə hüquq normaları
dövlətin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə
edilməsi prosesində yaranan münasibətlərdə dövlət tərəfindən müəyyən
edilən və onun məcburetmə qüvvəsi ilə mühafizə edilən davranış
qaydalarıdır.
125
Maliyyə hüquq normalarının spesifik əlamətləri vardır:
• Əvvəla, maliyyə hüquq normalarının maliyyə hüquqi
tənzimetmənin predmetindən asılı olaraq, məqsədli təyinatı vardır. Bu
normalar dövlətin və bələdiyyələrin maliyyə sahəsində fəaliyyəti prosesində
yaranan münasibətləri tənzim edir .
• İkincisi, maliyyə hüquq normaları vasitəsilə şəxsi maraqlar deyil,
ictimai maraq və monafelor realizə olunur .
• Üçüncüsü, maliyyə hüquq normaları özündə ifadə olunan tələblərin
dəyişdirilməsini qadağan edən imperativ xarakterə malikdir .
• Dördüncüsü, başqa növ hüquq normalarından maliyyə hüquq
normaları özünün qeyri-stabilliyi ilə fərqlənir. Artıq bizə məlumdur ki,
maliyyə hüququnun tənzimetmə predmetinə daxil olan münasibətlər
mahiyyət etibarilə iqtisadi münasibətlərdir. İqtisadi islahatlar, iqtisadi
proqram və proqnozlar, dünya iqtisadiyyatında dəyişikliklər ona gətirib
çıxarır ki, dövlət maliyyə münasibətlərini tənzim etmək üçün köhnə hüquq
normalarını yeniləri ilə əvəz edir. Bazar münasibətləri şəraitində isə dövlətin
maliyyə siyasəti əslində çevik olmalıdır. Digər tərəfdən, maliyyə hüququnun
başlıca institutu sayılan büdcə hüquq münasibətləri elə özlüyündə
müvəqqəti, yəni büdcə haqqında qanunun qüvvədə olduğu bir maliyyə ili
ərzində qüvvədə olan münasibətlərdir.
Maliyyə hüquq normaları münasibət iştirakçılarına göstərdiyi təsirə
görə məcburedici, qadağanedici və səlahiyyətverici normalara bölünür.
Məcburedici maliyyə hüquq normaları subyektlərin aktiv davranışını
tənzim edir və müəyyən hərəkətləri etməyə məcbur edir. Məsələn, vergi
qanunvericiliyi vergi ödəmək vəzifəsini müəyyən edir.
Qadağanedici normalar subyektlərin müəyyən hərəkətlər etməsini
qadağan edir, yəni onların passiv davranışını tənzim edir. Məsələn, vergidən
yayınmaq
vergi
haqqında
qanunvericiliklə
qadağan
olunur,
və
qanunvericilik vergidən yayınanlara qarşı maliyyə sanksiyaları tətbiq edir.
Səlahiyyətverici maliyyə hüquq normaları münasibətin ayrı-ayrı
iştirakçılarını (başlıca olaraq dövlət orqanlarını) geniş hüquq və
səlahiyyətərlə təmin edir.
Prof. M.Y.Karaseva məcburedici, qadağanedici və səlahiyyətverici
hüquq normalarını məcmu halda requlyativ (tənzim1əyici) maliyyə hüquq
normaları adlandırır. Yəni bu normalar maliyyə hüquq münasibətlərini
subyektiv hüquq və vəzifələr müəyyən etməklə tənzim edir.
Tənzimləyici maliyyə hüquq normaları mühafizəedici xarakterli
maliyyə hüquq normaları ilə sıx əlaqədədirlər. Mühafizəedici maliyyə
hüquq normaları maliyyə hüquq pozğunluğuna görə dövlətin tədbirlərini
nəzərdə tutan normalar hesab edilir.
Təsir dairəsinə görə maliyyə hüquq normalarının aşağıdakı növləri
126
fərqləndirilir:
a) Azərbaycan Respublikası ərazisində qüvvədə olan normalar;
b) bələdiyyələrin ərazisində qüvvədə olan normalar. Qüvvədə olduğu
müddətə görə maliyyə hüquq normalarının daimi (yəni uzunmüddətli) və
müvəqqəti növləri fərqləndirilir. Məsələn, qeyri-müəyyən vaxta qədər
qüvvədə olan normalara daimi normalar demək olar. Lakin hər maliyyə ili
üçün qəbul olunan Dövlət Büdcəsi haqqında Azərbaycan Respublikası
Qanununun normaları müvəqqəti xarakter daşıyır və bir il qüvvədə olur.
Maliyyə-hüquqi tənzimetmə predmetinin xüsusiyyətlərindən (bəzi
müəlliflər isə «normaların məzmunundan»l - hesab edir) asılı olaraq
maliyyə hüquq normaları maddi və prosessual olmaqla iki qrupa ayrılır.
«Maddi maliyyə hüquq normaları dövlət və bələdiyyələrin pul
fondlarının həcmini, dövlət qarşısında hüquqi və fiziki şəxslərin pul
öhdəliklərinin həcmi (məsələn, vergi dərəcələri) dövlət xərclərinin həcmi və
istiqamətlərini, büdcə sisteminin strukturunu müəyyən edən normalardır.
Hər il növbəti maliyyə ili üçün qəbul edilən Azərbaycan Respublikasının
Dövlət büdcəsi haqqında qanun, yaxud Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin əksər maddələri bu məzmundadır, yəni maddi normalardır.
Prosessual maliyyə hüquq normaları maddi hüquq normalarının
həyata keçirilməsi qaydalarını müəyyən edir. Ümumiyyətlə, prosessual
hüquq normaları maliyyə hüquq münasibətləri iştirakçılarının (dövlət
orqanları, hüquqi və fiziki şəxslər) bu və ya digər maliyyə hüquq
münasibətində
davranış
qaydalarını
müəyyən
edir.
Azərbaycan
Respublikasının vergi, büdcə və bank qanunvericiliyinin əksəriyyəti
prosessual normalardan ibarətdir.
Digər növ hüquq normaları kimi, maliyyə hüquq normasının da
strukturunu hipoteza, dispozisiya və sanksiya təşkil edir.
Hipoteza maliyyə hüquq münasibətlərinin yarana bildiyi şəraiti
müəyyən edir və burada hüquq münasibəti subyektlərinin dairəsi göstərilir.
Dispozisiya münasibət iştirakçısının müvafiq halda hansı vəzifəni icra
etməli, yaxud hansı hərəkəti etmək gərəkli olduğunu özündə əks etdirir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 155-ci maddəsinin l-ci
bəndində qeyd olunur ki, sahibkarlıq fəaliyyətlə ilə məşğul olan şəxs əvvəlki
3 aylıq dövr ərzində 22500 manat və ondan çox həcmdə gəlir əldə edərsə,
həmin şəxs dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına Əlavə
Dəyər Vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata dair ərizə verməyə
borcludur.
Maliyyə hüquq normalarının tələbləri pozulduqda maliyyə-hüquqi
sanksiya nəzərdə tutan normalar da az deyildir. Məsələn, vergi
qanunvericiliyinin pozulması zamanı tətbiq ediləcək maliyyə məsuliyyəti
nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53-61 maddələri
127
müəyyən olunmuşdur.
Maliyyə-hüquqi sanksiyalar digər növ hüquqi sanksiyalardan bir
neçə əlamətinə görə fərqlənir. Əvvəla, maliyyə-hüquqi sanksiyalar pul
formasında olub, normanı pozan şəxsə qarşı onun pul ehtiyatlarının həcminə
təsir göstərən məcburiyyət tədbirlərini nəzərdə tutur.
Maliyyə-hüquqi sanksiyaların digər bir əlaməti odur ki, onlar
müvafiq qanun normalarını pozan şəxslərə (hüquqi və fiziki şəxslərə, yaxud
vəzifəli şəxslərə) tətbiq olunmaqla dövlətin maraq və mənafelərini qorumuş
olurlar, maliyyə sahəsində ümumdövlət maraqlarını təmin etmiş olurlar.
Maliyyə-hüquqi sanksiyalar özündə hüquq bərpaedici və cərimə
(cəza) elementlərini birləşdirir. Bu da onları səciyyələndirən daha bir
əlamətdir.
Maliyyə sahəsində qanunvericiliyin pozulması zamanı əməlin
xarakterindən, ictimai təhlükəliliyi dərəcəsindən asılı olaraq inzibati-hüquqi,
cinayət-hüquqi sanksiyalar da tətbiq oluna bilər.
Dostları ilə paylaş: |